7-02-2026, 09:18 | "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"

[center]"Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"[/center]

Aşıq Namiq canlı efirdə müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Dənətçi Tacir Şahmalıoğlunun onun sənəti ilə bağlı səsləndirdiyi tənqidlərə emosional şəkildə reaksiya verib. Aşıq Namiq bildirib ki, bəzi ifaçıların yaşı irəlilədikcə davranışları da dəyişir və artıq nə danışdıqlarının fərqində olmurlar:

"Bəzilərinin yaşı 60-a çatıb, ağılları yüngülləşib, bilmirlər nə danışırlar. Bir dənə 'Bayatı-Şiraz' oxumusan, nə xidmətin olub? İndi sən oxumursan, xırıltı ilə səslər çıxarırsan".

Aşıq Namiq vurğulayıb ki, onun şəxsi kimliyinə və sənətinə toxunulmasını heç vaxt qəbul etməyəcək:

"Kimliyindən asılı olmayaraq, mənim şəxsiyyətimə toxunsa, cavabını alacaq. Elə söz deyərəm ki, deyəni yerində qoyar. 'Oxuya bilmirəm' deyəndə yola verirəm, amma sənətimi təhqir etməyə heç kimin haqqı yoxdur".

Sənətçi özünü ustad şagirdi adlandıraraq cavabının təkcə Tacir Şahmalıoğluna deyil, ümumilikdə sənətə hörmətsizlik edənlərə yönəldiyini deyib:

"Mən ustad ocağından çıxmışam. Cavabımdan sonra bir çox müğənnilər zəng edib dedi ki, düz deyirsən, boğaza yığılmışıq. Hər 'mən-mən' deyən sənətkar deyil. Zeynəb Xanlarova, Yaqub əmi, Cabbar, Səxavət, hələ yeni nəsil xanəndələri demirəm, onlar kimdir?"

Aşıq Namiq əlavə edib ki, sənətdə hörmət və çəkini qorumaq vacibdir:

"Yaxşı saz ifaçısını görəndə sənətini qəbul edirəm. Amma sambalını saxla ki, desinlər filankəs gəlir. Beşgünlük dünyada qəlbə dəyməyə dəyməz".

Sənətçi sosial şəbəkələrdə yayılan görüntülərə də toxunaraq bildirib ki, onun çıxışı Tacir Şahmalıoğlunun açıqlamasından daha çox maraq doğurub:

"Onun danışığına 20 min baxış olub, mənim çıxışıma isə 80-90 min baxış, 2 minə yaxın rəy yazılıb və əksəriyyəti mənim tərəfimdədir. Mən xalqın qarşısında baş əyirəm".

Aşıq Namiqin bu çıxışı efirdə və sosial şəbəkələrdə geniş rezonans doğurub, sənət cameəsində ciddi müzakirələrə səbəb olub.


Milli.Az

25-08-2025, 11:45 | Hakan Handedən anasına görə ayrılıb?

Hakan Handedən anasına görə ayrılıb?


Aktrisa Hande Erçelin iş adamı sevgilisi Hakan Sabancıdan ayrıldığı iddia olunub.

Buna səbəb cütlüyün birgə bütün fotolarını silməsi olub.

Onlar bir-birilərini izləsələr də, şəkilləri silməkləri diqqət çəkib. Hakan Sabancının anası da paylaşımı ilə gündəmə gəlib.

Hande Erçeli bəyənmədiyi xəbəri yayılan Arzu Sabancı "Cəhalət yuxu kimidir. Sizi oyandıran insana ilk reaksiyanız qəzəbdir" sözlərini yazıb.


25-08-2025, 09:40 | O da gözəllik üçün bıçaq altına yatdı

O da gözəllik üçün bıçaq altına yatdı


Müğənni Əminə Şirin maraqlı etirafı ilə diqqət çəkib.

Sənətçi bədənşəkilləndirmə əməlliyyatı etdirdiyini bildirib.

"Mən plastik əməliyyatlar etdirmişəm. Bədənşəkilləndirmə də eləmişəm. Bir az da qəşəng olum".

24-12-2024, 08:54 | “Deyirlər ki, villası, restoranı və Şamaxıda üzüm plantasiysı var”

“Deyirlər ki, villası, restoranı və Şamaxıda üzüm plantasiysı var”


Əməkdar artist haqqında danışılan şaiyələrə aydınlıq gətirib.

Bu haqda sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində danışıb.

Elza bildirib ki, tanımadığı bir şəxs onun adından istifadə edərək restoranını reklam edirmiş:

"Günlərin bir günü mənə bir zəng gəldi. Dedilər ki, oturmuşuq sizin restoranınızda. Bura necə gözəldir, çox sağolun. Sual verirəm ki, hansı restorandır ora? Mənim adımdan istifadə edib deyirlər ki, bu restoran Elzanındır. Beləcə onlar öz restoranını reklam edirlər ki, ora yaxşı işləsin. Bir gün də mənə zəng olundu. Dedilər ki, siz niyə banka borcunuz ödəmirsiniz. Cavab verdim ki, ödəyəcəyəm. Həmin şəxs mənə söylədi ki, Elza xanım sizdə ağlayırsınız. Sizin Şamaxıda üzüm plantasiyanız var. Deyir ki, bunun sizə aid olduğun faktlarla deyə bilərəm. Bir başqa gün də bir xanımla danışıram. O mənə deyir ki, səndə ağlayırsan, deyirlər ki, Elza üçün villa tikirlər. Həmin villa isə zövqsüz tikilib. O qadına cavab verdim ki, açarlarını o villanın mənə verin, zövqlü - zövqsüz gedim orada yaşayım". /olay

12-12-2024, 10:08 | Əməkdar artist: “Dedilər ki, anan yaşamayacaq”

Əməkdar artist: “Dedilər ki, anan yaşamayacaq”


"Mənim üçün anamın, atamın, bacımın və qardaşımın varlığı hər şey deməkdir. Allah xalqımıza bir daha o pandemiya dönəmini və çətinlikləri yaşatmasın. Ailəsini və valideynlərini sevən hər bir övlad düşünürəm ki, o anda əlindən gələni edərdi ki, təki anası yaşasın. O zaman hansı xəstəxananın qapısını döyürdümsə deyirdilər ki, ananız yaşamayacaq".

Bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.

Pandemiya dövründə anasının koronavirusa yoluxduğunu deyən sənətçi bildirib ki, həkimlər onun valideyninin yaşayamaq şansının az olduğunu deyiblər:

"Heç bir xəstəxana anamı o vəziyyətdə qəbul etmirdi. Deyirdilər ki, ananız aparatdan ayrılmalıdır. Varım-yoxum, nəyim var idisə dedim ki, anam üçün hər şey edəcəyəm. Mən edim, əlimdə olan hər şeyi itirim amma mən sabah özümü günahlandırmayım ki, kaş ki bunu anam üçün edərdim. Allaha qurban olum! O mənim əziyyətimi yerdə qoymadı. Anam üçün hər şey etdim. Əlimdə olan hər şeyi verdim. Allah bir yolu açırsa, bəndə kimdir ki, ona manə olsun. Allah əziyyətimi itirmədi. Əziyyətimi dəyərləndirdi. Bu günləri də anam Akifə xanım yaşayır. Düzdür, onun müəyyən sıxıntıları var. Anam qəzə bilmir. Təssəvvür edin, pandemiya dövrüdür. Heç kim heç kimin qapısını döymür. Həkimlər dedilər ki, ananı süni nəfəs apartından ayrılmalıyıq. Onun yaşamasına 3 faiz inam var. Atam da o ərədə də koronavirusa yoluxmuşdu və o da xəstəxanada idi. Evdə qonaq otağında oturub özümə dedim ki, Allahım heç nə istəmirəm, anam danışmasın, əli tutmasın, gəzməsin bir tək nəfəsi gəlsin və məndə baxım görüm ki, o oturub mənə baxır (ağlayır). Çox şükür!" / olay.az


12-12-2024, 09:33 | "Dostlarıma yazıb pul istəyir"

"Dostlarıma yazıb pul istəyir"


Renka ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradovanın adından istifadə edilərək dələduzluq törədilib.

Bu barədə rəqqasə özü sosial şəbəkə hesabında məlumat yayıb.

Renka bildirib ki, naməlum şəxs "Votsap"da onun adından və fotosundan istifadə edərək tanışlarından ona pul göndərməsini istəyir.

"Dostlar, mənim adımdan pul istəyirlər. Artıq üçüncü şəxsdir ki, mənə zəng edir. Fırıldaqçıdır" deyə, Renka sosial şəbəkədə yazıb. /lent.az

12-12-2024, 09:24 | Elton Nuraya görə evlənibmiş...

Elton Nuraya görə evlənibmiş...


Əməkdar artist Elton Hüseynəliyev xanım həmkarı Nura Suri ilə bağlı efirafı ilə diqqətləri üzərinə cəmləyib.

Bu haqda sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.

Proqramın aparıcısının "Nura Suriyə ona görə təşəkkür edirəm ki..." cümləsini sənətçinin tamamlamasını istəyib.

Hüseynəliyevin isə cavabı belə olub:

"Nura Suri bir neçə il bundan əvvəl mənə aranjiman etdiyi mahnısını hədiyyə etdiyinə görə ona təşəkkürümü bildirirəm. Nura mənə hər zaman dəstək olub. Bizim dostluğumuz var. Nura Suriyə həm də ona görə təşəkkür edirəm ki, o mənim xanımım Tamilla ilə tanış olmağımıza vəsilə olub".

Qeyd edək ki, Elton və Tamilla cütlüyünün 2 qız övladı var. /olay


12-12-2024, 09:19 | "Biz beləyik, xəyanət edə bilərik, qadınlar göz yummalıdır" - VİDEO

"Biz beləyik, xəyanət edə bilərik, qadınlar göz yummalıdır" - VİDEO


Müğənni Nihat Məlik açıqlaması ilə müzakirələrə səbəb olub.

"Xəbərin var?" verilişində qonaq olan sənətçi bildirib ki, qadınlar ailədə bəzi şeylərə göz yummalıdır.

"Biz kişilər beləyik də. Qadınlar bəzi şeylərə göz yummalıdır".


12-12-2024, 09:13 | Mətanət qızı ilə bağlı ən böyük peşmançılığını etiraf etdi

Mətanət qızı ilə bağlı ən böyük peşmançılığını etiraf etdi


"Arada qızımın yanına gedə bilmirəm. Bacımı göndərirəm, gedib 1 ay qalıb gəlir".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xəzər axşamı" verilişində deyib. Müğənni Türkiyəyə gəlin köçən qızı Ülkərdən danışıb. Onun üçün darıxdığını bildirən İsgəndərli kövrəlib:

"Arada mən də gedirəm. Amma tez-tez yox. Uzağa qız verməkdən pis nəsə yoxdur. Çətindir. Yarı canım qalır onun yanında. Bircə qızım var... Elə bilirdim öyrəşəcəyəm, amma öyrəşə bilmədim. Bir qızım var, o da getdi düşdü başqa ölkəyə".

Qeyd edək ki, M.isgəndərlinin qızı ailəlidir və Antalyada yaşayır. /Axşam.az


13-05-2024, 11:46 | "O, mənə əl edib, yanımdan keçib getdi"

"O, mənə əl edib, yanımdan keçib getdi"

"Həyat yolunun tən ortasına gəlib çatdım. Hər zaman başqalarının xoşbəxt olması üçün düşünə-düşünə özümü unutdum".

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında yazıb.

"Xoşbəxtlik mənə əl edib, yanımdan keçib getdi. Olsun. Təki mərhəməti, sevgini qəlbimdən silməsin" deyə, o, paylaşımında yazıb.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.