Azərbaycanda yeni Palata yaradıldı - sədr seçildi
Azərbaycanda yeni Palata yaradıldı - sədr seçildi


Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılıb.

Trend xəbər verir ki, Palata noyabrın 30-da təsis edilib.

Bildirilib ki, Qiymətləndiricilər Palatası "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən yaradılıb və Nüsrət İbrahimov onun sədri seçilib.

Qiymətləndirmə Palatası qiymətləndirmə fəaliyyəti ilə bağlı şəhadətnamə imtahanları nəticəsini təqdim edir və fəaliyyətə icazə verir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti isə bu istiqamətdə sertifikatlaşma işlərini həyata keçirir və bu yöndə fəaliyyət göstərən şirkətlərin və şəslərin hüquqlarını müdafiə edir.

Qeyd edək ki, Nüsrət İbrahimov 1984 -cü ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsi üzrə məzunu olub. O, 2000-2008-ci illər müxtəlif şirkətlərdə texniki direktor, icraçı direktor vəzifələrində fəaliyyət göstərib.

O, 2018-2022-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olub.

Hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə Vüqar Oruc rəhbərlik edir.
Tarix: 11-12-2024, 21:19