20-09-2021, 06:38 | Ümmətül-vəsət kimlərdir?

"(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən, Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır". ("Bəqərə" 143).
Hədislərin buyurduğuna görə ümmətül-vəsət Məsum İmamlardır (ə). Çünki onlar bütün elmdən agahdırlar. İkincisi isə ədalətləri vardır. Belə ki, Allah Təala bu ayədə buyurur: "Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir". ("Əhzab" 33). Bu ayədən də göründüyü kimi, Əhli-beyt (ə) ismət və ədalət nümunəsidirlər.
Təfsirçilərin nəzərinə görə ümmətül-vəsət nə ifrat əhlidirlər, nə də təfrit. Göründüyü kimi, ümmətül-vəsət adi insanlar deyildirlər, onlar xüsusi insanlardır.
Qurani-Kərim ümmətül-vəsəti əməllərə şahid olan kimi tanıtmışdır. Qiyamət günü insanların əməlinə şəhadət verəcəklər. Şahid olmaq üçün elmə və ədalətə ehtiyac vardır. İnsanların hamısının elmi və ədaləti yoxdur. Başqa bir ayədə oxuyuruq: "Və de: "İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir"". ("Tövbə" 105). Bu ayənin təfsirində də məqsəd Əhli-beyt (ə) olduğu bəyan edilmişdir.
İmam Sadiq (ə) buyurur: "Məgər belə ola bilərmi ki, o ümmətin ki, bəzi insanları dünya məhkəməsində bir neçə xurma üçün şəhadət verməyə layiq olmasın, lakin Qiyamət günü bu qədər insana şəhadət vermək ləyaqətinə malik olsun?".
Hər bir halda Qiyamət günü bütün insanlara görə şəhadət vermək ləyaqətinə Məsum İmamlar (ə) malikdirlər. Bəs niyə Allah Təala burada bəzi insanlara işarə etmək əvəzinə, ümmət adını çəkmişdir. Cavabında deməliyik ki, Allah Təala Quranda hətta bir nəfəri belə ümmət adlandırır. "Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi". ("Nəhl" 120).
Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: "Biz orta ümmətik. Biz Allahın xəlqə olan şahidiyik. Yer üzündə hüccətiyik. Biz insanlara şahidik, gərək bizə tərəf qayıdasınız. Təqsirkarlar gərək səhlənkarlıqlarını buraxsınlar və bizə qoşulsunlar".
Bu ayələrdən çıxartdığımız nəticələr:
- İlahi Övlilayar, bizim əməllərimizə nəzarət edərlər.
- Qiyamət günü silsilə mərhələlər vardır ki, məhkəmədə ilk olaraq, Məsum İmamlar (ə) insanlara şahidlik edərlər. Sonra isə Peyğəmbər (s) İmamlara (ə) şəhadət verər.
- İmtahan - İlahi sünnətdir. Allah bəzən də əmrini dəyişərək, insanları imtahan edər.
- Dini göstərişlərə əməl etmək inkişaf mənbəyidir. Ona itaətsizlik etmək isə süqut etməkdir.
- Təslim məqamı adi insanlar üçün ağırdır. Bu məqama ancaq o kəslər malik olar ki, İlahi hidayət onlara şamil olar.
- Bütün dəyişikliklər (qiblənin dəyişməsi kimi) Allahın rəhmətindən qaynaqlanır.
Milli.Az
20-09-2021, 06:22 | Üz və bədən dərisini cavanlaşdıran kosmetoloji vasitələr

Müasir kosmetologiya üz və bədən dərisinin cavanlaşdırılması üçün çoxsaylı kosmetik vasitələr təklif edir.
Əgər siz xarici görünüşünüzü yaxşılaşdırmağa qərar vermisinizsə, onda mütləq müasir və ozünü təsdiq etmiş kosmetoloji mərkəzə müraciət edin. Burada həkim sizi diqqətlə müayinə etdikdən sonra, fərdi şəkildə olmaqla, məhz sizin üçün daha effektiv və sağlamlığınız üçün təhlükəsiz cavanlaşdırma sxemi hazırlayacaqdır. Üz və bədən dərisinin cavanlaşdırılması üçün müalicə kursuna müxtəlif proseduralar daxil ediləcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir üsulun özünün də əks göstərişləri vardır.
Hesab olunur ki, dərinin qocalmasının əsas səbəblərindən biri onun toxumalarında oksigen çatışmazlığıdır.Ozonoterapiya- toxumalarda məhz oksigenin həcmini artıran proseduradır. Ozonoterapiya həm lazımi sahələrə dərialtı yerli inyeksiyalar şəklində, həm də bütün bədənə təsir etməsi üçün ozonlaşdırılmış fizioloji məhlulun damardaxili sistem şəklində yeridilməsi üsulu ilə aparılır. Nəticədə hüceyrələr səviyyəsində maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr sintez olunur, kollagen və elastin hüceyrələrin yaranması sürətlənir, qırışlar hamarlaşır, dəri cavanlaşır, damar ulduzcuqları, piqment ləkələri yox olur.
Fotocavanlaşdırma (yüksək intensivli işığın köməyilə cavanlaşdırma) - cavanlaşdırmanın ən effektiv və məşhur üsullarından biridir. Fotocavanlaşdırmanın nəticəsində kiçik qırışlar, piqment ləkələri, damar ulduzcuqları yox olur, dərinin elastikliyi artır, üzün rəngi yaxşılaşır.
Lazerin təsiri altında dərinin strukturu yaxşılaşır, dəri elastik olur, kiçik qırışlar yox olur, piqment ləkələri solğunlaşır və ya tamamilə itir, üz konturu yaxşılaşır.
Lazerli cavanlaşdırmaya əks göstərişlər - hamiləlik, dərinin zədələnmələri və dəridəki irinli xəstəliklərin kəskinləşməsidir.
Məlum olduğu kimi krem, maska və bu kimi digər kosmetik vasitələr xaricə - dəri səthinə tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələr dəriyə hopmalıdır. Əgər dərman vasitələrini, vitaminlər, kollagen və dərimizə lazım olan digər vasitələri mikroiynələrlə dərinin içərisinə yeritmiş olsaq, onda onların effekti daha güclü olar. Mezoterapiyanın da mənası məhz bundan ibarətdir.
Bəzi insanlarda dəri daxilinə yeridilmiş bu preparatlara qarşı allergik reaksiyalar ola bilər. Ona görə də cavanlaşdırma prosedurasını keçirməmişdən əvvəl həmin şəxs tam tibbi yoxlamadan keçməlidir. Mezoterapiyanın köməyi ilə dəri səpgilərini, sellüliti, piylənməni, qırışları, saçların tökülməsini, üz dairəsinin sallanmasını və s. halları müalicə etmək olar.
Mezoterapiyaya əks göstərişlər: öd daşı xəstəliyi, qanın laxtalanmasının pozulması, hamiləlik, əməliyyatdan sonrakı bərpa dövrü, onkoloji xəstəliklər və s.
Dərin pilinq (və ya "cilalanma") - dərinin nazik üst qatının xüsusi aparat vasitəsi ilə cərrahi üsulla xaric edilməsidir. Dərin pilinqin köməyi ilə səpgiləri, kiçik qırışları, çapıqları, tatuirovkanı aradan qaldırmaq olar. Prosedura mütəxəssisdən böyük ehtiyat və peşəkarlıq tələb edir. Dərin pilinq ümumi narkoz və antibiotik qəbulu ilə həyata keçirilir. Sağalma prosesi 7-14 gün çəkir. Əməliyyatdan sonra 3 ay ərzində dərini mütləq günəş şüalarının təsirindən qorumaq lazımdır ki, piqment ləkələri əmələ gəlməsin. Bu prosedura dərinin ağır irinli xəstəlikləri, epilepsiya, ağır somatik xəstəliklər, keloid çapıqların əmələ gəlməsinə meyllilik olduğu hallarda və s. keçirilə bilməz.
Kimyəvi pilinq - bu prosedura zamanı dəriyə nazik qatla çəkilən müxtəlif turşuların köməyi ilə dərinin üst qatı xaric edilir. Bu cavanlaşdırma üsulu daha tez nəticə əldə etməyə imkan verir: dərin olmayan qırışlar, səpgilər aradan götürülür. Kimyəvi pilinqin ən başlıca çatışmazlıqlarından biri, tətbiq edildikdən sonra, bir həftə ərzində (istifadə olunan preparatlardan asılıdır) dəridə qızartının qalmasıdır.
Milli.Az
20-09-2021, 06:16 | Alimlər koronavirusa qalib gəlmək üçün yeni ideya irəli sürüblər

Alimlər koronavirusa qalib gəlmək üçün əvvəlki pandemiyaların -tif, sarı qızdırma və su çiçəyinin təcrübələrindən yararlanmaq ideyasını irəli sürüb.
Pandemiyanın 1 ili barədə toplanan materiallar göstərib ki, COVİD-19-un İspanka virusu kimi öz-özünə gücünü itirib zəifləyib aradan qalxacağına ümid etmək olmaz. Koronavirusa qarşı effektiv dərman kəşfi isə yaxın gələcəkdə görünmür.
COVİD-19 virusunun digər viruslardan daha ağıllı, güclü və insana qalib gəlməsinin bir səbəbi Yer üzündə aerozol üsulu ilə də yayılmasındadır. Bir qrup alim hesab edir ki, koronavirusla mübarizə üçün ayrı silahdan istifadə olunmalıdır. İnsanlığın əsrlər boyu mübarizə apardığı bir çox xəstəliklər heç də dərman və vaksinlərlə aradan qalxmayıb.
Məsələn, vəba və tif xəstəliyinə qalib gəlmək üçün Londonda dərmanlar yox, 318 milyon ədəd kərpic və 10 milyon kubmetr daş beton lazım olmuşdu. Britaniya paytaxtının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün 1866-cı ildə bu qədər tikinti materialı istifadə edilmişdi. Məhz bundan sonra bu şəhərdə tif, xolera alovlanması baş verməmişdi.
Malyariya və sarı qızdırmanın tropik regionlarda yayılmasının qarşısını almaq üçün şəhərlərin kənarlarında olan nəhəng gölməçələr, ağcaqanadla dolu bataqlıqlar qurudulub və torlarla örtülmüşdü. Bu proseslərdən sonra malyariyanın qarşısı alınmışdı.
Koronavirusla mübarizə üçün də dərman və peyvənddən diqqətimizi çəkib, binaların havalandırma, ventilyasiya sisteminin təkmilləşməsi, yenidən qurulmasına başlamalıyıq. "The Аtlantic" nəşrində dərc olunan məqalədə deyilir ki, virusun ötürülmə yollarının qarşısı alınmasa, pandemiya səngiməyəcək. Hər virusun yoluxma yolları araşdırılıb, ona uyğun mübarizə aparılmalıdır. COVİD-19 yeni yayılanda alimlər səhv yola girdilər. Onlar virusun qrip kimi xəstə adamla təmasdan təkcə hava-damcı ilə yayıldığını elan etdilər. Amma koronavirus hava ilə - aerozol üsulu ilə də yayılır. 1 il yarım keçəndən sonra bu dəqiqləşdi. Ona görə pandemiyanın əvvəlində ÜST deyirdi ki, maska virusdan qorumur, əlləri, üzü sabun, su ilə yumaq və xəstə adamdan məsafəli davranmaq lazımdır. Amma bir dəfə də olsun xəstə adamla ünsiyyətdə olmayan şəxslərin virusa yoluxduğu və virus hissəciklərinin 6-9 saat havada asılı qalması aşkar olunandan sonra səhv yolda olduğumuzu anladıq. Virus hava ilə yayılır. Ona görə açıq təmiz havada yoluxma riski azdır, qapalı məkanda isə çox. Ona görə də mübarizə metodlarına dəyişiklik edilməlidir.
Koronavirusla mübarizənin yolu keçmişdə olduğu kimi onun yayılma yolunu kəsməkdir. Müasir dövrdə bu ventilyasiya sistemidir. İnsanlar çoxdandır çirkli su içmir, şəhərlərdə bataqlıq yoxdur, əlləri yumaq üçün su və sabun var. Bəs biz niyə yoluxuruq? Səbəb nəfəs aldığımız çirkli havadır.
- Hər dəqiqə biz 8-10 litr hava alıb ağciyərlərimizlə dövr etdiririk. Ofisdə, qapalı yerdə hava aldıqda isə biz başqalarının ağciyərlərindən çıxan hava və qazlarla nəfəs alırıq.
Otaqda bir xəstə adamın burnundan çıxan virusun aerozol yəni millemtrik toz kimi zərrəcikləri (insan telindən 20 dəfə nazik və kiçik) havada asılı qalır, ventilyator, kondinsioner və insanların alıb-verdiyi nəfəslə isə o otağın bir tərəfindən digərinə uçur. Ona görə də istənilən an sosial məsafə anlamı pozulur və otağa girib çıxan hər kəs yoluxa bilir. Yalnız adi maska yox, ciddi respirator daim ağız-burunda olarsa yoluxma riski azalır. Aerozol hissəciklər daha təhlükəlidir, çünki onlar ağciyərlərin ən dərin qatlarına keçir.
Qrip virusu da aerozol yolla yayılır, bu hələ 1977-ci ildə sübut olunub. Lakin koronavirus qrip kimi deyil və o hər gün minlərlə can alır. Pandemiyanın 2-ci ilində biz həqiqəti görüb, koronavirusun yayılma yolları ilə mübarizə aparmalıyıq. Bununla bağlı Merilend universitetində unikal eksperiment aparılır və proqram hazırlanır.
Dövlətlər, hökumətlər bu vaxta kimi içməli su, sanitariya, qida təhlükəsizliyinə milyonlarla vəsait ayırıb. Amma indi virusların əlində əsir olmamaq üçün binaların tikintisi, havalandırılması və ventilyasiya sisteminə diqqət yetirməlidirlər. Qaydalar dəyişməlidir. Otaqların, qapalı məkanların 5 dəqiqədən bir havasının yenilənib, təzə hava axını ilə təmin olunması metodları işlənməlidir. Binaların, evlərin layihələndirilməsində virusların yayılmasına qarşı tədbirlər görülməlidir.
Kondinsioner, ventilyator, ümumi sistem havalandırılması işə yaramır. Onlar otaqda olan aerozol virusları bir tərəfdən digərinə yayıb insanları yoluxduracaq. Ventilyasiya sistemləri yarım saat ərzində 4-6 dəfə bütün məkanın havasını dəyişməlidir. Bunun üçünsə filtlər quraşdırılmalıdır. Amma bu metod çox bahalıdır. Əgər xəstəxana, məktəblər, dövlət idarələrində bu sistem dəyişdirilsə, milyardrlarla dollar vəsait lazimdır. Ona görə ÜST və hökumətlər üçün vaksin daha asan və ucuz yol kimi görünür. Lakin görünən odur ki, vaksinlə koronaya qalib gəlmək mümkün olmayacaq.
Daha etibarlı yolla getməliyik ki, gələcəkdə də viruslar dünyanı iflic etməsin. Yaxşı olar ki, milyardlar da olsa, havalandırma sistemlərində dəyişiklik olunsun. Əks təqdirdə, pandemiyanın vuracağı zərər bu xərclərdən daha çox olacaq.
Axar.az
6-09-2021, 10:46 | DSX-nın yeni mətbuat katibi təyin olunub? - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.
Bunu Trend-ə açıqlamasında Xidmətin Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.
Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: "Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir".
6-09-2021, 10:34 | Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub - FOTO

Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub.
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib.
Həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub. Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.
Trend
6-09-2021, 10:21 | Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub

İspaniyalı tennisçi Karlos Alkaraz ABŞ Açıq Çempionarının ("US Open") dördüncü mərhələsində almaniyalı Peter Qoyovçik üzərində qələbə qazanıb.
Görüş 18 yaşlı ispaniyalının 5:7, 6:1, 5:7, 6:2, 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində K.Alkaraz dörddəbir final mərhələsinə yüksəlib.
Karlos Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub. Dörddəbir finalda ispaniyalı tenisçi Frensis Tiafo (ABŞ) - Feliks Oje-Alyassim (Kanada) cütlüyünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Karlos Alkaraz Professional Tennisçilər Assosiasiyasının reytinqində 55-ci yerdədir.
Trend
6-09-2021, 10:19 | Şahmatçımız Rauf Məmmədov Avropa çempionatında 6-cı olub

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatı başa çatıb.
Azərbaycan şahmatçısı Rauf Məmmədov 7,5 xalla 6-cı yeri tutub. Onunla eyni xalı toplayan Nicat Məmmədov əlavə götəricilərə görə 17-ci pillədə qərarlaşıb. Digər şahmatçılarımızdan Nicat Abbasov 6,5 xalla 42-ci, Aydın Süleymanlı 6 xalla 67-ci, Read Səmədov isə 5,5 xalla 91-ci olub.
On bir turdan ibarət turnirin qalibi Rusiya təmsilçisi Anton Demçenko olub.
6-09-2021, 10:10 | Yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb.
Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib.
Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb.
Hazırda biletin axtarışları davam edir.
30-08-2021, 06:52 | Qəfil gələn "SƏSSİZ ÖLÜM": onu heç hiss etməmək mümkündürmü?

Sinədə kəskin ağrı, qan təzyiqinin kəskin yüksəlməsi, qəfil təngənəfəslik. Biz infarktın əlamətlərini təxminən bu cür təsəvvür edirik və çox vaxt da məhz belə olur.
Kəskin ürək tutmasından xəbər verən başqa əlamətlər də var - qolda və ya boyun ətrafında sancılı ağrı, başgicəllənmə, bol tər.
Bəs, ürək tutması aşkar əlamətlər olmadan, heç xəstənin özünün də hiss etmədiyi şəkildə baş verirsə?
Harvard Universitetinin araşdırması göstərib ki, bu hala həkimlərin təxmin etdiyindən xeyli çox rast gəlinir. Kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt (SMI - silent myocardial infarction) olaraq meydana gəlir və daha çox kişilərdə olur.
"SMİ əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya daha az təhlükəli digər problemlə qarışıq salırlar, buna görə də kişilər belə hallara çox vaxt ciddi yanaşmırlar" - Harvard Universitetin professoru Corc Platski belə deyir.
Məsələn, yorğunluğu və fiziki diskomfortu kişilər bir çox hallarda çox işləməklə, pis yatmaqla və hətta orqanizmin yaşla bağlı dəyişiklikləriylə izah edirlər. Boğazdakı və sinədəki zəif ağrını isə onlar mədə turşuluğunun və ya həzm probleminin əlaməti kimi qiymətləndirirlər.
Bundan başqa, çox vaxt ağrının məhz hansı nahiyədə olduğunu müəyyənləşdirmək də çətin olur. Məsələn, döş qəfəsinin sol tərəfindəki kəskin ağrı, böyük ehtimal, sizdə infarkt şübhəsi yaradacaq, ancaq "sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissiylə də müşayət oluna bilir.
Həyəcanlı əlamətlər və narahatlıq üçün əsaslar:
- Döş qəfəsinin ortasında bir neçə dəqiqə davam edən və ya tez keçən, amma təkrarlanan diskomfort (kiçik ölçüdə ağrı hissi);
- Bədənin yuxarı hissəsində ümumi ağrı - məsələn, ya bir əldə, ya da hər iksində; kürək, qarın, boyun və alt çənə nahiyələrində xoşagəlməz hissiyyat;
- Döş qəfəsindəki xoşagəlməz hissiyyatdan sonra yaranan təngənəfəslik;
- Qəfil soyuq tər, başgicəllənmə və ürəkbulanma.
Professor Platski xəbərdar edir ki, "Bəzən həm SMI zamanı, həm də ondan sonra insan özünü son dərəcə normal hiss edir - bu, həyəcanlı siqnalların hiss edilməyəcəyi riskini artırır".
Harvard alimlərinə məxsus araşdırmanın Amerika Tibb Sssosiasiyasının jurnalında dərc edilmiş nəticələri məhz buna görə həyəcan doğurur.
Kişilər risk qrupundadırlar
Alimlər 45-84 yaş aralığandakı əvvəllər ürək-damar xəstəlikləri keşirməmiş 2000 qadın və kişini müayinə ediblər və 10 il sonra onların ürəyini təkrar MRT-dən keçiriblər.
İştirakçıların 8%-nin ürəyində miokard infarktının əlaməti olan çatlar aşkar edilib, onların 78%-nin ürək tutmasından xəbəri olmayıb.
Kişilərdə qadınlardan beş dəfə çox "sakit infarkt" faktı aşkar edilib.
Araşdırmanın nəticələrinə görə, SMİ riskini yaradan faktorlar adi infarktda olanlarla eynidir - siqaret, artıq çəki, hərəkətsizlik, yüksək təzyiq, xolesterin və diabet.
"SMİ-dən sonra ürək pis işləməyə başlayır, onda çatlar əmələ gəlir. "Sakit infarkt" keçirmiş pasientlər həkimə dərhal müraciət etmədikləri üçün onlarda təkrar və daha ciddi ürək tutması riski artır" - Corc Platski belə deyir.
Kişilərdə infarkt bəzən bir neçə həftə, hətta bir neçə ay sonra aşkar edilir - növbəti tibbi müayinə zamanı və ya xroniki yorğunluq, təngənəfəslik və mədə qıcqırması şikayətlərinə görə xəstəxanya gedəndə.
Amma SMİ-ni müəyyən etmək çətin deyil - bir çox hallarda adi kardioqram və ya ürəyin ultrasəslə müayinəsi kifayət edir. Daha bir sadə üsulsa qanda ürək əzələsi hüceyrələrinin zədələnməsi zamanı əmələ gələn spesifik zülalın (troponin T) olub-olmadığını yoxlamaqdır.
(publika.az)
30-08-2021, 06:37 | Yayda zədələnən dərini belə təravətləndirin

Yayın isti keçməsi və koronavirusa görə daim maska taxmaq üz dərisinin təravətini itirir. Buna görə də dəri əvvəlkindən daha çox qulluq tələb edir.
Dəriyə qulluğa qidalanma ilə başlamaq məsləhətdir.
Gün ərzində hər zaman məsləhət görüldüyü kimi bol su için. Sağlamlığın 60 faizi su vasitəsilə bərpa olunur. Eyni zamanda su vasitəsilə dəri nəmlənir və təravətli görünür.
Tərkibində C vitamini olan qidalar çox yeyin. C vitamini kollageni zənginləşdirir, bu da dəri cavanlığına müsbət təsir edir. Dərini qocaldan vasitələrin qarşısını alır. Gənc, sağlam, parıltılı dəri üçün C vitamini mütləqdir.
Həftədə 2 dəfə balıq yeyin. Quruyan, qabıq verən dəri üçün xeyirlidir. Omeqa 3 baxım üçün ən önəmli vasitələrdəndir.
Tərkibində E vitamini olan qidalar süfrənizdə mütləq olsun. Dərini günəşin zərərli şüalarından qoruyur. Dəridəki qızartıları, ləkələri təmizləyir.
Gündə 2 fincan yaşıl çay için. Tərkibindəki C və E vitamini zəngindir.
D vitamini tükətməyi unutmayın. Dərinin elastikliyini artırır.
axşam.az


















