30-09-2021, 08:21 | İmmunitetin möhkəmləndirilməsi üçün İ XALQ TƏBABƏTİ

İmmunitetin möhkəmləndirilməsi üçün İ XALQ TƏBABƏTİ


- ½ stəkan çuğundur şirəsi + ½ stəkan kök şirəsi + 1 çay qaşığı bal və + 1 xörək qaşığı limon şirəsi. Bu qarışımı hər gün için.

- ½ limonu boşqabda qabığı ilə birlikdə xırda-xırda doğrayın (sirəsi qalmaq şərtilə). Üzərinə orta ölçüdə olan 7-8 diş sarımsaq xırda-xırda doğrayın. Bunları ½ litrlik şüşə bankaya yığaraq üzərinə qaynadımış soyuq su töküb doldurun. Bu qarışığı 4 gün ərzində qaranlıq yerdə saxladıqdan sonra onu soyuducuya qoyun (içərisindəki limon və sarımsaqları alınan şirədən ayırmamaqla). Alınan bu tərkibi hər gün yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla daxilə qəbul etmək tövsiyə olunur. Bankada şirənin miqdarı az qaldıqda bu tərkibi başqa bir bankada yenidən hazırlamaq (bunun qəbulunda fasiləyə yol vermədən oktyabr ayından mart ayına qədər qəbul etmək) lazımdır.

- 500 qram xırdalanmış qoz + 300 qram bal + 100 qram aloe şirəsi və 4 ədəd limonun şirəsini yaxşı-yaşı qarışdıraraq 1 gün ərzində qaranlıq yerdə saxlayın. Alınan tərkibi 1 xörək qasığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq qəbul etmək məsləhət görülür.

- ½ stəkan kişmiş + 2 ədəd limon (qabıqlı) + 1 stəkan qoz ləpəsi + ½ stəkan badam ləpəsi. Qoz və badamı qabaqcadan xırdalamaq, limonlarları isə tumları çıxarılmaqla sürtgəcdən keçirmək və ya ət maşınında çəkmək lazımdır. Bu qarışığın üzərinə ½ stəkan bal əlavə edib yenidən qarışdıraraq 3-5 gün ərzində otaq temperaturunda qaranlıq yerdə saxlamaq tövsiyə olunur. Alınan bu tərkib gündə bir dəfə, 1 xörək qaşığı olmaqla yeməkdən 1 saat əvvəl qəbul edilir. Payız və qış aylarında bu dadlı və faydaı "dərman" hər gün qəbul oluna bilər.

- 0,5 kq quşüzümünü əzib, üzərinə 1 stəkan qoz ləpəsi və 2-3 ədəd doğranmış yaşıl alma (qabıqlı şəkildə) əlavə edin. Daha sonra bunların üzərinə 0,5 stəkan su və 0,5 stəkan şəkər tozu əlavə edərək vam odda bişirin. Alınan bu tərkibi şüşə bankalara yığaraq, immuniteti möhkəmləndirmək məqsədi ilə, gün ərzində 2 dəfə (səhər və axşam) 1 xörək qaşığı olmaqla qəbul etmək tövsiyə olunur.

- ½ stəkan ağ turp və kök şirəsinin üzərinə 1 xörək qaşığı bal və 1 xörək qaşığı limon şirəsi əlavə edərək qarışdırın. Epidemiya dövrlərində alınan bu qarışığı, gündə 2 dəfə (səhər və axşam) olmaqla 1 xörək qaşığı həcmində qəbul etmək lazımdır.

- ½ stəkan cücərdilmiş buğdanı həvəngdəstədə əzib üzərinə ½ stəkan bal və 2 xörək qaşığı aloe şirəsi əlavə edib qarışdırın. Alınan qarışığı 1 ay ərzində gündə 3 dəfə yeməkdən qabaq, 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.

- Hərəsindən 1 xörək qaşığı olmaqla badrənc, nanə, dazıotu, cökə ağacı çiçəkləri götürüb üzərinə 1 litr qaynar su tökün. 15-20 dəqiqə keçdikdən sonra dəmləməni süzün və gün ərzində qəbul edin.

- Bir barmaq ölçüsündə olan zəncəfil kökünü təmizləyib xırda sürtgəcdən keçirib üzərinə 1 litr qaynar su əlavə edin. Bir qədər soyuduqdan sonra üzərinə xırda-xırda doğranmış 1 ədəd limon (qabığı ilə birlikdə) və bir qədər bal (zövgə görə) əlavə edərək qarışdırın. Alınan qarışığı gündə 1 dəfə ½ stəkan olmaqla qəbul edin.

- 300-400 qram təmizlənmiş balqabağı sürtgəcdən keçirib üzərinə 300 qram bal və qabığı ilə birlikdə (tumları çıxarılmaqla) ət maşınında çəkilmiş 2-3 ədəd limon əlavə edin. Alınan qarışığı soyuducuda saxlayın və hər gün 1 çay qaşığı olmaqla səhər yeməyindən əvvəl qəbul edin.

- Bərabər nisbətlərdə olmaqla - qara qarağatın, exinaseyanın, badrəncin, meşə çiyələyinin qurudulmuş və xırda-xırda doğranmış yarpaqlarını və itburnu meyvələrini qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb termosa tökün və üzərinə 250 ml qaynar su əlavə edin. 3 saat keçdikdən sonra gün ərzində hissə-hissə olmaqla qəbul edin. Bu müalicənin 1 kursu 15 gündür.

- Orta ölçüdə olan 3 ədəd təmizlənməmiş almanı kiçik paylarla doğrayaraq üzərinə 1 litr qaynar su əlavə edərək, vam odda 10 dəqiqə ərzində bişirdikdən sonra 30 dəqiqə saxlayın. Alınan tərkibin üzərinə istəyinizə uyğun miqdarda bal əlavə edərək çay kimi için.

- Portağal çayı: 2 portağalın qabıqlarını xırda-xırda doğradıqdan sonra üzərinə 1/2 çay qaşığı quru qara çay və ½ litr qaynar su əlavə edin. Az bir müddət keçdikdən sonra istəyinizə uyğun olaraq üzərinə limon və şəkər də əlavə edərək çay kimi için.

- 1 xörək qaşığı yemişan meyvələri, 1 xörək qaşığı itburnu meyvələri, 1 xörək qaşığı xırdalanmış moruq yarpaqları, 1 xörək qaşığı quru yaşıl çayı qarışdırıb üzərinə 1 litr qaynar su əlavə edin. Dəmləmə hazır olduqdan sonra üzərinə istəyinizə uyğun miqdarda bal da əlavə edərək çay kimi için.

- 1 xörək qaşığı qatırquyruğu bitkisinin üzərinə 1 stəkan qaynar su əlavə edib 1 saat gözlədikdən sonra süzərək gün ərzində qəbul edin.

- 2 xörək qaşığı üçbarmaq (pişikdili) bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edib, 1 saat gözlədikdən sonra süzərək gün ərzində qəbul edin. (Bu, 1 günlük normadır). Bu dəmləməni içərkən ona zövgünüzə görə limon və bal da əlavə edə bilərsiniz.

- Bərabər nisbətlərdə olmaqla çiyələk yarpaqları, üçbarmaq (pişikdili) otu, çobanyastığı çiçəklərini qarışdırdıqdan sonra, bu qarışıqdan 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökün, bir qədər keçdikdən sonra çay kimi için.

- 1 xörək qaşığı darı və ya çovdar kəpəyinin üzərinə 2 stəkan su əlavə edərək 30 dəqiqə ərzində qaynatdıqdan sonra, üzərinə 1 xörək qaşığı bal əlavə edin. Bu dəmləməni ilıq şəkildə olmaqla gündə 3 dəfə (hər dəfə 50 q miqdarında) qəbul edin.

- 2 xörək qaşığı qurudulmuş itburnu meyvələrini xırdaladıqdan sonra, üzərinə ½ litr qaynar su əlavə ederək, 15 dəqiqə ərzində vam odda qapağı kip bağlanan qazanda qaynadın. Bir gecə saxladıqdan sonra ertəsi gün səhər bir neçə qat tənzifdən keçirməklə süzdükdən sonra, üzərinə zövgünüzə görə bal əlavə etməklə çay kimi için.

- İmmun sistemin möhkəmləndirilməsi üçün ən yaxşı vasitələrdən biri yumurta qabığının tozundan istifadə etməkdir. Bir neçə ədəd yumurtanı (yaxşı olar ki, mağazadan alınan yox, kənd toyuğu yumurtaları olsun) suda bişirib qabıqlarını soyduqdan sonra onların daxili səthində olan nazik pərdələrini çıxarın. Qabıqları tavaya töküb qızartdıqdan sonra toz şəkli alana qədər həvəngdəstədə əzin. Çay qaşığının uc hissəsində az miqdarda götürməklə üzərinə limon sıxıb gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin və ya yediyiniz qidanın üzərinə əlavə edin.

- İynəyarpaqlı ağacın yarpaqlarından 2 xörək qaşığı götürərək üzərinə 0,5 litr qaynar su əlavə edib ağzı bağlı şəkildə olmaqla, vam odda 20 dəqiqə ərzində qaynadın. 30 dəqiqə keçdikdən sonra üzərinə 1 çay qaşığı bal əlavə edərək hər dəfə ½ stəkan (uşaqlara 2 xörək qaşığı) olmaqla gündə 2 dəfə qəbul edin.

- Axşamdan orta ölçüdə olan 1 baş sarımsağı təmizləyib əzdikdən sonra, üzərinə 1 stəkan təzə kefir əlavə edin. Alınan qarışığı ertəsi gün 2-3 dəfəyə olmaqla için. Kurs müalicəsi 15 gün təşkil edir.

- Orta ölçüdə olan 1 ədəd soğanı kiçik dişli sürtgəcdən keçirib üzərinə 1 stəkan qaynar süd tökün. Soyuduqdan sonra bu dəmləməni gündə 2 dəfə - hər dəfə 1/2 stəkan olmaqla qəbul etmək lazımdır. Müalicə kursu 15 gündür.

- Yaşıl qozları xırda gözlü sürtgəcdən keçirdikdən sonra 1:1 nisbətində olmaqla bal ilə qarışdırın. Alınan qarışığı şüşə qaba yığaraq ağzını sıx şəkildə bağladıqdan sonra 1 ay müddətində qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Həftədə 1 dəfə bu qarışığı yaxşıca silkələməklə qarışdırın. 1 ay keçdikdən sonra alınan qarışıqdan 1 çay qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq qəbul etmək lazımdır. Müalicə kursu 1 ay davam etdirilməlidir.

- Hərəsindən 100 q olmaqla qabaqcadan xırdalanmış tozağacı tumurcuqları, solmaz çiçəyi, dazı otu, çobanyastığı güllərini bir-biri ilə qarışdırın. Axşam bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin və isti yerdə ½ saat ərzində saxlayın. Alınan dəmləməni 1 neçə qat tənzifdən keçirməklə süzün. Yatmamışdan əvvəl ½ stəkan həcmində olan dəmləməni bir qədər qızdıraraq, üzərinə 1 çay qaşığı bal əlavə edərək için.

- 1 xörək qaşığı topinambur (yeralması) tozunun (apteklərdə satılır) üzərinə 1 stəkan qaynar su töküb qarışdırın. Dəmləmə soyuduqdan sonra onu yaxşıca süzün. Alınan dəmləməni 1 xörək qaşığı ilə gün ərzində 3-4 dəfə qəbul etmək lazımdır.

- 200 q itburnu meyvəsi, 100 q şam ağacı tumurcuqları, 100 q boymadərən, 100 q adaçayı bitkilərini qarışdırın. Alınan qarışğın üzərinə 3 litr qaynar su əlavə edərək vam odda 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynadın. Qazın üstündən götürdükdən sonra üzərini qalın ədyalla örtərək 1 gün ərzində saxlayın. Alınan dəmləməni tənzifdən keçirməklə yaxşıca süzün, üzərinə 100 ml "çaqa" göbələyinin ekstraktını (bunun üçün aptekdən "befungin" alın), 100 ml aloe bitkisinin şirəsini və ½ kq bal əlavə edin. Alınan tərkibi yaxşı-yaxşı qarışdırın və 1 gün saxlayın. Bu balzamı payız-qış aylarında 1 xörək qaşığı ilə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat qabaq qəbul etmək lazımdır.

30-09-2021, 08:18 | Bədənin mökəmləndirilməsi üsulları

Bədənin mökəmləndirilməsi üsulları


Bədənin mökəmləndirilməsi - xəstəlikləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur.

Saglamolun.az bildirir ki, bədəni mökəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin, orqanizmin müdafiə qüvvələrinin zəifləməsinə səbəb ola bilən havanın kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər. Məsələ bundan ibarətdir ki, biz bədənimizi möhkəmləndirərkən öz immun sistemimizi də məşq etdiririk. Müntəzəm olaraq məşq edilmədiyi halda, hər bir digər orqan və sistem kimi, immun sistemi də zəifləmiş olur. Bədənin möhkəmləndirilməsi zamanı istifadə olunan üsullar vasitəsi ilə orqanizm üçün ekstremal hesab edilən müxtəlif vəziyyətlər yaradılır. Bu zaman immun sistemi də təcili olaraq öz mübarizə üsullarını aktivləşdirir.

Fiziki inkişafı səviyyəsindən asılı olmayaraq istənilən yaş qrupuna aid olan insanlar öz bədənlərinin möhkəmləndirilməsi ilə məşğul ola bilərlər. Yüksək qızdırma ilə müşayiət olunan xəstəliklərdən savayı bədənin möhkəmləndirilməsi üçün əks göstəriş yoxdur. Yadda saxlamaq lazımdır ki, bədənin möhkəmləndirilməsi fasiləsiz və sistemli şəkildə aparılmalıdır. Bədənin möhkəmləndirilməsi üzrə 2-3 ay ərzində aparılan prosedurlar daha sonra saxlanılarsa, orqanizm yaxın 3-4 həftə (uşaqlarda isə 5-7 gün) ərzində öz möhkəmliyini itirmiş olur. Buna görə də əgər hər hansı bir səbəbdən siz, uzun müddət ərzində, bədənin möhkəmləndirməsi prosedurlarını saxlamış olsanız, bunu davam etdirmək üçün yenə də lap əvvəldən başlamaq lazım gələcək.

Bədənin möhkəmləndirilməsi prosesində sistematikliyə əməl etməkdən savayı, bunu tədricən etmək də çox vacibdir. Bədənin möhkəmləndirilməsi yalnız o halda müsbət nəticə verəcəkdir ki, bu zaman tətbiq olunan prosedurların qüvvəsi və müddəti yavaş-yavaş artırılmış olsun. Bədənin möhkəmləndirilməsini - dərhal bədənə qar sürtməklə və ya buzlu suda çimməklə başlamaq olmaz. Belə tələsik və düşünülməmiş möhkəmləndirmə orqanizmin sağlamlığına zərər gətirə bilər.

Bədənin möhkəmləndirilməsi insan orqanizminə (xüsusən də bu işə yeni başlayanlarda) güclü şəkildə təsir edir. Buna görə də bədənin möhkəmləndirilməsi prosedurlarına başlamazdan əvvəl mütləq həkimlə də məsləhətləşmək lazımdır. Bədənin sağlamlıq dərəcəsini, yaşınızı nəzərə alaraq, həkim sizə bədənin möhkəmləndirilməsi üsullarının düzgün seçilməsində, onlardan istifadə qaydaları barədə dəyərli məlumatlar verməklə, onların orqanizmə verə biləcəkləri mənfi təsirlərin qarşısının alınmasında kömək edəcək.

Bədənin möhkəmləndirilməsi - orqanizmin müdafiə qabiliyyətinin artırılması vasitəsi kimi, insanlara qədim zamanlardan da məlum idi. Praktik olaraq bütün qədim dövlətlərin - Qədim Roma və Qədim Yunanstan, Qədim Çin, Qədim Hindistanın - qədim mədəniyyətlərində insan bədəninin və ruhunun möhkəmləndirilməsinin profilaktik vasitələri kimi istifadə olunmuşdur.

Qədim çin kitablarının birində sağlamlıq haqqında belə yazılmışdır: "Müdrük adam xəstəliyi öz bədənində hələ olmadığı zamandan müalicə etməyə başlayır. Çünki xəstəlik başlandıqdan sonra onun müalicəsinə başlamaq mənaca o deməkdir ki, insan su axtarmaq üçün quyu qazılması prosesinə yalnız susuzluq onu əldən saldıqda və ya silah hazırlanmasına isə düşmənlə dava getdiyi zamanda başlayır. Məgər bu çox gec deyil?"

Bədəni hava, günəş və sudan istifadə etməklə möhkəmləndirmək olar.

İnsan sağlamlığının möhkəmləndirilməsi üçün, açıq havada heç olmasa 30 dəqiqə - 1 saat ərzində olan gündəlik (!) gəzintinin böyük əhəmiyyəti vardır. Belə hava vannalarının təsiri altında ürək-damar, sinir, tənəffüs sistemlərinin fəaliyyəti, qanın tərkibi (qanda eritrositlətim miqdarı və hemoqlobinin səviyyəsi artır) yaxşılaşır.

Bədənin açıq havada keçirilən möhkəmləndirilməsinin effektivliyinin artırılması şərtlərindən biri geyimin düzgün seçilməsidir. Belə ki, geyinilən paltar havaya uyğun olmalı, insan özünü bu paltarda rahat hiss etməli, ona soyuq və ya isti olmamalıdır, insan tərləməməlidir.

Günəş şüaları insan orqanizmi üçün çox xeyirlidir. İstiliyin təsiri altında insan dərisindəki tər vəzilərinin fəaliyyəti güclənmiş olur. Bu zaman orqanizm üçün zərərli hesab olunan maddələrin bir çoxu tər vasitəsi ilə bədəndən xaric edilir. Belə halda həmçinin, böyrəklərin üzərinə düşən yük də bir qədər azalmış olur. İsti - orqanizmin bütün toxumalarında qan dövranının yaxşılaşmasına səbəb olur. Günəş şüalarının təsiri altında insanın dərisində, insan sağlamlığı üçün çox vacib olan D vitamini hazırlanır. Günəş şüaları bakterisid (mikrobları öldürən) xüsusiyyətə malikdir. Bu şüalar, soyuqdəyməyə və müxtəlif infeksiyalara qarşı orqanizmin müqavimətinin artırılmasında iştirak edir, orqanizmə tonuslandırıcı təsir göstərirlər. Yay fəslində günəş vannaları qəbul edilməsi üçün ən yaxşı vaxt səhər saat 8-dən 11-dək və günortadan sonra isə saat 17-dən 19-a qədərdir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, isti günəş şüaları altında həddindən artıq dərəcədə qalmaq orqanizmi nəinki möhkəmləndirir, hətta ona xeli dərəcədə ziyan vurur.

Su - insan orqanizminini möhkəmləndirilməsi üçün ümumi qəbul olunan bir vasitədir. Bədənin su ilə möhkəmləndirilməsinin aşağıdakı üsulları vardır:

1) Bədəni yaş dəsmalla sürtmə. Bu, bədənin su ilə möhkəmləndirilməsinin ilkin mərhələsi hesab olunur. Bu, su prosedurları içərisində ən zərifidir. Onu uşaq yaşlarından başlayaraq istənilən yaşlarda tətbiq etmək olar. Onu otaq temperaturunda olan yaş dəsmalla, suya batırılmış süngərlə ("qubka") etmək olar. Sürtmə aşağıdakı ardıcıllıqla yerinə yetirilir: boyun, sinə, kürək. Sonra onları qurulayaraq dəri qızarana qədər dəsmalla sürtürlər. Bundan sonra yaş dəsmalla ayaqları da sürtürlər. Bütün bu prosedur 5 dəqiqə ərzində davam etdirilir.

2) Bədənin üzərinə su axıtmaq. Bu isə, bədənin su ilə möhkəmləndirilməsinin növbəti mərhələsidir. İlkin su axıtma prosedurunu + 30°С-dən başlayaraq tədricən + 15°С-dək azaltmaq məsləhət görülür. Su axıdılması prosedurundan sonra bədəni fəal şəkildə dəsmalla sürtmək lazımdır. Bu prosedurlara yay aylarında və daha yüksək temperaturlardan başlamaq lazımdır. Bu prosedur 20-40 saniyə müddətində aparılmalıdır.

3) Duş qəbul edilməsi - bədənin su ilə möhkəmləndirilməsi üçün daha effekltiv prosedur hesab olunur. Bu prosedurun ilk mərhələlərində suyun temperaturu +30-32°С arasında olmalı və 1 dəqiqədən artıq davam etməməlidir. Sonrakı mərhələlərdə suyun temperaturunu tədricən azaltmaq prosedurun qəbul müddətini isə 2 dəqiqəyədək (duşdan sonra bədənin fəal şəkildə dəsmalla sürtülməsi də daxil olmaqla) artırmaq olar. Daha sonralar isə kontrast duşlara keçmək olar. Bu zaman 3 dəqiqə ərzində 2-3 dəfə olmaqla temperaturu 35-40°С olan isti duşu temperaturu 13-20°С olan soyuq su ilə növbələmək lazımdır.

Bədənin möhkəmləndirilməsi üçün su ilə ümumi prosedurlarla yanaşı yerli prosedurlar da keçirilir. Onlardan ən çox tətbiq edilənləri, soyuq su ilə ayaq pəncələrinin yuyulması və boğazın qarqara edilməsidr. Bu yolla biz ən tez soyuqlayan bədən hissələrini mökəmləndirməyə çalışırıq.

Ayaq pəncələrinin yuyulması bütün il boyu yatmamışdan əvvəl aparılmalıdır. Prosedurun ilkin mərhələlərində suyun temperaturu 26-28°С olmalı, sonrakı mərhələlərdə isə tədricən 12-15°С-dək azaldılmalıdır. Yuyulmadan sonra ayaq dərisi qızarana qədər dəsmalla silinməlidir.

Boğazın (udlağın) qarqara edilməsi - hər gün səhər və axşam edilir. Prosedurun ilkin mərhələlərində suyun temperaturu 23-25°С olmalı, sonrakı mərhələlərdə isə hər həftə 1-2°С azaldılaraq tədricən 5-10°С-yə çatdırılmalıdır. Yadda saxlamaq lazımdır ki, əgər sizdə ağız boşluğunun və udlağın xəstəlikləri (xroniki tonzillit və s.) vardırsa, boğazın (udlağın) qarqara edilməsinə yalnız həkim məsləhətindən sonra başlamaq olar.

Hamam və saunaya getmək də bədənin möhkəmləndirilməsinə çox yaxşı təsir edir. Bu prosedurların təsiri nəticəsində orqanizmin iş qabiliyyəti və emosional tonusu artır, qan damarları genişlənir, orqanizmin bütün toxumalarında qan dövranının güclənməsi baş verir. Yüksək temperaturun təsiri altında dəridən güclü şəkildə tər xaric olur ki, bu da maddələr mübadiləsinin zərərli məhsullarının orqanizmdən xaric olmasına kömək edir. Müntəzəm olaraq hamam və saunaya gedilməsi nəticəsində orqanizmin soyuqdəyməyə və infeksion xəstəliklərə qarşı olan müqaviməti yüksəlmiş olur.

Ancaq hamam və saunaya tez-tez getmək də məsləhət deyil. Bununla siz sağlamlığınıza zərər verə bilərsisniz. Bundan əlavə hamam və saunaya getməyə əks-göstəriş olan xəstəliklər də vardır: ürək qüsurları, hipertoniya, ürəyin işemik xəstəliyi, ateroskleroz, varikoz, ağ ciyər xəstəlikləri, bronxial astma, xora xəstəliyi, bədxassəli şişlər, qalxanvari vəzinin xəstəlikləri və s.

30-09-2021, 08:16 | Nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək - Belarus səfiri

Nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək - Belarus səfiri


Nəqliyyat əlaqələrinin açılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək.

Bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin əldə etdiyi regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmalar Azərbaycanın maraqlarına tam cavab verir: "Buna, ilk növbədə, Türkiyəyə birbaşa çıxışı təmin edəcək Naxçıvan Muxtar Respublikası ilə strateji vacib yerüstü nəqliyyat əlaqəsinin bərpa olunması aiddir. Eyni zamanda, həmin razılaşmaların reallaşdırılması bütün Cənubi Qafqaza uzunmüddətli iqtisadi fayda verəcək. Yeni dəmiryol və avtomobil xətləri şəbəkəsinin yaradılması, hava limanlarının tikintisi yolu ilə yeni nəqliyyat-logistika məkanının istifadə olunması Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında kommunikasiyalara müsbət təsir göstərəcək. Bu istiqamətdə baş nazir müavinləri səviyyəsində işçi qrupun himayəsində işlər davam edir və biz inanırıq ki, qarşıya qoyulan tapşırıqlar uğurla icra olunacaq".

Səfir qeyd edib ki, regionda ticari-iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması təqdirində Belarusun müvafiq strukturları tərəfindən bu və ya digər layihələrə qoşulma imkanları və məqsədəuyğunluğu öyrəniləcək: "Belarus ardıcıl olaraq beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 10 noyabr 2020-ci il bəyanatının imzalanması döyüş əməliyyatlarının dayandırılmasına kömək etdi ki, bu da minlərlə əsgər və dinc sakinin həyatını qorumağa imkan verdi. Xatırlayırsınızsa, bu il aprelin 14-də Bakıda Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşdən sonra Aleksandr Lukaşenko əldə olunmuş üçtərəfli razılaşmaları alqışladı".

A.Ravkov vurğulayıb ki, Belarus və Azərbaycan uzun müddət ərzində strateji tərəfdaş və yaxşı dostdur, ölkələr arasında münasibətlərdə problemli məsələlər mövcud deyil: "Dövlətlərimiz çətin məqamlarda bir-birinə kömək göstərir. Bizim əməkdaşlığımızın, xüsusən də müdafiə sahəsində, yaxşı nəticələri var: texnikanın həm tədarükü, həm təmiri, həm də baxımı üzrə xidmətlər göstərilib, eləcə də şəxsi heyətin yeni nümunələrlə iş üzrə hazırlığı həyata keçirilib. Amma indi mən diqqəti münaqişənin gedişində göstərilən köməyə deyil, azad edilən ərazilərdə həyatın bərpa olunması üzrə görüləcək işlərə yönəltmək istərdim. İndi ən əsas məqam məhz budur. Prezident İlham Əliyev Bakıda Aleksandr Lukaşenko ilə görüşü zamanı kənd yerlərində həyatın təşkili üzrə Belarus təcrübəsinə marağını ifadə edib və bizim şirkətləri bu işlərdə iştiraka dəvət edib. Həmçinin, Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində, 3D modelləndirmə xidmətlərinin göstərilməsində iştirakı və Azərbaycan ərazisində nəqliyyat infrastrukturunun bərpasına mütəxəssislərimizin cəlb olunması barədə razılıq əldə olunub. Əminəm ki, hər iki tərəfdən ekspertlərin üzərində işlədiyi bu və digər razılaşmalar həyata keçiriləcək və ölkələrimiz arasında strateji əməkdaşlığın daha bir nümunəsinə çevriləcək".

24-09-2021, 06:26 | Ağciyərləri siqaret zəhərlənməsindən təmizləmək üçün eliksir

Ağciyərləri siqaret zəhərlənməsindən təmizləmək üçün eliksir

Siqaret çəkənlər mütləq oxusunlar! Ağciyərləri siqaret zəhərlənməsindən təmizləmək üçün eliksir.
Siqaretin orqanizm üçün nə qədər zərərli olduğu hamıya məlumdur. Əgər siz də uzun müddətdir ki, siqaret çəkirsinizsə o zaman mütləq aşağıdakıları oxuyun.
Uzun müddət siqaret çəkmək bronxlarda patologiyaların əmələ gəlməsinə səbəb olur. Bəziləri siqaretə elə aludə olurlar ki, hətta onlara bunu tərgitmək belə mümkün olmur.
Siqaretdən asılı olmaq ağciyərlərin zədələnməsinə, bronxların tutulmasına, ağız boşluğunda və boğazda xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Bu problemi həll etmək üçün isə nəfəs yollarını və ağciyərləri təmizləmək lazımdır. Bu isə tənəffüs sistemi orqanlarında xəstəliklərin əmələ gəlməməsinə səbəb olur. Uzun müddət siqaret çəkmək tənəffüs sistemi orqanlarında infeksion xəstəliklərdən tutmuş xərçəng xəstəliyinə kimi bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bəs ağciyərləri necə təmizləmək olar? Aşağıda bu sualın cavabı verilib.
Ağciyərlərin eliksirlə təmizlənməsi
Eliksiri təmizləmək üçün 4 əsas qatqıdan istifadə edilir.
Zəncəfil ağciyərlərdə toplanmış seliyin xaric olumasına yardım edir. Zəncəfil siqaretin orqanizmdə əmələ gətirdiyi toksiki əlamətlərin də xaric olunmasına səbəb olur.
Soğan nəfəs yollarında əmələ gələn problemlərin aradan qalxmasına səbəb olur. Soğan ağciyərlərdə xərçəng xəstəliyinin əmələ gəlməsinə qarşı mübarizə aparır.
Sarıkök ən faydalı ədviyyatlardandır. Sarıkökün tərkibində omeqa3 yağ turşusu, vitaminlər və minerallar var. Sarıkök bakteriyalara, viruslara və xərçəng hüceyrələrinə qarşı mübarizə apara bilir.
Balın tərkibi vitamin və minerallarla zəngindir. Onun orqanizmin müqavimətini artırmaq qabiliyyəti var. Balın bir çox xəstəliklərin müalicəsində rolu böyükdür.
Eliksirin hazırlanması:
- soğan - 1 kq
- zəncəfil kökü - 1 kök
- sarıkök - 3 çay qaşığı
- bal - 400 qr
- su - 1 litr
Hazırlanması:
Bir litr suya bal əlavə edilib qaynamağa qoyulur. Qarışım qaynamağa başladıqda xırda üyüdülmüş soğan və zəncəfil əlavə edilir. Qarışım az miqdar qaynadıqdan sonra sarıkök də əlavə edilərək odun istiliyi azaldılır. Qarışımın həcmi tam yarıya düşənə qədər qaynadılır və qazan odun üstündən götürülür. Soyuduqdan sonra qarışım şüşə bankaya tökülür və soyuducuda saxlanılır.
Qarışımdan gündə 2 xörək qaşığı acqarına yeməkdıən 2 saat əvvəl qəbul edilir.


24-09-2021, 06:23 | Ağciyərlərin hava sahələrinin genişlənməsi

Ağciyərlərin hava sahələrinin genişlənməsi

Bu alveol və respirator yolların, ağciyərlərin damar sisteminin reduksiyası olmadan genişlənməsi ilə şərtlənən involyutiv və ya qocalıq emfizemasıdır. Belə emfizema (genişlənmə) bronxoobstruktiv sindrom, hipoksiya və hiperkapniya ilə müşayiət olunmur. Hipertrofik genişlənmə pulmoektomiyadan sonra baş verir və ağciyərin həcminin böyüməsi ilə xarakterizə olunur.
Ağciyərlərin kəskin genişlənməsi isə aşağıdakı hallarda baş verir:
- yad cismin aspirasiyasında
- suda boğulma zamanı bronxial astma tutması baş verdikdə
- kəskin fiziki gərginlikdə qayıdan kompensator reaksiya zamanı.
Əgər sadalanan vəziyyətlər tez aradan qalxmazsa, proses patoloji vəziyyətə keçə bilər.
Müalicə:
Ağciyərlərin genişlənməsinin spesifik bir müalicəsi yoxdur. Genişlənməni aradan qaldırmaq üçün onu əmələ gətirən səbəbi aradan qaldırmaq lazımdır.
Müalicə zamanı bronxgenəldici vasitələrdən və qlükokortikoidlərdən istifadə edilir. Lazım gələrsə ağciyərlərin emfizeması zamanı cərrahi yolla ağciyərlərin həcmi kiçildilir. Bu zaman ağciyərin periferik hissələrinin rezeksiyası tətbiq edilir. Adətən bu əməliyyatdan 2 ay sonra ağciyərlərin funksional vəziyyəti həqiqi yaxşılaşır.
Bu metod inkişaf etmiş ölkələrdə kəskin ifadə olunmuş emfizemalı xəstələrin 20%-də tətbiq edilir.
Ağciyər emfizemasının fəsadları geridönməz tənəffüs və ağciyər -ürək çatışmazlığının inkişafına səbəb olur.
Ağciyər emfizemasının tezliyini azaltmaq məqsədilə papirosçəkməni dayandırmaq, yeniyetmə və gənclərdə papirosçəkmənin qarşısını almaq lazımdır. Ağciyərlərin və yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin qarşısının alınması, vaksinoprofilaktika da ağciyər genişlənməsinin qarşısını alan tədbirlərdəndir.


24-09-2021, 06:02 | 9 ay hamilə olduğunu bilməyən 11-ci sinif şagirdi - Valideynlərinin qarşısında doğdu - FOTO

9 ay hamilə olduğunu bilməyən 11-ci sinif şagirdi - Valideynlərinin qarşısında doğdu - FOTO

Böyük Britaniya sakini Aleksis Kuinin başına gələnlər hər kəsi şoka salıb. 11-ci sinif şagirdi hamiləliyini hiss etməyərək dərsə gedən ərəfədə uşaq dünyaya gətirib.

Başına gələnləri də TikTok-da yayımlayıb. Bildirib ki, ilk narahatlığı yaz tətilində olub. Məktəbli qız hamiləlik testi aparmaq qərarına gəlir. Mənfi nəticə aldıqdan sonra sakitləşir. Qarnı böyümədiyindən və qadın xəstəliyi kəsilmədiyindən hamiləlikdən şübhələnmək üçün başqa heç bir səbəbi olmayıb. Uşaq dünyaya gətirən gün isə valideynlərinə ağrılardan şikayət edir. Lakin ona yenə inanmırlar. Hamama gedib qayıdandan sonra anası onu görəndə şoka düşür. Belə ki, uşağın başı artıq çöldə idi. İndi artıq məktəbli qız oğlan anasıdır.


23-09-2021, 06:54 | Mədəaltı vəzi xəstəliklərinin ev şəraitində xalq təbabəti ilə müalicəsi

Mədəaltı vəzi xəstəliklərinin ev şəraitində xalq təbabəti ilə müalicəsi


Mədəaltı vəzi insan orqanizmində vacib orqanlardan biri hesab edilir və həzm sistemində yaxından iştirak edir. Bu orqanın xalq təbabəti üsulları ilə müalicəsi sağlamlıqla əlaqədar bir çox problemlərin aradan qalxmasına səbəb olur.
Aşağıdakı təbii vasitələrdən istifadə etməklə ev şəraitində mədəaltı vəzi xəstəliklərini aradan qaldıraraq bu problemlərdən azad olmaq mümkündür.
Mədəaltı vəzinin xalq təbabəti ilə müalicəsi
1 Şüyüd toxumu
Bir çay qaşığı şüyüd toxumu bir stəkan qaynar suya əlavə edilir. Bir saat sonra dəmləmə hazır olur və daxilə qəbul edilir. Bir stəkan dəmləmə gün ərzində az- az içilərək qəbul edilir.
2 Yulaf
Yulaf mədəaltı vəzə müsbət təsir edən qidalardandır. Yağ və duz əlavə edilmədən suda bişirilən yulaf yemək məgəalıtı vəzi fəaliyyətini yaxşılaşdırır. Müalicə məqsədilə yulaf bir həftə ərzində gündə bir-neçə dəfə qəbul edilməlidir. Bu zaman yulafın üzərinə qaynar su tökülür və gün ərzində 3 dəfə yarım stəkan olmaqla qəbul edilıir.
3 Yulaf südü
Pankreatit zamanı yulaf südündən istifadə etmək xəstəlik əlamətlərinin azalmasına və aradan qalxmasına səbəb olur. Yulaf südü yulaf dənələrindən hazırlanır.
Yarım stəkan yulaf təmiz yuyulur və üzərinə yarım litr qaynar su əlavə olunub qaynamağa qoyulur. Qaynamağa başladıqda odun istisi azaldılır və qarışım zəif odun üstündə 45 dəqiqə müddətində qaynadılır. Sonra bişib yumşalmış yulaf qazanın içərisində taxta döyənəklə əzilir və yenidən yarım saat zəif odun üstündə qaynadılır. Sonra qarışım süzülür . Süzülmə zamanı tənzifdən deyil kapron corabdan istifadə etmək lazımdır. Qarışım süzüldükdə südəbənzər maye əldə edilir. Bu süd hər qida qəbulundan öncə yarım stəkan qəbul edilməlidir. Müalicə zamanı südəbənzər maye 2-3 gün içilir və yenidən yulaf südü hazırlanır.
4 Limon+cəfəri+sarımsaq
Bir kiloqram limon, 300 qram cəfəri və 300 qram sarımsaq götürülür. Limonun tumları təmizlənir, amma, qabığı soyulmur. Hər 3 məhsul ət maşınından keçirilərək qarışdırırlır. Qarışım şüşə qaba tökülür və soyuducuda saxlanılır. Bu qarışımdan gündə 3 dəfə olmaqla 1 çay qaşığı yeməkdən əvvəl qəbul edilir.
Xalq təbabəti yolu ilə mədəaltı vəzini müalicə edərkən müalicənin effektini artırmaq üçün çiyələk, qaragilə bə yemişan yarpaqlarından hazırlanmış dəmləmə içməkdə fayda var.
5 Qarabaşaq + kefir
Qarışım axşam hazırlanmalı, səhəri gün qəbul edilməlidir. Qarışımın hazırlanması üçün yarım litr kefirə bir stəkan qarabaşaq əlavə edilir və qarışdırılır. Qarışım axşamdan səhərə qədər dincəlməyə qoyulur. 12 saatdan sonra qarışım iki hissəyə ayrılır, bir yarısı səhər, digər yarısı isə axşam yeyilir. Bu müalicə ən azı 2-3 gün başqa qida qəbul edilmədən tətbiq edildikdə daha çox faydalı olur. Müalicə müddətində buğda bişirilmiş tərəvəzlər yemək mümkündür. Bəzən bir neçə ədəd meyvə yemək də müalicəyə pis təsir göstərmir. Üç gün müalicə olunduqdan sonra 10 günlük fasilədən verib yenidən müalicəni tətbiq eləmək mədəaltı vəz üçün çox faydalıdır. Bu müalicənin tətbiq edənlər onun faydasını qısa müddət ərzində görürlər. Müalicədən sonra orqanizm yüngülləşir, mədəaltı vəzin ağrıları dayanır, köp və qaz əlamətləri aradan qalxır.
6 Bitki qarışımlarından dəmləmə
Qədim zamanlarda bilicilər mədəaltı vəzin iltihabi xəstəliklərini sağaltmaq üçün müxtəlif bitki qarışımlarının dəmləməsindən istifadə ediblər. Dəmləməni hazırlayarkən xırdalanmış nanə yarpaqları, şüyüd toxumu, andız kökü, quşotu yarpaqları, dzıotu və keşnişdən istifadə edilib. Hər bitkidən iki çay qaşığı götürülərək qarışdırılır və üzərinə 2 stəkan qaynar su əlavə edilib bir saat müddətində dəmlənir. Dəmləmə səhər və axşam yarım stəkan olmaqla qəbul edilir. Nəzərə almaq lazımdır ki, dəmləmə hər səhər hazırlanmalı, gün ərzində qəbul edilməli və sabahkı gün üçün təzə dəmləmə hazırlanmalıdır.
7 Ağcaqovaq kökündən hazırlanan çövhər
Ağcaqovaq meşəsi yaxınlığında yaşayan kənd əhalisi qara ciyər, mədə və mədəaltı vəzi fəaliyyətinin yaxşılaşması üçün bu ağacın kökündən istifadə edir. Müalicə məqsədilə gənc ağcaqovaq ağacının kökü toplanır. 300 qram təmiz yuyulmuş kökün üzərini örtəcək qədər su tökülür və yarım saat qaynadılır. Qaynadıqdan sonra qarışım 12 saat müddətində dəmlənməyə qoyulur və suyun içərisindəki ağcaqovaq kökü çıxarılır. Bu sudan 50 ml olmaqla gündə iki dəfə səhər və axşam içilir.
8 Kartof şirəsi
Pankreatitdən əziyyət çəkən şəhər əhalisi üçün ən əlçatan müalicə kartof şirəsi ilə aparılan müalicə üsuludur. Bu zaman iki ortaboy ölçüdə olan kartof götürülür, yaxşıca yuyulur, qabığı soyulur və sürtçəgin xırda gözündən keçirilir. Əldə edilən kütlə tənzifdən süzülür və yarım stəkan səhər və yarım stəkan axşam olmaqla qəbul edilir. Yadda saxlamaq lazımdır ki, kartofun tərkibində nişasta olduğu üçün bu müalicəni 14 gündən çox tətbiq etmək məsləhət görülmür. Müalicə müddəti bitdikdən sonra fasilə verib yenidən davam etmək mümkündür. Kartof şirəsi ilə müalicə ev şəraitində aparıldığına görə onu fasilələrlə 3 dəfədən çox tətbiq etmək məsləhət görülmür.
9 Qatıqla müalicə
Bu süd turşusu məhsulunu daxilə qəbul etmək mədəaltı vəzi fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Yatmazdan əvvəl qatıq və ya kətan toxumu əlavə edilmiş qatıq içmək mədəaltı vəzi üçün çox faydalıdır. Qatıqda isladılmış pambıq parçanı mədə nahiyəsinə qoyub bağlamaq da mədəaltı vəzi fəaliyyətinə müsbət təsir göstərir. Bu zaman qatıqlı parçanın üstü selofanla örtülməli və həmin nahiyə qalın yun şərflə bağlanmalıdır. Bu müalicə pankreatit əlamətlərinin azalmasına və yüngülləşməsinə səbəb olur.
10 Bitki dəmləməsi
Çobanyastığı, gülümbahar və solmazçiçəyi otlarından hazırlanmış bitki dəmləməsi pankreatit əlamətlərini aradan qaldırır. Bitki qarışımından bir qaşıq götürülür və 1 stəkan qaynar suda 30-40 dəqiqə dəmlənib içilir.
11 Zirinc
1 xörək qaşığı xırdalanmış zirinc kökü 200 ml qaynar suda 20-30 dəqiqə qaynadılır və soyuduqdan sonra qəbul edilir. Bu dəmləməni gün ərzində 3-4 dəfə qəbul etmək lazımdır. Bu dəmləmə pankreatit ağrılarını aradan qaldırır.
12 Göyüş ağacı
Göyüş ağacının yarpaqlarını xırdalayıb üzərinə qaynar su əlavə edərək 30 dəqiqə saxladıqdan sonra içmək mədəaltı vəz xəstəlikləri zamanı çox faydalıdır.
13 Ayıpəncəsi
Ayıpəncəsi kökünün xırdalanmışdan bir xörək qaşığı götürülür və üzərinə 200 ml qaynar su əlavə edilib 3 saat dəmlənməyə qoyulur. Sonra dəmləmə 10 dəqiqə ərzində zəif odda qaynadılır. Qarışım süzülür və yeməkdən əvvəl gündə 3 dəfə yarım stəkan olmaqla qəbul edilir.
14 Zirə kökü
Zirə kökü mədəaltı vəzi xəstəlikləri zamanı istifadə edilən xalq təbabəti vasitələrindən biridir. Bir xörək qaşığı zirə kökü bir stəkan qaynar suda saxlanılır, soyuduqdan sonra süzülür. Qarışım yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edilir.
15 Mineral sular
Ev şərasitində mədaltı vəzinin müalicəsi zamanı mineral su sayılan "Yessentuki № 4"dən istifadə etməkdə fayda var. Bu zaman isə mineral suyun qazsız olması vacibdir.
16 Adi kasnı
2 çay qaşığı adı kasnı kökü xırdalanır və üzərinə 1 stəkan qaynar su əlavə edilir. Soyuduqdan sonra dəmləmə süzülür və gün ərzində udum-udum içilir.
Ehtiyat tədbirləri və əks göstərişlər
Nəzərə almaq lazımdır ki, mədəaltı vəzi həyat əhəmiyyətli orqanlardandır və onun xalq təbabəti üsulları ilə müalicəsi zamanı çox diqqətli olmaq lazımdır. Onu da yadda saxlamaq lazımdır ki, hər bir orqanizm bu müalicə metoduna müxtəlif cür reaksiya verir.
Müalicə zamanı ekoloji cəhətdən təmiz olan ağacaqovaq kökündən istifadə olunmalıdır. Kartof şirəsi ilə müalicə olunan zaman tərkibində zəhərli maddələr olan kartofdan istifadə etmək məsləhət görülmür. Müalicə ağartı məhsulları ilə aparıldığı zaman isə məhsulun təzəliyinə və keyfiyyətliliyinə diqqət yetirmək vacibdir.
Hər bir orqanizmin müalicə zamanı istifadə olunan məhsullara qarşı həssaslığına da diqqətlə yanaşmaq lazımdır. Bəzi insanların orqanizmi bəzi bitkilərə qarşı həssas ola bilir. Bu isə allergiya reaksiyalarının baş verməsinə səbəb olur.
Arterial təzyiqi aşağı olanlar nanə tərkibli qarışımlardan, yuksək tempraturu olanlar idə daziotu tərkibli bitki dəmləmələrindən istifadə edərkən diqqətli olmalıdırlar. Fitoterapiya zamanı allergiya əlamətlərinin meydana çıxa biləcəyini yaddan çıxarmamaq lazımdır.

/milli.az/

23-09-2021, 06:51 | Xroniki yorğunluğunun fəsadlarından özünüzü qoruyun

Xroniki yorğunluğunun fəsadlarından özünüzü qoruyun



Xroniki yorğunluğun səbəblərini iki istiqamətdə axtarmaq lazımdır:

1) fiziki olaraq insanın sağlamlığı və psixoloji vəziyyəti ilə əlaqədar;
2) şəxsi və ya iş həyatı ilə əlaqədar.
Bu problemə hətta ətraf mühit də səbəb ola bilər. İnkişaf sənaye sahələri olan ərazilərin çirkli atmosferi həyat gücünün yüksəlməsi üçün əlverişli deyildir.
Xroniki yorğunluq sindromu - təhlükəli fenomendir, beləki infarkt daxil olmaqla bir çox xəstəliklər ona aid ola bilər.
XRONİKİ YORĞUNLUĞUN SƏBƏBLƏRİ
1. Düzgün qidalanma olmadıqda makro və mikroelement, vitamin çatışmazlığı yaradır. Bu isə öz növbəsində həm qadın, həm də kişilərdə hormonal çatışmazlığa səbəb ola bilər.
Ümumiyyətlə düzgün qidalanma olmadıqda orqanizmin enerji gücünə də təsir edən bir sıra amillər olur. Xroniki yorğunluğa səbəb meteohəssaslıqda ola bilər. Əvvəllər həkimlər buna çox önəm verməsələrdə artıq çox diqqət etməyə başlayıblar.
2. Gün rejiminin pozulması, yuxusuzluq, karyera yüksəlişi və yaxud uğurlar üçün daha çox işləmək orqanizmin hədsiz gücdən salan amillərdir. Qəhvə və ya enerji içkilərinin qəbulu problemin daha da kəskinləşməsinə səbəb olur. Çünki insan yenidən "ehtiyat" güc toplamağa zaman tapa bilmir, orqanizm isə getdikcə yorularaq dağılır, məhv olur.
3. Xüsusilə insanın daxili tonusuna onun özünü necə hiss etməsi, əhval-ruhiyyəsi təsir göstərir. Əgər o özünü xoşbəxt hiss edirsə, sevinclə çalışır, sevir, ətraf mühit tərəfindən sevilir, gümrah və aktivdir, heç nəyə baxmadan bütün işlərin öhdəsindən asanlıqla gələ bilər.
Stress, qarışıqlıq, ruhi sıxıntı bütün gücü, həyat tonusunu alaraq insanı həm ruhən həm də fiziki yorğun hala gətirir. Beləliklə xroniki yorğunluq sindromu yaranır ki, bununla da ya həkimlər, ya da psixoloqlar mübarizə aparır.
Bütün yuxarıda sadalanan faktorlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan əsas amillərdir. Onları minimuma endirmək üçün həyatınızı dəyişməyə cəhd edin. Bu bizim hər birimizin sağlamlığı üçün vacibdir!


milli.az

23-09-2021, 06:44 | Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...

Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...


Həyati vacib vitamin və mineralların defisiti AVİTAMİNOZ adlanır. Avitaminoz elə bir haldır ki, uzun müddət insan vitaminsizlik vəziyyətində olduqda peşəkar həkim onun elə xarici görünüşünə baxdıqda vitamin defisitini təyin edə bilər.

Vitamin əskikliyi qan analizləri ilə də asanlıqla təyin olunur. Amma təəssüf ki, bizim vətəndaşlar özlərində hər cür xəstəliyi axtarıb hər cür müayinələrdən keçməyə hazırdırlar, amma vitamin əskikliyi barədə bilmək istəmir, maraqlanmır və defisitə dair analizlər vermir.

Bir çoxları qanazlığı, dəmir defisiti və D vitamini defisitini tanıyır və yoxlayır. Əslində isə orqanizm bu 1-2 vitamin üzərində qurulmayıb.

A-dan Z-yə, yəni bütün vacib məlumatları toplayıb.

Bədəninizin avitaminoza verdiyi 8 ciddi siqnala da diqqət yetirin. Bu siqnallar nəyin əskikliyini göstərir. Əminəm ki, bu əlamətlərdən azı 5-i sizdə var.

1. Dırnaq, saçlar, dişləri vəziyyəti - qırılır, sınır, tökülür, quruyur

SİZDƏ BİOTİN - B 7 çatışmır

Biotin bizə onun üçün lazımdır ki, qəbul etdiyimiz qidanı enerjiyə çevirsin və həyati vacib proseslər üçün istifadə olunsun.

Biotin əskikliyinin digər əlamətləri: əzələ qıcolmaları, əl-ayağın keyiməsi, tez yorulma, gücsüzlük, səbəbsiz əzələ, bədən ağrıları

Daha çox hamilələr, siqaret çəkənlər, içki içənlər, dieta saxlayanlarda rast gəlinsə də.ş indi elə çox adamda var.
Uzun müddət antibiotik, qıcolma və nevroloji dərmanlar qəbul edənlərdə də biotin çatışmır.

Orqanizmdə biotini artırmaq üçün yumurta sarısı, brokkoli, banan, süd, süd məhsulları, subtropik meyvələr, mal qaraciyəri, qarğıdalı, yarma, yulaf, balıq yemək lazımdır. Şəkildə biotinlə zəngin qidaları təqdim olunub.

2. Ağzınızın künclərində quruma və çat, dodaqlarda yara, çat

SİZDƏ DƏMİR və B qrup vitaminlər defisitdir.

Xüsusən ağzının küncləri quru, çat olan insanlarda B 1 - tiamin, B 2 - riboflavin, B 6- piridoksin çatışmır.
Digər əlamətlər: susuzluq, ağızda quruma və ya çox ağız suyu axma, ağzın içində ağrılı yaralar, stomatit olur. B qrup vitamin çatışmadıqda insanda nevroloji xəstəliklərin çoxu yaranır.

B qrup vitaminlərlə zəngin qidalar: tam paxladan çörək, maya, balıq, qoz, qaraciyər, kakao, qara şokolad, banan, qarabaşaq, süd məhsulları, yumurta, badam, qoz. Hər gün çoxundan bir ovuc yeməlisiz. Qida ilə ala bilməyəcəksizsə, həkim sizə vitamin tabletləri, iynələri yazmalıdır.

3. Diş dibləri, damaq qanayır

Əgər hər gün dişinizi yuyanda, hətta yumayanda diş əti qanayırsa, deməli sizdə vitaminlərin şahı C vitamin çatışmır. Bu isə olduqca təhlükəli məqamdır.

Çünki bu vitamin immunitetin vəziyyətinə cavabdehdir. Bir adı da askorbin turşusu olan C vitamini uzun müddət defisit olduqda ən ağır hallardan biri olan ÇİNQA (SİNQA) xəstəliyi yaradır.

Digər əlamətləri: yaralar sağalmır, əzələ zəifliyi, bədəndə gücsüzlük, arıqlama, bədəndə, ayaqlarda göyərmələrin yaranması, əsəbilik, iştahsızlıq.

Qidasında meyvə-tərəvəz az olan, yaxşı qidalanmayan hər kəsdə C defisiti ola bilər.
Orqanizmdə bu vitamin özü hasil olmur, mütləq kənardan daxil olmalıdır.

C vitaminlə zəngin qidalar çoxdur:
Limon, kivi, itburnu, portağal, ananas, göyərti, səbzələr, kələmlər, bolqar bibəri və s.

4. Görmədə problem, TOYUQ KORLUĞU

Gözlərdə zəiflik mütləq vitamin defisitinə bağlıdır. Hava qaralanda görmənin pisləşməsinə toyuq korluğu deyilir. Gözün ağında ağ ləkələr də uzun müddət A vitamini- retinol əsklikliyində olur.

A vitamin əskikliyi az rast gəlinsə də, indi geniş yayılıb. A vitamini dərman əlavələri kimi qəbul etmək həkim göstərişi olmadan olmaz. Çünki retinol orqanizmdə toplanır, onun çoxluğu toksiki zəhərlənmə verir.

A vitamini ilə zəngin qidalar: tünd rəngli göy-göyərti, narıncı rəngdə meyvələr, tərəvəzlər, eləcə də mal əti, heyvani qidalar, yağlar.

5. Başda kəpək, qaşınma, dermatit

Vitaminsizliyin birinci əlaməti başda, dəridə özünü göstərir. İndi də baş dibində kəpək, seboreya olmayan insan azdır.

Bu hallar B2, B3, B6 vitamini əskikliyində olur.

Belə xəstələrin qan analizi onlarda niasin, riboflavin, piridoksinin azlığını göstərir.

Qida ilə aradan qaldırmaq üçün: paxlalılar, ət, balıq, toxum, buğda, qoz, çərəz, dəniz məhsulları yemək lazımdır.

Göründüyü kimi, hər kəsdə rast gəlinən bu zahiri siqnallar vitamin defisiti ilə bağlıdır. Bu problemi qidalanma və yaxşı pəhrizlə düzəlmək olur.

Əlavə şəkillərdə B qrup vitaminlərin daha çox hansı qidalarda olduğunu təqdim edirik. /medicina.az

avitaminoz

23-09-2021, 06:34 | Peyvənd varsa, PCR testi niyə aktuallığını itirmir?

Peyvənd varsa, PCR testi niyə aktuallığını itirmir?


Dünya əhalisinin 25%-i bu ilin sentyabr ayınadək tam peyvəndlənib. Peyvənd pasportu varsa, PCR test niyə gündəmdən düşmür? ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, uçuşdan əvvəl PCR testi vermək virusa yoluxmuş sərnişinlərin sayında kəskin azalmaya səbəb olur. Hətta uçuşdan 72 saat əvvəl alınan PCR test cavabı yoluxmuş sərnişinlərin sayını təxminən 99.95% azaldır.

Mayo Clinic Proceedings-in araşdırma komandası, 2020-ci ilin dekabrından 2021-ci ilin mayına qədər Delta Air Lines-in uçuş öncəsi test proqramını analiz edib.

Atlantadakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanından və ya Nyu Yorkdakı John F. Kennedy Beynəlxalq Hava Limanından Roma və ya İtaliyaya səyahət edən 9853 nəfərin məlumatları təhlil edilib.

Araşdırmada beş fərqli test variantı qiymətləndirilib. Nəticə isə belədir ki, polimeralı zəncirvari reaksiya (PCR) COVİD-19-u aşkar etmək üçün qızıl standart hesab olunur. PCR testlər yuxarı tənəffüs yollarından götürülən nümunə əsasında koronavirusun genetik materialını aşkar etdiyi üçün yüksək dəqiq nəticələr verir. O da məlumdur ki, nümunə bir laboratoriyaya göndərilməli və mütəxəssis tərəfindən təhlil edilməli olduğundan, PCR testlər digər seçimlərə nisbətən baha başa gəlir və nəticə əldə etmək uzun çəkir. Bu da öz növbəsində PCR testlərindən istifadə etməyi çətinləşdirir.

Digər tərəfdən, sürətli testlər koronavirusun səthindəki antigenləri aşkar etməyə çalışır. Bu üsul PCR-dən daha sürətlidir və nəticələr 15 dəqiqə ərzində əldə edilir. Bu üsulda yanlış neqativlərin olma ehtimalı isə yüksəkdir. Yəni əslində yoluxmuş olsalar da mənfi nəticələr alan COVİD-19 xəstələri ilə qarşılaşmaq ehtimalı mümkündür.

Araşdırmanın bir hissəsi olaraq, test edilən təxminən 10.000 sərnişindən dördünün (0.04 faiz) həm molekulyar testi, həm də sürətli antigen testi müsbət olduğu üçün uçuşlarına icazə verilməyib. Bu nəticə, Delta Air Lines ilə uçan hər 2000 nəfərdən yalnız birinin Kovid-19-a yoluxması deməkdir.

aviatravel.az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.