13-12-2023, 12:06 | Balıq uşaqların sinir sisteminin normal inkişafına kömək edir – TƏDQİQAT

Balıq uşaqların sinir sisteminin normal inkişafına kömək edir – TƏDQİQAT



Uşaqların qida rasionuna balığn daxil edilməsi onları sinir-inkişaf pozğunluqlarından qoruyur.

Bu qənaətə Pensilvaniya Tibb Kollecinin (ABŞ) alimləri gəlib və nəticələri Microorganisms jurnalında dərc olunub.

Neyroinkişaf pozğunluqlarına diqqət, yaddaş, qavrayış funksiyasının pozulması, problemlərin həlli və ya sosial qarşılıqlı əlaqədə çətinliklər daxil ola bilər.


26-11-2023, 18:56 | “Google” qeyri-aktiv hesabları siləcək

“Google” qeyri-aktiv hesabları siləcək


Dekabrın ilk günlərindən etibarən "Google" bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.

Bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib.

Yeni qaydalar "Gmail" sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, "Meet" audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək.
Ətraflı
Ad - 00:11

Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.

"Google" bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib. //oxu.az/

26-11-2023, 18:18 | 18 yaşlı dünya çempionu Ayan Bakıda

18 yaşlı dünya çempionu Ayan Bakıda


İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

Report-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.


24-11-2023, 06:28 | Qara Qarayev De Byazi haqda: "Məni təəssüfləndirdi"

Qara Qarayev De Byazi haqda: "Məni təəssüfləndirdi"


"Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi".

Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, bunu "Neftçi"də çıxış edən Qara Qarayev şəxsi instaqram hesabında yazıb.

Təcrübəli futbolçu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, özü haqqında tam məlumatın yekunu idi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə, orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm", - deyə Qarayev vurğulayıb.

Respublica.Az



24-11-2023, 06:07 | Piylənmənin yeni mümkün SƏBƏBİ TAPILDI

Piylənmənin yeni mümkün SƏBƏBİ TAPILDI


GLP1R geninin müəyyən variantını daşıyan insanlar piylənməyə meyllidirlər.

Respublica.Az publika.az-a istinadən xəbər verir ki, bu qənaətə Çinin Qingdao Universitetinin alimləri gəliblər.

Onlar tədqiqatın nəticələrini Nature jurnalında paylaşıblar .

Onlar qeyd ediblər ki, DNT metilasiyası (kodlanmış zülalın strukturunu dəyişdirməyən, lakin gen ifadəsinə təsir edə bilən bir proses) artıq çəki riskini artıra bilər.

Alimlər qlükaqona bənzər peptid-1 (GLP1R) üçün məsul olan genlərin müxtəlif variantlarının daşınmasının piylənmə ilə əlaqəli olub-olmadığını öyrənməyə çalışıblar. Qlükaqon kimi peptid-1, qida qəbuluna cavab olaraq bağırsaqda istehsal olunan inkretin ailəsindən olan bir hormondur. Bədəndə baş verən bir çox müxtəlif proseslərə təsir göstərir - mədənin motor fəaliyyətini zəiflədir və turşuluğunu tənzimləyir. Qlükaqona bənzər peptid-1 də mədə peristaltikasını (həzm kanalının divarlarının dalğavari daralmalarını) ləngidir. Belə ki, qida həzm sistemindən o qədər də tez keçmir və toxluq hissi daha uzun müddət davam edir.

Hansı genetik dəyişikliklərin piylənmə riskini artıra biləcəyini öyrənmək üçün alimlər 300 nəfərin iştirakı ilə araşdırma aparıblar. Alimlər onları iki qrupa ayırıblar. Birinciyə 120 obez insan, ikinciyə isə normal bədən çəkisi olan 180 könüllü daxildir. Hər iki qrupun oxşar yemək və idman vərdişləri olub.

DNT ardıcıllığı (DNT molekullarının öyrənilməsində əsas texnologiya) GLP1R geninin rs4714211 variantının daşıyıcılarının piylənməyə meylli olduğunu göstərib. Bundan əlavə, GLP1R genindəki metilasiya bədən çəkisinin artmasına səbəb ola bilər. Kilolu insanlarda nukleotid ardıcıllığında dəyişikliklər (DNT-ni təşkil edən molekulların zəncirləri) dörd yerdə müşahidə olunub.

Alimlərin fikrincə, onların işi bizi piylənmənin genetik mexanizmlərini anlamağa yaxınlaşdırıb. Onları daha dərindən öyrənmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Respublica.Az

24-11-2023, 06:03 | Bu günlə yaşamayanlar- Təxirə salınmış ömür sindromu

Bu günlə yaşamayanlar- Təxirə salınmış ömür sindromu


Təxirə salınmış ömür sindromu - psixi pozuntu və diaqnoz olmasa da, çox insanların həyatında olan bir vəziyyətdir və keyfiyyətli yaşamağa mane olur.

Dosent Nataliya Vidermanın sözlərinə görə, bu sindrom insanın daim gələcək xəyallarında yaşaması və hər gün o həyatı gözləyib, onu məşq edib, bu günü və indiki anı yaşaya bilməməsi və çox şeyləri təxirə salmasıdır.

Amma nə qədər plan qursa da, yazıb pozsa da o, həyat reallığa çevrilmir və insan depressiyaya düşür.

Bu sindromun bir variantı da hədəfə çatmaq senarisidir - insan özünü məhrum edir, şablon qurur, fanatik olaraq öz məqsədini arzulayır və ağır hədəflər qoyaraq gücünü nəzərə almır.
Ətraflı

Belə adam hər şeyi sonraya saxlayır, indiki an və arzulardan həzz almır, hədəfindən kənara yayınmır və öz aləmində yaşayır.

Hətta o məqsədə çatsa da çox güclü stress və məyusluq yaşayır, başa düşür ki, yeni həyatda da tam xoşbəxtlik yoxdur.

Digər kateqoriya insanlar isə əksinə başqasının məqsəd və işlərinə xidmət edir, öz arzularını ertələyir. Belə insanlar passiv şəxsiyyətdir, hadisələri uzun müddət səbrlə izləyir və illərlə gözləmə mövqeyində olur.

Bu adamlarda yorğunluq, apatiya, psixi problemlər, içkiyə aludəçilik olur.
Təşviş pozuntusu yaranır.
Bu günkü günün uğur və sevincinə qane olmayıb, həyatından həzz ala bilməyənlərin çoxu bu sindromdadır.
Onlar istirahət nədir bilmir, onlar üçün həyat gələcəkdədir. Özlərini bu günkü həyata layiq bilmir.
Adətən bu sindroma meyillik uşaqlıqdan yaranır, valideynlər uşağın qarşısında yaşına uyğun olmayan arzular, hədəflər qoyur, ondan qələbələr, yüksəlişlər gözləyir və uşaqlıqdan təxirə salınan həyat mövqeyi şüuraltı seçilir.
Uşaq dəyərsizliyini ört basdır etmək və valideynlərin tərifini almaq üçün özünə böyük vədlər verir və özünü göstərməyə çalışır.
Bu ailədən gələn proqram budur: eybi yox, bu gün döz, səbr et, pis günün ömrü az olar, gələcəkdə yaxşı günlər olacaq və sən istədiyin kimi yaşayacaqsan. Əməyin mütləq bəhrəsini verəcək. Beləcə valideynlər uşaqları bu günkü həyatın günün ayın yaxşı olmadığına inandırar və hansısa utopik gələcək üçün çarpışmağa vərdiş yaranar. Adətən o gözlənilən sabah heç gəlmir, çünki insan elə bu günü yaşayır və bitir. //medicina.az/




23-11-2023, 08:11 | Narın tumlarının faydaları nələrdir?

Narın tumlarının faydaları nələrdir?



Narın ağ, bərk tumları bağırsaqlardan həll olmadan tam çıxır, bununla da toksin, şlak, zərərli maddə və qalıqları özünə hopduraraq bədəndən çıxarır.

Nar tumlarının faydalarını təqdim edir.

Əgər narı tumları ilə yesəniz, təzyiq düşür, qan yaxşılaşır, baş ağrılarından xilas ola bilərsiniz. Bu tumlar E vitamini, doymamış turşular, yağlarla zəngindir. Onlar orqanizmdə hormonal balansı tənzimləyir.
Ətraflı

Narı tumları qanı, hemoqlobini artırır, anemiya ilə mübarizə aparır. Tumlar menstrusiya pozulması, klimaksda olan qadınlar üçün də vacibdir.

Kişilər cinsi istəyi artırmaq üçün nar tumlarını qurudub, üyüdüb, şəkər tozu ilə qatıb, yeyə bilər. Tumları udmayın, mütləq yaxşıca çeynəyin, əsk təqdirdə appendisit, mədəlatı vəz, nazik bağırsaq, eləcə də bağırsaqda problem yarada bilər.


23-11-2023, 07:44 | ÖLKƏ Azərbaycanda gecə-gündüz qorunan obyektlər

ÖLKƏ Azərbaycanda gecə-gündüz qorunan obyektlər



Azərbaycanda bu obyektlər - 3 vağzal, 111 stansiya və 12 dayanacaq gecə-gündüz demədən 24 saat qorunur. Polislərə komandir tərəfindən təlimatlar verildikdən sonra dəmiryol vağzalında və onun ərazisində xidmətə start verilir.

Respublica.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bundan sonra Bakı Dəmiryol Vağzalında sərnişinləri yoxlayıb, içəri buraxırlar. Məqsəd qatarlarda sərnişinlərin təhlükəsizliyini tam şəkildə qorumaqdır. Buna görə də qatarlara təhlükəli əşyalarla keçidin qarşısı əvvəlcədən alınır.

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Vüsal Alıyev deyir ki, xidməti ərəzilərdə kriminogen durum daim nəzarətdə saxlanır.

Xidməti ərazilərdə yerləşən üç vağzal, 111 stansiya və 12 dayanacaq var ki, onların hər birində təhlükəsizliyi Dəmiryol Nəqliyyatında Polis İdarəsi təmin edir.

Eyni zamanda polis əməkdaşları tərəfindən yüklərin daşınması zamanı da təhlükəsizlik tədbirləri görülür. Polis tərəfindən dəmiryol vasitəsilə narkotik daşımalarının qarşısı qətiyətlə alınır. Bu ilin doqquz ayı ərzində beş ədəd silah və ona aid sursatlar aşkarlanıb.

Qeyd edək ki, bu ilin ilk doqquz ayı ərzində qatarlarla 3 milyon 324 mindən artıq sərnişin daşınıb. Müvafiq dövr ərzində bu ərazilərdə qeydə alınan 94 cinayət hadisəsinin 95%-ə yaxını açılıb.

23-11-2023, 06:36 | Kəskin vitamin çatışmazlığının əlamətləri - Avitaminoz xəstəlikdir

Kəskin vitamin çatışmazlığının əlamətləri - Avitaminoz xəstəlikdir


Həyati vacib vitaminlərin orqanizmdə defisiti AVİTAMİNOZ adlanır.

Avitaminoz elə bir haldır ki, uzun müddət insan vitaminsizlik vəziyyətində olduqda peşəkar həkim onun elə xarici görünüşünə baxdıqda vitamin defisitini təyin edə bilər.

Vitamin əskikliyi qan analizləri ilə də asanlıqla təyin olunur. Amma təəssüf ki, bizim vətəndaşlar özlərində hər cür xəstəliyi axtarıb hər cür müayinələrdən keçməyə hazırdırlar, amma vitamin əskikliyi barədə bilmək istəmir, maraqlanmır və defisitə dair analizlər vermir.

Bir çoxları qanazlığı, dəmir defisiti və D vitamini defisitini tanıyır və yoxlayır. Əslində isə orqanizm bu 1-2 vitamin üzərində qurulmayıb.

Respublica.Az avitaminoz barədə A-dan Z-yə, yəni bütün vacib məlumatları təqdim edir.

Bədəninizin avitaminoza verdiyi 8 ciddi siqnala da diqqət yetirin. Bu siqnallar nəyin əskikliyini göstərir. Əminəm ki, bu əlamətlərdən azı 5-i sizdə var.

1. Dırnaq, saçlar, dişləri vəziyyəti - qırılır, sınır, tökülür, quruyur

SİZDƏ BİOTİN - B 7 vitamini çatışmır

Biotin bizə onun üçün lazımdır ki, qəbul etdiyimiz qidanı enerjiyə çevirsin və həyati vacib proseslər üçün istifadə olunsun.

Biotin əskikliyinin digər əlamətləri: əzələ qıcolmaları, əl-ayağın keyiməsi, tez yorulma, gücsüzlük, səbəbsiz əzələ, bədən ağrıları
və s.

Daha çox hamilələr, siqaret çəkənlər, içki içənlər, dieta saxlayanlarda rast gəlinsə də.ş indi elə çox adamda var.
Uzun müddət antibiotik, qıcolma və nevroloji dərmanlar qəbul edənlərdə də biotin çatışmır.

Orqanizmdə biotini artırmaq üçün yumurta sarısı, brokkoli, banan, süd, süd məhsulları, subtropik meyvələr, mal qaraciyəri, qarğıdalı, yarma, yulaf, balıq yemək lazımdır. Şəkildə biotinlə zəngin qidaları təqdim olunub.

2. Ağzınızın künclərində quruma və çat, dodaqlarda yara, çat

SİZDƏ DƏMİR və B qrup vitaminlər defisitdir.

Xüsusən ağzının küncləri quru, çat olan insanlarda B 1 - tiamin, B 2 - riboflavin, B 6- piridoksin çatışmır.

Digər əlamətlər: susuzluq, ağızda quruma və ya çox ağız suyu axma, ağzın içində ağrılı yaralar, stomatit olur. B qrup vitamin çatışmadıqda insanda nevroloji xəstəliklərin çoxu yaranır.

B qrup vitaminlərlə zəngin qidalar: tam paxladan çörək, maya, balıq, qoz, qaraciyər, kakao, qara şokolad, banan, qarabaşaq, süd məhsulları, yumurta, badam, qoz. Hər gün çoxundan bir ovuc yeməlisiz. Qida ilə ala bilməyəcəksizsə, həkim sizə vitamin tabletləri, iynələri yazmalıdır.
Ətraflı

3. Diş dibləri, damaq qanayır

Əgər hər gün dişinizi yuyanda, hətta yumayanda diş əti qanayırsa, deməli sizdə vitaminlərin şahı C vitamin çatışmır. Bu isə olduqca təhlükəli məqamdır.

Çünki bu vitamin immunitetin vəziyyətinə cavabdehdir. Bir adı da askorbin turşusu olan C vitamini uzun müddət defisit olduqda ən ağır hallardan biri olan ÇİNQA (SİNQA) xəstəliyi yaradır.

Digər əlamətləri: yaralar sağalmır, əzələ zəifliyi, bədəndə gücsüzlük, arıqlama, bədəndə, ayaqlarda göyərmələrin yaranması, əsəbilik, iştahsızlıq.

Qidasında meyvə-tərəvəz az olan, yaxşı qidalanmayan hər kəsdə C defisiti ola bilər.
Orqanizmdə bu vitamin özü hasil olmur, mütləq kənardan daxil olmalıdır.

C vitaminlə zəngin qidalar çoxdur:
Limon, kivi, itburnu, portağal, ananas, göyərti, səbzələr, kələmlər, bolqar bibəri və s.

4. Görmədə problem, TOYUQ KORLUĞU

Gözlərdə zəiflik mütləq vitamin defisitinə bağlıdır. Hava qaralanda görmənin pisləşməsinə toyuq korluğu deyilir. Gözün ağında ağ ləkələr də uzun müddət A vitamini- retinol əsklikliyində olur.

A vitamin əskikliyi az rast gəlinsə də, indi geniş yayılıb. A vitamini dərman əlavələri kimi qəbul etmək həkim göstərişi olmadan olmaz. Çünki retinol orqanizmdə toplanır, onun çoxluğu toksiki zəhərlənmə verir.

A vitamini ilə zəngin qidalar: tünd rəngli göy-göyərti, narıncı rəngdə meyvələr, tərəvəzlər, eləcə də mal əti, heyvani qidalar, yağlar.

5. Başda kəpək, qaşınma, dermatit

Vitaminsizliyin birinci əlaməti başda, dəridə özünü göstərir. İndi də baş dibində kəpək, seboreya olmayan insan azdır.
Bu hallar B2, B3, B6 vitamini əskikliyində olur.

Belə xəstələrin qan analizi onlarda niasin, riboflavin, piridoksinin azlığını göstərir.

Qida ilə aradan qaldırmaq üçün: paxlalılar, ət, balıq, toxum, buğda, qoz, çərəz, dəniz məhsulları yemək lazımdır.

Göründüyü kimi, hər kəsdə rast gəlinən bu zahiri siqnallar vitamin defisiti ilə bağlıdır. Bu problemi qidalanma və yaxşı pəhrizlə düzəlmək olur.

Əlavə şəkillərdə B qrup vitaminlərin daha çox hansı qidalarda olduğunu təqdim edirik. /medicina.az


22-11-2023, 20:13 | "Ermənistan mövcud tarixi şanslardan vaxtında istifadə etməlidir"

"Ermənistan mövcud tarixi şanslardan vaxtında istifadə etməlidir"


Ermənistan mövcud tarixi şanslardan vaxtında istifadə etməlidir. Öz dövlət maraqlarını kimlərinsə ambisiyaları üzərində qurmaq Ermənistanın gələcəyi üçün ciddi suallar yaradır.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün formalaşması üçün Ermənistan əməli addımlar atmalıdır. Prosesin yubadılması ilk növbədə Ermənistanın özünün zərərinədir. Ermənistan növbəti dəfə özünü regiondakı beynəlxalq layihələrdən təcrid edir.

"Bugün Ermənistan nə iqtisadi, nə də hərbi, siyasi müstəvilərdə Azərbaycanla müqayisə edilə bilməz. Bunu Ermənistan hakimiyyəti özü də anlayır. Elə buna görə onlar hər dəfə müxtəlif dəstəkçilər, havadarlar axtarırlar.

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbədən dərhal sonra Ermənistana sülh təklifi ilə çıxış etdi. Dünyada belə fakt olmayıb ki, qalib dövlət sülh istəsin, amma Azərbaycan sülh tərəfdarı olduğunu ən başda, ən açıq formada bəyan etdi. Ermənistan isə bu prosesi maksimum yubatması nəticəsində bu gün hələ də sülh müqaviləsi imzalanmayıb", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev vurğulayıb ki, artıq vasitəçilərlə danışıqların effektsiz olması ortadadır.
Ətraflı

"Dünya praktikasına da nəzər salsaq, çox az nümunə taparıq ki, vasitəçilərin köməyi ilə iki ölkə arasında məsələlər birmənalı həll olsun. Bitərəf vasitəçi olmağı çox az ölkə bacara bilər. Böyük dövlətlərin vasitəçilik etməsinin arxasında həm də öz maraqları dayanır. Bugünki mərhələdə isə Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəçi olmadan da aparıla bilər. Hər iki dövlət sərhədlərin müəyyənləşdirilməsini və digər aktual məsələləri müzakirə edib, həllini tapa bilər. İlk növbədə bunun üçün Ermənistan rəhbərliyi siyasi iradə nümayiş etdirməlidir və digər tərəfdən isə Azərbaycana qarşı müxtəlif iddialarından əl çəkməlidir.

Artıq Qarabağ münaqişəsi tam həllini tapıb, Azərbaycanın ərazi süverenliyi tam təmin olunub. Azərbaycan özü beynəlxalq hüquqa uyğun olaraq ədaləti bərpa edib. İndiki mərhələdə bizim dövlətimizin məqsədi regionda davamlı sülh formalaşdırmaq, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.

Bugün, təssüfki, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar" ", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, Azərbaycanın mövqeyinə təzyiq etmək mümkün deyil.

"Bu gün Ermənistanı dəstəkləyən bir sıra dairələr Azərbaycana qarşı qərəzli müxtəlif bəyanatlar səsələndirirlər. Artıq onlar özləri də anlayırlar ki, onların bəyanatlarının, açıqlamalarının heç bir təsir gücü yoxdur. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz! Verilən yanlış mesajlar da Ermənistanı çaşdırmamalıdır. Heç bir halda Ermənistan hökumətində və ictimai rəyində Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaranmamalıdır", A.Qarayev əlavə edib.




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.