Əməkdar artist: “Dedilər ki, anan yaşamayacaq”
Əməkdar artist: “Dedilər ki, anan yaşamayacaq”


"Mənim üçün anamın, atamın, bacımın və qardaşımın varlığı hər şey deməkdir. Allah xalqımıza bir daha o pandemiya dönəmini və çətinlikləri yaşatmasın. Ailəsini və valideynlərini sevən hər bir övlad düşünürəm ki, o anda əlindən gələni edərdi ki, təki anası yaşasın. O zaman hansı xəstəxananın qapısını döyürdümsə deyirdilər ki, ananız yaşamayacaq".

Bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.

Pandemiya dövründə anasının koronavirusa yoluxduğunu deyən sənətçi bildirib ki, həkimlər onun valideyninin yaşayamaq şansının az olduğunu deyiblər:

"Heç bir xəstəxana anamı o vəziyyətdə qəbul etmirdi. Deyirdilər ki, ananız aparatdan ayrılmalıdır. Varım-yoxum, nəyim var idisə dedim ki, anam üçün hər şey edəcəyəm. Mən edim, əlimdə olan hər şeyi itirim amma mən sabah özümü günahlandırmayım ki, kaş ki bunu anam üçün edərdim. Allaha qurban olum! O mənim əziyyətimi yerdə qoymadı. Anam üçün hər şey etdim. Əlimdə olan hər şeyi verdim. Allah bir yolu açırsa, bəndə kimdir ki, ona manə olsun. Allah əziyyətimi itirmədi. Əziyyətimi dəyərləndirdi. Bu günləri də anam Akifə xanım yaşayır. Düzdür, onun müəyyən sıxıntıları var. Anam qəzə bilmir. Təssəvvür edin, pandemiya dövrüdür. Heç kim heç kimin qapısını döymür. Həkimlər dedilər ki, ananı süni nəfəs apartından ayrılmalıyıq. Onun yaşamasına 3 faiz inam var. Atam da o ərədə də koronavirusa yoluxmuşdu və o da xəstəxanada idi. Evdə qonaq otağında oturub özümə dedim ki, Allahım heç nə istəmirəm, anam danışmasın, əli tutmasın, gəzməsin bir tək nəfəsi gəlsin və məndə baxım görüm ki, o oturub mənə baxır (ağlayır). Çox şükür!" / olay.az
Tarix: 12-12-2024, 10:08