1-03-2022, 09:54 | Bu gün Od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu "Kitabi-Dədə Qorqud" dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qeyd edək ki, martın 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
1-03-2022, 09:30 | Qara kişmişin sağlamlığımız üçün İNANILMAZ FAYDALARI
Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir.
Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq olduğunu mütəxəssislər də təsdiq edirlər.
Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfa damarlarını, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığı zamanı kömək edir. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.
Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.
Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə malikdir.
Həmçinin mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.
1-03-2022, 09:21 | Bütün günü yorğun, yuxulu olursunuzsa... 6 ən yayılmış SƏBƏB
Bütün gecəni yatan insan buna baxmayaraq gün ərzində daim yatmaq istəyirsə, yuxulu, süst olursa, bunun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəlik və pozulmalara işarə edir.
Saglamolun.az sizi günorta yuxululuğunun səbəbləri ilə tanış edir.
1. Qanazlığı
Yuxululuq, süstlük və zəiflik qanazlığına işarə edə bilər. Bu pozulma daha çox qadınlarda inkişaf edir. Qanazlığının səbəbindən asılı olaraq (dəmir defisiti, B12 vitaminin defisiti və s.) xəstəyə xüsusi pəhriz və müalicə təyin oluna bilər.
2. D vitamininin çatışmazlığı
D vitamininin defisiti orqanizmdə xroniki yorğunluğa, yuxu və diqqətin pozulmasına səbəb olur. D vitamininin defisiti xüsusi qan analizinin köməyi ilə aşkar olunur. Defisit təsdiq olunarsa xəstəyə D vitamini təyin olunacaq.
3. Yuxu apnoesi
Yuxuda xoruldayan insanlar adətən pis yatır, tez-tez oyanır və bu da günorta vaxtı yuxululuğa səbəb olur. Apnoe əslində çox ciddi pozulmadır və apnoedən əziyyətə çəkən insanlarda insult və ani ölümün riski xoruldamayan insanlarla müqayisədə daha yüksək olur.
Apnoedən xilas olunmaq üçün mütəxəssislər böyür üstə yatmağı, siqaretdən imtina etməyi, artıq çəki varsa arıqlamağı, yatmazdan qabaq sakitləşdirici və yuxu dərmanları mümkün qədər qəbul etməməyi, spirtli içkiləri içməməyi tövsiyə edirlər.
4. Aşağı təzyiq
Təzyiqin düşməsi də yuxululuq və zəiflik kimi simptomlara səbəb olur. Aşağı təzyiqin səbəbləri arasında bunlardır: ürək xəstəlikləri, ürək qüsurları, qanazlığı, qalxanvari vəzi xəstəlikləri, uzunmüddətli streslər, qanaxmalar və s. Lakin bir çox hallarda hipotoniyadan əziyyət çəkən insanda heç bir buna səbəb ola bilən xəstəlik aşkar olunmur. Belə hallarda həkimlər düzgün qidalanmağı, sağlam həyat tərzi sürməyi, yorulmamağı, stresli vəziyyətlərdən uzaq olmağı tövsiyə edirlər.
5. Depressiya
Depressiyanın əsas simptomlarından biri daimi səbəbsiz yorğunluqdur. İnsan heç bir işlə məşğul ola bilmir, bütün günü yatmaq istəyir.
6. Hormonal dəyişikliklər və pozulmalar
Qadınların orqanizmində menstrual dövrlə bağlı olan hormonal dəyişikliklər onların ümumi vəziyyətinə də təsir edir. Belə ki, menstruasiyadan 1-2 gün əvvəl və 5-6 gün sonra qadınlar yuxululuq hiss edə bilərlər.
Digər hormonlarla bağlı olan səbəb - qalxanvari vəzinin funksiyasının zəifləməsidir. Bu hal "hipotireoz" adlanır. Hipoterioz zamanı maddələr mübadiləsi ləngiyir və bu da yuxululuq və reaksiyaların ləngiməsinə səbəb olur.
Saglam
1-03-2022, 09:09 | Diqqət! Qaraciyər üçün ən ziyanlı 3 məhsul
Qaraciyər çox güclü və özü özünü bərpa edə bilən orqandır.
Lakin qidalanmada bəzi məhsulların çox olması bu orqanın sağlamlığına ciddi ziyan vura bilər, pozulmaların inkişafına səbəb ola bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla qaraciyər üçün ən ziyanlı 3 məhsulun adını açıqlayır.
1. Şəkər
Şəkərin rasionda həddindən artıq olması qaraciyərin piylənməsinə səbəb ola bilər. Artıq şəkər piyə çevrilir və hepatositlərin (qaraciyərin hüceyrələri) daxilində toplanır. Belə hepatositlər öz funksiyalarını itirir. Qaraciyərin piylənməsi gələcəkdə sirrozun inkişafına şərait yaradır.
2. Transyağlar, marqarin
Transyağlar hüceyrələrin normal qidalanmasını pozur, onların "çirklənməsinə" səbəb olur. Bu orqanizmin bütün hüceyrələrinə və o cümlədən qaraciyərin hüceyrələrinə aiddir.
Təəssüf ki, transyağlar müasir insanlar istehlak etdiyi bir çox qidalarda var. Bu xüsusilə fast-fud qidalarına, hazır qidalara (peçenye, vafli, çipsi, müxtəlif souslar və s.) aiddir.
Ümumdünya Səhiyyə Təşkilatı transyağlarını qidalanmadan tam çıxarmağa çağırır.
3. Şirin qazlı içkilər
Alimlərin fikrinə görə, qazlı içkilər qaraciyərə az qala spirtli içkilər kimi mənfi təsir edir.
Şəkər və müxtəlif kimyəvi qatqılarla zəngin olan şirin qazlı içkilərdən sui-istifadə qaraciyərin piylənməsinə gətirib çıxarda bilər.
31-12-2021, 09:18 | Bu gün ictimai iaşə obyektləri gecə saat 2-dək işləyəcək
İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.
Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. Həmin tələblər aşağıdakılardır:
1) şənlik mərasimlərində qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;
2) 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
3) şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;
4) şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları "icaze.e-gov.az" portalına daxil etməlidir.
31-12-2021, 09:15 | Qurban bayramının tarixi açıqlandı
2022-ci il üzrə Qurban bayramının tarixi açıqlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 2022-ci il üzrə Miladi təqvimlə bağlı paylaşımında qeyd edilib.
Bildirilib ki, gələn il Qurban bayramı iyulun 9-10-na təsadüf edəcək.
31-12-2021, 09:10 | Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanlarınzaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərləbu inamı yarada bildi.
Qurani-kərimdə buyurulur: "Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı"[1]. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.
Müşriklərbu dəlil qarşısında"tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz", dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyətidoğuran çoxluqdur. Fərdlərinoxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.
Bir kafir imam Sadiqdən (ə) soruşdu: "Allah necədir?". İmam (ə) buyurdu: "Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglikyaradanın birliyinə dəlildir"[2].
Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə "dəlilinizi gətirin"[3] deyir.
Əhli-beyt (ə) hədislərində məntiqə əsaslananbelə bir cavabla da rastlaşırıq: "Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər".
31-12-2021, 09:08 | Cücərdilmiş buğdadan CAVANLAŞDIRICI QARIŞIQ
Müxtəlif vitaminlər, makro- və mikroelementlərlə zəngin olan cücərdilmiş buğda orqanizmə güclü cavanlaşdırıcı təsir edir.
Saglamolun.az sizə cücərdilmiş buğda ilə çox faydalı cavanlaşdırıcı qarışığın reseptini təqdim edir.
Hərəsindən yarım stəkan cücərdilmiş buğda, bal, qoz, hərəsindən 1/3 ç.q. üyüdülmüş darçın və zəncəfil götürülür. Qozla buğda blenderdə əzilir, bal, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırırlır. Gündə 2 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 ç.q. olmaqla qəbul olunur. Qarışığı soyuducuda saxlayın.
Bu qarışıq həmçinin qan, immunitet, qalxanvari vəzi üçün də çox faydalıdır, dərinin və saçların vəziyyətini yaxşılaşdırır.
31-12-2021, 09:07 | Saçların analizi SAĞLAMLIĞIMIZdan xəbər verir
İnsan orqanizmini tez-tez Mendeleyev cədvəli ilə müqayisə edirlər. Həqiqətən bizim bədənimizdə cədvəldə olan bir çox elementlər var.
Cüzi dozalarda olan bu elementlər sağlamlığımızda olduqca böyük rol oynayır və onların defisiti və ya əksinə artıqlığı ağır fəsadlara yol açır. Belə ki, dəmirin çatışmamazlığı - anemiya, yodun - qalxanvari vəzi xəstəlikləri, kalsiumun - sümük, əzələ xəstəlikləri, kalium və maqneziumun - ürək xəstəliklərinin və s. inkişafına səbəb olur.
Orqanizmdə bu və ya digər mineralların defisiti və ya artıqlığı bu kimi xəstəliklərin inkişafına səbəb ola bilər:
- qan xəstəlikləri
- ürək-damar sistemi xəstəlikləri
- dəri, saç və dırnaq problemləri
- kişi və qadınlarda seksual pozulmalar
- allergiyalar
- uşaqlarda boyatmanın və inkişafın pozulması
- zəiflik, halsızlıq, immun sisteminin zəifləməsi və s.
Maraqlıdır ki, orqanizmdə olan bütün mineralların defisitini və ya əksinə artıqlığını insanın saçlarını analiz etməklə aşkar etmək olur. Bu analizin adı "saçların spektral analizi"dir.
Analiz üçün 2-3 mm qalınlıqda və 3-5 sm uzunluqda olan bir neçə saç teli götürülür. Saçlar təmiz olmalıdır.
İnsan özündə bu kimi pozulmalar müşahidə etdikdə saç analizini etməlidir:
- Saçların tökülməsi və qırılması
- Dırnaqların qırılması
- Ürək ritmində pozulmalar, zəiflik
- Dərinin qabıq verməsi
- Tez yorulma
- İştahanın azalması
- Ağızın kənarlarında çatlar
- Əzələ spazmları və qıcolmalar.
Analizin nəticələrinə əsasən həkim insana müəyyən meneralların qəbulunu təyin edə bilər. Balans normallaşdıqda mənfi simptomlar yox olur.
31-12-2021, 08:46 | Stentlə bağlı BİLMƏDİKLƏRİMİZ
Stent burulmuş bir cisimdir. O, açılanda tamamilə genişlənir və tutulmuş damarı da genişləndirir. Bunun nəticəsində qan axımını bərpa etmiş olur.
Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, stentlər iki qrupa bölünür: dərmanlı və dərmansız stentlər.
Stentin üstünlükləri:
- Stent implantasiyası qısa zamanda icra olunur (30-60 dəqiqə).
- Xəstə bir neçə günə normal həyatına geri dönür.
- Daha az travmatikdir, bərpa prosesi sürətlidir.
- Narkozsuz qapalı ürək əməliyyatıdır. Sadəcə giriləcək damar bölgəsi yerli keyləşdirilir.
- Açıq ürək əməliyyatı ilə müqayisədə riskləri daha azdır.
Əgər təkcə damarda problem var və bu damar ana damar deyilsə, quruluşu da uyğundursa, stent taxmaq tövsiyə olunur. Lakin hər daralmış damara stent taxılmaz.
Əgər çox damarda daralma varsa, xüsusən yanaşı olaraq diabet xəstəliyi mövcuddursa, stent taxmaq əvəzinə Bypass tövsiyə olunur. Bədənə qan daşıyan arteriya damarlarının tutulması varsa və əgər bu tutulma qısa məsafəlidirsə, o cümlədən həyatı orqanlarda geridönülməz proseslər törədə bilərsə, bu zaman stent metoduna müraciət edilir.
Stent damar içində açıldıqdan sonra, yəni damara stent qoyulduqdan sonra bütün ömür boyu orada qalır, heç vaxt yerindən tərpənmir. Stent koronar damarda olan darlığı tam aradan qaldırır.