Seçkilər çox yüksək səviyyədə keçirildi
Seçkilər çox yüksək səviyyədə keçirildi



Seçkilər çox yüksək səviyyədə keçirildi.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.

"Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şüphə doğurmur. Bu gün işimizi başa çatmış hesab edə bilərik",- deyə o bildirib.

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.



Trend

Tarix: 8-02-2024, 08:42