15-06-2022, 09:38 | Konfrans Liqası: klublarımızın potensial rəqibləri açıqlandı

Konfrans Liqası: klublarımızın potensial rəqibləri açıqlandı


Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Zirə" və "Qəbələ"nin də mümkün rəqibləri bəlli olacaq.

Saat 15:00-da başlayacaq püşkatma zamanı "Neftçi" səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.

"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Deçiç" (Monteneqro) və ya "Saburtalo" (Gürcüstan) - "Partizani" (Albaniya) cütünün qalibi ilə, həmçinin "Aris" (Kipr), "Makedoniya" (Şimali Makedoniya) və "Velej"lə (Bosniya və Herseqovina) görüşə bilər.

"Qəbələ"nin mümkün rəqibləri APOEL (Kipr), "Başakşəhər" (Türkiyə), "Fehervar" (Macarıstan), "Aris" (Yunanıstan) və "Radniçki" (Serbiya) komandalarıdır.

"Zirə" isə "Dinamo" (Tiflis, Gürcüstan) - "Payde" (Estoniya) cütünün qalibi, həmçinin BATE (Belarus), "Kayrat" (Qazaxıstan), "Universtatya" (Krayova, Rumıniya) və "Makkabi" (Təl-Əviv, İsrail) komandalarından birinə rəqib ola bilər.

UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" 1-ci təsnifat mərhələsində Polşa "Lex"ini keçə bilməsə, mübarizəni Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcək. Belə olan halda "Qarabağ" "Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova), "Slovan" (Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan), "Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya), "Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) və "Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.

15-06-2022, 09:33 | İngiltərə darmadağına üzüldü, Türkiyə qalib gəldi

İngiltərə darmadağına üzüldü, Türkiyə qalib gəldi


UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Sonuncu oyun günündə 12 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya İtaliyanı, İngiltərə Macarıstanı qəbul edib. İngilislər evdə, italyanlar isə səfərdə böyük hesabla uduzublar.

4-cü qrupda isə Polşa - Belçika və Niderland - Uels qarşılaşmaları baş tutub. Niderlandda bol qollu matç meydan sahiblərinin xeyrinə yekunlaşıb. Belçika isə səfərdə minimal hesabla üstün olub.

C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi Litva ilə üz-üzə gəlib və növbəti qələbə sayəsində rəqibləri üçün əlçatmaza çevrilib. Qrupun digər matçında Lüksemburq Farer Adaları ilə görüşdən heç-heçə ilə ayrılıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
14 iyun

A Liqası, 3-cü qrup

Almaniya - İtaliya 5:2
Qol: Kimmix, 10. İ.Gündoğan, 45+4-pen. Müller, 51. Verner, 68; 69 - Gnonto, 78. Bastoni, 90+4.

İngiltərə - Macarıstan 0:4
Qol: Sallai, 16; 70. Naqi, 80. Qazdaq, 89.

Xal durumu: Macarıstan - 7, Almaniya - 6, İtaliya - 5, İngiltərə - 2.

A Liqası, 4-cü qrup

Polşa - Belçika 0:1
Qol: Batşuayi, 16.

Niderland - Uels 3:2
Qol: Lanq, 17. Qakpo, 23. Depay, 90+3 - Conson, 26. Beyl, 90+2-pen.

Xal durumu: Niderland - 10, Belçika - 7, Polşa - 4, Uels - 1.

B Liqası, 1-ci qrup

Ermənistan - Şotlandiya 1:4
Qol: Bıçakçyan, 6 - Armstronq, 14; 45+1. Makqinn, 50. Adams, 54.

Ukrayna - İrlandiya 1:1
Qol: Dovbik, 47 - Kollins, 31.


Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4, Ermənistan - 3.

B Liqası, 3-cü qrup

Bosniya və Herseqovina - Finlandiya 3:2
Qol: Pyaniç, 5-pen. Dzeko, 29; 58 - Pukki, 10. Kallman, 18.

Rumıniya - Monteneqro 0:3
Qol: Muqosa, 42; 56; 63.

Xal durumu: Bosniya və Herseqovina - 8, Monteneqro - 7, Finlandiya - 4, Rumıniya - 3.

C Liqası, 1-ci qrup

Türkiyə - Litva 2:0
Qol: K.Ayhan, 37. H.Çalhanoğlu, 54-pen.

Lüksemburq - Farer Adaları 2:2
Qol: Rodriqes, 12. Pereyra, 49 - Byartalid, 57; 59.

Xal durumu: Türkiyə - 12, Lüksemburq - 7, Farer adaları - 4, Litva - 0.

D Liqası, 1-ci qrup

Moldova - Andorra 2:1
Qol: Kaymakov, 26-pen. Nikolaesku, 50-pen - Vieyra, 45+4.

Lixtenşteyn - Latviya 0:2
Qol: Qutkovski, 20; 28.

Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0.

15-06-2022, 09:30 | İtaliya son 65 ildə ilk dəfə qapısından 5 top buraxıb

İtaliya son 65 ildə ilk dəfə qapısından 5 top buraxıb



Futbol üzrə İtaliya millisi UEFA Millətlər Liqasının IV tur matçında Almaniyaya 2:5 hesabı ilə uduzub.

Trend-ə istinadən bildirir ki, hesabı 10-cu dəqiqədə almaniyalı yarımmüdafiəçi Coşua Kimmix açıb. İlk hissəyə əlavə olunmuş vaxtda onun komanda yoldaşı İlkay Gündoğan penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü iki qola çatdırıb.

Almaniya millisi ikinci yarıdada rəqiblərinə heç bir şans verməyib: Tomas Müller 51-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. Daha sonra Timo Verner 2 dəqiqədə (68, 69-cu dəqiqələr) dubla imza atıb.

Oyunun sonlarına yaxın italyanlar 2 qol vurmağa müvəffəq olub. 78-ci və oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə müvafiq olaraq Wilfred Nyonto və Alessandro Bastoni fərqləniblər.


Qeyd edək ki, "Skuadra Adzura" 1957-ci ildən bəri ilk dəfə bir matçda 5 qol buraxıb. O zaman italyanlar Yuqoslaviyaya 1:6 hesabı ilə uduzmuşdular.


15-06-2022, 09:16 | “Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata… - VİDEO

“Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata… - VİDEO


Daha əvvəl "WhatsApp" messencerində mesajın öz-özünə silinməsi ilə bağlı taymerlərin əlavə olunacağını xəbər vermişdik.

Sfera.az-a istinadən bildirir ki, artıq tətbiq bu yeni funksiyasını istifadəçilərə təqdim edib.

Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra avtomatik silinəcək.

Əvvəllər mesajların avtomatik silinməsi göndərildikdən 7 gün sonra mümkün idisə, indi tətbiqə daha iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün.

Qeyd edək ki, qarşı tərəfin xəbəri olmadan bu yenilikdən istifadə etmək mümkün olmayacaq. Funksiyadan istifadə edildiyi vaxt mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı da gedəcək.

15-06-2022, 09:10 | DÇ-2022: Qrupların tərkibi dəqiqləşib

DÇ-2022: Qrupların tərkibi dəqiqləşib



Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında qrupların tərkibi dəqiqləşib.

Pley-off mərhələsinin oyunlarından sonra mundiala vəsiqə qazanan bütün komandarın adına aydınlıq gəlib:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland,

B qrupu: İngiltərə, İran, ABŞ, Uels,

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa,

D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis,

E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya,

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya,

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun,

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

15-06-2022, 09:09 | DÇ-2022: Sonuncu vəsiqənin sahibi müəyyənləşib

DÇ-2022: Sonuncu vəsiqənin sahibi müəyyənləşib



Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.

Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib.

Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.


Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda təşkil olunacaq.

23-05-2022, 08:07 | Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM

Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM



Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

20-05-2022, 14:47 | Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM

Şuşa Real Məktəbi bərpa ediləcək - SƏRƏNCAM



Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

20-05-2022, 14:43 | Türkiyədə “Efes-2022” çoxmillətli təlimi keçirilir

Türkiyədə “Efes-2022” çoxmillətli təlimi keçirilir


Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən "Efes-2022" çoxmillətli təlimində iştirak edir.

Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.//milli.az//

10-05-2022, 14:56 | Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir

Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir


Bu gün xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür.

Trend-ə istinadən bildirir ki, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar.

Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyurlar.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.