9-11-2021, 07:57 | Ağızda qəribə dad beyin şişi əlaməti ola bilər - Məşhur həkim

Ağızda qəribə dad beyin şişi əlaməti ola bilər - Məşhur həkim

Ağızda qəribə acı, turş, metallik dadın hiss edilməsi, sanki ağzında paslı dəmir varmış kimi hiss beyin şişinin əlaməti ola bilər.

Bunu rusiyalı məşhur həkim Aleksandr Myasnikov bildirib.

Dad reseptorlarında dəyişiklik beyində sinir problemləri və ya yeni törəmələrlə bağlı olur.

Düzdür, belə hal kovid zamanı da yaranır. Amma digər hallarda insan ağzında dəmir metal tamı hiss edərsə, baş beyin müayinə olunmalıdır.

Bəzi təzyiq dərmanları və antibiotiklər də ağız dadını dəyişir. /medicina.az


9-11-2021, 07:54 | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Xarıbülbül” rəsm sərgisi açılıb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Xarıbülbül” rəsm sərgisi açılıb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Zəfər Gününə həsr olunmuş "Xarıbülbül" rəsm sərgisi açılıb.

Trend bildirir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında açılan sərgi çərçivəsində Xarıbülbül çiçəyi əkilmiş dibçəklər bağa hədiyyə edilib.

RAGB-in məsul katibi Ceyhun Hüseynov sərginin açılışında çıxış edərək toplaşanları təşkilatın sədri Leyla Əliyevanın adından Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, sərgidə azərbaycanlı gənclərlə birlikdə Rusiyanın bir neçə rəsm məktəbinin yetirmələrinin işləri də nümayiş olunur. "Bu gün həm də sərgi çərçivəsində MDU-nun Botanika bağına Azərbaycan incisi - Xarıbülbül çiçəkləri əkilmiş dibçəklər hədiyyə edilib. MDU-nun Botanika bağı 1706-cı ildə yaradılıb və dünyanın ən qədim nəbatat bağlarından biridir. Bu bağda Şuşanın rəmzi Xarıbülbülün də çiçək acacağı bizi çox sevindirir", - deyə C.Hüseynov qeyd edib.

Botanika bağının direktoru Aleksey Reteyum "Xarıbülbül" sərgisinin açılışını təkcə Azərbaycanın deyil, Rusiyanın da mədəni həyatında mühüm hadisə adlandırıb. O deyib: "Mən çox istərdim ki, biz RAGB ilə daha yaxından əməkdaşlıq edək, birgə tədbirlər keçirək. Sizin hamınızı, ümumilikdə Azərbaycanı çox sevirəm. Leyla xanım Əliyevanın dəvəti ilə bir neçə dəfə Azərbaycanda olmuşam. Azərbaycan mənim çox sevdiyim ölkələrdən biridir. Azərbaycanlı gənclər təşkilatının tədbirlərində həvəslə iştirak edirəm, çünki orada hər zaman dostluq ab-havası hökm sürür".

Gənc rəssam Nilufər Həsənova "Qarabağda Zəfərə aparan yol" rəsmi ilə iştirak edir. O, belə bir sərgidə iştirakdan qürur duyduğunu qeyd edərək bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızın, ilk növbədə, Şuşanın rəmzi olan Xarıbülbülün bütün çalarlarını kağızda əks etdirmək, Zəfər bayramı günü rəsmini sərgiləmək olduqca sevindirici və eyni zamanda, məsuliyyətlidir.


Rusiyalı rəssam Anna Baykova qeyd edib ki, RAGB-dən olan dostları ona Xarıbülbül barədə danışandan sonra bu çiçəyin rəsmini çəkmək arzusu yaranıb. "Öyrəndim ki, bu çiçək azadlığın, ədalətin rəmzidir və azərbaycanlılar onu bir rəmz kimi çox sevirlər. Rəsm üzərində işləyərkən Azərbaycanın digər rəmzləri, o cümlədən dövlət bayrağı və gerbi ilə də maraqlandım. Odur ki, rəsm əsərimdə Xarıbülbüllə yanaşı, Azərbaycanın gerbi də əks olunur", - deyə rusiyalı rəssam vurğulayıb.

Qeyd edək ki, sərgidə azərbaycanlı və rusiyalı rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. Açılış mərasiminin sonunda rəssamlara RAGB-in diplomları və hədiyyələri təqdim olunub.










8-11-2021, 10:31 | DTX Zəfər Günü ilə bağlı videoçarx hazırlayıb

DTX Zəfər Günü ilə bağlı videoçarx hazırlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx hazırlayıb.

Həmin videoçarxı təqdim edir:


"Report"

8-11-2021, 06:18 | Feysbuk üz tanıma sistemini ləğv edib

Feysbuk üz tanıma sistemini ləğv edib


"Facebook" sosial şəbəkəsinin rəhbərliyi üz tanınması sistemindən imtina etmək qərarına gəlib.

Bu barədə sosial şəbəkənin sahibi olan "Meta" şirkətinin saytında dərc olunmuş məlumatda deyilir.

"Biz Facebook-un üz tanıma sistemini dayandırırıq. İstifadəçilər artıq foto və videolarda avtomatik aşkarlanmayacaq. Biz bir milyarddan çox insan üçün fərdi üz tanıma şablonlarını siləcəyik", - deyə məlumatda bildirilir.

Sözügedən qərar istifadəçilərin biometrik məlumatların yayılması ilə bağlı şikayətindən sonra verilib.



fins.az

8-11-2021, 06:16 | Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq lazımdır?

Yerə çörək düşdüyünü görəndə mütləq götürüb öpüb göz üstə qoymaq lazımdır?

örək - bərəkət və həyat deməkdir. Bütün ümmətlərdə və xalqlarda çörəyə xüsusi ehtiram olub. Dünyanın bir çox xalqlarının, o cümlədən Azərbaycanın atalar sözlərində çörəklə bağlı fikirlər buna sübutdur. Dinimizdə də Allahın nemətlərinə və bərəkətə qarşı sayğılı davranmaq, bunların qədrini bilmək və bunlara görə Allaha şükür etmək təbliğ olunur. Ənənəyə görə, harda yerə çörək və ya başqa ərzaq düşdüyünü görsələr, onu qaldırıb ayaq altından daha yüksək bir yerə qoyurlar. Əgər çörək təmiz yerə düşübsə, onu qaldırıb əvvəlcə göz üstə qoyur və öpürlər. Əlbəttə, natəmiz yerlərdə sonuncu hərəkəti etmək məsləhət deyil. Çörəyi öpmək və göz üstünə qoymaq dini bir vəzifə deyil, bunu etməyən də günah qazanmır. Bu, xalq inancından qaynaqlanan bir ənənədir. Çörəklə ehtiramla davranmaq, onu israf etməmək, natəmiz yerə düşməsinə imkan verməmək isə insanlıq və müsəlmanlıq borcumuzdur.

milli.az


8-11-2021, 06:14 | Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal qazanıb.


8-11-2021, 06:13 | Oruc insan hələ sübh azanı verilmədiyini düşünərək yeməyə davam etsə...

Oruc insan hələ sübh azanı verilmədiyini düşünərək yeməyə davam etsə...

Əvvəla, bunu qeyd edək ki, qəsdən, oruc vaxtı olduğunu bilərək yemək yeyən şəxsin boynuna həm qəza, həm də kəffarə gəlir, yəni Ramazan ayı bitdikdən sonra həmin günün orucunu qəza etməli, üstəlik, kəffarə də ödəməlidir.
Əksinə, bir şəxs orucunu bilməyərəkdən pozsa, məsələn, oruc olduğunu unudub qeyri-ixtiyari olaraq nəsə yesə, orucu düzgündür və əlavə heç nə tələb olunmur.

Amma əgər bir şəxs hər hansı əlamətlər əsasında (məsələn, saata baxmaq, kimdənsə soruşmaq, vaxtından gec verilmiş azan səsini eşitməklə) hələ imsak vaxtı çatmadığını düşünsə və yeməyə davam etsə, daha sonra araşdıraraq həmin vaxt artıq imsak olduğunu bilsə, gərək həmin gün oruc tutmağa davam etsin, orucunu pozmasın, Ramazan ayı bitdikdən sonra da o günün orucunu qəza etsin. Kəffarə verməsi lazım deyil, təkcə qəza orucu kifayət edir.

Eləcə də, oruc tutan şəxsə başqası imsak vaxtı olduğunu desə, o isə bunu zarafat ya səhv sayıb yeməyə davam etsə, daha sonra o adamın sözünün düz olduğunu anlasa, hökm eynidir. Yəni həmin gün orucu davam etdirməli, sonra qəza orucu tutmalıdır, kəffarə lazım deyil.



8-11-2021, 06:10 | Tarixdə Təbəri adlı bir neçə alim olub?

Tarixdə Təbəri adlı bir neçə alim olub?

Təbəristan hazırda İran ərazisində yerləşən bir məntəqənin adıdır. Buradan çıxmış məşhur şəxslər özlərinə Təbəri və Təbərani nisbəsini (ləqəbini) götürmüşlər. Tarixdə Təbəri kimi tanınan bir neçə alim olmuşdur. Bunların ən tanınmışı Əbu Cəfər Mühəmməd ibn Cərir Təbəridir (839-923). Təbəri məşhur tarix və təfsir kitablarının müəllifidir. Onun məzhəbi barədə fikir ayrılığı vardır. Bir qism tədqiqatçılar onun şiə olduğunu iddia etsələr də, əksəriyyətin fikrincə Təbəri əhli-sünnə məzhəbinə etiqad etmişdir. Onun ənənəvi əhli-sünnə məzhəbi olan şafiiliyə mənsub olması yaxud Cəririyyə adlı yeni məzhəb yaratması da ixtilaflı məsələdir.

Adı, atasının adı və künyəsi onunla eyni olan başqa bir Təbəri ləqəbli alim də miladi IX-X əsrlərdə yaşamışdır. Şiə məzhəbindən olan bu alim "əl-Müstərşid" adlı kitabın müəllifidir. Bəzi tədqiqatçılar "Dəlail əl-imamə" adlı daha bir kitabı da ona mənsub edirlər. Amma bəzi alimlərin fikirncə, bu əsəri miladi X-XI əsrlərdə yaşamış Təbəri ləqəbli daha başqa bir şiə alimi qələmə almışdır.

Nəhayət, miladi XII əsrdə yaşamış İmadəddin Təbəri adlı alim də şiə əqidəsinə inanmışdır, onun "Kamili Bəhai" kitabı çox məşhurdur.



7-11-2021, 20:45 | Məşhur brendlərin ölüm saçan spreyləri: tərkiblərində xərçəng əmələ gətirən maddə tapıldı

Məşhur brendlərin ölüm saçan spreyləri: tərkiblərində xərçəng əmələ gətirən maddə tapıldı

Antiperspirant və qoxuya qarşı məhsullar xərçəngə səbəb ola bilər.

Bu barədə "Naked Since" jurnalı məlumat dərc edib.

Bildirilib ki, bu nəticəyə bəzi məşhur brendlərin dezodorantları və antiperspirant spreylərinin tərkibində yüksək səviyyədə benzol aşkar edən "Valisure" şirkətinin tədqiqatçıları gəlib.

Şirkət 30 markadan 108 partiya spreyi yoxlayıb və onların yarıdan çoxunda benzol aşkar edib ki, onun da miqdarı müəyyən edilmiş normadan xeyli yüksəkdir.

"Nümunələrin 54%-i aşkar edilə bilən benzol səviyyəsini göstərib, bəzi partiyalarda isə normadan doqquz dəfə çox olub. 19 müxtəlif markadan olan bədən spreylərinin yalnız 49 partiyasında benzol aşkar edilməyib", - şirkətdən bildiriblər.

Tədqiqatın nəticələri:

"Procter & Gamble Co" şirkətindən "Old Spice" və Secret" markasının antiperspirantlarının bəzi partiyaları. "Valmart Inc"dən "Equate" və "Tag" vasitələri və "Unilever PLC"dən isə "Suave" markası ən yüksək səviyyədə benzol ehtiva edir.

"Victoria's Secret & Co"dan bir dezodorantda daha az miqdarda, təhlükəli maddə müəyyən edildib. "Sanofi"nin "Gold Bond", "Dove" və "Axe" antiperspirantlarının tərkibində benzol tapılmayıb.

Şirkət artıq ABŞ-ın Ərzaq və Dərman Administrasiyasına tərkibində yüksək benzolun olduğu partiyaların satışından çıxarılmasını tələb edən petisiya təqdim edib.

"Valisure" hesab edir ki, ən yüksək səviyyədə benzol olan məhsulun beş qramı maddənin havadakı konsentrasiyasını 28 ppb-ə qədər artıra bilər ki, bu da EPA sərhədindən 69 dəfə çoxdur.

Benzol, otaq temperaturunda rəngsiz və ya açıq sarı maye olan, şirin qoxulu, tez alışan və havada tez buxarlanan, lakin suda yaxşı həll olmayan üzvi kimyəvi birləşmədir.

Problem ondadır ki, bu, orqanizmin hüceyrələrinin işləməməsinə səbəb olur: nəticədə, sümük iliyi kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etməyə bilər və bu, anemiyaya səbəb olur.

Bundan əlavə, benzol qandakı antikorların səviyyəsini dəyişdirərək və ağ qan hüceyrələrinin itirilməsinə səbəb olaraq, immunitet sisteminə zərər verə bilər. Həmçinin, uzun müddət ərzində qanyaradıcı sistemin bədxassəli xəstəliyi olan leykemiyanın inkişaf riskini artıraraq, kanserogen xüsusiyyətlərə malikdir.

ABŞ Qida və Dərman İdarəsi benzolun təhlükəsini tanıyır. Onu 1-ci sinif həlledici, yəni toksikliyinə görə dərman və köməkçi maddələrin istehsalında istifadə edilməməli olan genotoksik kanserogenlər kimi təsnif edir.


publika.az

7-11-2021, 10:10 | Facebookun istifadəçiləri üçün zərərli olduğu bəlli olub

Facebookun istifadəçiləri üçün zərərli olduğu bəlli olub


Facebook tərəfindən aparılan araşdırmaya görə, 2,9 milyard istifadəçisindən təxminən hər səkkizinci şəxsin sosial şəbəkədən asılılıq kimi problemləri var.

Platformadan istifadənin yuxuya, işə, uşaq tərbiyə etməyə, işdəki məhsuldarlığa və ya münasibətlərə mənfi təsi etdiyi bəlli olub. Bəzi insanlar daim xəbər lentini izlədikləri üçün kifayət qədər yatmırlar, bəzi hallarda valideynlər uşaqlarının qayğısına qalmaqdan və ya onlarla ünsiyyət qurmaqdansa Facebook-a daha çox diqqət yetirirlər.

Bu kimi çətinliklər Facebook istifadəçilərinin 12,5 faizini və ya 360 milyondan çox insanı əhatə edir. ABŞ-da şəbəkədən asılı istifadəçilər təxminən 10% təşkil edir, ancaq "şirkətin ən böyük bazarı" olan Filippin və Hindistanda isə bu rəqəm 25%-ə çatır.

Mütəxəssislərin fikrincə, Meta şirkətinə məxsus olan Instagram və WhatsApp da daxil olmaqla, digər proqramların istifadəçilərində də asılılıq yaranıb.


Trend


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.