Prezident İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Prezident İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir


Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun "X" sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.

"Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm
", - İlham Əliyev bildirib.
Tarix: Bu gün, 12:44