9-10-2021, 09:44 | Feysbuk və instaqramdakı nasazlıq aradan qaldırılıb

Amerikanın feysbuk şirkəti daha əvvəl instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrə səbəb olan problemləri həll edib.
Bu barədə şirkət özünün tviter səhifəsində məlumat yayıb.
"Son bir neçə saat ərzində sosial şəbəkələrimizə daxil ola bilməmisinizsə üzr istəyirik. Problemi həll etdik, bu həftə səbr etdiyiniz üçün bir daha təşəkkür edirik", - xəbərdə deyilir.
"Downdetector" xidmətinin məlumatına görə, bütün dünyada istifadəçilər instaqram və feysbuk sosial şəbəkələrinin işində fasilələrdən şikayətləniblər.
9-10-2021, 09:31 | Millimiz Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək

Azərbaycan U-17 millisi Avro-2023-ün seçmə mərhələsində çıxış etməyəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belə qərarın qəbul olunmasına səbəb isə yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah"), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail") və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ") koronavirusa yoluxması olub.
Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.
AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.
Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.
9-10-2021, 09:30 | Bunu biləndən sonra yumurta qabıqlarını atmayacaqsınız! TƏBİİ DƏRMANın resepti

Bildiyimiz kimi, kalsium elementi insan orqanizmində böyük rol oynayır. Kalsium sümüklərimiz, dişlərimiz və dırnaqlarımız üçün əsas "tikinti" materialıdır.
Bundan əlavə kalsium əzələlər (o cümlədən, ürək əzələsi), gözlər, sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.
Uşaqların, hamilə və uşaq əmizdirən qadınların və yaşlı insanların bu elementə olduqca çox ehtiyacı var. Bu qrup insanlara adətən həkimlər tərəfindən müəyyən kurslarla kalsium preparatları təyin olunur.
Saglamolun.az bildirir ki, kalsiumun çatışmazlığı uşaqlarda ağır pozulma olan raxitə, yaşlı insanlarda isə osteoporoza (sümüklərdə kalsiumun azalması nəticəsində sümüklərin kövrək olması) səbəb olur. Hamilə və uşaq əmizdirən qadınlarda isə kalsiumun çatışmazlığı həm onların özlərinin, həm də uşaqların orqanizmi üçün ziyanlıdır.
Keçmişdə nənələrimiz uşaqlarına yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurdular.
Adi toyuq yumurtası qabığında olan kalsium ən müasir kalsium preparatlarında olan kalsiumdan orqanizm tərəfindən daha asan mənimsənilir. Kalsiumdan əlavə yumurta qabığının tərkibinə dəmir, sink, ftor, fosfor, mis və s. çox vacib elementlər daxildir. Ümumillikdə yumurta qabığının kimyəvi tərkibi insanın dişlərin, sümüklərin və dırnaqların kimyəvi tərkibinə bənzəyir.
Uşaqlarda raxit və anemiya zamanı əsas müalicə ilə paralel olaraq verilən yumurta qabığı çox yaxşı kömək edir.
Böyüklərdə qəbizlik, damaqların qanaması, əsəbilik, dırnaqların kövrək olması və tez qırılması, karies, osteoporoz zamanı və bu xəstəliklərin və pozulmaların profilaktikası üçün yumurta qabığı uğurla istifadə oluna bilər.
Lakin yumurta qabığını düzgün istifadə etmək lazımdır. İlk növbədə yumurta təzə olmalıdır, kənd yumurtası (dükanlarda satılan yox!) istifadə olunmalıdır.
Yumurta axar suyun altında yaxşı yuyulmalı və 5 dəqiqə ərzində qaynadılmalıdır. Daha sonra yumurta soyulur, qabığın içərisində olan nazik pərdə xaric olunur və yumurta qabığı həvəngdəstədə toz halına çatdırılır. Qəhvə üyüdən maşından istifadə etmək tövsiyə edilmir ki, bu halda yumurta qabığında olan faydalı maddələr qismən itir.
Bu qayda ilə hazırlanmış toz quru sərin yerdə şüşə bankada saxlanılmalıdır. İldə 2-3 dəfə olmaqla tozu uşağa (və ya böyüyə) müəyyən kurslarla (2-3 həftə ərzində) vermək tövsiyə olunur. Toz bıçağın ucunda götürülür, üzərinə 1-2 damcı limon şirəsi əlavə olunur (üzərinə limon sıxılır) və uşağa verilir.
Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, yumurta qabığı da yalnız əsas müalicəyə əlavə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər.
9-10-2021, 09:24 | Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

Bu sual hamilə qadınların əksəriyyətini maraqlandırır.
Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.
Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.
Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var. İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində bu maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur. İlk 3 ay ərzində ciftin formalaşması prosesi gedir və bu müddət ərzində döl hələ ki ciftlə tam müdafiə olunmur. Bu səbəbdən bu və digər ziyanlı maddələr nisbətən asan ana qanından dölün qanına düşə bilər.
Hamiləliyin təxminən 16-cı həftəsində cift tam formalaşır və bundan sonra qadın saçlarını boyaya bilər. Lakin bu halda müəyyən qaydalara riayət etmək lazımdır:
- ammonyak tərkibli davamlı boyalardan imtima edin. Hal hazırda satışda müxtəlif tərkibində ammonyak olmayan saç boyaları var (boyanın qutusunun üzərində "без аммиака" qeydi var). Orqanik boyalar, xüsusi köpüklər və şampunlar davamlı effekt verməsələr də, orqanizm üçün, demək olar, tam ziyansızdır. Ən ziyansız boyalar isə təbii boyalardır - xına və basma. Bu təbii boyalar həm də saçların keyfiyyətini yaxşılaşdırır, onları daha möhkəm edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazilir və tökülür.
- salona səhər saatlarında gedin ki, orada olan hava daha təmiz olsun.
- hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində hətta allergiyaya meyilli olmamayan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçları boyadıqdan əvvəl belə bir test edin. Axşamdan boyanın kiçik hissəsini qulaqın axrasına çəkin və səhər nəticəni qiymətləndirin. Əgər dəridə qızarma, qaşınma və s. olarsa, saç boyasını dəyişin.
Qadında allergiyaya meyillik olarsa, hamiləlik zamanı saçları boyamaq məsləhət deyil.
- hamiləlik zamanı qadının hormonal fonu kəskin dəyişilir və bu səbəbdən istədiyiniz rəng alınmaya bilər (daha tünd və ya daha açıq, qeyri-bərabər rəng, "ləkəli" saçlar). Bu səbəbdən əvvəl boyanı saçın kiçik dəstəsində yoxlayın. Nəticə sizi qane edərsə, bütün saçlarınızı boyaya bilərsiniz.
- hamiləlik zamanı "melirovaniye" və "kolorirovaniye" kimi müasir üsullara üstünlük verin. Bu zaman saç boyası dəri ilə təmasda olmur və bu səbəbdən onun tərkibində olan maddələr ananın qanına düşmür.
Beləliklə, hamiləlik zamanı müəyyən qaydalara riayət etməklə saçları boyamaq olar.
9-10-2021, 09:19 | E vitamininin orqanizmə və dəriyə təsiri...

Yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayr.
Dəri - insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəli kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq qorumaya ehtiyacı var.Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər.
Ümumi fenomen olan - fotoqocalma, günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndiri. Ultrabənövşəyi şüalar - sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələri də, ultrabənövşəyi şüaların təsirindəm məhv ola bilirlər.
Sərbəst radikallar - yüksək reaksiyalı qabiliyyətə malikdirlər. Onların məhv edici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar sərbəst radikalların DNK, zülal və digər vacib molekulları zədələməmiş qarşısını ala bilirlər.
Lakin ultrabənövşəyi şüalanmanını dozası artdıqca antioksidant qoruma zəifləyir və bu antioksidant qoruma sistemi daha az sərbəst radikalı bağlama gücünə malik olur. Bu sərbəst radikallar isə - toxumaların müxtəlif zədələnməsiə, DNK və zülalların modifikasiyasına gətirə bilərlər. Bu tip zədələnmə vaxtından əvvəl qocalmaya və hətta daha ciddi dəri problemlərinə səbəb ola bilir(dəri xərçəngi). Məhz bu səbəbdən bir çox insanların seçdiyi səhv qida rasionu, müxtəlif pəhrizlər və qeyri stabil qidalanma, gələcəkdə bir çox xəstəlikk və zədələnmələrə səbəb olur. Buna görə, hər bir insan ən əsası normal qidalanma, günəşin çox qızmar vaxtında günəş altında olmamaq və sağlamlığının qorunması üçün bir çox digər qaydalara əməl etməlidir.
E vitamin həmçinin iltihabəleyhi effektinə malikdir. Bu səbəbdən bir çox kosmetik vasitələrin tərkibində bu maddə istifadə olunur.
Bu vitaminə olan ehtiyacı qida məhsullarından əldə etmək daha məsləhətli olduğundan, sizə E vitamini ilə zəngin olan məhsulları bir neçəsinin adını təqdim edirik:
Buğda, buğda yağı, taxıl, rafinə olunmamış bitki yağı, qoz, tum, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, balıq və ümumilikdə bütün dəniz məhsulları.
9-10-2021, 09:18 | Saçların tez uzanması üçün 10 effektiv üsul...

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.
Müasir zamanın tələbləri qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. Bu məqalədə sizə saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edirik:
Beləliklə, 1 -ci üsul.
Nikotin turşusu(B3 vitamini, PP vitamini, nikosinamid) bir çox saça baxım vasitələrinin tərkibində vardır. Bu maddə, uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur. Onun sayəsində saçlar nəmlənir, saç kökləri möhkəmlənir, qan dövranı yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar, 1 ayda saçların 4 sm artmasını deyirlər. Nikotin turşusu apteklərdə satılır.
İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulaları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir.
2 - ci üsul.
Bu siyahıda xardal maskası da ön sıralardadır. Xardal dərini isidərək, "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.
İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.
3 - cü üsul.
Zeytun və gənəgərçək yağı(kastorka) saç ların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamiya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.
4 - cü üsul.
Uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:
- B qrup vitaminləri(B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.
- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.
- İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.
- C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.
- E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.
- Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.
5 - ci üsul.
Baş dərisinə də detoks lazımdır. Trixoloqların fikirlərinə əsasən, baş dərisində toksinlərin yığılması və oksigen çatışmazlığı nəticəsində, dəri atonik və cansız olur. Bu səbəbdən, soğanaqların kövrəkliyi artır və onlar sağlam saç istehsal edə bilmirlər. Toksinləri çıxaran, folikulları qoruyan və stimullaşdıran məhsulları istifadə etməniz məsləhət görülür. Bir çox mərkəzlərdə "baş dərisini detoksı "xidməti təklif olunur. Ev şəraitində isə bunu yalnız detoks- şampununu istifadə etməklə edə bilərsiniz.
6 - üsul.
Saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlə. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.
7 - ci üsul.
Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.
8 - ci üsul.
Saçları yuduqda, baş dərisini bir neçə dəqiqə masaj etmək məsləhət görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.
9 - cu üsul.
Saçların ən aşkar uzdılma üsulu, onları 7-8 ay ərzində kəsməməkdir. Lakin, o qədər də rahat üsul deyil. Belə ki bu müddət saçlara olan baxım 2 dəfə artıq olmalıdır. Bu aylar ərzində mütləq olaraq, maskalar, yuylduqdan sonra sürtülən qoruyucu və qidalandırıcı sprey və kremlədən istifadə etmək lazımdır. Bu üsulla siz, həm saçların uzanmasını aşkar görəcəksini, həmçinin maskalar və digər vasitlərlə saçlarınıza qulluq etməklə onlara sağlam və gözəl görkəm verəcəksiniz.
10 - cu üsul.
Beləlilkə son üsul da həmçinin baş dərisi ilə əlaqəlidir. Artıq məlum olduğu kimi baş dərisi üçün yaxşı qan dövranı lazım olduğundan, baş dərisi isə öz növbəsində folikkulara bir başa təsir etdiyindən, daxilə qəbul etdiyiniz məhsullardan əlavə xarici təsiri olan vasitələrə də əl atmaq olar. Belə ki, kosmetik vasitələrdən sayılan ampulalara diqqət yetirin. Bunlardan nanə və ya çay ağacı cövhəri çox məsləhət görülür. Bundan əlavə saç inkişafını stimullaşdıran şampunlar, baş dərisinin pilinqi üçün istifadə olunan skrablar da öz nəticəsini göstərmiş olacaqlar.
9-10-2021, 09:14 | Balın xeyiri, əks göstərişi və saxlanma müddəti...

Hamımızın yaxşı tanıdığı bal - bal verən arıların həyat fəaliyyətinin məhsuludur. Lakin baldan əlavə bu arıların həyat fəaliyyətinə aid edilən digər xeyirli məhsullar da vardır. Bunlardan : mum, arı yapışqanı və tozcyqdur.
Arılar tərəfində istehsal edilən bütün məhsullar, orqanizm üçün çox xeyirli olan xüsusiyyətlərə malikdirlər.
Balın- xeyirli xüsusiyyətləri.
Bal - şəkərdən daha şirin olub, kifayət qədər kalorili məhsuldur. 100 qr balda - 300 kilokaloriy vardır.
Tərkibində olan kaliy elemetinin sayəsində, bal, bakteriyaları məhv etmə xüsusiyyətinə malikdir. O, elə bir mühit yaradır ki, orada bakteriyalar yaşaya bilmir. Hər birimizin bilirik ki, bakteriyalar nəm mühitdə yaşayıb, çoxalırlar. Kaliy isə o nəm mühiti onlardan alaraq, nəticədə məhv etmiş olur.
Balın tərkibində : maqniy, dəmir, fosfor, marqanes, kaliy, xlor və kalisy vardır. Bunların hamısı torpaqda olan təbii elementlərdir ki, arının bal topladığı bitkiyə torpaqdan keçirilir. Bu o deməkdir ki, torpaq nə qədər bu minerallarla zəngindirsə, ondan alınan bal da o qədər zəngin olacaq.
Mütəxəssislərin dediyinə görə, tünd rəngli balın tərkibində, mis, açıq rəngli baldan daha çoxdur. Məhz bu səbəbədən bir çoxları tünd rəngli bala üstünlük verirlər. Hemoqlobin və onun qanda olan tərkibinin dəmirlə qırılmaz olaraq əlaqəli olması, dəmirin balın tərkibində çox olması bu məhsulu daha xeyirli edir. Məhz dəmir, hemoqlobinin oksigeni saxlamaq imkanının qoruyur və stimullaşdırır.
Balın tərkibində olan B2 vitamini, reproduktiv funksiyanın requlyasiyası və inkişafı üçün əvəzolunmazdır. Həmçinin bu vitamin qalxanvari vəz, dırnaq və dəri üçün lazım olan xeyirli xüsusiyyətlərə malikdir.
Həmçinin tərkibində olan nikotin turşusu orqanizmin proseslərində mühüm rol oynayıb, xolesterinin çıxarılmasına səbəb olur və damarları genişləndirir.
Bir çox xeyirli xüsusiyyətləri olan balın, digər şəkərlərdən üstün olan cəhətləri:
- oraqnizm balı çox tez və rahat həzm edir
- yüngül işlətmə xüsusiyyətinə malikdir
- həzm traktının selikli qişasına qıcıqlandırıcı təsir göstərmir
- sedativ preparat olub, sakitləşdirici təsirə malikdir
- şəkərdən fərqli olarq, böyrəklərə onu ötürmək daha rahatdır
- terapevtik xüsusiyyətlərə malikdir
Müasir zamanda bir çox insanlar stress və sinir pozğunluğundan əziyyət çəkdiklərinə görə, bir çox sakitləşdirici preparatlar müraciət edirlər. Lakin bütün sakitləşdiriciləri ziyansız adlandırmaq mümkün olmadığından, məhz bu xeyirli və sakitləşdirici təbii məhsulu istifadə etmək məsləhət görülür
Həmçinin bal, ağrını götürdüyündən, onu öskürək zamanı və artrit xəstəliyindən əziyyət çəkən insanlara məsləhət görürlər.
Balın əks götərişi və ziyanı.
Bu qədər xeyiri olduğu ilə birgə, balın əks göstərişi də vardır. İlk növbədə bu məhsul, bal və onun təşkil olunduğu məhsullara allergiyası olan insanlara məsləhət görülmür. Hərdən isə balın müəyyən bir növünə allergiya da mümkündür.
Həmçinin yadda saxlayın ki, bal, 40 qradusdan yuxarı dərəcədə qaynadıqldıqa bütün xeyirli xüsusiyyətlərini itirir. 60 qradusdan yuxarı dərəcədə qaynadıldlqa isə toksik oksimetilfurfurolun ayırlması baş verir ki, bu da orqanizmə ciddi ziyan vura bilir.
Balın düzgüb saxlanılması.
Təbii məhsul olan və qatışığı olmayan bal, çox yaxşı saxlana bilir. Ən əlverişli saxlamaq qaydası qaranlıq və soyuq mühitdir. Burada əlavə qoxunun olmaması daha məsləhətdir, belə ki, bal o qoxunu özünə hopa bilər.
Saxlanılan qabın isə şüşə olması daha məsləhətlidir. Qabın qapağı möhkəm bağlanarsa bal,heç bir əlavə qoxunu özünə hopdura bilməz. Qətiyyən dəmir, aliminium, sink qablarda bu məhsulu saxlamaq olmaz. Bu halda balın tərkibində zəhərli maddələr əmələ gələ bilər.
Saxlanma müddəti 1 il sayılır, Belə ki, bu müddətdən sonra, bal öz xeyirli xüsusiyyətlərini aktiv itirməyə başlayacaq.
9-10-2021, 09:09 | Tibbi bankalar haqqında HƏQİQƏT. Kimə olar, kimə olmaz?

İlk "banka"ları hələ Qədim Misirdə Və Qədim Çində istifadə edidilər. Onları mis, burunc və gildən hazırlayırdılar. Yaxın keçmişdə tibbi bankalar tez-tez istifadə olunan müalicə üsullarından biri idi.
Bankaları xəstələrə həkimlər təyin edirdi. Lakin hal hazırda bankaları daha çox xalq təbabəti üsullarına aid edirlər və həkimlərin əksəriyyəti onları xəstələrə təyin etmirlər. Bir çox Avropa ölkələrində bankalardan ümumiyyətlə istifadə olunmur, ABŞ-da onlar hətta qadağandır.
Saglamolun.az xəbər verir ki, əvvəllər bankalar əksər hallarda müxtəlif tənəffüs orqanları xəstəlikləri zamanı istifadə olunurdu. Belə hesab olunurdu ki, banka qoyulan yerdə qan və limfa dövranı güclənir ki, nəticədə orqanizm xəstəliklə daha aktiv şəkildə mübarizə aparır. Lakin bu qismən belədir.
Bəli, bankaların təsirindən qan və limfa dövranı həqiqətən güclənir ki, bunun nəticəsində orqanizmdə olan infeksiya daha sürətlə miqrasiya etməyə (hərəkət etməyə) başlayır və tez yayılır.
Məhz bu səbəbdən hal hazırda həkimlər kəskin traxeit, laringit, kəskin və xroniki bronxit, pnevmoniya (kəskin dövrdə), plevrit zamanı bankaların istifadə etməsinə qəti şəkildə icazə vermirlər. Bankaların istifadəsi pnevmoniya zamanı xüsusilə təhlükəlidir ki, xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər.
Bankalar sadaladığımız xəstəliklərin yalnız sağalma dövründə, sağalma prosesini bir qədər sürətləndirmək üçün istifadə oluna bilər.
Bankalar ağrıları (baş, əzələ, oynaqlar) çox yaxşı müalicə edir. Belə hesab olunur ki, bankalar əzələlərin gücünü artırır. Məhz bu səbənbdən son zamanlar müxtəlif iri idman yarışlarında bəzi idmançılar bu üsuldan çox geniş istifadə edir. Mütəxəssislər onu hətta "təbii dopinq" adlandırırlar.
Bankalar nə zaman qadağandır?
Bankalar müxtəlif şişlər (xoş- və bədxassəli) zamanı əks göstəriş sayılır.
Müxtəlif dermatitlər (dəri iltihabları), dəri infeksiyaları, dəri travmaları zamanı da bankaları qoymaq olmaz.
Qıcolmalara meyilli olan insanlara, xəstəlik və ya digər səbəblərdən həddindən artıq arıqlamış və zəifləmiş insanlara, ciddi ürək xəstəlikləri olan insanlara (ürək qüsurları, ağır hipertoniya, stenokardiya tutmalarının tez-tez təkrarlanması, kəskin ürək çatışmazlığı və s.), 3 yaşına kimi olan uşaqlara tibbi bankalar qoyulmur.
Xəstənin qızdırması 37,5 C-dən yuxarı qalxanda da bankaların istifadəsi qadağandır.
Beləliklə, tibbi bankaları yalnız həkimin müayinəsindən sonra və həkimin icazəsi ilə istifadə etmək olar. Əks halda siz xəstənin sağlamlığına ziyan vura bilərsiniz.
9-10-2021, 09:05 | Tez yağlanan saçlar üçün dəyərli məsləhətlər...

Bir çox xanımların əsas problemlərində biri də tezyağlanan saçlardır. Çoxları ele düşünür ki, saçları tez tez yuduqda bu problemi aradan qaldırmaq olar.
Lakin, bu belə olmamaqla bərabər tam əks təsir göstərə bilir. Səbəb odur ki, saçlarınızı tez-tez yuduqda , siz piy vəzilərinin işini daha da gücləndirmiş olursunuz, və bununla saçlar yağlandığından daha çox yağlanmağa başlayır.
Dermotoloqların fikrinə əsasən saçları həftədə 4 dəfədən artıq yumaq olmaz. Əgər səhər yuyulan saçlar axşam yağlanırsa, o zaman buna səbəb olan orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır.
Saçlar niyə tez yağlanır?
Buna səbəb genetik meyl və ya sonradan qazanılmış səbəblər ola bilər.
Müəyyən preparatların qəbulu, stress və qadın xəstəliklərin orqanizmdə hormonal pozğunluqlara gətirə bilər. Bu isə insanın xarici görünüşünə təsir edə bilər.Bu saçların yağlılığı ilə də müşahidə oluna bilər.
Problem daxili orqanlarda olduqda isə, heç bir kosmetik vasitələr bu problemin həllinə kömək edə bilməz. Belə vəziyyətdə həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir.
Həmçinin vacib əsaslardan biri mineral və vitamin komplekslərinin düzgün qəbuludur. Bunlardan :sink və A, B, E, C vitaminləridir. Bunun üçün isə düzgün qida rasionu və rejim mütləqdir. Çünki bunlar insanın immun sisteminə və ümumi fiziki vəziyyətinə bir başa təsir edir.
Yadda saxlayın, yarımfabrikat, acı, duzlu və yağlı yeməklər, şirniyyat, arıqlamaq üçün saxladığınız pəhriz bütün daxili sistemin iş prinsipinə mənfi təsir göstərmiş olur.
Baş dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən kosmetik vasitələr olan, şampun, balzam və maskalardan istifadə edə bilərsiniz. Həmçinin dermotoloqlar saçları ilıq su ilə yumağı, soyuq aylarda isə papaq taxmağı məsləhət görürlər. Kimyəvi burma və boyama isə baş dərisinin vəziyyətini pisləşdirir və piy vəzilərinin işini gücləndirir.
Sonda isə sizə yağlı saçlar üçün istifadə olunan bəzi maskaları təqdim edirik:
Alma sirkəsi maskası.
Xırda doğranmış alma və 1 x/q sirkə qatışdırılıb,10-20 dəqiqəlik baş dərisinə sürtülür. Sonradan ilıq su ilə yuyulur.
Gicitkən maskası.
500 qr gicitkəni və 1/2 lt suyu qazın üzərində bir neçə dəqiqə qaynadmaq lazımdır. Sonradan soyuduqdan sonra onu süzüb saçları hər yuduqdan sonra balzam kimi istifadə etmək məsləhət görülür.
Kefir maskası.
Kefiri baş dərisinə sürtüb, 20 dəqiqə saxlamaq lazımdır. Sonradan saçları ilıq su ilə yaxşı yuyub, axırda sirkə ilə qarışdırılmış su ilə yaxalamaq yaxşı effekt göstərir.
9-10-2021, 09:03 | Üz dərisinin pilinqi nədir və bu prosedur nə üçün lazımdır?

Pilinq - hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda , 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir.
Pilinq sözü - qabıq vermək kimi tərcümə olunduğuna görə, dərinin təmizlənməsi mənasına gəlir. Pilingin bir neçə növü mövcuddur: yüngül, orta və dərin pilinq.
Yüngül pilinq - meyvə turşularının əsasında baş verir.Proses turşu məhlulunun dəriyə 1 qat sürtülməsi ilə baş verir. Lakin bu turşu məhlul məişətdə istifadə olunan turşular deyil, kosmetologiyada istifadə olunan populyar meyvə turşularıdır. Bunlardan: limon, badam, salisil, süd, retionel və s kimi turşu məhlullarıdır.
Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o , xəstə və solğun görkəm alır.
Dərinin sağlam vəziyyətdə saxlanılması üçün ildə 2 dəfə meyvə turşulu pilinq kifayət edir.
Pilinq nə edir və onun köməyi ilə hansı problemlərdən azad olmaq olar:
- dərinin rəngini yaxşılaşdırır
- dərinin teksturası yaxşılaşır- dəri hamar və yumuşaq olur
- məsamələr təmizlənir və daralır
- piqmentasiya ağarır
- akne(sızanaq və qara nöqtələrin müalicəsi)
- sızanaqlardan sonrakı ləkələrin təmizlənməsi
- dərinin liftinqi - dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir
- dərinin artıq yağı azalır.
- dəri nəfəs alır, nəticəsə isə cavanlaşır
Bu prosedurdan sonra dər, bir neçə gün qabıq verir və bununla ölü dəri qatından azad olaraq, dərinin cavan və daha sağlam görünüşünü müşahidə etmək olur. Dəri tipinə uyğun olaraq kosmetoloqla sizə hansı piling növünün lazım olduğunu məsləhət almağınız daha düzgün olar.
Unutmayın, dərinizə yaşlı dövrdən deyil, artıq 20 -25 yaşlarından başlayaraq qulluq etmək lazımdır!


















