25-11-2020, 13:32 | "Borussiya"nın forvardı ÇL-də yeni rekorda imza atdı

"Borussiya"nın forvardı ÇL-də yeni rekorda imza atdı

Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Haland yeni rekorda imza atıb.

20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qol həddinə ən tez çatan oyunçu olub.

Norveçli forvard 4-cü turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Haland turnirdəki 12 oyunda 16 qol vurub. Futbolçu Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zalsburq"unun heyətində də fərqlənib.

Niderlandlı sabiq futbolçuyadək Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyunda 15 qola imza ata bilib.

Kriştianu Ronaldu 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.

Qeyd edək ki, Erlinq Haland 2019-cu ilin dekabrında "Zalsburq"dan "Borussiya"ya keçib.

25-11-2020, 13:28 | "Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq" - Əli Əhmədov

"Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq" - Əli Əhmədov

Bu gün dünyada insanlar pandemiyadan ciddi şəkildə əziyyət çəkir, pandemiya insan sağlamlığına zərər vurmaqla yanaşı, ölkələrin iqtisadiyyatına və sosial həyatına da mənfi təsir edir.

Bunu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov qeyd edib ki, Onun sözlərinə görə, dünyanın ən qlobal probleminə çevrilən COVİD-19-la yalnız qlobal səviyyədə mübarizə aparıldıqda ciddi şəkildə müsbət nəticələrin əldə olunması mümkün ola bilər.

YAP Sədrinin müavini çıxışında yaxın zamanlarda hazırlanacağı gözlənilən peyvəndlərə bütün insanların əlçatanlığına diqqəti yönəldib: "Məlumdur ki, dünyada 1.2 milyard insan yoxsulluq həddində yaşayır. Koronavirusa qarşı peyvəndin qiyməti isə 30-50 dollar civarında qiymətləndirilir. Ona görə də, yoxsul insanların özlərinin hesabına bu qiymətə peyvəndə əlçatanlığı problemlidir. Həmin insanların peyvəndə əlçatanlığını təmin etmək üçün 30-40 milyard dollar civarında vəsaitə ehtiyac var. Ona görə də, beynəlxalq səviyyədə bu peyvəndin çatdırılması ilə əlaqədar layihə hazırlanmasa, ehtiyacı olanların onu əldə etməsi çətin olacaq. Hesab edirəm ki, yoxsul əhalinin əhəmiyyətli bir hissəsinin Asiya regionunda olduğu nəzərə alınaraq İCAPP COVİD-19 pandemiyası qarşı mübarizə ilə əlaqədar bu məsələdə təşəbbüslər irəli sürə bilər".

Əli Əhmədov çıxışında həmçinin beynəlxalq hüququn dünyada tətbiqi məsələsinə də toxunub. O qeyd edib ki, 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu: "Biz 30 il münaqişənin dinc yolla həlli olunması üçün beynəlxalq hüququn təsirli olacağına inandıq və buna görə də gözlədik. Amma bu baş vermədi. İşğala əsaslanan status-kvonun saxlanması üçün Ermənistanın dəfələrlə törətdiyi təxribatlardan sonra Azərbaycan beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başladı. Bunun nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. Hesab edirəm ki, İCAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli çəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər. Bu baxımdan, mən Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə gələn ilin bu zamanlarında "Sülh və əməkdaşlıq naminə dialoq: siyasi partiyaların rolu" mövzusunda beynəxlaq konfransın keçirilməsini təklif edirəm. İCAPP bu tədbirin keçirilməsində yaxından iştirak edə bilər".

Tədbirdə həmçinin, Livanın nümayəndəsi Fadi Favaz, Nepalın nümayəndəsi Suzata Korola, Kambocanın nümayəndəsi Kuon Sudari, Hindistanın nümayəndəsi Vicay Colmi və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Sonda iclasın gündəliyində olan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.Trend

25-11-2020, 13:18 | Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL

Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL


Sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, işğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi:

"Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı".

Deputatın sözlərinə görə, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır:

"Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.

Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyanın məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır!".

25-11-2020, 13:16 | "Sivasspor"da koronavirusa daha 3 yoluxma

"Sivasspor"da koronavirusa daha 3 yoluxma

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor"un daha 3 nəfər koronavirusa yoluxub.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslərdən 2-sinin futbolçu, 1-nin isə klub işçisi olduğu bildirilib. Onlar artıq karantinə alınıb.

Bunadək Türkiyə klubunda 6 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcək. Noyabrın 26-da Başakşəhər Fatih Terim stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.

25-11-2020, 12:50 | Yağış və qar yağacaq - HAVA PROQNOZU

Yağış və qar yağacaq - HAVA PROQNOZU

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında gecə 5-8, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Noyabrın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

25-11-2020, 12:13 | Bakı üzrə parklanma ilə bağlı baş plan hazırlanacaq

Bakı üzrə parklanma ilə bağlı baş plan hazırlanacaq

Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Bunu "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan, ilk növbədə, ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq: "Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar k, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".(apa)

25-11-2020, 12:07 | TƏBİB rəsmisi koronavirusa yoluxdu

TƏBİB rəsmisi koronavirusa yoluxdu

TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış koronavirusa yoluxub. Onun COVİD-19-a görə verdiyi test nəticəsi pozitiv çıxıb.

E.Baxış Trend-ə bildirib ki, hazırda ev şəraitində müalicə olunur.

25-11-2020, 11:16 | Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım - FOTO

Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Qəhrəman Azərbaycan ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə edilən razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".










25-11-2020, 10:33 | Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi


Türkiyənin Azərbaycandakı səfirliyi Kəlbəcərin ölkəmizə təhvil verilməsi ilə bağlı xalqımıza təbrik ünvanlayıb.

Bu barədə səfirliyin “Facebook” hesabında qeyd olunur:

“Kəlbəcərin işğaldan qurtarılması və Azərbaycan torpaqlarına yenidən qatılmasına vəsilə olmasına görə Azərbaycan ordusunu və xalqını ürəkdən təbrik edirik”.


24-11-2020, 06:40 | Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

COVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır.

Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.

Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparılan tədqiqat aprel-noyabr ayları arasında 30 həftəlik bir dövrü və 12 min tibb personalını əhatə edib.

Bu müddət ərzində 11 min 52 səhiyyə işçisindən 89-da simptomları olan koronavirus aşkar edilib. Bədənləri antikor istehsal edən 1246 şəxsin bu müddət ərzində bir daha xəstəliyə yoluxmadığı müşahidə edilib.

Universitetin professoru David Eyre bunun müsbət hal olduğunu bildirib: "Bu, həqiqətən yaxşı xəbərdir. Əmin ola bilərik ki, COVID-19 testinin nəticəsi müsbət olan insanların əksəriyyəti ən azından qısa müddətdə bir daha xəstəliyə yoluxmayacaq", - o qeyd edib. (publika.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.