22-10-2021, 08:45 | Qrizmann hakimləri təlxək adlandırdı

Qrizmann hakimləri təlxək adlandırdı


"Atletiko"nun hücumçusu Antuan Qrizmannın atası Alen Qrizmann oğlunun Çempionlar Liqasının qrup mərhələsində "Liverpul"la oyunda qırmızı vərəqə almasına münasibət bildirib.

Fransalının fikrincə, 52-ci dəqiqədəki epizodda hakimlər düzgün qərar verməyib.

O, instaqram səhifəsi vasitəsilə "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin "Porto" ilə görüşdəki kobudluğunu əks etdirən foto ilə oğlunun qırmızı vərəqə almasına yol açan epizodun şəklini birləşdirib. Qrizmann hətta almaniyalı hakimlər briqadasını təhqir də edib: "Eyni hərəkətə görə Zlatan İbrahimoviçə sarı, Qrizmanna qırmızı vərəqə göstərilir. Bir dəstə təlxək".

Alen Qrizmann bir neçə dəqiqə sonra statusu silməli olub.

Qeyd edək ki, Antuan Qrizmann "Liverpul"la görüşdə dubl etsə də, komandası 2:3 hesabı ilə məğlub olub.

22-10-2021, 08:42 | Körpə barmağını əmir?

Körpə barmağını əmir?


Hamiləliyin təqribən üçüncü trimestrinin əvvəllərindən (bəzən isə daha əvvəl) başlayaraq körpə öz yumruqları və ayaq barmaqları ilə, həmçinin göbək ciyəsi ilə oynayır və onları sorur.

Bunu ultrasəsli müayinənin köməyilə görmək olar. Bu yolla o, anasının bətnindən ayrılan kimi ona lazım olacaq "əmmə" bacarığını inkişaf etdirir.

Doğuşdan sonra körpə yumruqlarını əmməyə başlayır. Odur ki, yumruqlarını əmməsini, körpənin anadangəlmə vərdişlərindən biri hesab etmək olar.

Əmmə prosesində körpə dərhal sakitləşir, çünki bu ona ana bətnindəki rahatlığı xatırladır.

Körpə öz barmağını, eynilə döşü əmdiyi kimi əmir, odur ki, barmağı əmmək, körpənin döşü düzgün əmib-əmməməsinə heç bir təsir göstərmir. Məhz bu səbəbdən, körpə döşü əmərək sakitləşmədikdə, barmaq işə yarayır. Ana körpənin barmağını yumşaq hissəsi yuxarı şəkildə damağa tərəf çevirir və körpə dərhal sakitləşir.

Lakin, körpə ilk günlər öz bədən hərəkətlərini çətinliklə koordinasiya etdiyi üçün, barmaqlarını və yumruqlarını şüurlu şəkildə yalnız 3-cü ayına yaxın əmməyə başlayır. Bu zaman o nəhayət ki, öz əllərini "tapa" bilir. Bundan sonra, körpə ağzını və əllərini diqqətlə tədqiq etməyə başlayır.

O, öz ağzının quruluşunu nə qədər tez öyrənsə, 1 yaşına yaxın öz nitq aparatını bir o qədər asanlıqla idarə edəcək.

Lakin, körpələrin öz yumruqlarına bu qədər həvəs göstərməsi, xüsusilə, körpənin əllərini dərinə salması nədənsə bir çox valideynləri qorxudur. Barmaq sorma "problemi" barədə danışanda, həkim və ya qohumlardan ilk eşitdiyimiz bu olur: körpə acdır, ananın südü azdır. Yox əgər körpənin çəkisi qaydasındadırsa, o zaman da deyirlər ki, əmmə refleksini təmin eləmək üçün körpəyə dərhal əmzik vermək lazımdır. İlk ağıla gələn, sıxıntı və tənhalıqdan barmağını soran atılmış uşaqların təsviri olur.

Körpənin barmağını əmməsini tərgitmək, yoxsa barmağını doyunca əmməsinə imkan vermək lazımdır?
Cavab kifayət qədər sadədir: əgər siz körpənizi tələbinə uyğun qidalandırırsınızsa, əmizdirmələrin müddətini məhdudlaşdırmırsınızsa, körpəni zəruri taktil təmasla təmin edirsinizsə, özünüzü ana rolunda əzmli hiss edirsinizsə, körpəyə əmməyə döşdən başqa bir şey vermirsinizsə, körpənin üzərində erkən inkişaf təcrübələri aparmırsınızsa, o zaman, barmaq və ya yumruq əmmək sadəcə idraki refleksdir və tezliklə öz-özünə keçib gedəcəkdir.

Bəzi körpələr özlərini çox məzəli aparır: döşü əmməyə başlayan körpə, eyni zamanda yumruğunu da ağzına salmağa çalışır.

Əgər körpə barmağını uzun müddət və israrla əmirsə (10-15 dəqiqədən artıq) və ya barmağı ağzında yatırsa, çox güman ki, o, xoşagəlməz hisslər keçirir. Odur ki, zərif şəkildə barmağı döşlə əvəzləməyə çalışın və körpənin sizə verdiyi siqnallara daha çox diqqət yetirin ki, onun bu həyəcanlı vəziyyətinin səbəbini anlayasınız.

22-10-2021, 08:40 | "Barselona"dan azad agent kimi ayrılır

"Barselona"dan azad agent kimi ayrılır


"Barselona"nın futbolçusu Usman Dembele klubla müqaviləsini yeniləməyəcək.

yaşlı hücumçu növbəti yay transfer pəncərəsində komandadan ayrılacaq. O, "Nyukasl"a azad agent kimi keçməyi planlaşdırılır. Dembelenin İngiltərə klubunda illik 15 milyon avro + 5 milyon avro bonus məvacib alacağı bildirillib.

"Barselona" 2017-ci ildə "Borussiya"dan (Dortmund) 105 milyon avro + 40 milyon avro bonusa aldığı fransalı oyunçu ilə 2 illik yeni müqavilə imzalamaq istəsə də, futbolçu bunu qəbul etməyib.

Əlavə edək ki, Dembele bu mövsüm hələlik komandası ilə meydana çıxa bilməyib.

22-10-2021, 08:38 | Poqba “Mançester Yunayted”lə bağlı qərarı

Poqba “Mançester Yunayted”lə bağlı qərarı



"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı qərarını açıqlayıb.

Müddət əvvəl komandadan ayrılmaq istəyən Fransa millisinin üzvü fikrini dəyişib.

O, Kriştiano Ronaldonun gəlişindən sonra "mankunianlar"da çıxış etmək arzusunu dilə gətirib: "Mançester Yunayted"də oynamağı sevirəm. Ronaldo xüsusi futbolçudur. O, dünyanın ən yaxşılarından biridir və onunla oynamaqdan zövq alıram".

Onun mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməsi gözlənilir. Klub bununla bağlı danışıqları intensivləşdirib.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"in formasını geyinir.

21-10-2021, 12:01 | “Barselona” 18 yaşlı hücumçusu ilə 1 milyardlıq müqaviləni rəsmiləşdirib

“Barselona” 18 yaşlı hücumçusu ilə 1 milyardlıq müqaviləni rəsmiləşdirib


"Barselona" hücumçusu Ansu Fati ilə yeni müqaviləni rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı forvard klub prezidenti Joan Laportanın iştirak etdiyi tədbirdə yeni sözləşməyə qol çəkib.

Kataloniya təmsilçisi də rəsmi saytı vasitəsilə Fatinin 2027-ci ilin yayına qədər müqavilə imzaladığını açıqlayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro olaraq təyin edilib.

Qeyd edək ki, "Barselona" bir müddət əvvəl digər yetirməsi Pedri ilə eyni şərtlərlə yeni müqavilə imzalayıb.

21-10-2021, 11:06 | Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında olub

Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında olub


Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, müdafiə naziri Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub.

Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.

Qeyd olunub ki, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək mürəkkəb və soyuq iqlim şəraitində istismar olunması üçün hazır vəziyyətə gətirilib.

Sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlərin həyata keçirildiyi barədə Müdafiə nazirinə məlumat verilib. Məruzə edilib ki, şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması məqsədilə hər növ mebel və inventarla təmin olunmuş yeni modul tipli konteynerlərdən ibarət yaşayış məntəqələrinin quraşdırılması işləri sürətlə davam etdirilir.

Bundan başqa digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə Mühəndis Qoşunlarının bölmələri tərəfindən çətin relyefli ərazilərdə hərəkət yollarının inşa edilməsi və bərpa olunması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

21-10-2021, 09:00 | Ronaldu Çempionlar Liqasında unikal rekord vurdu

Ronaldu Çempionlar Liqasında unikal rekord vurdu



Mançester Yunayted" in hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "Atalanta" komandasına qarşı oyunda (3: 2) qol vurub.

Bununla da futbolçu turnirin yeni rekorduna imza atıb.

Portuqaliyalı hücumçu 38 klubuna qol vuraraq Çempionlar Liqasının yeni rekordunu müəyyənləşdirib. Ondan əvvəl heç bir oyunçu bu qədər komandaya qol vura bilməyib.

20-10-2021, 09:35 | Facebook" adını dəyişdirməyi planlaşdırır

Facebook" adını dəyişdirməyi planlaşdırır



"Facebook" sosial şəbəkəsi, "İnstaqram" xidməti və "WhatsApp" mesencerinin sahibi olan ABŞ-ın "Facebook" korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Verge" portalı mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, "Facebook"un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

Qeyd edilir ki, "Facebook"un yeni adı "metakainat" konsepsiyasına uyğun olacaq.

20-10-2021, 08:58 | Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu

Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu



UEFA Çempionlar Liqasının qruo mərhələsi çərçivəsində 3-cü turun ilk oyunları keçirilib.

Oyunlarda qeydə alınan nəticələri təqdim edir:

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 3-cü tur
19 oktyabr

A qrupu

Brügge (Belçika) - Mançester Siti (İngiltərə) 1:5
Qol: Vanaken, 81 - Kanselo, 30. Mahrez, 43-pen; 84. Uolker, 53. Palmer, 67.

PSJ (Fransa) - Leyptsiq (Almaniya) 3:2
Qol: Mbappe, 9. Messi, 67; 74-pen - A.Silva, 28. Mukiele, 57.

Xal durumu: PSJ - 7, Mançester Siti - 6, Brügge - 4, Leyptsiq - 0.

C qrupu

Beşiktaş (Türkiyə) - Sportinq (Portuqaliya) 1:4
Qol: Larin, 24 - Koates, 15; 27. Sarabiya, 44-pen. Paulinyo, 89.

Ayaks (Niderland) - Borussiya (Dortmund, Almaniya) 4:0
Qol: Roys, 11-öz qapısına. Blind, 25. Antoni, 57. Haller, 72.

Xal durumu: Ayaks - 9, Borussiya (Dortmund) - 6, Sportinq - 3, Beşiktaş - 0.

B qrupu

Atletiko (İspaniya) - Liverpul (İngiltərə) 2:3
Qol: Qrizmann, 20; 34 - Salah, 8; 76-pen. Keyta, 13.

Portu (Portuqaliya) - Milan (İtaliya) 1:0
Qol: L.Dias, 65.

Xal durumu: Liverpul - 9, Atletiko - 4, Portu - 4, Milan - 0.

D qrupu

Şaxtyor (Ukrayna) - Real (İspaniya) 0:5
Qol: Krivtsov, 37-öz qapısına. Vinisius, 51; 56. Rodriqo, 65. Benzema, 90+1.

İnter (İtaliya) - Şerif (Moldova) 3:1
Qol: Dzeko, 34. Vidal, 58. De Vrey, 67 - Till, 52.

Xal durumu: Real - 9, Şerif - 6, İnter - 4, Şaxtyor - 1.

20-10-2021, 08:51 | Barselona" Fati ilə razılığa gəldi

Barselona" Fati ilə razılığa gəldi

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləni uzadır.

Tərəflər 2027-ci ilin yayına qədər müqavilə imzalayacaqlar.

Ötən gün "Barselona"nın direktoru Mateu Alemani ilə futbolçunun agenti Jorje Mendeşin görüşdüyü və razılıq əldə olunduğu bildirilib. 18 yaşlı hücumçunun təzminat qiyməti isə 1 milyard avro olacaq.

"Barselona" bazar günü "Real"la keçiriləcək "El Klassiko"dan əvvəl Fati ilə yeni müqaviləni açıqlamağı planlaşdırır.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Fatinin "Barselona" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

]
qol.az-

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.