7-11-2021, 10:06 | Güləşçimiz dünya çempionatının qızıl medalı uğrunda yarışacaq
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
Altıncı yarış günündə mübarizəyə 1/8 final mərhələsindən qoşulan Osman Nurməhəmmədov (92 kq) Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb.
Millimizin üzvü 1/4 finalda Almaniya idmançısına da heç bir şans verməyib. Yarımfinalda İran pəhləvanından da güclü olan O.Nurməhəmmədov adını finala yazdırıb.
Trend
7-11-2021, 09:56 | Qadınları ovsunlamaq üçün inanılmaz yola əl atdı - ŞOK GÖRÜNTÜLƏR - FOTO

Rusiyada yaşayan Kiril Tereşin adlı şəxs etdikləri ilə növbəti dəfə gündəmə gəlib.
Pyatiqorskda yaşayan 21 yaşlı Kiril keçən il qadınları cəlb etmək üçün qollarına xüsusi kimyəvi maddə vurub və əzələlərini şişirdib. Bu dəfə isə gənc oğlan daha fərqli vasitəyə əl atıb. O, sosial şəbəkələrdə qaşlarını necə qırxmasını əks etdirən video paylaşıb. İzləyicilərinin çoxu Kirilin bu hərəkətini gülüşlə qarşılayıb.
Qeyd edək ki, qollarına xüsusi maddə vurduğu üçün Kirilin səhhətində ciddi problemlər yaranıb. O, isə "sevənləri" üçün bundan sonra da fədakarlıqlar etməyə davam edəcəyini deyib. (publika.az)
7-11-2021, 09:52 | Məşhur professordan sağlamlıq və gözləllik resepti

Bolqarıstan əsilli həkim, genetik, professor Xristo Mermerski bütün dünyada tanınır.
Alim uzun illər ərzində sağlam qidalanma, qocalmanın ləngiməsi, müxtəlif xəstəliklərdən və o cümlədən ürək xəstəlikləri və xərçəngdən qorunma üsulları və s. bu kimi problemlərlə məşğul olur.
Mermerski çoxsaylı kitabların müəllifidir. Professor öz kitablarında təbii vasitələrin köməyi ilə sağlamlığın qorunması üsullarını göstərir.
Mermerskinin ən tanınmış reseptlərdən birini təqdim edir. Bu qarışığın bir çox möcüzəvi faydaları vardir:
- damarları təmizləyir və möhkəmləndirir
- immuniteti stimullaşdırır
- ürəyin sağlamlığını qoruyur
- böyrək və qaraciyərin sağlamlığına müsbət təsir edir
- beyinin qan dövarını və fəaliyyətini yaxşılaşdırır
- yaddaşı möhkəmləndirir
- insult və infarktın riskini azaldır
- arıqladır
- dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır
- xərçənqdən qoruyur
- güc və gümrahlıq verir.
Mermerski qarışığının resepti
- yarım kq duru bal
- 7-8 limon
- 200 qr cücərdilmiş buğda
- 200 qr qoz
- 6 kiçik baş təzə sarımsaq
Hazırlanması:
1. Buğdanı yastı şüşə qaba tökün, üzərinə çıxana qədər ilıq su tökün, 10-12 saat saxlayın. Sonra suyu süzün, buğdanı təmiz su ilə yaxşı yuyun, yenə şüşə qaba tökün, 24 saat saxlayın. 24 saatdan sonra 1-2 mm uzunluqda cücərtilər çıxacaq. Buğda hazırdıq.
2. Buğda, təmizlənmiş qoz və sarımsağı, qabıqlı limonları blenderdən keçirin, üzərinə bal tökün, yaxşı qarışdırın.
3. Qarışığı bankaya yığın, soyuducuda 3 gün saxlayın. Qarışıq hazırdır.
Bu qarışıqdan gündə 4 dəfə hər yeməkdən əvvəl və axşam yuxusundan əvvəl 1 x.q. olmaqla qəbul edin.
saglamolun.az
7-11-2021, 09:08 | Kif nə ilə təhlükəlidir?

Evdə əmələ gələn kif estetik problemlər yaradır - qaralmış divarlar, tavan, kif iyi.
Lakin bu əsas problem deyil. Ən əsası budur ki, kif insanın sağlamlığına ciddi ziyan vurur.
Kif göbələklər tərəfindən əmələ gətirilir. Bu göbələk "kif göbələyi" adlandırılır. Kif göbələyi gün ərzində milyardlarla sporlar (mikroskopik hissəciklər) havaya buraxır. Sporlar dəriyə, nəfəsalma zamanı ağ ciyərlərə, qida qəbulu zamanı həzm sisteminə və s. düşür. Beləliklə, kif göbələyi bütün insanın orqanizm boyu yayılır və insanda "mikoz" (göbələk xəstəliyi) inkişaf edir.
Əgər insan uzun müddət ərzində kiflə təmasda olarsa, bu onun orqanizmində müxtəlif və çox ciddi pozulmalara səbəb ola bilər:
- Dəri xəstəlikləri
- Nəfəsalma sistemi xəstəlikləri ("səbəbsiz" öskürək, zökəm, sinusitlər, hətta astma və pnevmoniya kimi ağır xəstəliklər)
- Dayaq-hərəki apparatı xəstəlikləri (oynaq xəstəlikləri və s.)
- "Səbəbsiz" baş ağrıları, ürəkbulanması, başgicəllənməsi
- Qara ciyər və böyrək xəstəlikləri
- Onkoloji xəstəliklər.
İmmun sistemi zəif olan yaşlı insanlar və uşaqlar üçün kif xüsusilə təhlükəlidir.
6-11-2021, 09:11 | Bill Qeytsdən növbəti qorxunc XƏBƏRDARLIQ: dünya buna hazır olmalıdır

Dünya təkcə yeni pandemiyalara deyil, həm də koronavirusun yayılmasından daha təhlükəli ola biləcək bioloji silahlardan istifadə etməklə mümkün terror hücumlarına hazırlaşmalıdır.
Bu barədə "Microsoft"un qurucusu Bill Qeyts bildirib.
Qeyts bildirib ki, yeni təhlükələrə qarşı mübarizə aparmaq üçün epidemioloji təhlükəsizlik tədqiqatlarına və yoluxucu xəstəliklərlə mübarizə üçün xüsusi mexanizmlərin hazırlanmasına milyardlarla dollar xərclənməlidir.
O, Ümumdünya Səhiyyə Təşkilatını epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrup yaratmağa çağırıb. Qeytsin fikrincə, bu struktur həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşa, onların nəticələrinin aradan qaldırılması üçün ssenarilər tətbiq edə bilər.
"ÜST-ün pandemiya üzrə İşçi Qrupuna hər il təxminən bir milyard ABŞ dolları lazımdır. O, "bakterioloji təlimlər"i izləyəcək və həyata keçirəcək", - "Microsoft"un qurucusu deyib.
"Report"
5-11-2021, 05:04 | Koronavirusun “sevimli orqanları”

İnsan orqanizmində SARS-CoV-2 patogeninin xüsusilə "sevdiyi" 3 orqan var.
Söhbət tənəffüs orqanı, həzm orqanı və ifrazat vəzisindən gedir.
Ölümcül virusdan ən çox təsirlənənlər məhz onlardır.
Bu məlumatı rusiyalı infeksionist Yevgeni Timakov verib.
Mütəxəssis ilk növbədə ağciyərləri qeyd edib.
Onların koronavirusa qarşı həssaslığı COVID-19-un törədicisi tərəfindən çoxalma üçün istifadə olunan çoxlu sayda reseptorların olması ilə əlaqədardır.
Həkimin sözlərinə görə, SARS-CoV-2 üçün ikinci "sevimli" orqan bağırsaqdır.
Bu orqanın işi pozulubsa, immunitet sistemi ilə bağlı problemlər yaranır. Nəticədə, orqanizm üçün patogenlə mübarizə aparmaq çox çətinləşir.
Bu "reytinqdə" şərti üçüncü yeri qaraciyər tutur.
Həkim qeyd edib ki, koronavirus infeksiyası həm də immunitet sistemində ciddi problemlərə yol açır.
Xəstəliyin immunoloji yaddaşa təsirindən ötəri xəstənin orqanizmi digər infeksiyalarla daha pis mübarizə aparmağa başlayır. Nəticədə, insanın yeni xəstəliklərlə qarşılaşma ehtimalı artır.
lent.az
4-11-2021, 09:44 | Havaya atılan karbon səviyyəsi yenidən yüksəlir

[
Qlazqoda baş tutan COP26 danışıqlar ərəfədində hazırlanan Qlobal Karbon Layihəsi tədqiqat qrupunun ilkin hesablamalarına görə, qlobal karbon qazı çirklənməsi bu il pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.
Paris Sazişinin çərçivəsində qlobal istiləşməyə qarşı 2050-ci məqsədlərinə çatmaq üçün ölkələr emissiya səviyyəsini hər il Almaniya və Səudiyyə Ərəbistanının birgə karbon hasilatından daha çox miqdarda azaltmalı olacaqlar.
Qazıntılardan əldə olunan yanacaqın yandırılması nəticəsində bu il emissiyaların səviyyəsi 2020-ci il göstəricisindən 4,9% artaraq 36,4 giqaton CO₂ və ya təxminən 2019-cu il səviyyəsinə çatacağı gözlənilir. Keçən il COVİD-19 ilə əlaqəli karantin və müvafiq tədbirlər dünyanın əksər yerlərində iqtisadi fəaliyyəti məhdudlaşdırdıqdan sonra emissiyalar 5,4% azalmışdı.
4-11-2021, 06:51 | Pandemiyaya qarşı mübarizə aparmaq üçün biz birgə səylərimizi ortaya qoymalıyıq - Kerri Kennedi

Qlobal Bakı Forumu çərçivəsində çox səmərəli müzakirələrin aparılacağına ümid edirəm.
Bunu Robert F. Kennedi İnsan Hüququları təşkilatının prezidenti Kerri Kennedi Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəviyə dair xarici dildə nəşr edilmiş 2 kitabın təqdimat mərasimi zaman deyib.
O qeyd edib ki, bu forumda dünyanın təcrübəli insanları səmərəli müzakirələr aparmaq üçün bir araya gəlir: "Bu forumda dünyanı narahat edən mövzular müzakirə edilir. Hazırki forumun COVID mövzusuna həsr edilməsi çox vacibdir. Bu gün dünya COVİD pandemiyası dövrünü yaşamaqdadır. Pandemiyaya qarşı mübarizə aparmaq üçün biz birgə səylərimizi ortaya qoymalıyıq. Pandemiya ilə mübarizədə vaksinasiyanın əhəmiyyətini nəzərə alaraq vaksinlərin ədalətli paylanmasını təmin etməliyik və əmin olmalıyıq ki, hər kəs təhlükəsizlikdədir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.
Qeyd edək ki, "Nizami Gəncəvi: Şair və Müdrik" kitabının müəllifi Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Sarıgeldin, "Nizami Gəncəvinin Yeddi Gözəl və Ədəbiyyat barədə digər Esselər" kitabının müəllifi isə Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqadır.
Trend-
4-11-2021, 06:39 | Həsrət Cəfərov dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib.
Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib.
Noyabrın 3-də həlledici görüşdə İran pəhləvanıyla münasibətləri aydınlaşdıran Cəfərov gərgin keçən mübarizədən minimal fərqlə olsa da, qalib ayrılıb.
Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb.
Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb.
4-11-2021, 06:36 | Məşhur yazıçının külü kitabına "köçürüldü"

Bu ilin may ayında vəfat edən belçikalı yazıçı Piter Haspeslaqın yandırılmış cəsədinin külləri onun bu yaxınlarda işıq üzü görən son kitabının çapında istifadə olunan mürəkkəbə qarışdırılıb. Həmin mürəkkəbdən kitabın yalnız ilk 25 min nüsxəsində istifadə olunub.
Kitablarını "Piter Aspe" adıyla imzalayan belçikalı yazıçı Piter Haspeslaqın "Van İn" seriyasının 5-ci - son kitabında istifadə edilən mürəkkəb gündəm olub.
Brüggedə bələdiyyə binasında təşkil olunan təqdimat mərasimində iştirak edən Haspeslaqın həyat yoldaşı Tamara Hanqeraf qeyd edib ki, onlar bu şəhərdə evləniblər. Əlavə edib ki, onlar üçün hər şey Brüggedə başlayıb və burada da bitib.
Piter Haspeslaqın 2-si uşaqlara həsr olunmuş 8 romanı var. O, 2010-cu ildə "Herkül Puaro" Ömür Boyu Müvəffəqiyyət Mükafatına layiq görülüb.
Qeyd edək ki, Piter Haspeslaq 68 yaşında ağciyər xəstəliyindən vəfat edib. (publika.az)