26-06-2022, 08:21 | “Azərbaycan Ordusunda Türkiyə təcrübəsindən uğurla istifadə edilir” - Zakir Həsənov

“Azərbaycan Ordusunda Türkiyə təcrübəsindən uğurla istifadə edilir” - Zakir Həsənov


"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla yerinə yetirilir. Artıq müsbət nəticələr də var".

Bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov "REAL TV"yə müsahibəsində bildirib.

"Bütün dünyanın hərb elmi orduların idarəçiliyi üzərində durur. Bu, çox mühüm bir məsələdir. Son hərbi qarşıdurmalar da göstərir ki, bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Biz müharibədən də öncə, bu məsələyə çox ciddi fikir verirdik. Əgər xatırlayırsızsa, mən bu haqda deyirdim.

Müharibədən sonra da bu istiqamətdə gördüyümüz nöqsanları aradan qaldıraraq, artıq Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edərək yeni bir sistem qurduq. İdarəetmə sistemi", - müdafiə naziri vurğulayıb.

Z. Həsənov sözlərinə əlavə edib ki, ordunun idarəetmə sistemində böyük irəliləyiş var:

"Düzdür, müharibə vaxtı bizim idarəetmə sistemi çox yaxşı işlədi. Ordunu idarə edirdik, qarşılıqlı əlaqəni qururduq. Və bunun döyüşlərə təsiri çox böyük idi. Müsbət haldır ki, ordu tam şəkildə idarə olunurdu və vəzifələri yerinə yetirirdi".

22-06-2022, 12:36 | Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir - DİN-dən xəbərdarlıq

Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir - DİN-dən xəbərdarlıq


İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili İşlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Şöbə rəisi qeyd edib ki, həmin ərazilərdə nadir heyvan növlərinin - dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.

Reklamınızı SmartBee ilə effektiv edin.

"Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.

O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - polis mayoru deyib.

20-06-2022, 07:05 | Allahın varlığının bir neçə dəqiqəyə sübutu

Allahın varlığının bir neçə dəqiqəyə sübutu


Nəql edilir ki, İmam Sadiq (ə) təvaf edən zaman Əbdülməlik adlı bir nəfər ona yaxınlaşır və onunla münazirə etmək istəyini bildirir. İmam (ə) da ona buyurur ki, təvafı bitirim, sonra gələrəm.

İmam (ə) təvafı bitirəndən sonra həmin şəxs İmamın (ə) yanına gəlir və yanında əyləşir. İmamın (ə) səhabələri və şagirdləri də orada əyləşmişdilər.

İmam (ə) həmin şəxsə buyurur: "Bilirsənmi ki, yerin üstü və altı vardır?".

Deyir: "Bəli".

Buyurur: "Onun altına getmisən?".

Deyir: "Xeyr".

Buyurur: "Bilirsənmi ki, yerin altında nə vardır?".

Deyir: "Xeyr, ancaq güman edirəm ki, heç nə yoxdur".

Buyurur: "O zamana qədər ki, yəqininin yoxdur, güman gücsüzdür. Səmaya qalxmısanmı?".

Deyir: "Xeyr".

Buyurur: "Bilirsənmi ki, səmanın üstündə nə vardır?".

Deyir: "Xeyr".

Buyurur: "Şərqə və qərbə getmisən?".

Deyir: "Xeyr".

Buyurur: "Sənə görə təəccüb edirəm. Nə şərqə getmisən, nə də qərbə. Nə yerin altına getmisən, nə də səmanın üstünə uçmusan. Oradan xəbərin yoxdur ki, arxasında nə vardır. Halbuki, onların arasında olan şeyi inkar edirsən. Məgər aqil bilmədiyi şeyi inkar edərmi?".

Deyir: "Heç kəs mənə bu sözləri deməmişdi, Sizdən başqa!".

Buyurur: "Sənin (Allahın varlığına) görə şəkkin vardır ki, görəsən doğrudur, yoxsa doğru deyildir?".

Deyir: "Yəqin ki, belədir".

Buyurur: "O kəs ki, bilmir, bilən kəsin üzərində hüccəti olmaz. Ona görə də cahilin alimin üzərində hüccəti yoxdur.

Ey misirli qardaş! Sözlərimi eşit! Biz Allah barəsində heç bir zaman şübhə etmirik. Məgər görmürsənmi ki, Günəş və Ay, gecə və gündüz olur və səhv etmirlər. Gedirlər və geri qayıdırlar. Çarəsizdirlər və məkanlarından başqa məkanları yoxdur. Əgər bacarsaydılar ki, getsinlər və geri qayıtmasınlar, bəs niyə geri qayıdırlar? Əgər çarəsiz deyildirlərsə, niyə gecə gündüz olmur? Gündüz isə gecə olmur?

Ey misirli qardaş! O zamana qədər ki, yerlərindədirlər və çarəsizdirlər və o Kəs ki, onları çarəsiz edibdir, onların özündən də böyük və möhkəmdir".

Deyir: "Düz deyirsiniz".

Buyurur: "Ey misirli qardaş! Səma göydədir və yer altdadır. Niyə səma yerə süqut etmir ki? Niyə torpaq dağılıb tökülmür ki, nə özünü saxlaya bilsin, nə də üzərində olanların hamısını?".

Deyir: "Allaha and olsun ki, Allah onları saxlayır".

Bu yolla həmin şəxs bu dəqiq məntiqi anlayır və dərk edir ki, hər saniyə kainatda baş verən milyardlarla prosesi idarə edən, tənzimləyən var və bu tənzimləyənin qüdrəti o dərəcədədir ki, bir anlıq da olsun proseslər tərs düşmür və qarışmır. O, iman gətirir və İmamın (ə) tələbələrindən olur. Sonra Misirdə və Şamda dərslər deməyə başlayır və tanınmış müəllim olur.

20-06-2022, 07:03 | Alimlər şizofreniyanın ilkin əlamətlərini açıqlayıblar

Alimlər şizofreniyanın ilkin əlamətlərini açıqlayıblar


İnsanın qohumları və ailəsi ilə əlaqədən yaxa qurtarmağa çalışması, həddən artıq qapalı olması psixi pozuntuya gətirib çıxara bilər.

medicina.az-a istinadən bildirir ki, alim-psixiatrlar şizofreniyanın ilkin əlamətləri barədə danışıblar.

Mistisizm və ezoterikanı qəfildən öyrənmə meyli, daha sonra gözlənilmədən dinə keçid də bu xəstəliyin ilkin əlamətləri ola bilər. Pozuntunun digər əlamətləri kimi, beş duyma qabiliyyətindən hər hansı qarabasma (hallüsinasiya) isə əsəb sistemi xəstəliyinin ayrılmaz hissəsini təşkil edir.


20-06-2022, 07:02 | Öz bədəniniz haqqında bunları bilirsinizmi?

Öz bədəniniz haqqında bunları bilirsinizmi?


1 İnsanın ağzında Yer kürəsi əhalisinin sayı qədər bakteriya yaşayır.
2 Dilin üstündə olan izlər hər kəsin özünəməxsus olur.
3 Orta yaşlı adam bir gündə 600 ml tüpürcək ifraz edir.
4 Dırnaqların arxa tərəfində olan ağ iz dırnağı uzanmasına səbəb olan hissəsidir.
5 Beyinə siqnal saatda 400 km sürətlə daxil olur.
6 Qanın 4 yox 29 qrupu var.Onlardan ən az rast gəlinənləri Yaponiyada bəzi ailələrdə mövcudduir.
7 Bir gün ərzində qan orqanizmdə 19312 kilometr məsafə qət edir.
8 Orqanizmdə olan sinirlərin hamısının birlikdə uzunluğu 75 kilometrdir.
9 İnsan gün ərzində 20 000 dəfə nəfəs alıb-verir.
10 İnsanın gözü 10 milyon fərqli rəngi ayırd edə bilir.
11 İnsanın qulağı ömür boyu uzanır.Bu uzanma ildə 1/4 mm ölçüdə olur.
12 İnsanın ürəyi il ərzində 25 milyon dəfə döyünür.
13 Hər insan il ərzində 2 kiloqrama yaxın ölü dəri toxuması xaric edir.
14 Bir kvadrat santimetr sahədə yüzlərlə ağrı reseptorları var.
15 Oğlanların dilində olan reseptorların sayı qızların dilində olan reseptorların sayından azdır.
16 Bir insan ömrü boyu 35 ton qida qəbul edir.
17 İnsanların ömür boyu göz qırpmağa sərf elədikləri vaxt 5 ildir.
18 Baş beyində bir saniyədə 100000 kimyəvi reaksiya gedir.
19 Asqırmanın sürəti saatda160 kilometrdir.
20 Güləndə eyni zamanda üzün 17 əzələsi hərəkətə gəlir,iflic olanda isə 43 əzələ zədələnir.Çalışın həmişə gülün!

20-06-2022, 06:59 | İntim foto və video oğurlayana SƏRT CƏZA VERİLDİ

İntim foto və video oğurlayana SƏRT CƏZA VERİLDİ


ABŞ məhkəməsi iCloud-un parollarını sındıraraq oradan minlərlə intim foto və video oğurlayan 41 yaşlı amerikalı Hao Ku Chini 9 il azadlıqdan məhrum edib.

publika.az-a istinadən xəbər verir ki, Çi uzun illərdir iCloud-dan intim fotoları oğurlayaraq qurbanları şantaj etməklə məşğul olub.


O, şantaj üzrə ixtisaslaşmış Anon-IB darknet forumunda çalışıb. Hekayənin qəhrəmanı icloudripper4you ləqəbi ilə çıxış edib və əsasən gənc qadınların yer aldığı foto və videolar dərc edib. İstintaqın məlumatına görə, bütün fəaliyyəti dövründə Çi 4700-ə yaxın hesabı sındırıb və 300 dəfədən çox oğurlanmış məzmun göndərib.

"Çinin qurbanları ölkə daxilində yüzlərlə qadın idi. O, onları öz təhlükəsizlikləri və nüfuzları üçün qorxudub. Bu hökm ABŞ Prokurorluğunun kibercinayətkarları cəzalandırmaq əzmini əks etdirir", - amerikalı vəkil Rocer Handberq bildirib. (

20-06-2022, 06:57 | Uşağın cinsiyyəti ana ömrünə təsir edir - Oğul anaları...

Uşağın cinsiyyəti ana ömrünə təsir edir - Oğul anaları...



Uşağın cinsiyyəti ananın ömrünün uzunluğuna təsir edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu aparılan araşdırmalar nəticəsində məlum olub.

Belə ki, oğul anaları qız analarına nisbətən daha az yaşayırlar. Finlandiyanın Turku Universitetinin əməkdaşlarının apardıqları araşdırmalar belə deməyə əsas verir. Alimlərin fikirnə görə, oğlan uşağının doğulması anaların sağlığına mənfi təsir göstərir, belə qadınların ölüm riski 7% artır.

10 il ərzində bütün dünya ölkələri üzrə aparılmış araşdırmalar nəticəsində oğul analarının qız analarına nisbətən 3 il az ömür sürdüyü məlum olub. Çünki oğlan uşağına hamilə olan qadının qanında testosteron səviyyəsi yüksəlir, bu da onun immunitetini zəiflədir və müxtəlif infeksiyalara qarşı daha az davamlı edir.

19-06-2022, 13:50 | Okan Buruk "Qalatasaray" klubunun baş məşqçisi olub

Okan Buruk "Qalatasaray" klubunun baş məşqçisi olub


Futbol üzrə Türkiyənin "Qalatasaray" klubu yeni baş məşqçi ilə anlaşıb.

APA-ya istinadən bildirir ki, bu posta əvvəllər klubda futbolçu kimi çıxış etmiş Okan Buruk təyin olunub.

Klubun prezidenti Dursun Özbək hazırda baş məşqçi Domenec Torrentin ayrılmağı ilə bağlı rəsmi açıqlamadan sonra Okan Buruk haqqında da məlumat veriləcəyini deyib.

18-06-2022, 08:59 | Qadın güləşçilərimiz rekorda imza atdı

Qadın güləşçilərimiz rekorda imza atdı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançı ilə qitə birinciliyinə yollanan yığma komanda 1 dəst medal qazanıb.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alınıb. Belə ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa beşincisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.

Xatırladaq ki, Buxarestdə qadın güləşçilərimiz Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.


18-06-2022, 08:52 | Dörd sərbəst güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Dörd sərbəst güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı



Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Təmsilçimiz Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequraya tam üstünlüklə (11:0) qalib gələrək qitə birinciliyinə inamla start verib. Sonra türkiyəli Burak Yalçını 8:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinalda erməni Saşa Petrosyanı bükmə fəndi ilə üstələyərək finala vəsiqə qazanıb. Finalda onun rəqibi fransalı Rasul Qalburayev olacaq.

Komandamızın digər üzvü Camal Abbasov (55 kq) əvvəlcə yunanıstanlı Pavlos Koronidis, ispaniyalı Unay Penas Merino və italiyalı Paskual Liutsi üzərində 10:0 hesablı qələbələrə imza ataraq yarımfinala vəsiqə əldə edib. Finalın bir addımlığında erməni Artavazd Harutyunyanın kürəyini yerə sıxmaqla təmiz qələbə qazanan güləşçimiz həlledici görüşdə ukraynalı İliya Şketiklə qarşılaşacaq.

İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçı, 1/8 finalda isə çexiyalı Maks Bistronu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Növbəti görüşdə rumıniyalı Eduard David Lenarı (11:0), yarımfinalda isə türkiyəli Fatih Acarı (10:2) məğlub edən İ.İsayev finalda gürcü Qoqa Otinaşviliyə rəqib olub.


Yusif Dursunov (110 kq) ilk mərhələdə macarıstanlı Marsel Yuritsanı 9:1, daha sonra isə slovakiyalı David Mionu 10:0 hesabı ilə xalçadan məyus yola salıb. Yarımfinalda fransalı Levan Laqvilava üzərində 10:6 hesablı qələbə əldə edən Y.Dursunov finala adlayıb. O, həlledici görüşdə türkiyəli Taha Yakup Temellə qarşılaşacaq.

Güləşçilərimizdən Şəmistan Axundov (80 kq) isə 1/8 finalda litvalı Daniel Boyçuku (10:0), 1/4 finalda bolqarıstanlı Slavi Rumenov Stamenovu (5:4) məğlub etsə də, yarımfinalda macar Piter Şombor Jinovski ilə bacarmayıb. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, medal görüşləri iyunun 18-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.