Azərbaycan Prezidenti: "Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq"
Azərbaycan Prezidenti: "Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq"

Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax budur bu düşmən".
Tarix: 25-11-2020, 11:46