26-08-2025, 14:00 | 600-dən yuxarı bal yığan 127 şagird bu universiteti SEÇİB

600-dən yuxarı bal yığan 127 şagird bu universiteti SEÇİB


Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən, 2025/2026-cı tədris ili üçün Qarabağ Universitetinə qəbul olunanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, 600-dən yuxarı bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Bu göstərici ötən tədris ilində 101 nəfər təşkil edirdi. Eyni zamanda cari ildə Respublika fənn olimpiadalarının 5 qalibi Qarabağ Universitetinə müsabiqədənkənar qəbul olunub. Ötən il bu göstərici isə 1 nəfər idi.

Cari ildə Qarabağ Universitetinin tələbəsi adını qazanan 205 nəfər ali təhsil müəssisələrinə qəbul imtahanında 501-600 bal, 281 nəfər isə 401-500 aralığında nəticə göstərib. Beləliklə, 500+ bal toplayan 332 abituriyent, 400+ bal toplayan 613 abituriyent Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

Universitet üzrə ən yüksək qəbul göstəricisi 683,9 balla "Tibb" ixtisasına qəbul olunan tələbəyə məxsusdur.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlamış Qarabağ Universitetində tələbə qəbulu üzrə başlıca məqsəd ayrı-ayrı ixtisaslarda orta qəbul balını artırmaqla universitetə yüksək keyfyyətli tələbə kontingentini cəlb etməkdir.

Xatırladaq ki, Qarabağ Universitetində tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

26-08-2025, 07:33 | Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Instagram" hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib.

Paylaşımı təqdim edir:

25-08-2025, 13:28 | Emin Ağalarov oğlu ilə Monakoda - FOTO

Emin Ağalarov oğlu ilə Monakoda - FOTO


Xalq artisti Emin Ağalarov oğlu Əli ilə foto paylaşıb.

Sənətçi övladı ilə istirahəyə yollanıb. Emin Monakoda çəkdirdikləri şəkli instaqram hesabında yayımlayıb.

Qeyd edək ki, Ağalarovun Mikayıl və Əli adlı oğlu, Afina və Əminə adlı qızları var.


25-08-2025, 13:21 | Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ

Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ


Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri alınacaq.

Trend-in məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə başayıb.

Qurum hazırda dərman vasitələrini təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum dərman vasitələrinin satın alınmasının 13,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

25-08-2025, 11:04 | Bu ərazi işıqsız qalacaq

Bu ərazi işıqsız qalacaq


Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 25-də 184 saylı orta məktəbi qidalandıran 6 kV-luq hava xəttində təmir-bərpa işləri aparılacaq.

Həmçinin iri gövdəli ağacların naqillərə toxunan budaqlarının budanması həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Abbas Səhhət, Vidadi küçəsi 50/57_ 68 məhəllə və ətrafında olan fərdi yaşayış evlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


25-08-2025, 11:02 | "Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

"Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?


Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:

"Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.
Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, "Sədərək" Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər.
Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar".

Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var.

"Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.
Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər",- deyə millət vəkili əlavə edib.

25-08-2025, 09:44 | Havada normadan artıq toz müşahidə olunur

Havada normadan artıq toz müşahidə olunur


Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir".

24-12-2024, 07:29 | "Yeni il"i restoranda qarşılamaq neçəyə başa gəlir ?

"Yeni il"i restoranda qarşılamaq neçəyə başa gəlir ?


2024-cü ilin Yeni ilində restoranlarda qiymətlər artmağa davam edir. Hər il olduğu kimi, restoranlar və kafe-barlar xüsusi menyular və şənlik proqramları ilə müştəriləri cəlb etməyə çalışır. Bayram gecəsi üçün qiymətlər, restoranın növünə, təklif etdiyi xidmətlərə və atmosferə görə müxtəliflik göstərir. Bakıda bəzi restoranlarda depozit qiyməti artıb.

Maximum bir nəfər üçün 400, minimum 100 manatdır.

Sahibkarlar bu artımın "Yeni İl" bayramı ilə əlaqədar olduğunu bildirirlər.

Onlar bildirirlər ki, bu qiymətlər həmişə belə olur. 10 yaşa kimi uşaqlar isə ödənişsizdir. Qiymətlərin nəyə əsasən dəyişdiyiniə gəldikdə isə, restoran sahibləri deyir ki, bu zalın ölçüsü, şou proqram və menyuya uyğun olaraq dəyişir.

Sadə restoranlar və ailəvi kafelərdə Yeni il şənlikləri üçün qiymətlər adətən 100-150 manat arasında dəyişir. Bu cür məkanlar müştərilərə 3-4 yeməkdən ibarət xüsusi menyular təklif edir. Həmçinin, içkilər və bayram atmosferi də qiymətə daxil ola bilər.

Orta səviyyəli restoranlarda Yeni il gecəsi üçün qiymətlər 150-200 manat arasında dəyişir. Bu cür restoranlar daha zəngin menyular təklif edir, daxilində şampan, şirinliklər və xüsusi qəlyanaltılar yer alır. Bir çox restoranlar, bu gecə üçün xüsusi şoular və tədbirlər də təşkil edir, bu da qiymətə təsir edən amillərdən biridir.

Yüksək səviyyəli restoranlar və otel restoranlarında qiymətlər daha yüksəkdir. 300-400 manat arasında dəyişən qiymətlər, burada xüsusi şampan, premium içkilər, müğənni və ya DJ şouları kimi əlavə xidmətlərlə müşayiət olunur. Bu restoranlarda daha lüks menyular və müştərilərə yüksək xidmət təklif edilir.

Bir çox restoranlar Yeni il gecəsi üçün yerləri erkən rezervasiya edən müştərilərə xüsusi endirimlər təklif edir. Erkən sifariş verənlər həm yer ayıra, həm də daha əlverişli şərtlərlə bayram gecəsinə qatılmaq imkanı əldə edə bilərlər.

"Yeni İl" gecəsi restoranlarda qiymətlər geniş spektrdə dəyişir. Sadə restoranlardan lüks otellərə qədər hər büdcəyə uyğun təkliflər mövcuddur. Bayramın ruhunu yaşamaq və sevdiklərinizlə unudulmaz bir gecə keçirmək üçün erkən rezervasiya etməyi unutmayın.

Aysel Əkbər
Milli.Az

12-12-2024, 09:23 | Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...

Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...


Dekabrın 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında mülayim gilavar küləyinin gündüz arabir xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

12-12-2024, 06:34 | Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...

Əhaliyə XƏBƏRDARLIQ edildi - Bu gün...


Dekabrın 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında mülayim gilavar küləyinin gündüz arabir xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.