11-05-2021, 07:40 | Dil xərçəngi

Dil xərçəngi

Dil ağız boşluğunun çox hissəsini tutan, ucundan qırtlağa qədər uzanan bir orqandır. Dil əzələ toxumasından ibarət olmaqla, dadbilmə hissiyatının təminatçısıdır.
Dilin xərçəng xəstəliyi bədxassəli olur. Xərçəng dilin istənilən hissəsində əmələ gələ bilir. Amma ən çox dilin kənarında və alt hissəsində rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə hələ də məlum deyil. Dil xərçənginə ən çox 60 yaşından yuxarı kişilərdə rast gəlinir. Bunu nəzərə alaraq bəzi səbəblər dil xərçənginin risk faktorlarına daxil edilib:
* siqaret və spirtli içki qəbulu
* xroniki virus infeksiyaları
* zərərli maddələrlə kontakda olmaq (ağır metal duzları, radioaktiv şüalanma, neft tullantıları, asbest və s.)
Xəstəliyin əlamətləri aşağıdakılardır:
* uzun müddət dilin üstündə ağ və ya qırmızı yaralar
* daima boğazda zəif ağrı hissi
* dildə ağırlaşma hissinin olması
* udma aktının çətinləşməsi
* dilin əzələsinin qalınlaşması
* ağızdan gələn pis qoxu
* tüpürcəyi udqunanda ağrı
* nəfəsalmanın çətinləşməsi
* səsin dəyişməsi.
Sadalanan əlamətlər xəstəliyin dərəcəsindən asılı olaraq arta və ya azala bilər. Dil xərcəngi limfa düyünlərinə, qaraciyərə, ağciyərə metastaz verə bilir.
Xəstəliyə diaqnozun qoyulmasında histoloji müayinənin rolu əsas götürülür.
Dil xərçənginin müalicəsi xəstəliyin dərəcəsindən, şiş toxumasının yerləşdiyi yerdən və yayılmasından asılıdır. Xəstəliyə diaqnoz vaxtında qoyularsa, şüa müalicəsi ilə xəstənin vəziyyətini yüngülləşdirmk mümkün olur. Əksər hallarda xəstəlik dilin arxa tərəfini və yaxında yerləşən limfa düyünlərini zədələdiyi üçün şüa terapiyasının effekti olmur, xəstəlik ölümlə nəticələnir.(milli.az)

11-05-2021, 07:38 | Sağlamlığınız üçün 4 məsləhət

Sağlamlığınız üçün 4 məsləhət

Bu məsləhətlərə hər gün əməl etsəniz sağlamlığınızın qayğısına qalmış sayıla bilərsiniz. Bu 4 məsləhət hər səhər sizin cəmi 10 dəqiqənizi alacaq. Amma orqanizmə verdiyi fayda ölçüyə gəlməz. Prosedurları yerinə yetirmək əvvəlcə sizə çətin gələ bilər, ancaq hər gün təkrarlasanız faydasını görəcəksiniz. Bunun üçün sizə aşağıdakılar lazımdır:
- limon
- bal
- perekis
Prosedur №1 - Səhərlər dişlərinizi yuyan zaman dilinizin üstünü də yuyun. Bunu diş şotkası və ya dilin üstünü yumaq üçün istifadə edilən xüsusi vasitələrlə həyata çevirə bilərsiniz. Dilin üstünün yuylmasının sağlamlığa faydası barədə İbn Sinanın qədim kitablarında da yazılmışdır. Dilin üstünün yuyulmasının faydaları bunlardlr:
- ağız boşluğundakı mikroblar azalır
- mədə xəstəlikləri riski azalır
- ağız boşluğundan iy gəlmir
Prosedur №2 - Axşam yeməyindən qabaq qaynar suya 1 çay qaşığı limon şirəsi əlavə edib için. Bunun aşağıdakı faydaları var:
- həzmi normallaşdırır
- maddələr mübadiləsini yaxşılaşdırır
- qara ciyəri təmizləyir
- limon şirəsi ilə bərabər tərkibində olan vitaminlərin də orqanzmə faydası olur
Prosedur №3 - Səhər yeməyindən qabaq 1 çay qaşığı təmiz bal yeyin. Balın faydaları:
- immuniteti artırır
- antioksidant təsir göstərir
Prosedur №4 - Ağız boşluğunu hidrogen peroksidlə hər səhər yaxalayın. Bu prosedurun faydaları aşağıdakılardır:
- diş xəstəliklərinin, kariesin əmələ gəlməsi riskini azaldır
- dişləri ağardır
- ağızdan xoşagəlməz qoxunu yox edir.

11-05-2021, 07:37 | Ev şəraitində limonla hamiləlik testi

Ev şəraitində limonla hamiləlik testi

Ən təbii hamiləlik testlərindən biri sayılan bu üsuldan qədim zamanlarda qadınlar daha çox istifadə ediblər. Bu testin üstünlüyü onu həkim məsləhəti olmadan həyata keçirə bilməyinizdədir.
Limon testi ilə hamilə qalıb qalmamağı asanlıqla aşkar etmək mümkündür. Əgər sizin aybaşı vaxtınızdan 7 gün ötübsə, o zaman vəziyyətinizdən şübhələnib bu testi həyata keçirə bilərsiniz. Limonla hamiləlik testinin effektliyi apteklərdə satılan hamiləlik testlərində olduğu qədərdir. Testin müsbət tərəfi onun təbii vasitələrlə həyata keçirilməsindədir. Siz evdə limon vasitəsilə hamilə olub olmadığınızı asanlıqla öyrənə bilərsiniz. Əvvəllər bu testi həyata keçirən qadınların söylədiklərinə görə limon testi öz doğruluğunu təsdiq edib. Bu testlərə inanmaq olar, amma, ən yaxşısı həkim tərəfindən tibbi müayinələr zamanı qoyulan diaqnoz hesab edilir. Yenə qeyd etməliyəm ki, bu testin doğruluğu apteklərdəki testlərin etibarlılığı qədərdir. Son söz isə həmişə həkimin olmalıdır!
Limonla hamiləlik testi necə həyata keçirilir?
Bunun üçün sizə limon və sidiyinizi boşaltmağınız üçün təmiz bir şüşə banka lazımdır. Əvvəlcə bu qabın içərisinə sidik boşaldılır. Sonra isə iki yerə bölür və yarıya bölünmüş limonun biri sidiyin üstünə sıxılır. Yarım limon tamamilə sidiyin üstünə sıxılmalıdır. Sonra bir müddət gözləyin. Əgər limonun suyu sidik olan qabın dərinliklərinə doğru gedib çökməyə başlayarsa, bu hamilə olmağınız anlamına gəlir. Milli.Az

10-05-2021, 13:00 | Gədəbəyə qar yağıb - Faktiki hava

Gədəbəyə qar yağıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Xidmətdən verilən məlumata görə, yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.

Düşən yağıntının miqdarı Böyük Qafqaz zonasında 5-16, Sarıbaşda (Qax) 29, Balakəndə 28, Şahdağda 21, Zaqatalada 19, Kiçik Qafqaz zonasında 15-18, Naxçıvan MR-da 2-8, Mərkəzi Aran rayonlarında 3-5, Qazax-Gəncə zonasında 5-20, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qərb küləyi əsib, arabir Naftalanda 34, Tərtərdə 33, Balakən, Ağdamda 30, Tovuz, Zərdab, Gəncədə 28, Mingəçevir, Bərdədə 25, Ceyrançöldə 24, Şəki, Xaçmaz, Göyçayda 22, Zaqatalada 20, Yevlaxda 19, Şəmkir, Yardımlıda 18, Şabranda 16, Şərurda 15, Bakıda 32, Maştağada 30, Qum adası, Sumqayıtda 28, Neft Daşlarında 26, Çilov adası, Pirallahıda 25, Binədə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Xınalıqda 2, Şahdağ, Daşkəsən, Gədəbəydə 1 sm-ə çatıb.

Mayın 9-da Naxçıvanda saat 17:10 radələrində 5 dəqiqə ərzində diametri 6 mm, Qazaxda saat 15:40-15:45 radələrində diametri 0,8 mm, Ağstafada saat 15:20-15:25 radələrində zəif dolu yağıb.


10-05-2021, 12:02 | Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib

Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib

Mayın 3-dən 8-dək 93 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilir ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

10-05-2021, 11:56 | Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla ağacəkmə aksiyası keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Xəzər rayonunun Türkan qəsəbəsində baş tutan ağacəkmə aksiyasında 800 ədəd müxtəlif növ ağaclar əkilib, suvarılıb və aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, başçının müavinləri, Aparatın məsul işçiləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil və səhiyyə müəssisələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və gənc könüllülər iştirak ediblər.

Həmçinin, aksiya çərçivəsində rayonun bütün qəsəbələri əhatə olunmaqla, park və xiyabanlarda da ağac və gül kollarının əkilməsi işləri görülüb. (Trend-)

10-05-2021, 09:37 | Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq

Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur. Qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Gecə ərzində bu proses respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunacaq.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmətin rəisinin sözlərinə görə, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir: "Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək. Növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq. Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək".

9-05-2021, 09:57 | Bunu etsəniz, 600 manat cərimələnəcəksiniz - DYP-dən XƏBƏRDARLIQ

Bunu etsəniz, 600 manat cərimələnəcəksiniz - DYP-dən XƏBƏRDARLIQ

Yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlara və sürücülərə növbəti dəfə xəbərdarlıq olunub. Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimələnəcəklər. Baş Dövlət Yol Polisi İdarəsi və Avtomobil Yolları Dövlət Agentliyi belə sürücülərə qarşı nəzarəti artırıb.

Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimə olunacaqlar.

Söhbət yük avtomobillərindən gedir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, müşahidələr zamanı bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobillərinin oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yükləndiyi görünür.

Belə sürücülər yol təsərüfatına da ciddi ziyan vururlar. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, magistral yolların kənarlarında fasiləsiz olaraq tərəzi nəzarət məntəqələri fəaliyyət göstərir. Belə halların qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ də qaydaları pozan yük avtomobili sürücüləri var.

Yükdaşıma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 40 manatdan, 600 manata qədər cərimə olunacaqlar.

9-05-2021, 08:47 | "İnter"lə "Napoli"dən darmadağın

"İnter"lə "Napoli"dən darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura start verilib.

Ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında "Napoli" səfərdə "Spetsiya" ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda darmadağına sevinib.

Ötən turda çempionluğu rəsmiləşən "İnter"in rəqibi "Sampdoriya" olub. Milanlılar da bu oyunda darmadağına seviniblər.

"Udineze" - "Bolonya" matçında qalib müəyyənləşməyibsə, "Fiorentina" "Latsio"nu məğlub yola salıb.

İtaliya A Seriyası
35-ci tur
8 may

Spetsiya - Napoli 1:4
Qol: Pikkoli, 64 - Zelinski, 15. Osimhen, 23; 44. Lozano, 79.

Udineze - Bolonya 1:1
Qol: De Paul, 23 - Orsolini, 82.

İnter - Sampdoriya 5:1
Qol: Qalyardini, 4. A.Sançes, 26; 36. Pinamonti, 61. Martines, 70 - Keyta, 35.

Fiorentina - Latsio 2:0
Qol: Vlahoviç, 32; 89.

9 may

14:30 Cenoa - Sassuolo
17:00 Benevento - Kalyari
17:00 Parma - Atalanta
17:00 Verona - Torino
20:00 Roma - Krotone
22:45 Yuventus - Milan

(matc.az)


9-05-2021, 08:42 | Liqa 1-də daha iki darmadağın

Liqa 1-də daha iki darmadağın

Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları keçirilir.

Sənbə günü daha iki görüş baş tutub.

Bu oyunlarda da darmadağın qeydə alınıb. "Nant" "Bordo"nu üç cavabsız qolla yola salıb. Lion "Olimpik"i isə bu turda doğma meydanda "Loryan"ı məğlub edib.

Fransa Liqa 1
36-cı tur
7 may

Lans - Lill 0:3
Qol: B.Yılmaz, 4-pen; 40. David, 60.

8 may

Nant - Bordo 3:0
Qol: Kulibali, 19. Louza, 51-pen. Kolo, 70.

Olimpik (Lion) - Loryan 4:1
Qol: Auar, 53. Paketa, 65. Bruno, 71-pen; 77 - Monkondui, 83.

9 may

15:00. Sent-Etyen - Olimpik (Marsel)
17:00. Anje - Dijon
17:00. Mets - Nim
17:00. Nitsa - Brest
17:00. Strasburq - Monpelye
19:05. Reyms - Monako
23:00. Renn - PSJ

matc.az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.