16-05-2021, 08:03 | “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu

Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Beşiktaş" doğma meydanda "Göztəpə"ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq 16-cı dəfə Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.
Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.Trend
15-05-2021, 08:09 | Bağırsaq spazmı haqqında bilmədikləriniz

Bağırsaq spazmı sərbəst nozoloji vahid olmayıb, MBT-nin funksional pozğunluğunun əlaməti kimi formalaşır. Qastroenterologiya sahəsinin aparıcı mütəxəssisləri həzm traktının bu cür fəaliyyət pozğunluqlarının gələcəkdə üzvi patologiyaya transformasiya edə biləcək premorbid vəziyyət və yaxud sadəcə əlamət olması barədə yekdil fikrə gələ bilməmişlər. Hər bir halda bağırsaq spazmına ciddi yanaşılmalıdır. Onun yaranma səbəbini vaxtında təyin etməklə mədə-bağırsaq sisteminin ciddi xəstəliklərinin qarşısını almaq mümkündür. Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır. Proqnoz adətən qənaətbəxş olur. Yalnız kəskin cərrahi patologiyalar zamanı təhlükəli hallar yarana bilər. Bağırsaq spazmının profilaktik tədbirlərinə bu əlamətlə təzahür edən xəstəliklərin erkən diaqnostika və müalicəsi aiddir. Bağırsaq sancısının qarşısını almaq üçün sağlam həyat tərzi, rasional qidalanma, stress hallarının uzaqlaşdırılması məsləhət görülür.(milli.az)
15-05-2021, 06:29 | Ürək və təzyiq xəstələri bu şirəni içsin

Duzlu olmayan təzə pomidor şirəsi arterial təzyiqi salır, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, ürək xəstələri üçün faydalıdır.
Bunu Tokio Tibb universitetinin alimləri bildirib.
Onlar 184 kişi, 297 qadın xəstə üzərində apardıqları tədqiqat zamanı sübut ediblər ki, pomidor şirəsi pis xolesterin, damarları tutan lipoproteinlərin qanda konsentrasiyasını azaldır.
Tədqiqat zamanı pasiyentlər 1 il ərzində tomat şirəsi içiblər.
Nəticələr göstərib ki, 94 iştirakçıda arterial təzyiq xeyli azalıb.
125 nəfərdə isə zərərli xolesterin 155 mq-dan 148 mq-a düşüb. /medicina.az
15-05-2021, 06:26 | Arıqlamaq istəyənlərə VACİB İPUCLARI

Rusiyalı dietoloq Anna Belousova sağlamlığınıza zərər vermədən pəhriz saxlamağın yollarından danışıb.
Ekspert hər şeyin pəhrizin məqsədlərindən, insanın sağlamlıq vəziyyətindən və məhdudiyyətlərin şiddətindən asılı olduğunu qeyd edib.
Belousova bildirib ki, əməliyyatdan əvvəl kilo vermək lazım gələrsə, həkim xəstəni səkkiz aya qədər qəti pəhriz saxlamağa məcbur edə bilər. Lakin mütəxəssislərlə məsləhətləşmədən yalnız qısamüddətli pəhrizlər saxlaya bilərsiniz.
Dietoloq qeyd edib ki, bu halda pəhriz müddəti iki-üç həftədən çox olmalı deyil: "Yüngül pəhriz seçin, bununla daha sonra rasional qidalanmaya keçmək çətin olmayacaq, həm də xoşagəlməz olmayacaq. İki-üç həftədə yemək vərdişlərində dəyişiklik olur. Xəstələr ilk günlərdə kolbasa və digər zərərli məhsullar yemək istəyir, amma 21 gündən sonra beyin onların dadını unutmağa başlayır və belə bir istək yox olmağa başlayır. Pəhriz düzgün seçilərsə, sağlam qidalanma rasionuna keçmək asan olacaq, az kalorili pəhriz vacib deyil, kalori miqdarı enerji xərclərinə bərabər olmalıdır.
Pəhriz səhv seçilibsə, orqanizm yalnız kalori deyil, həm də ehtiyac duyduğu vitamin və mineralları itirməyə başlayır. Bu da öz növbəsində ciddi ürək-damar problemlərinə səbəb olur".
Eyni zamanda dietoloq uzun müddət saxlanılan pəhrizlərin zərərlərindən söz açıb.
Bunlar arasında Belousova xüsusilə keto pəhrizi qeyd edib: "Keto pəhrizi maksimum iki həftə saxlamaq olar. Hər hansı karbohidratlı pəhrizdə olduğu kimi, keto pəhrizində də zülallarımız parçalanmağa başlayır və bu da əzələ hüceyrələrinin əziyyət çəkməsinə səbəb olur. Beyin hüceyrələri qlükoza ehtiyac duyduqları üçün əziyyət çəkirlər, bu mütləq şəkər olmalı deyil deyil, meyvələr, tərəvəzlər və dənli bitkilər də qlükozaya çevrilir. Sonra böyrək problemləri başlayır, çünki keton cisimləri kifayət qədər zəhərlidir". (publika.az)
15-05-2021, 06:18 | Kişi və qadınlarda tez qocalma - Təcili bu vitamini qəbul edin

vitamini dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacib vitamindir. O olmasa biz gözümüzlə ətrafı rəngli görə bilmərik, cinsiyyət hormonlarımız olmaz, immunitetimiz çalışmaz.
Əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz.
Vitaminin çatışmazlığının səbəblərini təqdim edir:
Vitamin A nədir?
Retinol - A vitamini yağlı həll olan vitamindir, 1920-ci ildə kəşf edilib. İlk dəfə kökdə tapılıb, ona görə onun sənaye adı karotinoiddir.
A vitamini orqanizmə efir yağı kimi düşür, nazik bağırsaqda parçalanır, qaraciyərə ötürülür. Orda depolaşır. Lazım olduqda ordan qanla orqanizmə ötürülür.
Böyük insanın gündəlik dozası 1 mq- 3300 Me-dir. Vitamini qida ilə əldə etmək mümkündür.
Bəzən olur ki, insan kifayət qədər A vitamini qəbul edir, amma orqanizmdə sovrulmur. Bu mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər. Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı də bu vitamin yaxşı mənimsənilmir.
Hamiləlik, gərgin fiziki, zehni iş, stres, temperatur dəyişikliyi zamanı da insanda A vitamini yaxşı mənimsənilmir, çatışmazlıq hiss oluna bilir.
A vitamini çatışmazlığının əlamətləri:
1-Ilk növbədə görmədə pozğunluq, toyuq korluğu deyilən vəziyyət yaranır. Qaranlıq yerdən işıqlı yerə və ya əksinə keçəndə insanın gözü 7-8 saniyəlik qaralırsa, deməli A vitamini azdır. Əgər bu defisit düzəlməsə, bir müddətdən sonra buynuz qişanın kökü quruyacaq, naziləcək. Daha sonra büllur qaralacaq, gözlərdə eroziya başlayavaq.
2-Dəri və selikli qişalar quruyur, çatlayır, yaralar əmələ gəlir. Dəridə sızanaq, akne, çapıq, dəlik, qırışlar vaxtsız və sürətlə artır. İnsan qocalır.
3-Dırnaqlar və saçlar quruyur, tez qırılır, saçlar tökülür.
4-Sidikdə pH balansı pozulduğu üçün böyrək və sidik yolları daşları yaranmağa başlayır.
5-A vitamini az olduqda libido azalır, cinsi istəksizlik yaranır, hətta qadınlarda menstruasiya itə bilər.
6-Ümumi halsızlıq, yorğunluq, impotensiya, yuxululuq
7-Quruyan, qabıqlanan dəri varsa, deməli A vitamini çatışmır.
A vitamini çatışmazlığını necə aradan qaldırmalı?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
Hansı ərzaqlarda var?
Kök, balqabaq, kabak, ispanaq, bibərlər, kahı, pomidor, çəhrayı sarı meyvələr, mal və balıq qaraciyəri, yumurta sarısı A vitamini ilə zəngindir. /medicina.az
15-05-2021, 06:11 | Mütəmadi olaraq qan vermək iki böyük TƏHLÜKƏDƏN QORUYUR

Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır.
Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.
Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.
Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.
Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.
"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", - deyə professor qeyd edib.
Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.
Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.
"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", - deyə o vurğulayıb.
Sputnik
15-05-2021, 06:06 | Artıq çəkidən qurtulmağın ən asan yolu

Qışda alınan artıq çəkilərdən tez bir zamanda xilas olmağın ən asan yolu tapılıb.
Rusiyalı dietoloq Arina Skoromnaya danışıb. Dietoloqun sözlərinə görə, buna yorucu məşqlərsiz də nail ola bilərsiniz. Bunun üçün gündə ən azı 20 dəqiqə təmiz havada gəzmək lazımdır:
"Sürət saatda beş-yeddi kilometr olmalıdır. Ən yaxşısı 20 dəqiqə və ya bir saat ərzində yoxuşa çıxmaqdır. Kiçik bir təpəyə dırmaşarkən daha çox əzələ gərilir, omba əzələlərinin yükü artır".
Bundan başqa, ekspert təmiz havada və ya fitnes salonunda məşq etməyin vacib olduğunu vurğulayıb. Dietoloq şəhərdə sürətlə gəzməyin avtomobillərdən çıxan qazlar səbəbindən zərərli olduğu barədə xəbərdarlıq edib. Bu vəziyyətdə sıx məşq ürək-damar xəstəlikləri ilə nəticələnə bilər.
Ayaqlarda problem meydana gəlməməsi üçün ayaqqabılara da xüsusi diqqət yetirilməlidir. Qaçış ayaqqabıları gəzmək üçün ən yaxşısıdır. (publika.az)
15-05-2021, 06:05 | Mədədə ağrıların 9 səbəbi

Müasir dövrdə gənclərdə tutmuş yaşlılara kimi mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.
Bəs mədə ağrıları nədən yaranır?
Səbəbləri qeyd edir:
1. Reflü problemi - bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;
2. Laktozaya dözümsüzlük - Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;
3. Bəzi dərmanların əlavə təsirlərindən mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;
4. Glütenə dözümsüzlük - Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
5. Stres;
6. Endometriyoz;
7. Tiroid problemləri;
8. Parazitlər;
9. Apendisit. /medicina.az
15-05-2021, 05:57 | Ürəkdə sancı, iynə, bıçaq batırma hissi - Səbəblər, müalicə

Əksər insanlar hər gün ürəyində öndən və arxadan qəfildən sanki ürəyinə iynə, bıçaq salındığını və sancı olmasından şikayətlənir. Çox zaman bu insanlar gənc və orta yaşlılar olur.
Ürəkdə ara-sıra sancı, batma kimi hisslərin səbəbi təkcə ürəklə bağlı olmaya da bilər.
Ürəkdə deşici ağrının mümkün səbəblərini təqdim edir:
Ürək nahiyəsində istənilən ağrı, sancı birbaşa ürək-damar problemləri, onurğa və onurğa sütunu problemləri, mədə və ağciyərlərdən qaynaqlana bilər.
Bəs necə bilmək olar ki, problem ürəkdə yox, ayrıdır?
Bunun üçün evdə ağrının xarakterini izləmək lazımdır. Əgər ağrı ürəkdəndirsə, onun üçün sakit və ya hərəkətli vaxtın önəmi yoxdur. İnsan uzananda da. sakit halda da, gəzəndə də sancı olur.
Yox əgər ağrı ancaq qəfil hərəkət edəndə, gəzəndə, oturub qalxanda və ya əsəbləşəndə olursa, bu daha çox başqa səbəblərdəndir.
Ürək ağrısının özəlliyi:
- Ağrı zəif başlayır, yüksəlir, sonra qəfil itir. Ürək ağrısı bir neçə dəqiqə olur. Digər ağrılar isə daimi olur və saatlarla, daha uzun müddət davam edir.
- Nitreqlisirinlə sınaq - əgər ürəyin işemik problemi varsa, nitreqliserini dilin altına qoyan kimi ağrı kəsilir. Bu zaman ürəkdən şübhələnmək olar.
- Əgər ağrı insan hərəkət edəndə əzələlərə, qabırğalara kəskin vurursa, əzələlərin spazmı baş verirsə və üstəlik xəstə ağrını izah edir, göstərir, aktiv hərəkət edirsə, deməli onun ürəyi yox, qabırğalararası siniridir.
Çünki ürək xəstəsinin danışmağa və aktiv nəyisə izah etməyə halı olmur və o ağrını ümumiyyətlə izah edə bilmir.
- Ürək ağrısında xəstə konkret olaraq bir nöqtəni göstərir və kənar heç bir fikir söyləmir. Eləcə də onun tənəffüsündə dəyişiklik olur.
Ürəkdən gələn ağrının digər əlamətləri:
- Ürək ritmi, vurğusunun ya kəskin azalması, ya artması
- Baş hərlənmə
- Soyuq tər
- Təngnəfəslik
- Dodağın, bənizin ağarması
- Ürəkbulanma
- tərləmə
- Bayılma hissi
Ürəyə bıçaq batırma ağrısının digər səbəbləri:
- Boyun və döş qəfəsində onurğa problemləri, ostexondroz
- Vegetativ distoniya, nevrozlar, taxikardiya, stress, təşviş
- Qalxanvari vəzdə problemlər
- Hər hansı virus xəstəlikləri
- Ağciyərlərin iltihabı, plevrit
- Aortanın tutulması və ya yırtılması
- Mədədə qastrit, rüflüks, QERB - turşuğulun artması, diafraqmal yırtıq
- Miozit - əzələlərin iltihabı
- Stenokardiya - damarların spazmı, qan dövranı pozulması
Bu kimi ağrılarda birinci kardioloqa gedilib yoxlanılır, daha sonra nevroloq digər səbəbləri araşdırır.
15-05-2021, 05:55 | Bananla darçını birlikdə qaynatsanız… - İNANILMAZ FAYDALARI

Bir banan darçınla qaynadılsa və yatmadan əvvəl bu dəmləməni içsəniz nə olar?
Niyə banan və darçın qarışığı içmək lazımdır?
Olduqca faydalı olan bu dəmləmə haqda həkim Əziz Əzizli məlumat verib.
O, deyir ki, bu resepti az adam bilir, ancaq nevroz və vitamin çatışmazlığı ilə mübarizədə kömək edəcək əla bir vasitədir.
"Bütün bunlar bananın bir çox faydalı xüsusiyyətə malik olması ilə əlaqədardır. Sinir sisteminə müsbət təsir göstərən maqnezium ehtiva edir. Bu vasitə ilə stresdən qurtula, rahatlamağı, yuxunu yaxşılaşdırmağı və beyni normallaşdıra bilərsiniz. Banan bədən və ürək əzələsi üçün yaxşı bir məhsuldur. Eyni zamanda, fosfor orqanizmə karbohidratları həzm etməyə, kalium isə əzələ tonusunu qorumağa kömək edir".
Həkim bildiri ki, söhbət açacağımız kokteylə əlavə olunan darçın da çox vacib bir tərkib hissəsidir.
"İnsan bədəninin xolesterol və şəkər səviyyəsini azaltmağa kömək edəcək və bununla da ürək xəstəliyi riskini azaldır. Göründüyü kimi, darçın hormonları qaydasına salmağa kömək etmək xüsusiyyətinə malikdir. Bu yaxınlarda darçının xərçənglə mübarizədə köməkçi olduğu məlum oldu".
Kokteyl xüsusilə aşağıdakı kimi xəstəliklərə qarşı mübarizədə faydalıdır.
- Artroz;
- Artrit;
- Baş ağrısı;
- Xoralar.
Sağlamlıq kokteyli hazırlamaq üçün sizə lazım olacaq:
1 ədəd yetişmiş banan;
2 çay qaşığı üyüdülmüş darçın;
3 litr su.
Hazırlanması:
Suyu qaynadın;
Bananı soyun;
Bananı qaynar suya batırın;
Darçın əlavə edin;
Meyvə 10 dəqiqə qaynadılmalıdır;
Suyu süzün;
İçki hazırdır!
Onu ilıq halda içmək daha yaxşıdır.
Bu içki hər bir insan üçün çox faydalıdır. Bal, limon, moruq və ya itburnu da əlavə oluna bilər.
Beləliklə, bu kokteylin çox faydalı xüsusiyyətlərə malik olduğu qənaətinə gələ bilərik. Sağlamlığınızı normallaşdırmaq üçün belə bir kokteyli mümkün qədər tez-tez qəbul edin.( lent.az)


















