15-06-2022, 09:10 | DÇ-2022: Qrupların tərkibi dəqiqləşib

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında qrupların tərkibi dəqiqləşib.
Pley-off mərhələsinin oyunlarından sonra mundiala vəsiqə qazanan bütün komandarın adına aydınlıq gəlib:
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland,
B qrupu: İngiltərə, İran, ABŞ, Uels,
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa,
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis,
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya,
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya,
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun,
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
15-06-2022, 09:09 | DÇ-2022: Sonuncu vəsiqənin sahibi müəyyənləşib

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.
Sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.
Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib.
Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda təşkil olunacaq.
23-05-2022, 08:07 | Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
20-05-2022, 14:47 | Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
20-05-2022, 14:43 | Türkiyədə “Efes-2022” çoxmillətli təlimi keçirilir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən "Efes-2022" çoxmillətli təlimində iştirak edir.
Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.//milli.az//
10-05-2022, 14:56 | Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir

Bu gün xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür.
Trend-ə istinadən bildirir ki, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar.
Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyurlar.
10-05-2022, 13:35 | DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər - VİDEO

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər.
Milli.Az Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
10-05-2022, 08:59 | Elektroforez çox təsirli müalicə üsuludur

Təəssüf ki, hal hazırda fizioterapevtik müalicə üsulları bir qədər unudulub və daha nadir hallarda istifadə olunur.
Lakin bu tam ədalətsizdir. Saglamolun.az bildirir ki, fizioterapevtik üsullar çox təsirli və sınanmış müalicə üsullarıdır. Bu üsullar tam ziyansızdır və insan orqanizminə heç bir yanaşı təsir etmir. Bu səbəbdən fizioterapevtik üsullar hətta hamilə qadınların və yenidoğulmuş uşaqların müalicəsində istifadə olunur.
Fizioterapevtik müalicəsinin üsullarından biri elektroforezdir (buna həmçinin "ionoforez", "ionoterapiya", "ionohalvanizasiya" deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.
"Elektroforez" terminin iki hissədən ibarətdir - "elektro" - elektrik cərəyan və "forez" - yunan dilində "daşınma", "köçürmə" deməkdir.
Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir.
Elektroforez proseduru zamanı insanın bədəninin müəyyən sahələrinə dərmanda isladılmış parça (xaricdə daha tez-tez gel şəklində dərmanlar istifadə olunur), üzərinə qoruyucu qat (yumşaq parça) və bu bunun üzərinə isə elektrodlar qoyulur. Apparat elektrik səhə əmələ gətirir və bu elektrik sahədə dərmanın ionları hərəkət etməyə başalayır.
Elektroforez digər üsullarla da həyata keçirilir (xüsusi vannalar istifadə oluna bilər və s.). Bəzən dərman orqanizmə oral (ağızdan), damardaxili və ya əzələdaxili yeridilir və sonra xəstə sahəyə elektrodlar qoyulur (xüsusilə nəfəsalma sistemi xəstəlikləri zamanı istifadə olunur).
Elektroforez proseduru 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, müalicə kursu 10-20 seans təşkil edə bilər. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay (bundan tez yox) sonra müalicəni təkrar etmək olar. Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə prosesləri normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır və s..
Dərman preparatların elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var: dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır, yanaşı təsirlərin riski azdır, prosedur tam ağrısızdır, dərinin tamlığı pozulmur və s.
Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt verməyəcək. Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman effektli müalicə üçün daha az dozalarda istifadə oluna bilər.
Elektroforez həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.
Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:
- ürək-damar sistemi xəstəlikləri,
- ateroskleroz,
- hipertoniya,
- hipotoniya,
- cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində,
- yanıqların müalicəsində,
- oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları),
- LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit),
- qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası),
- prostatit, sistit, pielonefrit zamanı,
- xroniki bronxitin müalicəsində,
- sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqren,
- vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu,
- ağız boşluğu və dişlərin iltihabları və s.
- pediatriyada elektroforez geniş istifadə olunur.
Elektroforez adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsullsrı ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforezuşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.
Elektroforez zamanı müalicənin məqsədindən asılı olaraq bu kimi dərman preparatları istifadə oluna bilər: brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s.
Elektroforez seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.
Elektroforezin müəyyən əks-göstərişləri var:
- şiş xəstəlikləri,
- ürək çatışmazlığı,
- yüksək hərarət,
- kəskin iltihablar,
- ekzema, dermatit,
- elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması,
- elektrik cərəyana qarşı dözümsüzlük,
- istifadə olunan dərman preparatına qarşı allergiya.
10-05-2022, 08:55 | Qaraciyər nə üçün böyüyür? Səbəblər

Tibbi dildə qara ciyərin böyüməsi "hepatomeqaliya" adlandırılır.
Bu patoloji vəziyyət tək qara ciyər pozulmaların simptomu deyil. Bəzi digər orqan və sistemlərin pozulmaları və xəstəlikləri zamanı qara ciyərin böyüməsi müşahidə olunur.
Qara ciyərin böyüməsinin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərin arasında:
- virus infeksiyaları (A,B,C,D,E hepatitləri);
- qara ciyər hüceyrələrinin autoimmun zədələnmələri. Bu zaman qara ciyərin hüceyrələri özləri özlərini məhv etməyə başlayır.
- qara ciyərin parazitar xəstəlikləri (exinokokkoz). Qurd (exinokokk) insanın orqanizminə düşdükdən sonra qara ciyərdə "yaşamağa" başlayır. Qurd böyüydükcə qara ciyərin ölçüsü (bir payı) böyüyür, qara ciyərin damarları sıxılır və bu qara ciyərin fəaliyyətinin pozulmasına səbəb olur. Exinokokkozun müalicəsi yalnız cərrahiyə üsulu ilə həyata keçirilir.
- qara ciyərin şişləri və kistaları;
- qara ciyər damarların patologiyaları;
- spirtli içkilərin qəbulu nəticəsində inkişaf edən qara ciyər iltihabları;
- mübadilə proseslərin pozulması. Bu pozulmaların nəticəsində qara ciyərdə parçalanmamış vəziyyətdə müxtəlif maddələr (dəmir, piy, qlikoqen) yığıla bilər ki, bu da öz növbəsində qara ciyərin böyüməsinə səbəb olur.
- ürək-damar sistemi bir çox patologiyaları zamanı qara ciyərin böyüməsi müşahidə olunur.
Saglamolun.az xəbər verir ki, ilk mərhələlərdə hepatomeqaliya özünü heç bir simptomla büruzə verməyə bilər. Qara ciyərin ağrı reseptorları yoxdur. Lakin qara ciyərin üzərində olan kapsul (pərdə) dartınmır və bu kapsulda çoxlu ağrı reseptorları var. Böyümüş qara ciyər kapsula təzyiq etdikdə insanda sağ qabırğa altı nahiyəsində diskomfort, ağırlıq hissi yaranır. Daha sonra isə bu nahiyədə ağrı hiss olunmağa başlayır və qara ciyər çatışmazlığı simptomları inkişaf edir. Bu simptomları arasında:
- həzm proseslərin pozulması,
- dəri örtüklərin və selikli qişaların saralması,
- qarının böyüməsi,
- dəridə səpgilər,
- tez-tez baş verən qanaxmalar (burun qanaxmaları, qadınlarda uşaqlıq qanaxmaları və s.),
- assit (qarın boşluğunda mayenin yığılması), ödemlər və s.
Qara ciyərin böyüməsi adi qarının ön divarının manual müayinəsi zamanı (əllə müayinə) və ya USM zamanı təyin oluna bilər.
Normada manual müayinəsi zamanı qara ciyər sağ qabırğa qövsdən aşağıda təyin olunmamalıdır. Əgər təyin olunursa, bu o deməkdir ki, qara ciyər böyüyüb.
Qara ciyər bütövlükdə böyüyə bilər və ya onun hər hansı payı böyüyə bilər (bu halda şişdən, kistadan və ya exinokokkozdan şübhələnmək olur).
Əgər sizdə qara ciyərin böyüməsi təyin olunubsa, ilk növbədə hepatoloqa müraciət edin. Hepatomeqaliyanın səbəbini təyin etmək üçün həkim sizi əlavə müayinə və analizlərə göndərə bilər:
- qanın ümumi və biokimyəvi analizləri;
- qara ciyər sınaqları (bilirubin, ALT, AST)
- virus hepatitlərin markerlərinə görə analiz;
- USM (qarın boşluğu);
- KT və MRT;
- lazım olduqda qara ciyərin biopsiyası təyin olunur (USM nəzarəti altında qara ciyərin mikroskopik hissəsi analiz üçün götürülür);
- həkim xəstədə ürək-damar sistemi patologiyasında şübhələndikdə, xəstəyə EKQ və exo-kardioqrafiya təyin oluna bilər.
Hepatomeqaliyanın səbəbi aşkar olunduqda, həkim bu səbəbdən asılı olaraq xəstəyə müalicə təyin edir.
10-05-2022, 08:48 | Fərqinə varmadığımız günahlar

Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan "məharətlə" istifadə edir.
Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.
Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.
Elə adamlar da var ki, həmişə hər yerdə hər hansı məsələ barədə məlumatlı görünmək istəyirlər. İstəyirlər ki, hər məsələyə müdaxilə etsinlər, hər işdən xəbərdar olsunlar. Ona görə də doğru olub-olmadığını bilmədən kiminsə ağzından götürdükləri sözü hər yerdə danışırlar. Məqsədləri də budur ki, ağıllı görünsünlər, seçilsinlər.
Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birinə bağlayır. Halbuki insan ona aid olmayan işlərlə məşğul olmasa yaxşıdır. İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda izafi yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını düzəltməyə çalışmaq daha doğru olmazmı? Sən də öz başına bəla axtarırmış kimi, başqalarının sözü ilə məşğul olur, başqalarının söhbətini danışmaq istəyirsən. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri sənin sözünü danışıb, nəticədə yalançı çıxırsa, siz də müqəssirsiniz. Yəni ağıl ön planda tutulmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilib ağızdan çıxarılmalıdır. Kor-təbii qərar qəbul edənlər, birinin ağzından qapdığını düşünmədən, araşdırmadan yayanlar kölgə kimi olurlar.
Səhv də danışsa, qulaq asın!
Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. Ona görə də böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə eləsin ki, ondan tərbiyə tələb etməyə haqqı olsun.
Təbii ki, uşağınız məktəbdə gördüklərini sizə danışacaq. Özü də məsələnin özünə sərf edən tərəflərini qabardacaq, sərf etməyən tərəflərini isə gizlədəcək: "Ona elə dedim", "buna belə dedim", "o işi elə gördüm", "bu işi belə gördüm"... və sair və ilaxır...
Əlbəttə ki, siz onun söhbətlərinə qulaq asacaqsınız. Ancaq qulaq asdıqca da məqsədlərini, məramlarını öyrənəcəksiniz. Əslində isə siz ona diqqət ayırmaqla, marağını özünüzə cəlb edir və beləliklə də, təsir, daha doğrusu, tərbiyə imkanı əldə etmiş olursunuz. Səhv danışdığını bilsəniz belə, o anda onun sözünü kəsməyin, təqsirini üzünə vurmayın. Çünki əgər sözünü kəssənız və ya "Yalan danışırsan!" desəniz, deməli, hər şey bitdi. Ona görə də maksimum dərəcədə səbirli olmalısınız. Və uşaq anlamalıdır ki, siz onun sözlərinə dəyər verirsiniz. Unutmayın ki, islah etməyin yolu bir çox hallarda dəyər verməkdən keçir.
Söz gəzdirmək
Bir nəfər padşahın yanına gəlir və deyir ki, filankəslər onun əleyhinə danışırlar. Padşah da acı-acı bu adamı başdan-ayağa süzür və deyir:
- Əgər sən yaxşı adam olsaydın, onların cavabını yerində verər, heç mənim yanıma gəlməzdin. Ancaq görürəm ki, sən sözgəzdirənsən. Qeybət edənlərə bir söz deyə bilmirsən, sonra da gəlib mənə onların sözünü çatdırırsan. Sənin kimi adamlara bizdə rəğbət yoxdur...
Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun tərəfini tutmaq lazımdır. Yəni konkret olaraq, yuxarıdakı misaldan çıxış etmiş olsaq, padşahın dediyi kimi, qeybət edənlərin cavabını vermək, sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir, böyük insan bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı bacarsın.
Ara vurmaq
İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan danışmaq, əxlaqımıza görə çox pis əməldir. Bu cür əməllər bəzən zarafatla başlayıb, ölümlə nəticələnən cinayətlərə qədər uzanır. Əxlaqımızda bildirilir ki, insanların arasını vurmaq, onları bir-birinə düşmən etmək qatillik kimidir.
Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı bölüşmək, paylaşmaqdır. Bunun əksini etmək, yəni insanları bir-birinin düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir, xoşbəxtliyidir; kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.
Ara vuran insanlara el arasında mərdimazar deyirlər. Mərdimazarın heç bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın özündən asılı olmayaraq sanki şüalanır və görünür. Əvvəla, bu cür adamların üz-gözü həmişə bürüşmüş olur, nə olur olsun sevinə bilmirlər, hər şey onlar üçün qorxudur, təhlükədir. Çünki özləri dünyaya belə baxırlar.
Sən hansı yükü daşıyırsan?
Söz yükü duz yükündən ağır olur. Əslində ömür adlanan bu yolda hər kəs bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də köhnə kişilər dua edəndə: "Allahım, məni xeyir işlərə alət elə!"- deyərmışlər. Əslində sözün xeyirlisini daşımaq, yaymaq, o sözlərlə insanlara xeyir vermək insanlıq borcumuzdur. Əgər sənin danışdığın söz bir insanın xarakterinin formalaşmasına, onun yanlış düşüncədən qurtarıb, doğru istiqamətə yönəlməsinə səbəb olursa, demək xeyir işlərə alət olursan. Amma daşıdığın və yaydığın söz yalandırsa, insanların düşüncəsini pozur, onları yalana yönəldirsə, onda da zərərli işlərə alət olursan, özü də könüllü olaraq. Çünki insanın başına gələn bəla onun öz əməllərinin nəticəsidir. Bizi qurtaransa xeyir əməllərimiz olacaq. İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir, yəni nəyi danışmağımız, niyə danışmağımız... Yəni hər eşitdiyini danışmaq fəlakətə düşməyimiz üçün kifayət edər. Ona görə ağzımız, dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin. Vəssalam.


















