15-11-2021, 08:36 | Uşaqlarda koronavirus və pnevmoniyanın əlamətləri

Uşaqlarda sırf koronavirusa xas xarakter simpomları aşkarlamaq çox çətindir. Çünki onlar az qala bütün infeksiyaları eyni cür keçirirlər. Ona görə təkcə öskürək, qızdırmaya əsasən uşağın kovid və ya qrip olmasını heç həkim də dəqiq deyə bilməz.
Lakin pandemiya olduğundan və kovid uşaq orqanizminə ciddi fəsad verən yeni virus olduğundan ayıq-sayıq olub, uşaqda kovidi vaxtında aşkar etmək mütləqdir.
Uşaqlarda koronaovirus adətən mədə-bağırsaq pozulmaları ilə başlayır: ishal, qarın ağrısı, iştahsızlıq, halsızlıq, ürəkbulanma.
Onlarda burun tutulması, öskürək, bronxospazm ola bilər, lakin ağciyərlərdə buzlu şüşə deyilən virus pnevmoniyası böyüklərdəki kimi ağır formada rast gəlinmir.
Dad və qoxu bilmə uşaqlarda az rast gəlinir, lakin çoxu bunu izah edə bilmir.
Əgər ailədə böyüklər kovid olubsa, uşaqlar da xəstədirsə, bu mütləq koviddir. Yox əgər evdə ancaq uşaq qrip kimi xəstədirsə, böyüklərə keçmirsə, bu kovid yox, başqa virusdur.
Azyaşlı uşaqlardan PZR yaxma testi götülmədən də kovid virus infeksiyası kimi simptomlara uyğun müalicə edilir. Ona görə test vermək mütləq deyi. Müalicə seçiminə o təsir etmir.
Uşaqda ağırlaşma olarsa qan analizləri və rentgen oluna bilər.
İstənilən halda, xəstə uşaq digərlərindən təcrid olunmalı, ona kovidli xəstə kimi yanaşılmalı, maska ilə qulluq edilməlidir.
Hansı hallarda uşaq təcili yardımla xüsusi xəstəxanaya çatdırılmalıdır?
- Nəbzin və tənəffüsün sürətlənməsi. Əgər tənəffüs sayı dəqiqədə normadan çoxdursa, bu pnevmoniyaya şübhədir. 5 yaşa qədər uşaqlarda 40 dəfə nəfəs-alıb vermə normadır, 5 yaşdan yuxarı isə 20 sayı normadır. Bundan yüksək siqnaldır.
- Nəfəs alanda uşaq xırıldayırsa
- Dodaqları, ağzının kənarı göyərirsə
- Uşaq çox maye itiribsə - ishal, tərləmə ilə
Uşaqlara kovid zamanı özbaşına antibiotiklər vermək olmaz. /medicina.az
15-11-2021, 08:33 | “Buzlu şüşə” görüntüsü təkcə COVID-19-da deyil, bir çox virus və bakterial sətəlcəmlər nəticəsində də yarana bilər

Sətəlcəm ağciyərlərin iltihabı xəstəliyidir. Ağciyərlərin anatomik quruluşu üzüm salxımı formasında olduğu üçün hər hansı bir virus və ya bakteriya nəticəsində iltihabı proses gedəndə onun divarlarında qalınlaşma baş verir və normal funksiyasını itirir. Həmin halda ilk əlamət özünü öskürək şəklində göstərir. Sətəlcəmin növləri onun törədicisindən asılıdır. Virus, bakterial və kimyəvi sətəlcəmlər var. Xüsusilə körpə uşaqlarda süd istehlak edəndən sonra qaytarma halları olur və bu da sətəlcəm yarada bilər.
Bu barədə pediatr-reanimotoloq Qoşqar İsmayılov məlumat verərək deyib: "Sətəlcəm uşaqlarla yanaşı böyüklərdə də müşahidə edilir. Lakin ona daha çox uşaqlar arasında rast gəlinir. Bu, daha çox onlarda ağciyərlərin anatomik quruluşunun və immun sisteminin tam formalaşmaması ilə əlaqədardır. Payız aylarında ona daha çox rast gəlinir, xəstəlik qrip, burun axması və rinit formasında başlayır və buna kəskin respirator xəstəliklər deyilir. Bunun ardınca hərarət yüksəlir və bir-iki gün sonra quru, sonra isə bəlğəmli öskürəyə keçir. Nəfəs çətinliyi yarananda həkimə müraciət edilir və aparılan müayinə nəticəsində sətəlcəm diaqnozu qoyulur. Müayinə zamanı ağciyərlərdə səslər eşidilir və bu, sətəlcəm üçün patoqonomik əlamət hesab olunur. Uşaqlarda daha çox virus sətəlcəmləri yaranır, immun sistemi zəif olanlarda isə bir qədər sonra bakterial prosesə keçir və bu zaman antibakterial müalicələr tətbiq etmək lazım gəlir.
Onu da deyim ki, uşaq öskürürsə, hərarəti və burun axması varsa, bu, heç də onun antibiotiklə müalicəsi zərurəti yaratmır. İlk növbədə həkim müayinəsi tələb olunur. Proses üç gündən artıq davam edərsə, xəstənin qan müayinələrinə əsasən iltihabı proses yüksək olduğu aşkar olunursa və bakterial prosesə doğru gedirsə, həmçinin üç gündən artıq hərarət 39-40 dərəcədən enmirsə, evdə təbii üsullarla xəstəliyin qarşısını almaq mümkün deyilsə və rentgen müayinəsində sətəlcəm əlamətləri varsa, antibakterial müalicəyə başlanılır. Sətəlcəmin tam müalicəsi üç həftə davam edir. Onun 7-10 günü aktiv müalicə dövrüdür, qalan müddəti isə evdə yataq rejimində aparılmalıdır".
Pediatr-reanimotoloq deyib: "Pandemiyaya qədər sətəlcəm anlayışı əhali arasında o qədər də geniş yayılmamışdı və onu ağciyərin xəstəliyi kimi başa düşürdülər. İndi bəzən yanlış olaraq elə düşünürlər ki, sətəlcəmi və "buzlu şüşə" sindromunu yalnız koronavirus yarada bilər. Əslində belə deyil. Sətəlcəm diaqnozu rentgen müayinəsi zamanı həmişə aşkar olunub. İstər yeni növ koronavirus (COVID-19), istər bakterial, istər digər respirator virus xəstəlikləri olsun, bunların hamısı sətəlcəm yaradır, lakin rentgen müayinəsində müəyyən dəyişikliklər ola bilər. Elə viruslar var ki, ağciyərin aşağı hissələrini, elə bakteriyalar var ki, onlar ümumən ağciyərləri total zədələyir, lakin nəticə olaraq sətəlcəmə səbəb olur. "Buzlu şüşə" görüntüsü bir çox virus və bakterial sətəlcəmlər nəticəsində rentgen müayinəsi zamanı ağciyərlərdə yarana bilər, yəni bu görüntü sırf COVID-19-a məxsus deyil. Lakin pandemiya dövründə kompüter tomoqrafiyasında aparılan belə bir görüntünün təbliğatı onun yalnız COVID xəstəliyi zamanı yarandığı assosiasiyası yaratdı.
Hərarət yüksələndə, angina, faringit, laringit, yalançı inaq və s. xəstəlikləri zamanı vaxtında həkimə müraciət olunanda sətəlcəmə keçmir. Evdə müalicə zamanı, yaxud həkimə müraciət olunmayanda bəzən elə hallar baş verir ki, hərarət olmasa da, daxildə proses gedir. Gecikmə zamanı və yaxud sürətlə gedən xəstəliklər var ki, iki gün ərzində sətəlcəmə çevrilir. Bu, daha çox immun sistemindən asılıdır. Bakterial sətəlcəmə gəldikdə qeyd etmək lazımdır ki, orqanizmdə bakteriya həmişə yaşayır. Onların içərisində ziyanlı olanı da, xeyirlisi də var. İmmun sistemi möhkəm olanda onlar qeyri-patogen halda, yəni zərərsiz formada olur. Elə ki, virusa yoluxma baş verdi, hava şəraiti dəyişdi, immun sistemi zəiflədi, qida qəbul edilmədi və yuxu sistemi pozuldu, artıq onlar üçün əlverişli şərait yaranır və sətəlcəmə səbəb olur".
AZƏRTAC
15-11-2021, 08:19 | DÇ-2022: Xorvatiya millisi rəsmən mundialda!

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu tura start verilib. matc.az-a istinadən bildirir ki, ilk oyun günün 4 qrup üzrə 10 qarşılaşma baş tutacaq.
A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, meydan sahiblərinə isə heç-heçə də sərf edəcək. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edəcək.
B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olacaq. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməlidir. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaq.
H qrupun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcəkdilər. Sözügedən komanda minimal hesabla qalib gəlib və DÇ-yə vəsiqə qazanıb. Qrupun digər oyunlarına gəlincə, Malta Slovakiyanı, Sloveniya isə Kipri qəbul edib. Slovakiya və Sloveniya yığmaları bu oyunlardan qalib ayrılıb.
J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edəcək. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirib. Şimali Makedoniya qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
İndiyə qədər Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.
DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
14 noyabr
A qrupu
23:45. Lüksemburq - İrlandiya
23:45. Portuqaliya - Serbiya
Xal durumu: Portuqaliya - 17, Serbiya - 17, Lüksemburq - 9, İrlandiya - 6, Azərbaycan - 1.
B qrupu
23:45. Yunanıstan - Kosovo
23:45. İspaniya - İsveç
Xal durumu: İspaniya - 16, İsveç - 15, Yunanıstan - 9, Gürcüstan - 7, Kosovo - 4.
H qrupu
Malta - Slovakiya 0:6
Qol: Rusnak, 6; 16. Duda, 8; 69; 80. De Marko, 72.
Sloveniya - Kipr 2:1
Qol: Zayç, 48. Çerin, 84 - Kakulis, 89.
Xorvatiya - Rusiya 1:0
Qol: Kudryaşov, 81-öz qapısına.
Xal durumu: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Malta - 5, Kipr - 5.
J qrupu
21:00. Lixtenşteyn - Rumıniya
21:00. Şimali Makedoniya - İslandiya
21:00. Ermənistan - Almaniya
Xal durumu: Almaniya - 24, Şimali Makedoniya - 15, Rumıniya - 14, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.
11-11-2021, 10:42 | Binalara sonradan edilmiş artırmalar ciddi fəsadlara səbəb ola bilər - AÇIQLAMA

Yaşayış binalarında vətəndaşlar tərəfindən təmir işlərinin qaydalara uyğun olaraq aparılmaması müxtəlif fəsadlara gətirib çıxarır. Son belə hadisələr qonşu Gürcüstanda və Türkiyədə baş verib. Belə ki, Gürcüstanın Batumi şəhərində altımərtəbəli yaşayış binasının uçması nəticəsində 8 nəfər həyatını itirmişdi. Hadisə ilə bağlı mənzillərin birində təmir işləri zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozması ittihamı ilə üç nəfər həbs edilib. Digər oxşar hadisə Türkiyədə də baş verib. Beləki Malatya şəhərində ikimərtəbəli bina uçub, 10-dan çox insan yaralanıb. Sözügedən binanın da uçmasına konstruksiya işlərinin düzgün aparılmasının səbəb olduğu ehtimal edilir və buna görə 4 nəfər saxlanılıb.
Bəs ölkəmizə vəziyyət necədir və təmir işlərinə nəzarət hansı qaydada təşkil olunur?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qonşu ölkələrdə baş vermiş hadisələrin Azərbaycan üçün də bir siqnal olmalı olduğunu deyib. Onun sözlərinə görə, ölkəmizdə, xüsusən də paytaxt Bakıda istismar müddətini bitirmiş yüzlərlə belə bina var ki, bunların əksəriyyətində konstruksiya işləri qaydalara uyğun şəkildə aparılmayıb.
"Binaların qəzalı vəziyyətə düşməsinə bir sıra amillər təsir edir. İtismar müddətini bitirmiş binaların böyük əksəriyyətində artırmalar var, əlavə konstruksiya dəyişikliyi edilib. Bu artırmalar tarazlığı pozur və zatən istismar müddəti bitmiş binaları daha da qəzalı vəziyyətə gətirib çıxardır. Əlavə olaraq yol kənarında yerləşən istismar müddətini bitirmiş binaların əksəriyyətində əvvəl yaşayış sahəsi kimi istifadə olunan birinci mərtəbələr indi qeyri-yaşayış obyektinə çevrilib. Ara divarlar sökülüb, artırmalar edilib, bəzilərinin zirzəmiləri qazılıb, hətta bünövrədən də aşağı enilib, əlavə qapı-pəncərələr açılıb. Təbii ki, bütün bunlar binanın dözümlülüyü zəiflədilir. Binalarda bu cür konstruksiya dəyişikliklərinin edilməsi yolverilməzdir. Bizdən fərqli olaraq Türkiyədə binaların qəzalı vəziyyətə düşməsinin digər bir səbəbi də seysmik aktivliklərdir. Faktiki olaraq bu gün bizdə güclü zəlzələlər qeydə alınmadığından həmin binalar dayanıb. Lakin hansısa bir partlayış, yeraltı təkan baş versə, həmin proseslər bizdə də yaşana bilər", - deyə ekspert bildirib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaşayış binalarında konstruksiya işlərinin düzgün aparılmasına nəzarət etmək balanssaxlayıcı təşkilat, yaxud da icra hakimiyyətlərinin vəzifəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Bunun üçün vətəndaş qanunda nəzərdə tutulan sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Bu sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.
11-11-2021, 10:38 | DÇ-2022-: Millimiz seçmə mərhələsində son oyununu keçirəcək

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Yığmamız DÇ-2022-nin seçmə mərhələsində son sınağına çıxacaq.
A qrupunda yer alan Canni de Byazinin yetirmələri IX turun ilk günündə Lüksemburqla qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bu matç milli üçün formal xarakter daşıyır. Komandamızın A qrupunda sonuncu yeri tutacağı rəsmiləşib.
Qeyd edək ki, qrupun Bakı vaxtı saat 23:45-də başlayacaq matçında İrlandiya Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, IX tur
11 noyabr
21:00. Azərbaycan - Lüksemburq
Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu
11-11-2021, 10:34 | UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Buna səbəb koronavirusa yoluxma hallarına görə yığmamımızın Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.
Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov ("Sabah"), Adəm Topalov ("Səbail") və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.
11-11-2021, 10:23 | “Buster” doza ilə peyvəndlənənlərin orqanizmində koronavirusa qarşı yaranmış anticisimlər daha uzun müddət qalır

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə "buster" doza ilə peyvəndlənmə intensiv hal almağa başlayıb. Ölkədə yarım milyon nəfərə yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub. Bu, yaxşı haldır. Çünki koronavirusla mübarizə üçün kütləvi immunitetin formalaşdırılması vacibdir. İki doza peyvənd vurdurmuş şəxslərin orqanizmində yaranan immunitetin 6 aydan sonra zəiflədiyini nəzərə alaraq, deyə bilərik ki, "buster" dozanın əhəmiyyəti böyükdür. Vaksinasiyanın üçüncü mərhələsində iştirak etməklə vətəndaşların orqanizmində COVID-19 əleyhinə yaranmış anticisimlərin sayı artmağa başlayır. Onu da qeyd edim ki, "buster" dozanın miqdarı digərləri ilə fərqlənmir.
Bunu AZƏRTAC-a açıqlamasında həkim-infeksionist Könül Cəfərova deyib.
Həkim-mütəxəssis bildirib ki, "buster" dozanın fərqli heç bir yan təsiri yoxdur: "Qüvvətləndirici doza nəticəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilir. Risk daşıyan vətəndaşların "buster" doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır keçirmə ehtimalı çoxdur. Koronavirusun son vaxtlar yaranmış AY.4.2 növü daha yoluxdurucudur. Koronavirusun yaranan yeni ştamlarının fərqli xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq ehtiyatlı davranmaq və vaksinasiyada aktiv iştirak etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, hazırda ölkədə istifadə edilən peyvəndlərin hər biri yeni ştamlara qarşı effektivdir. Bütün vətəndaşların "buster" doza ilə peyvəndlənməsi tövsiyə edilir".
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.
11-11-2021, 10:21 | Pandemiya tezliklə bitəcəkmi? - Professordan proqnoz

Türkiyəli professor, Koronavirus Elmi Komitəsinin üzvü Tofiq Özlü hesab edir ki, pandemiyanın bitməsinə hələ çox var və virus bütün dünyanın bəlası olmağa davam edəcək.
Professor dünyada vaksinasiya prosesinin ləng getdiyini bildirib. Professorun sözlərinə görə, pandemiya yaxın gələcəkdə başa çatmayacaq:
"Gənclər bu xəstəliyi yüngül keçirsə də, böyüklərinə, ailə ağsaqqallarına və qohumlarına yoluxdura bilirlər. Yaşlı insanlar xəstəliyi hələ də ağır keçirtməyə davam edir. Bu aspektə diqqət yetirməyə dəyər. Pandemiya əslində heç yerə getmir, davam edir, getdikcə xroniki hala gəlir.
Təxminən iki ilə qət etdiyimiz məsafəyə baxmayaraq, virusla yaşamağa davam edirik. İndi virus hər yerdə yayılıb, bütün dünyada mövcuddur və görünür ki, yayılmağa davam edəcək. Üfüqdə bu pandemiyanı tezliklə dayandıracaq heç nə görə bilmirəm. Peyvəndlər bu baxımdan çox faydalıdır, ağırlaşma halları azalsa da, dünyada ölüm hallarının qarşısı hələ də istənilən səviyyədə alınmayıb.
Dünyada peyvəndlənmə o qədər də yaxşı getmir. Tez peyvənd olunmaqla ağır xəstəliklərin və ölümün qarşısını alsaq, qrip kimi adi mövsümi xəstəlik halına gətirə bilsək, o zaman normal həyata qayıda bilərik. Düşünürəm ki, bu nöqtəyə qısa zamanda çata bilməyəcəyik, virusla yaşamağa davam edəcəyik. Lakin çalışacağıq ki, heç bir məhdudiyyət olmadan həyatımızı davam etdirək". /publika.az
11-11-2021, 10:18 | Korona xəstələri üçün həyati vacib - Saturasiyanı necə ölçməli?

Bildiyimiz kimi, saturasiyanın azalması koronavirusun ağırlaşmasına işarə edən ilk əlamətlərdən biridir. Pulsoksimetrin göstəricisi 93-dən aşağı düşdükdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Çox zaman evdə uzanan xəstənin saturasiyasının aşağı düşdüyünü təxmin etmək olmur, çox zaman xəstə klinikaya saturasiya 80-ə düşdükdə çatdırılır, bu isə həyati təhlükəlidir.
Saturasiyanın düzgün ölçülməsi qaydaları ilə tanış edir.
1. Rahat oturun, qolunuzu masanın üzərinə qoyun.
2. Əllləriniz normal temperaturda olmalıdır. Əllərinin soyuqdursa, bu pulsoksimetrin nəticəsinə təsir edə bilər. Bu halda saturasiyanı ölçməzdən əvvəl əllərinizi isti suda bir qədər saxlayın.
3. Saturasiyanı hər dəfə eyni əldə və eyni barmaqda ölçün.
4. Saturasiyanın ölçülməsi zamanı tərpənməyin. Bu nəticəyə təsir edir.
5. Uzun süni dırnaqlar nəticəyə ciddi təsir edir. Nəticə səhv ola bilər.
6. Saturasiyanı bir neçə dəfə ölçün. Əgər sizdə şübhə yaranarsa, dərhal həkimlə əlaqə saxlayın. /saglamolun.az
10-11-2021, 08:33 | 8 Noyabr sevinc və iftixar günüdür - ICESCO-nun sabiq baş direktoru

8 Noyabr - Zəfərin birinci ildönümü sevinc və iftixar günüdür.
Bunu Trend-ə açıqlamasında ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.
O qeyd edib ki, Azərbaycan xalqı 27 il ərzində səbr etdi, problemin danışıqlar yolu ilə həllinə çalışdı:
"Bu müddət ərzində Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qəbul edilən qətnamələr yerinə yetirilmədi. Beynəlxalq ictimaiyyət isə sadəcə izləyirdi. Nəhayət Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi."
ICESCO-nun sabiq baş direktoru qeyd edib ki, işğal dövründə həmin torpaqlarda tarixi-dini abidələr, kəndlər, şəhərlər ermənilər tərəfindən dağıdılıb:
"Bu işğal nəticəsində insanlar doğma torpaqlarından didərgin düşdü. Ermənilərin pis və köhnə arzuları hələ də davam edir. Bu səbəbdən dünya birliyi möhkəm dayanaraq Qarabağı yenidən qurmaq, bərpa etmək və bu vəhşiliklərin bir daha yaşanmaması üçün Azərbaycana dəstək olmalıdır."


















