6-02-2020, 12:34 | Allahşükür Paşazadə: "Rəsmi Yerevanın siyasəti bütün regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır"

Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpı onun xahişi ilə qəbul edib.
,QMİ-dən Trend-ə verilən məlumata görə, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını dünya siyasətində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edib, bu qərarın İngiltərə xalqı üçün xeyirli olacağına inandığını bildirib. İngiltərəyə səfərlərini, ölkənin dini liderlərilə görüşlərini, xüsusilə, 2016-ci ildə Londonda keçirilən beynəlxalq konfransda iştirakını xatırladan QMİ sədri qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr yüksək səviyyədə qurulub və bu münasibətlər dövlət başçılarının səyi nəticəsində inkişaf edir.
Şeyxülislam həzrətləri Azərbaycanda din-dövlət münasibətləri, multikultural və tolerantlıq mühiti barədə qonağa ətraflı məlumat verib, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradənin bu gün ölkə başçısı İlham Əliyevin inamla həyata keçirdiyini diqqətə çatdırıb. Ötən ilin noyabrında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammiti barədə danışan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Zirvə toplantısında 70-dən çox dövlətin, o cümlədən, Böyük Britaniyanın, 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edib. Şeyxülislam həzrətlərinin fikrincə, II Bakı Sammiti Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən biridir. Şeyxülislam həzrətləri Zirvə toplantısında qəbul olunan Bakı Bəyannaməsini də əhəmiyyətli sənəd adlandırıb.
Allahşükür Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə bu il Avropanın müxtəlif ölkələrində nifrət çağırışlarına qarşı mübarizə mövzusunda beynəlxalq konfransların planlaşdırıldığını da səfirin diqqətinə çatdırıb.
Azərbaycan xalqının Ermənistanın işğalına məruz qaldığını, silahlı münaqişə nəticəsində dini və tarixi abidələrimizin dağıdıldığını xatırladan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, rəsmi Yerevanın bu siyasəti bütün regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır. Şeyxülislam həzrətləri Böyük Britaniya da daxil olmaqla böyük dövlətlərin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün daha ardıcıl siyasət yeridəcəklərinə, münaqişənin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ediləcəyinə inamını ifadə edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp Şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün, sabitliyin bərpasındakı xidmətlərini yüksək qiymətləndirib, belə bir tanınmış dini liderlə görüşməkdən məmnun qaldığını bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda səfirə xatirə hədiyyəsi və QMİ-nin son illərdəki fəaliyyətini əks etdirən kitablar hədiyyə olunub.
6-02-2020, 10:54 | Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılır

Azərbaycan Milli Elmlər Akademiyası xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.
Akademiyadan verilən məlumata görə, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir.
Hazırda dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində müxtəlif elm sahələrini təmsil edən çoxsaylı Azərbaycan əsilli görkəmli alimlərin fəaliyyət göstərdiyini qeyd edən akademik-katib həmin alimlərlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadəsi üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd edilənləri nəzərə alaraq Rəyasət Heyəti AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.milli.az
6-02-2020, 10:48 | Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.
Milli.Az canlı yayımlanacaq qarşılaşmaların siyahısını təqdim edir:
Türkiyə kuboku
21:30 Antalyaspor - Sivasspor - A Spor
Libertadores kuboku
04:30 Union Santa Fe - Atletiko Mineiro - Match! TV, Match! Football 2.
6-02-2020, 10:39 | "Qalatasaray" ilk oyunda uduzdu - VİDEO - FOTO

Türkiyə kubokunda 1/4 finalın ilk oyunları keçirilir.
"Qalatasaray" səfərdə "Alanyaspor"a 0:2 hesabı ilə uduzub.
Cütün cavab oyunu fevralın 11-i baş tutacaq.
"Alanyaspor" - "Qalatasaray" - 2:0
Qollar: Anastasios Bakasetas, 20, Junior Fernandes, 55





6-02-2020, 10:25 | Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Elzadə Cəfərov Daşkəsən Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində çalışıb.
6-02-2020, 09:54 | "Atalıq möhtəşəm duyğudur, hər kəsə qismət olsun"

"Kuruluş Osman" serialında rol alan aktyor Burak Özçivit alış-veriş mərkəzində görüntülənib.
Müxbirlərlə söhbət edən aktyor oğlu Karanın reklam təklifləri almağı ilə bağlı çıxan xəbərlərə kədərləndiklərini bildirib:
"Hər şey çox gözəl gedir. Atalıq möhtəşəm duyğudur, hər kəsə qismət olsun. Səhərlər çəkiliş meydançasında, axşamlar isə Karanla vaxt keçirirəm. Övladımızın pul ilə bağlı xəbərlərdə adının hallanması həyat yoldaşım Fahriye ilə mənə pis təsir edir".
31-01-2020, 21:10 | Gövdəsi parçalanan təyyarənin yeni testləri keçirildi

"Boeing" şirkəti "777X" adlı təyyarəsinin sınağlarını davam etdirir.
ABŞ-da baş tutan sınaq zamanı layner 4 saatlıq uçuş həyata keçirib. Məlumata görə, bu dəfə sınaqlar uğurlu alınıb. Qeyd edək ki, "777X" təyyarəsi dünyanın ən böyük iki mühərrikli təyyarəsidir. Ötən ilin sentyabr ayında keçirilən testlər zamanı laynerin gövdə hissəsi parçalanmışdı.
Əlavə edək ki, "737 Max" təyyarələrinin ardıcıl qəzaya uğramasından sonra "Boeing" şirkətinin imcinə ciddə zərbə dəyib. (publika.az)
30-01-2020, 18:42 | Məzahir Pənahovdan XƏBƏRDARLIQ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov xəbərdarlıqla çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, M.Pənahov deyib ki, müəyyən insanlar sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.
“Bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər. Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq”, - deyə M.Pənahov əlavə edib.
O bildirib ki, hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər.
“Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, onu edənləri cəzalandırırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçirilir”.
Xatırladaq ki, bu ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
30-01-2020, 18:41 | DİM-dən xarici dil imtahanları ilə bağlı narazılıqlara CAVAB

Dövlət İmtahan Mərkəzi doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanlarından sonra namizədlərin narazılığına münasibət bildirib.
DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahanın keçirilməsi ilə əlaqədar DİM-də Apellyasiya Komissiyası yaradılıb:
“Komissiyaya bu günlər ərzində 42 müraciət daxil olub və hər kəsə müvafiq izahatlar verilib. Nəticələr elan edildikdən sonra da üç gün ərzində namizədlər komissiyaya müraciət edə bilər. Burada hər kəs dinlənilir və hər məsələyə dair izahat verilir”.
Qeyd edək ki, yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilib.
İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən, test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb.
İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İmtahanlarından sonra namizədlər DİM-dən narazılıq edib. Onlar bildirib ki, DİM çox haqsız, qanun-qayda pozuntuları şəklində doktoranturaya xarici dildən qəbul imtahanı keçirib. İmtahan strukturu çox gec açıqlanıb.
İlhamə Əbülfət


















