27-12-2021, 12:06 | Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı işçi qrupun yaradılmasından danışdı

Konkret tarixi deməkdə bir qədər çətinlik çəkirəm. Çünki bunun üçün hər bir tərəf razılığını verməlidir və bu qarşılıqlı bir prosesdir. Azərbaycan tərəfi isə öz mövqeyini bildirib. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın xarici siyasəti sahəsində ilin yekunlarına dair mətbuat konfransı zamanı Trend-in "Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması nə zamana planlaşdırılır?" sualına cavab olaraq bildirib.
"Düşünürük ki, qarşı tərəf də bunun qaçılmaz olduğunu, ümumilikdə beynəlxalq norma və prinsiplərə uyğun olduğunu, dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin alternativi olmadığını anlayaraq, yaxın zamanlarda müsbət cavab verəcək", - deyə nazir əlavə edib.
Nazir qeyd edib ki, üçtərəfli Soçi bəyanatında artıq bunun yer alması o deməkdir ki, Ermənistan tərəfi də bunu qəbul edir.
27-12-2021, 11:31 | Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.
AZƏRTAC-a istinadən bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi.
Xəbər yenilənəcək
27-12-2021, 11:23 | Amil Cavadov Dövlət Komitəsinə Aparat rəhbəri təyin olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni Aparat rəhbəri təyin olunub.
qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Amil Cavadov təyin edilib.
27-12-2021, 11:12 | Hazırda əsas məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsidir - General

Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir.
Trend-ə istinadən bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda keçirilən təlimdə deyib.
"Torpaqlarımızın azad edilməsi ilə Azərbaycan Cənubi Qafqazda güc mərkəzinə çevrilib.
Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir. İşlər sürətlə davam etdirilir", - General mayor qeyd edib.
Rəis müavininin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizin minalarla çirklənməsi böyük olduğundan kinoloji taborun xüsusi təyinatlı itləri də prosesə cəlb olunub. Hazırda 10 baş it bu işə cəlb edilib.
"2020-ci ilin yanvarından bu yana pirotexniki qruplarımız Ağdam və Füzuli istiqamətində böyük ərazilərin minalardan təmizlənməsində iştirak edib.
Digər qurumlarla birlikdə fəaliyyətlər davam etdirilir.
Əməkdaşlarımız minaların təmizlənməsi sahəsində beynəlxalq sertifikatlar alıblar və təmizləmədə yüksək səviyyədə iştirak edirlər", - M.Həsənov deyib.
FHN rəsmisi vətəndaşları partlamamış silah-sursat, mina olan ərazilərdə hərəkət edərkən ehtiyatlı olmağa çağırıb.
27-12-2021, 11:09 | Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirir - CANLI

Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransı keçirir.
27-12-2021, 06:25 | Koronavirusdan sonra yaddaş necə bərpa olunur?

COVID-19-dan sağaldıqdan sonra yaranan yaddaşsızlıq problemini zehni təlimlə aradan qaldırmaq mümkündür.
Bu barədə Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov və nevroloq Pavel Xoroşev danışıb.
"Bərpa zədənin dərəcəsindən asılıdır, bu, kiçik damarların tromblaşması, yaddaşa cavabdeh olan müəyyən sayda neyronların söndürülməsi ilə əlaqədardır. Nəticədə, bütün əlaqələr bərpa edilmir, ancaq yaddaş bərpa olunur. Və burada yaddaş təlimi vacibdir. İnsan beyni çox plastikdir və sinir hüceyrələri yaşla əlaqədər daha ləng bərpa olunur", - Çumakov müsahibəsində bildirib.
"Hər şey yalnız təlimdən asılıdır, yüklənmə varsa, orqan yaşayır, yoxdursa, orqanizm bu və ya digər strukturu bərpa etməyəcək", - nevroloq vurğulayıb. (publika.az)
27-12-2021, 06:21 | Siqaret çəkilən evdə nə baş verir

Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır.
Ikincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir.
Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir. Ona görə də ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun. Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin. Evdə siqaret çəkilməsinə yol verməyin. Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.
Siqaret tüstüsündən ayrılan tokiski maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.
Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdəmn incimə ehtimalı daha az olar.
Evinizdə külqabı və siqaret saxlamayın. Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.
Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.
Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan isə siqaret istifadəsinə bağlı səbəblərdən vəfart edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir. /medicina.az
27-12-2021, 06:14 | COVID-19 insan orqanizmində neçə ay qala bilər?

Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olmağa və orada yeddi aydan çox qala bilir.
Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmanın nəticələrində göstərilib.
Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxslərin cəsədlərindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" tapıblar.
Alimlər bildiriblər, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.
27-12-2021, 06:01 | “Fənərbağça”dan qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir. matc.az-a istinadən bildirir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
"Alanyaspor" - "Fatih Karagümrük", "Göztəpə" - "Adana Dəmirspor" matçlarında qalib müəyyənləşməyib. "Rizəspor" doğma meydanda "Qaziantep"ə məğlub olub.
"Fənərbaxça" isə evdə "Yeni Malatyaspor"la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Türkiyə Super Liqası
19-cu tur
25 dekabr
Kasımpaşa - Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.
Girəsunspor - Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.
Qalatasaray - Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.
Trabzonspor - Başakşəhər 0:0
26 dekabr
Rizəspor - Qaziantep 0:1
Qol: Maksim, 44-pen.
Alanyaspor - Fatih Karagümrük 1:1
Qol: E.Bekiroğlu, 54 - Peşiç, 70.
Göztəpə - Adana Dəmirspor 1:1
Qol: Rassul, 78-öz qapısına - Balotelli, 16.
Fənərbaxça - Yeni Malatyaspor 2:0
Qol: Novak, 10. Pelkas, 73.
27 dekabr
21:00 Kayserispor - Sivasspor
21:00 Konyaspor - Beşiktaş
27-12-2021, 05:56 | 45 yaşdan Alsgeymer başlaya bilər - Bu müayinələrdən keçməlisiz

65 yaşdan yuxarı şəxslərdə müşahidə edilən Alzheimer xəstəliyi beynin yaddaş, öyrənmə və planlaşdırma kimi zehni funksiyalara təsir edir.
Alzheimer xəstəliyinin gizli şəkildə irəliləyir. Xəstələr adətən bizə gec, unutqanlıq başladığı zaman müraciət edirlər. Yeni şeylər öyrənməkdə, bir şeyə ad verməkdə, istiqamət və ünvan tapmaqda çətinlik çəkirlər. Təəssüf ki, bu mərhələdə xəstəlik irəliləməyə başlayır.
"Yüngül idrak pozğunluğu" olaraq təyin etdiyimiz ilk mərhələdə Alzheimer xəstələri üzərində edilən skanlarda patoloji hal beyində əslində 20 il əvvəl başlamış olur. Yəni xəstə bizə 65 yaşında şikayətlərlə gəlirsə, əslində 45 yaşından bəri başlayan problemlər mövcuddur.
Bu səbəblə risk qrupunda olan şəxslərin mütəmadi olaraq müayinədən keçməsi vacibdir.
Kolonoskopiya 50 yaşdan yuxarı bütün şəxslərə tövsiyə edildiyi kimi, ailəsində Alzheimer xəstəliyi olan, unutqanlıqdan şübhələnən və xəstəlik üçün risk faktorları olan 45 yaşdan yuxarı insanlara da koqnoskopiya keçirməyi tövsiyə edirik.
Koqnoskopiya metodu qan testləri, genetik və koqnitiv qiymətləndirmələr və daralan beyin sahələrinin müəyyən edilməsi üçün maqnit rezonans görüntüsüdür.
Hipertoniya, şəkərli diabet, piylənmə, insulin müqaviməti kimi ürək-damar xəstəlikləri olanların, siqaret çəkənlərin, yəni risk faktorları daşıyanların 45 yaşından başlayaraq, vaxtaşırı olaraq bu müayinədən keçməsi erkən diaqnoz üçün çox vacibdir. /medicina.az



















