7-02-2020, 09:20 | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub.

Altmış çarpayılıq doğum şöbəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvez aparatları ilə təchiz edilib.

Leyla Əliyevaya tənəffüs problemləri və digər problemlərlə doğulduqları üçün bu xüsusi aparatlara yerləşdirilən körpələrin müalicəsi haqqında məlumat verilib. AZƏRTAC


6-02-2020, 12:40 | Qazaxıstanlı nazir: "Azərbaycanla ticarət və iqtisadi əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik"

Qazaxıstanlı nazir: "Azərbaycanla ticarət və iqtisadi əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik"

Hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıq ilə xarakterizə olunur.

Trend xəbər verir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

M.Tleuberdi vurğulayıb ki, zamanında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev tərəfindən əsası qoyulmuş əməkdaşlıq xətti bu gün davam eidirilir:

"Bu əməkdaşlıq iki ölkənin dövlət və hökumət başçıları arasında yüksək səviyyəli siyasi dialoqa əsaslanır. Eyni zamanda iki ölkənin parlamentləri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub".

Nazir vurğulayıb ki, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi qarşımızda dayanan əsas məsələlərdən biridir: "İki ölkə arasında ticarət əlaqələri, eyni zamanda qarşılıqlı investisiyaların həcmi artır. Biz eyni zamanda tranzit potensialımızdan çox gözəl istifadə edirik. Çünki Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya, Avropa və Şərq arasında birləşdirici bir körpü rolunu oynayır".

6-02-2020, 12:20 | Mövlud Çavuşoğlu: Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur

Mövlud Çavuşoğlu: Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur

Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur. Bu, bizim qardaşlıq borcumuzdur.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclasında deyib.

Nazir əlavə edib ki, qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcək, Azərbaycan Prezidentindən medal almaq onun üçün şərəfdir:

"Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq".

O ötən gün baş verən təyyarə qəzasından danışarkən qeyd edib ki, Azərbaycan vətəndaşı ilə Türkiyə vətəndaşının heç bir fərqi yoxdur:

"Yaralılar xəstəxanalara yerləşdirilib, lazımi müalicələr aparılacaq. Yaralılar arasında bir Azərbaycan vətəndaşı da var".

Xatırladaq ki, İstanbulda "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb. Hadisə nəticəsində 3 nəfər həlak olub. 179 nəfər xəstəxanalara müraciət edib. Yaralılar arasında bir azərbaycanlı da var.

6-02-2020, 10:51 | Prezident İlham Əliyev Mixail Qusmana “Şərəf” ordenini təqdim edib - FOTO

Prezident İlham Əliyev Mixail Qusmana “Şərəf” ordenini təqdim edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana "Şərəf" ordenini təqdim edib.

Xəbər yenilənəcək AZƏRTAC









6-02-2020, 10:35 | Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbər yenilənəcək










6-02-2020, 09:50 | Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Azərbaycanda vətəndaşların içməli su ilə təminatı ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə "Azərsu" ASC ölkə vətəndaşlarının içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirir: "Cənab Prezident ölkənin hər bir sahəsi kimi, bu sahəni də daim nəzarətdə saxlayır, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün lazım olan bütün şəraiti yaradıb.

Dövlət başçısının nəzarəti ilə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verib. Nəticədə bu gün ölkənin bir çox ərazilərində əhali tam olaraq içməli su ilə təmin edilib. Digər ərazilərin isə təminatı ilə bağlı sürətli işlər görülür. Bu sahəyə göstərilən xüsusi diqqət nəticəsində indiyə qədər "Azərsu" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 52 şəhər və rayon mərkəzində əhalinin içməli su ilə təmin olunması və kanalizasiya xətləri ilə bağlı işlərə başlayıb.

Artıq 31 şəhər və rayonda su və kanalizasiya, 10-da isə su layihəsinin icrası yekunlaşıb. Bu gün regionlarda - Qusar, Masallı, Lerik, Astara, Lənkəran, Hacıqabul, Beyləqan, Tərtər, Daşkəsən, Mingəçevir, Ağdaş və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciklər 100 faiz su alırlar. Bundan başqa, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala şəhərlərinin 95 faizi, Cəlilabad, Ucar, Zərdab, Kürdəmir, Şabran, Xaçmaz və Göyçay şəhərlərinin 90 faizindən çoxu 24 faiz içməli su ilə təmin olunub.

Bu gün "Azərsu" ASC-nin 8 regional idarəsi var. Deyə bilərəm ki, 6 saylı regional idarənin ərazisində əhalinin içməli su ilə təminatı 96 faizdir. Şirvan, Gəncə, Salyan, Neftçala , Yevlax, Horadiz, və Şəki şəhərlərində su təminatı nisbətən azdır. Burada içməli su təminatı layihələri yeni başlayıb. Bərdə və Balakən şəhərlərində isə bununla bağlı yaxın vaxtlarda işə başlanacaq".


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.