Avropada qaz qiymətləri kəskin artdı
Avropada qaz qiymətləri kəskin artdı


Yaxın Şərqdə münaqişənin yenidən alovlanması fonunda iyul ayında Avropada qazın orta qiyməti kəskin artıb.

Respublica.az xəbər verir ki, iyul ayında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə yüksək olub. London ICE birjasının məlumatına əsasən ötən ay qazın 1000 kubmetrnin orta qiyməti 637 dollara çatıb.

Qaz fyuçersləri 30 iyunda 1000 kubmetr üçün təxminən 510 dollardan satıldığı halda, 31 iyulda təxminən 709 dollardan bağlanıb ki, bu da əvvəlki ayın sonundan 39 faiz çoxdur.

Bundan əlavə, Avropada qazın qiyməti 2025-ci ilin iyul ayı üçün orta qiymət təkliflərindən 55 faiz yüksək olub. Bu rəqəm iyun ayı ilə müqayisədə də 19 faiz yüksəkdir.

Ümumilikdə, yayın əvvəlindən bəri qiymət təklifləri 1000 kubmetr üçün 586 dollar təşkil edib ki, bu da 2025-ci ilin iyun-iyul ayları ilə müqayisədə 38 faiz yüksəkdir. 2026-cı ilin birinci rübündə Avropa mərkəzlərində qazın qiyməti 1000 kubmetr üçün 481 dollar olub, ikinci rübdə isə bu rəqəm 550 dollara qədər artıb.

İyul ayında qazın qiymətlərinin artması əsasən Yaxın Şərq münaqişəsinin yeni mərhələsi və qlobal tədarükün beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması ilə əlaqədardır. Bütün bunlar bazarda mövcud həcmlər uğrunda rəqabət aparan Avropa və Asiyada qazın qiymətlərinin artmasına səbəb olub və qiymətləri qaldırıb.

ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. (Musavat.com)

Respublica.az
Tarix: Dünən, 09:54