Əsirlərin dəyişdirilməsi: Azərbaycanın yaratdığı yeni reallıq öz bəhrəsini verir - VİDEO
Bu gün humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib. Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib. Bu bir daha göstərdi ki, Azərbaycan öz mövqeyində haqlıdır və iki ölkə arasında vasitəçi olmadan aparılan danışıqlar daha səmərəli nəticələr verir.
Respublica.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, əsirlərin dəyişməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından önəmli bir hadisədir.
"Çünki müharibədən sonra əsirlərin dəyişdirilməməsi sülh prosesinə mane olan bir məsələdir. Sülhə töhfə verilməsi baxımından əsirlərin dəyişdirilməsi olduqca vacib məsələdir. Eyni zamanda bu proses vasitəçi olmadan həyata keçirilir. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan digər məsələlərdə də danışıb razılığa gələ bilər", - deyə M.Abbaszadə qeyd edib.
Daha geniş videomüsahibəni təqdim edirik:
Respublica.Az
Tarix: 14-12-2023, 07:40