Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ savaşından düz iki il ötür
Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ savaşından düz iki il ötür



Budur, artıq Qələbəmizin iki ilinin tamam olmasını təkcə Azərbaycan və dost ölkələr deyil, dünyanın faşizmdən zaval görmüş bir çox ölkələrində də qeyd edirlər. Buradan bəlli olur ki, biz Vətən müharibəsində qalib gəlməklə, yalnız öz torpaqlarımızı işğaldan azad etməmişik, həm də erməni faşizminə qalib gəlməklə bütün tərəqqipərvər dünya ictimaiyyətini sevindirmişik.


“İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb” - bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq. – dövlət başçısı vurğulayıb. - Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Ümid edək ki, biz bir daha bu cür murdar düşmənlə qarşı-qarşıya gəlmərik, yox, əgər onlar bir daha cürət etsələr, necə ki indi dəmir yumruğun gücü ilə qarşılaşdılar, yenə bundan da böyük ultimatum ilə qarşılaşacaqlar. Nə qədər ki, dəmir yumruq var, Azərbaycanın mərd oğulları var, bu ölkə “arxalı çaqqallara” həddini və yerini kifayət qədər sərt göstərəcək”.
Ermənilərin törətdiyi sonrakı təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, qəfildən, birdən alınan hadisələr deyil, can verməkdə olan erməni faşizminin son çırpıntılarıdır. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün istifadə etdikləri dinc yollardan çəkindirmək, dinc aksiya iştirakçılarını provakasiyaya çəkərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəflərdən yayındırmaq kimi məqsədlər güdürlər. Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti tərəfindən yönləndirilən təxribatçı erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib və bu hərəkətlər davam etməkdədir. Azərbaycanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı etirazçılara qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini nümayiş etdirir.
Təbii ki, Dəmir Yumruğun acısı canlarından çıxmamış murdarlardan belə reaksiya gözləniləndir. Amma bu acı həqiqət onların qorxulu yuxusu olmağa davam edəcək. Nə qədər ki, qüdrətli Azərbaycan var, nə qədər ki düşməni lərzəyə salan Dəmir Yumruq, qüdrətli Azərbaycan ordusu var, ölkəmiz bütün mümkün qarayaxma kampaniyalarını böyük ustalıqla dəf edəcək.




Şöhrəddin Verdiyev,
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədiri.
Tarix: 5-11-2022, 14:57