21-12-2020, 07:04 | Qadınların koronavirusa yoluxma riski niyə azdır?

Multivitaminlər, D vitamini, probiotiklər və Omeqa-3 yağ turşularının istifadəsi koronavirus infeksiyası riskini 10-15 % azalda bilər. Lakin ABŞ, İsveç və İngiltərə alimlərinin araşdırmasının nəticələrinə görə, bu metod yalnız qadınlar üçün təsirli olur. Tədqiqatın nəticələri "MedRxiv" saytında yayımlanıb.
Mütəxəssislər araşdırmada pasiyentlərin xəstəliyi necə keçirdikləri barədə məlumat paylaşdıqları "COVID Symptom Study App" proqramından istifadə ediblər. Əsas olaraq təxminən 400 min xəstənin sorğu anketi götürülüb, onların demək olar ki, yarısı pandemiya başlayandan bəri müxtəlif əlavələr qəbul edib.
Eyni zamanda, C vitamini, sarımsaq və sink istifadəsinin hər iki cinsin nümayəndələri üzərində heç bir təsiri olmadığı ortaya çıxıb. Multivitamin istifadəsinin infeksiya riskini 13%, D vitamininin 9%, probiotiklərin 14%, Omeqa-3 yağ turşularının 12% azaltdığı qeyd olunub. Ancaq bu əlaqə yalnız qadınlarda tapılıb.
K.G.Razumovski adına Moskva Dövlət Texnologiya və İdarəetmə Universitetinin taxıl emalı texnologiyası, çörək, makaron və qənnadı məhsulları istehsalı kafedrasının müdiri İqor Nikitin deyib ki, bəzi qida əlavələri immun sisteminə az, lakin müsbət təsir göstərir.
"Qida əlavələri yalnız vitamin çatışmazlığı olan insanlarda immuniteti artırmağa kömək edir. Yəqin ki, tədqiqat iştirakçıları sink və C vitamini çatışmazlığından əziyyət çəkməyib" - Nikitin "İzvestiya"ya açıqlamasında bildirib.
"Ancaq komponentlərin istifadəsinin təsirinin qadınlarda nəzərə çarpmasının və kişilərdə infeksiya riskinə heç bir şəkildə təsir etməməsinin səbəbi fərqli yanaşmalar ola bilər", M.V. Lomonosov Universitetinin professoru Oleq Medvedev deyib. O, qadınların sağlamlıqlarına qayğı göstərməkdə daha mütəşəkkil olduqlarına inanır. (publika.az)
21-12-2020, 06:56 | Əsgərlərimiz dünyaca məşhur erməninin Şuşada tikdirdiyi villaya girdi - HƏMİN VİDEO

Azərbaycan Ordusunun hərbçiləri qədim Şuşa şəhərində İngiltərənin "Arsenal" klubunun və Ermənistan milli futbol komandasının futbolçusu Henrix Mxitaryana məxsus olan villa aşkarlayıblar.
Yayılan videogörüntüdə villanın Şuşanın ən səfalı guşəsində tikildiyi əks olunur.
Bildirək ki, Mxitaryan Şuşa işğalda olan müddətdə villadan görüntülər paylaşırdı. (publika.az)
21-12-2020, 06:51 | Qarnınız üstə uzanın - Korona xəstələrinə tövsiyə

Moskva klinik xəstəxanasının infeksionisti korona xəstələrinin vəziyyətini yüngülləşdirəcək tövsiyələr verib.
Evdə müalicə alanlar pnevmoniya oldu-olmadı koronavirus təsdiqlənibsə, gün ərzində bol, 3 litrə qədər vitaminləşdirilmiş mayelər içməli və tez-tez qarnı üzərində, qolları yuxarı uzanmalıdır. Bu, ağciyərlərin işini yaxşılaşdırır, qanın oksigenlə dolmasını təmin edir.
"Koronavirus xəstələri mütləq evdə yataq şəraitində olmalıdır. Bu zaman həkimin yazdığı dərmanları ciddi rejimdə qəbul etməli, hər yarım saatdan bir 200 ml isti su, ilıq su və ya vitaminləşdirilmiş su içməli, C vitamini ilə zəngin meyvə yeməlidir.
Xəstə kürəyi üstə uzandıqda, ağciyərlərin hava tutumu azalır. Ona görə dincələrkən də qarının və dizlərin altına yumşaq yastıq qoyaraq, qarnı üzrə uzanmaq lazımdır. Bu vəziyyət müalicəvidir. Bu zaman qanda oksigen və saturasiya 1-2 dərəcə artır". (medicina.az)
21-12-2020, 06:48 | Koronavirusla bağlı yayılmş 12 əsassız fakt

Koronavirusla bağlı həqiqətə uyğun olmayan faktlar, miflər yayılmaqdadır.
Açıqlamasını təqdim edir:
1. Koronavirus yalnız yaşlılara təsir göstərir
Yaşlı insanlar və xroniki xəstəlikləri olan insanlar ciddi xəstəliklərə daha çox meylli olsalar da, hər yaşda insanlar koronavirusa yoluxa bilərlər. ÜST, hər yaşdan insanlara özlərini qorumaq üçün gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
2. Termal skanerlər yeni koronavirusa yoluxmuş insanları aşkar edə bilər
Termal skanerlər qızdırması olub ,lakin bunun adi halda müəyyən edilməsi mümkün olmayan insanların təyin olunmasında mühüm vasitədir. Ama nəzərə almaq lazımdır ki, virusa yoluxmuş şəxsin qızdırması 2-10 gün arasında dəyişə bilir.
3. Spirtin bədən boyu püskürdülməsi koronavirusu öldürür.
Xeyr Bədəninizə spirt püskürtmək vücudunuza daxil olmuş virusları öldürmür. Xlordan istifadə də həmçinin. Ona görə bu maddələri yalnız müvafiq tövsiyələrə uyğun istifadə edin, çünki onlar göz və ağız üçün zərərli ola bilər.
4. Küncüt yağı koronavirusun bədənə daxil olmasına mane ola bilər
Xeyr. Küncüt yağı koronavirusu öldürmür. Ağadıcı vasitələr, xlor tərkibli dezinfeksiyaedici maddələr, efir yağları, 75% etanol spirt, perasetik turşu və xloroform kimi kimyəvi maddələr səthlərdə yerləşmiş virusu öldürə bilər. Ancaq dəriniz üçün təhlükəli ola bilər.
5. Antibiotiklər koronavirusun profilaktikasında və müalicəsində təsirlidir
Xeyr Antibiotiklər viruslara qarşı işləmir. Antibiotiklər növünə görə koronavirusun qarşısını almaq və ya müalicə etmək üçün istifadə edilməməlidir. Yalnız başqa yoluxucu infeksiyalar üçün antibiotik qəbul edə bilərsiniz.
6. Əl qurutma maşınlar koronavirusu öldürür.
Xeyr Əl quruducuları koronavirusu öldürməkdə təsirli deyil. Əllərinizi tez-tez sabun və su ilə yuyun və ya spirt əsaslı əl məhsulları ilə silin. Sonra onları salfet, dəsmal və ya isti hava quruducu ilə yaxşıca qurudun.
7. Sətəlcəm peyvəndi koronavirusdan qoruyur.
Xeyr .Sətəlcəm üçün peyvəndlər, məsələn pnevmokokal peyvəndlər və hemofil infeksiya növü B (Hib) əleyhinə peyvəndlər koronavirusa qarşı qorunmanı təmin etmir. Koronavirus peyvəndi hələ yoxdur, yalnız aşkarlanma mərhələsindədir.
8. Sarımsaq yemək koronavirus infeksiyasının qarşısını almağa kömək edə bilər
Xeyr. Bəzi antimikrobiyal xüsusiyyətlərə malik olmasına baxmayaraq, sarımsağın yeyilməsinin infeksiyanın qarşısını ala biləcəyinə dair rəsmi sübut yoxdur.
9. Koronavirusun profilaktikası və müalicəsi üçün dərmanlar var.
Koronavirusun qarşısının alınması və ya müalicəsi üçün tövsiyə olunan xüsusi dərmanlar yoxdur. Xəstəliyə yoluxanlara simptomları aradan qaldırmaq və müalicə etmək üçün lazımi qayğı göstərilməlidir, ağır hallarda optimallaşdırılmış dəstək lazımdır.
10. Dezinfeksiya zamanı istifadə olunan bir ultrabənövşəyi şüalar koronavirusu öldürə bilər
UB lampaları əlləri və ya dərinin digər sahələrini sterilizasiya etmək üçün istifadə olunur, ama bu qıcıqlanmaya səbəb ola bilər.
11. Çindən məktublar və ya bağlamalar almaq təhlükəlidir
Çindən poçt və ya bağlamalar qəbul etmək insanı virusa yoluxma riskinə məruz qoymur, çünki bu infeksiya uzun müddət məktub və bağlamalar kimi əşyaların üzərində yaşamır.
12. Burunun mütəmadi olaraq damcılarla yuyulması koronavirusa yoluxmanın qarşısını alır
Burunun duzlu su ilə müntəzəm yuyulmasının insanları infeksiyadan qoruya biləcəyinə dair heç bir sübut yoxdur. Müntəzəm durulama soyuqluğun müalicəsinə kömək etsə də, tənəffüs yollarının yoluxucu xəstəlikləri üçün bunu söyləmək olmaz. (medicina.az)
21-12-2020, 06:45 | Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb

Dar dəhlizlərdə hava axınının dinamikası koronavirusa yoluxma riskini artırır.
Amerikalı alimlərin bu barədə araşdırmaları "Physics of Fluids" jurnalında dərc edilib.
Amerika Fizika İnstitutunun mütəxəssisləri simulyasiyalardan istifadə edərək insanı əhatə edən məkanın gəzinti zamanı virus hissəciklərinin yayılmasına necə təsir etdiyini öyrəniblər. Əvvəlcə hava axını sxemlərini təyin edib, sonra asqıranda və ya öskürəndə insanın ağzından atılan damcı buludunun dağılmasını proqnozlaşdıran bir proqram yaradıblar.
Alimlər iki dispersiya rejimini tapıb. Birincisində, açıq sahələrə xas olan və meydana gələn damcı buludu insanın ətrafında qalıb və tədricən dağılıb. İkincisində, dar dəhlizlərə xas olan bulud hərəkət edən şəxsdən ayrılıb və çox geridə qalaraq köpük əmələ gətirib.
Mütəxəssislər ikinci vəziyyətdə yoluxma riskinin daha yüksək olduğu qənaətinə gəlib. (publika.az)
21-12-2020, 06:42 | Koronavirusun ən ağır günü hansıdır? - 4 MƏRHƏLƏ

Rusiyanın məşhur pulmonoloqu (ağciyərlər üzrə həkim), akademik Aleksandr Çuçalin xəstəliyin 4 mərhələdə keçə biləcəyini də açıqlayıb:
"Birinci əlamət zökəmdir, yəni burun tutulması. Çünki virus birinci yuxarı tənəffüs yollarının epitelial hüceyrələrini zədələyir. Mütləq koronavirus burunu qıcıqlandıracaq. Daha sonra boğaz epitelialına keçir. Boğazda quruluq, qıcıqlanma, yanma hissi, öskürək. Üçüncü mərhələdə traxeya, bronxlar, xırda bronxiollara doğru irəliləyir. Bronxiallara çatmaq artıq insan üçün təhlükədir.
Virusun təbiəti belədir. Qan analizində leykositlər, trombositlər yüksəlir, daha dözümlü olan limfositlər isə düşür.
Xəstəliyin birinci mərhələsi - Virusemiyadır. Sadəcə burun axması, zökəm və başqa heç nə. Bu müddət 6-9 gün çəkə bilər.
Əgər yoluxma koronavirusdursa, o zaman 9-cu gündən 14-cü günə kimi vəziyyət birdən dəyişir. Bu zaman bakterial pnevmoniya qoşulur. Virus ağciyər alveollarını doldurur, ordakı bakteriyalar da prosesə qoşur.
İnsanın aşağı, yəni ən belə deyək dibdə olan tənəffüs yolları ən steril hissədir. Ona görə virusun o hissəyə çatması ağır nəticələr verir". (medicina.az)
21-12-2020, 06:39 | DİN vətəndaşlara xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar açaraq insanları aldadan hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır:
"Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla, məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar, Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".
21-12-2020, 06:35 | Salah "Liverpul"dan gedir?

"Liverpul"un ulduzu Məhəmməd Salah klubdan ayrılacağı ilə bağlı xəbərlərə cavab verib.
Misirli futbolçu açıqlamasında bildirib:
""Real Madrid" və "Barselona" dünyanın ən yaxşı klublarıdır və gələcəkdə nə olacağını bilə bilmərəm. Hələlik belə fikrim yoxdur. Sadəcə "Liverpul"la birlikdə Premyer Liqa və Çempionlar Liqasını qazanmağı düşünürəm".
Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm 21 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürməyə imza atıb.
18-12-2020, 06:54 | Rusiya sülhməramlıların Qarabağda olduqları ərazilərin xəritəsinə düzəliş edilib

Qarabağda Rusiya sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib.
Trend-in Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi.
Xatırladaq ki, əvvəlki xəritə 15 dekabr tarixində yayımlanıb.
Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd şəhərinə daha da yaxınlaşıb.
18-12-2020, 05:55 | İlin ən gözəl qolunun müəllifi bəlli oldu

FİFA ilin ən gözəl qolunun müəllifini açıqlayıb.
Püşkaş mükafatına "Tottenhem"in yarımmüdafiəçisi Son Hın-Minlayiq görülüb.
Cənubi korekoralı futbolçunun İngiltərə Premyer Liqasında "Bernli"yə vurduğu qol ən yaxşı seçilib.
O, digər iki qolun müəllifləri - Giorgian de Arraskaeta ("Çeara" - "Flamenqo" oyunu) və Luis Suaresi ("Barselona" - "Malyorka" oyunu) arxada qoyub.


















