26-06-2022, 14:34 | Silahlı qüvvələrimiz milli qürurumuzdur

Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir. Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Komando və Milli Müdafiə Universitetinin təsis olunması buna nümunədir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.
Eldəniz Həsənov,
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis .
26-06-2022, 08:27 | Vətən Müharibəsi Qəhrəmanlarına 2000 manat təqaüd veriləcək - Siyahı

Bu gün "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi haqqında fərman imzalanıb.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş şəxslərə ayda 2000 (iki min) manat təqaüd veriləcək.
Bəs 2000 manatlıq ən yüksək Prezident təqaüdünü alacaq Vətən Müharibəsi Qəhrəmanları kimlərdi?
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş hərbçilərinin siyahısını təqdim edir:
Mehdiyev İlham İsmayıl oğlu - general-leytenant
Mirzəyev Hikmət İzzət oğlu - general-leytenant
İslamzadə Namiq Sərəfruz oğlu - general-mayor
Məmmədov Zaur Sabir oğlu - general-mayor
Seyidov Kənan Əlihüseyn oğlu - general-mayor
Cahangirov Ələkbər Məhəmməd oğlu - polkovnik
Ələkbərov Babək Mürsəl oğlu - polkovnik
Hüseynov Telman Əsgər oğlu - polkovnik
İsrayılov Raqif İbadulla oğlu - polkovnik
Qurbanov Babək Vahid oğlu - polkovnik
Mövlanov Nizami Bəydəmir oğlu - polkovnik
Nudirəliyev Zaur İsmayıl oğlu - polkovnik (ölümündən sonra)
Sultanov Vüsal Eynulla oğlu - polkovnik
Yusibov Zəfər Qəzənfər oğlu - polkovnik
Zeynalov Zaur İlham oğlu - polkovnik
Quliyev Zaur Hikmət oğlu - 1-ci dərəcəli kapitan
Abdurahmanov Əfqan Ağasəf oğlu - polkovnik-polkovnik-leytenant (ölümündən sonra)
Baxışov Səxavət Mamed oğlu - polkovnik-leytenant
Camalov Ceyhun Fikrət oğlu - polkovnik-leytenant
Camalov Ceyhun Fikrət oğlu - polkovnik-leytenant
Cəfərov Ramiz Sübhan oğlu - polkovnik-leytenant (ölümündən sonra)
Əkbərov Orxan Nadir oğlu - polkovnik-leytenant (ölümündən sonra)
Əliyev Anar Vaqif oğlu - polkovnik-leytenant (ölümündən sonra)
İbrahimov Xaliq Arif oğlu - polkovnik-leytenant
İmrəliyev Füzuli Şiraslan oğlu - polkovnik-leytenant
Qasımov Faiq Qaçay oğlu - polkovnik-leytenant (ölümündən sonra)
Qasımov Ramiz Vaqif oğlu - polkovnik-leytenant (ölümündən sonra)
Qebedov Elnur Ceerov oğlu - polkovnik-leytenant
Mirzəyev Anar Mehman oğlu - polkovnik-leytenant
Nadirov Rəşad Soltanağa oğlu - polkovnik-leytenant
Ağayev Vüqar Əhməd oğlu - mayor (ölümündən sonra)
Bağıyev Mirdamət Səristan oğlu - mayor
Bayramov Elbrus Eyvaz oğlu - mayor (ölümündən sonra)
Heydərov Amid Rəbbil oğlu - mayor (ölümündən sonra)
Həsənov Saleh Valeh oğlu - mayor
Hüseynquliyev Şahin Yusif oğlu - mayor
Hüseynov Zaur Rahat oğlu - mayor
Qaflanov Şixamir Oruc oğlu - mayor (ölümündən sonra)
Qasımov Anar Misir oğlu - mayor
Quliyev Röyal İlham oğlu - mayor
Qurbanov Səfər Qurban oğlu - mayor
Mansurov Elçin Elşən oğlu - mayor (ölümündən sonra)
Məmmədov Anar İbrahim oğlu - mayor
Orucov İlqar Rəhman oğlu - mayor
Səfərli Gündüz Ağamməd oğlu - mayor
Səfərov Elvin Sərraf oğlu - mayor
Şirinov Elnur Ramiz oğlu - mayor
Şükürov Anar Mehman oğlu - mayor (ölümündən sonra)
Abdullayev Rəşad Arif oğlu - kapitan (ölümündən sonra)
Babayev Nihad Akif oğlu - kapitan (ölümündən sonra)
Bağırlı Qəzənfər Kərim oğlu - kapitan
Bədəlov Nicad Mehman oğlu - kapitan
Əliyev Fərid Vaqif - kapitan
Həsənov Ceyhun Aydın oğlu - kapitan (ölümündən sonra)
Hudulov Ramazan İzzət oğlu - kapitan
Qasımlı Rəşad Məzahir oğlu - kapitan
Mahmudov Cavid Hilal oğlu - kapitan (ölümündən sonra)
Musibov Veysəl Yadullayeviç - kapitan (ölümündən sonra)
Noçuyev Surxay Əbdül oğlu - kapitan (ölümündən sonra)
Səmədov İsmayıl Məhəmməd oğlu - kapitan (ölümündən sonra)
Şıxnəbiyev Renat Güləmməd oğlu - kapitan
Ağayev Qəzənfər Mahmud oğlu - baş leytenant
Balacayev İzzət Zakir oğlu - baş leytenant
Behbudov Cavid Ədalət oğlu - baş leytenant
Bədəlov Valeh Vahid oğlu - baş leytenant (ölümündən sonra)
Hümbətov Azad Arif oğlu - baş leytenant (ölümündən sonra)
İbrahimli Adil Asəm oğlu - baş leytenant (ölümündən sonra)
Allahyarov Şahin Hüseynbala oğlu - baş gizir (ölümündən sonra)
Cəbrayılov Sübhan Rahim oğlu - baş gizir (ölümündən sonra)
Hüseynov Yaşar Əhəd oğlu - baş gizir
İsmayılov Camal Vidadi oğlu - baş gizir (ölümündən sonra)
Niftəliyev Mehrab Söhrab oğlu - baş gizir (ölümündən sonra)
Yusifli Azər Nazim oğlu - baş gizir (ölümündən sonra)
Əsgərli İntiqam Bayram oğlu - gizir (ölümündən sonra)
Vəliyev Elyar Arif oğlu - gizir (ölümündən sonra)
Cabbarov Orxan Rövşən oğlu - kiçik gizir (ölümündən sonra)
Əhmədov Yaşar Mirağa oğlu - kiçik gizir
Hüseynov Əli Rəşid oğlu - kiçik gizir
İbrahimli Nail Nəriman oğlu - kiçik gizir (ölümündən sonra)
Novruzov Amin Taciddin oğlu - kiçik gizir (ölümündən sonra)
Zalov Fəqan Amil oğlu - kiçik miçman (ölümündən sonra)
Abdullazadə Azər Rizvan oğlu - əsgər
Əflətov Murad İlyas oğlu - əsgər
Yaqubov Vüsal Elşən oğlu - əsgər
26-06-2022, 08:12 | Cümhuriyyətdən günümüzə Azərbaycan Ordusu: 104 illik ŞANLI YOL

Bundan 104 il öncə, 1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokratik cümhuriyyətin əsası qoyuldu. Azərbaycan xalqı uzun illərin əsarətindən qurtularaq azadlığına, müstəqilliyinə qovuşdu. Onu da qeyd etmək lazımdır ki, bir dövlətin əsas sütunlarından birini də ordu quruculuğu təşkil edir. Təsadüfi deyildir ki, cümhuriyyət fədailərimiz hələ bir əsr bundan əvvəl bunu çox gözəl dərk edirdilər. Ona görə də cümhuriyyətin Tiflisdə elan edilməsindən sonra ordu quruculuğuna başlanıldı. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Uzun müddətdən sonra ordu quruculuğu sahəsində hərbi ənənə bərpa olundu.
Şanlı ordumuzun cümhuriyyət dövrü
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi. Cümhuriyyətin elanından cəmi 28 gün sonra, 26 iyunda Azərbaycanda milli ordu hissələrinin yaradılması ilə bağlı qərar qəbul olundu.
Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmri ilə həmin məqamlar təkmilləşdirilir, ya da yenisi ilə əvəz edilirdi. Məsələn, nazir hələ 1918-ci il dekabrın 27-də 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılmasını tələb edirdi. Yəni, salamlaşan şəxs "salam" deməli, qarşı tərəf isə "əleyküm salam" deyə cavab verməli idi. Əsgəri tərifləyərkən və ya ona minnətdarlıq bildirərkən "mərhəba" deyilməli, əsgər isə cavabında "çox sağ ol" deməli idi.
Orduda Azərbaycan dili...
Azərbaycan dili orduda da dövlət dili elan edildi. Bununla bağlı hərbi nazir orduda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.
1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanama var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yə'ni hərbi məhkəmə fəaliyyət göstərirdi.
23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti ordusu bir sıra uğurlara imza atdı. Qafqaz İslam Ordusu ilə birgə Bakını daşnak qüvvələrinin işğalından azad etdi. Qarabağda və Zəngəzurda erməni silahlı terrorçu dəstələrini zərərsizləşdirdi. Əsgəran istiqamətində uğurlara imza atdı. 1920-ci ilin aprelində işğalçı rus ordusuna qarşı son damla qanına qədər mübarizə apardı.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bütün çabalara baxmayaraq süqut etdi. Buna baxmayaraq, dövlətçilik və milli ordu ənənələrinin bərpası baxımından böyük irs qoydu.
Otuz ilin qüdrətli ordusu necə quruldu?
1991-ci ilin 18 oktyabrinda Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etməyi bacardı. Elə ilk gündən nizami ordu hissələri yaradılaraq Qarabağa göndərildi. 1993-cü ilin 15 iyununda xalqın təkidi və tələbi ilə Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Sürətli ordu quruculuğuna start verildi. Cəmi dörd-beş ay ərzində ordu hissələri komplektləşdirildi. Horadiz istiqamətində düşmən darmadağın edildi, 1 qəsəbə və 22 kənd düşmən tapdağından azad olundu. Bundan sonra ulu öndər böyük uzaqgörənliklə Ermənistanla atəşkəsə nail oldu. Müasir, nizami ordu quruculuğuna başlanıldı. Ordunun silah və sursatla təminatı yaxşılaşdırıldı. 22 may 1998-ci ildə ümummilli liderin sərəncamı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Bu, ulu öndər tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin, o cümlədən, ordu quruculuğu sahəsində 23 ay yaşayan cümhuriyyətimizin irsinin bərpa edilməsi idi.
Cənab prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu. Orduya ən müasir silahlar alındı. Dövlət büdcəsinin əsas xərcləri orduya yönəldildi. Ordumuzun büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər səviyyəyə çatdırıldı. Türkiyədən, İsraildən, Pakistandan, Rusiya və Ukraynadan, Belarusdan və digər dost, tərəfdaş ölkələrdən ən müasir silahlar alındı. Ordumuzun arsenalı gücləndirildi.
Bunun nəticəsi idi ki, 2016-cı ilin aprel döyüşləri zamanı cəmi 4 gün ərzində düşmənin keçilməz adlandırdığı səddi Azərbaycan Ordusu cəmi 20-25 dəqiqəyə yardı. 2 min hektar ərazi, o cümlədən strateji əhəmiyyətli yüksəkliklər azad olundu. Lələtəpəyə Azərbaycan bayrağı sancıldı.
28 il sonra Şuşada Azərbaycan Bayrağı...
2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya səs salacaq Zəfər salnaməsinə imza atdı. Dəmir yumruq əməliyyatı ilə Qarabağ savaşı 30 ildən sonra Azərbaycanın tam qələbəsi, işğalçı Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərini xüsusi təyinatlı qüvvələrimiz keçilməz yolları və dərələri keçərək, yüngül silahlarla azad etdilər. 28 ildən sonra Şuşada şanlı Azərbaycan Bayrağı dalğalanmağa başladı.
Ordumuzun 44 günlük savaşda tətbiq etdiyi strateji həmlələr, əməliyyat planları bu gün də dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən araşdırılır, dərsliklərə salınır. Bu gün müzəffər Azərbaycan Ordusu böyük sərkərdə, dəmir iradəli Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyanın ən güclü 50 ordusu sırasındadır.
Artıq iki ildir ki, biz 26 İyun Silahlı Qüvvələr Gününü böyük sevinclə və qürurla qeyd edirik. Çünki şəhid və qazilərimizin rəşadəti sayəsində biz düşməni diz çökdürdük. Onu darmadağın etdik. Biz saysız-hesabsız hərbi zəfərlərimizlə fəxr edirik. Hərb tariximizi dərindən öyrənərək onu gələcək nəsillərə ötürməyi özümüzə borc bilirik. Bu gün Azərbaycan Ordusu cənab Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində özünün ən güclü dövrünü yaşayır. Hətta 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kvadrat kilometrlik sərhədlərini, Qərbi Zəngəzuru, İrəvanı da bərpa etməyə qadirdir.
publika.az
24-06-2022, 15:28 | Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına nail olmaq üçün unikal imkan yaranıb - Ceyhun Bayramov

Biz hesab edirik ki, müstəqilliyin bərpasından sonra ilk dəfə həm Azərbaycanda, həm də Ermənistanda ölkələrimiz arasında normal, mehriban qonşuluq münasibətlərinin qurulması, normallaşmaya nail olmaq üçün həqiqətən unikal imkan yaranıb.
Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
"Çünki işğal vaxtında mövcud olmuş fundamental problem aradan qaldırılıb. Azərbaycan bunu tək sözdə deyil, həm də real addımlarda nəzərə alır", - deyə nazir bildirib.
24-06-2022, 13:15 | Bakının bu hissələrində hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;
- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.
Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:
- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);
- AzNeft dairəsindəki bayraq meydanında;
- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
- Zabitlər parkında;
- Koroğlu parkında;
- Fəvvarələr meydanında.
24-06-2022, 13:02 | Kəmaləddin Heydərov, Tahir Məmmədov vətəndaşa necə zülüm edir… VİDEO

Şamaxıda Rəcəbovlar ailəsini dövlət qurumlarından narazı salmaqda məqsəd nədir? GİLEY
Məlumdur ki, hər bir vətəndaşın hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapıb. Bu maddədə göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi-hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan əlavə, hər bir şəxs dövlətə münasibətdə bir sıra hüquqlara sahibdir və dövlət qurumlarından ona aid hüquqların müdafiəsini, qorunmasını tələb etmək və s. məhz həmin şəxsə verilən ixtiyardır. Haqqında bəhs etdiyimiz Şamaxı rayon sakini 2014-cü ildən bugünə kimi Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi hüquqlardan istifadə etməsinə baxmayaraq, hələ də o, pozulmuş hüquqlarının bərpası yöndə məqsədinə nail ola bilməyib. Belə bir səbəbdəndir ki, Nyus.Az-ın redaksiyasına Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir: “2011-ci ildə Muğanlı kəndində yaşayan 47 ailənin fərdi yaşayış evi baş verən torpaq sürüşməsi nəticəsində yararsız vəziyyətə düşdü və bu hadisədən sonra, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evlərinə baxış keçirdilər, hətta yarasız vəziyyətə düşən evlərlə bağlı adı çəkilən qurum əməkdaşları tərəfindən akt da tərtib olundu.
Tərtib olunan akt əsasında 47 ailəyə digər ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bunun üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verildi.
Qeyd edim ki, torpaq sürüşməsi hadisəsi baş verdikdən sonra, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirildi və ailə üzvlərinin sayı barədə toplanmış məlumatlar və s, məhz aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olundu. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanıldı və 2014-cü ildən evlər zərərçəkən ailələrə verilməyə başlanıldı. Tərtib olunmuş siyahıda 7 nəfərdən ibarət ailə üzvlərimiz 46-cı sırada olsaq da, aidiyyatı dövlət qurumları bizə verilməli olan evi hələ də verməyiblər. Bununla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına şikayət ərizələri göndərsəm də, üz-üzə qaldığımız problem həll olunmur ki, olunmur. Sonuncu dəfə yazdığım ərizəmə 03 mart 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-461 saylı məktubla cavab verilib. Məktubda qeyd olunur: “Yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə həmin tikililərin yenidən tikilməsi, bərpa işlərinin aparılması və evləri qəzalı kimi qiymətləndirilmiş vətəndaşların evlə təmin olunması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”. Əslində bu cür cavabın verilməsi, Yadigar Rəcəbova qarşı göstərilən sayğısızlıqdır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını zərbə altında qoymaqdır. O halda sual oluna bilər ki, RİH Aparatında baş memar vəzifəsini daşıyan cənab Ceyhun Əbilhəsənov, görəsən Muğanlı kənd sakininə belə bir cavabı nəyə əsaslanaraq verib?
Ümidvarıq ki, Şamaxı rayon İcra Hakimiyyətində vəzifə sahibi olan məsul şəxslər, 2014-cü ildən Muğanlı kənd sakininin üz-üzə qaldığı belə bir problemin həlli yöndə lazımi addımlarını atıb, müvafiq qərarlarını verəcəklər. Bu yöndə araşdırmamız davam edəcək.
P.S. Hörmətli oxucular! Biz belə bir olayla bağlı lazımi araşdırmalarımızı davam etdirib, Muğanlı kənd sakini Yadigar Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvlərinin hansı səbəbdən xoşagəlməz süründürməçiliklə üz-üzə qalmalarının əsl mahiyyətini, məhz çox yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdıracağıq. Odur ki, bizi izləməyi unutmayın.
Nyus.Az
23-06-2022, 13:48 | Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyəti narazılıq doğurur

Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyəti narazılıq doğurur
Paytaxtın Sabunçu rayonunda mənzil-kommunal təsərrüfatı sahəsində işlər həmişə qeyri-qənaətbəxş qiymətləndirilib. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları, zirzəmilərin qanunsuz özəlləşdirilməsindən tutmuş ta ki başqa özbaşınalıqlara qədər bütün neqativ hallar daim KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində Akif Ramazanovu əvəzləyən Anar Qalayev gənc kadr olsa da, işinə münasibətdə gənclərə məxsus enerji nümayiş etdirmir, vətəndaşlarla ünsiyyətdən qaçır.
Zabrat-1 qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsində yaşayan sakinlərin əsas problemi qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması ilə bağlıdır. Bu səbəbdən addım başı hər küçədə vətəndaşlar tərəfindən qazılmış xüsusi quyulara rast gəlmək mümkündür. Yay aylarında, yağış yağanda isə bu kanalizasiya quyuları mütəmadi olaraq daşır və ətrafda xoşagəlməz mənzərə, pis qoxu yaranır. Sakinlər deyir ki, həftədə bir dəfə bu quyuların daşınmasına 10-15 manat arası pul verirlər.
Mediatv.az-a verilən məlumata görə rayonun Zabrat qəsəbəsinin Əmir Bağırov küçəsinin “Qartal” kafesi ilə “Al-Market”in arxa nahiyəsindəki məhlədə yaşayan sakinlər məişət tullantılarının yığılmamasından gileylənirlər. Sözügedən məhəllənin sakinləri xatırlayırlar ki, vaxtilə “Balaxanıneft” şirkəti həmin həndəvərdə zibilin toplanması üçün zibil qutularını dövrəyə alan hasar inşa edibmiş. Sonradan şirkət neft təsərrüfatının ehtiyacı üçün həmin ərazidən istifadə etməli olub. MKTB də zibil konteynerlərinin yerini dəyişdirərək yola yaxın yerə çəkib. İndi oradakı 4 ədəd konteyner vaxtlı-vaxtında boşaldılmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir.
Eyni vəziyyət yenə də Əmir Bağırov küçəsinin Sabunçu qəsəbəsinə aid hissəsində, 4-cü Mədənin 2 saylı kontoru ilə üzbəüz nahiyədə yaranıb. Küçənin sakinləri deyirlər ki, kommunal təsərrüfat idarəsi bir ayda iki dəfə zibil pulu yığır. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.
Bir sözlə,yumşaq ifadə ilə desək rəhbərin səriştəsizliyi ucbatından Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsi əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini, çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, məişət tullantılarının daşınmasını təmin etmək vəzifəsinin öhdəsindən gəlmir.( Davamı var...)
19-06-2022, 13:34 | Cəbrayılda ANAMA əməkdaşı minaya düşdü

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Cəbrayıl rayon prokurorluğundan milli.az-a verilən xəbərə görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
19-06-2022, 13:11 | Bakının gecə həyatından şok görüntülər - Gizli çəkiliş - FOTOlar

Bakının gecə həyatı bir başqa dünyadır. Xüsusən də mərkəzi küçələr, ordakı əyləncə məkanları... Gecə 12-dən sonra ora çıxmısansa, özünü fərqli şəhərdə, əsrarəngiz dünyada hiss edirsən... Ətrafdan eşidilən əcnəbi səslər, ərəb, pakistanlı turistlərin üstünlük təşkil etdiyi gecə klubları, diskotekalar. İşbazlar da sanki bütün gecə həyatını və ümumən şəhərin mərkəzini bu kontingentə uyğunlaşdırıblar, onlar üçün dizayn ediblər. Ərəb dilində mahnılar, obyektlərin üzərindən asılan ərəb əlifbası ilə yazılan adlar... Hətta bərbərxanalar da xarici turistlərə hesablanıb: hər şey turist üçün, hər yer turist ümçün..
musavat.com-a istinadən bildirir ki, Gecə "Tarqovu"da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər...
Bakı gecələri bir neçə hissəyə bölünür: gecə saat 12-yə, yəni, ictimai nəqliyyatın işlədiyi vaxta qədər Bakıda bir ayrı dünya olur. Gecə 12-dən sonra isə paytaxt sizə başqa üzünü göstərir: daha azad, daha komplekssiz, bəlkə də bir qədər ədəbsiz üzünü. Hər saatın ayrı müştərisi var. Turistlər üçünsə gecənin bütün saatları cənnətdir: təbii, ciblərində yetərli qədər pulları varsa...
Amma nəzərə alaq ki, turistlər və onların əyləncə anlayışları da bir-birindən kəskin fərqlənir. Məsələn, avropalı, eləcə də ingilis turistlərin yığışdığı publarla, ərəblərin yığışdığı publar arasında səviyyə fərqi var. İngilis turistlər açıq publarda oturmağa, orada dostları ilə yüksək səslə gülüb-əylənməyə üstünlük verirlər. Ərəb turistlər isə lüks, amma qapalı məkanları tərcih edir. Ərəb turistin əyləncədən anladığı intim xarakterli olandır - həyat qadınları, içki, xəlvət köşələr...
Ərəb turislərə, eləcə də yerli əyləncə sevərlərə intim göstərənlər isə sayca az deyil. Amma əvvəlki illərdən fərqli olaraq, artıq Bakının mərkəzi küçələrində "can bazarı", açıq alver getmir. Çünki mülki geyimli polislər şəhərin hər yerində monitorinq aparırlar. Əxlaqsızlıqla məşğul olan qadınlar əvvəlki kimi ərəblərə rahat şəkildə yaxınlaşa bilmir, çünki dərhal saxlanılırlar. Amma onlar burdan da çıxış yolu tapıblar: turistlərə telefonlarını verib, özlərinin şəklini çəkdirir, telefonu geri alanda isə nömrələrini verirlər. Beləcə, ilkin sövdələşmə baş tutur.
Ətraflı
Və bir də Bakı gecələrində fahişəliyin 21-ci əsr modeli var. Məşhur məkanların qapısı önündə 20-21 yaşlı iki qız dayanır. Onlar xarici turistləri məkana dəvət etmək, dilxoşluq edərək, yoldan çıxarmaq missiyasını həyata keçirirlər. Əsl alver isə içəridə başlanır: müştəriyə 5 manatlıq malı 25, 25 manatlıq malı isə 50 manata satırlar. Bunu fahişəliyin daha mədəni forması adlandıranlar da var.
Elə düşünməyin ki, Bakının gecə həyatı yalnız əcnəbilər üçündür. "Torqovı"nın arxa küçələrindəki publara daha çox azərbaycanlı gənclər gəlir. Buralar balaca, ucuz, xudmani və az müştərisi ilə seçilən məkanlardır. Torqovının sol tərəfi isə əyləncə küçəsidir - orda ancaq gecə klubları yerləşir. Yeni gecə klubları daha çox şüşəli olaraq dizayn edilib. İçəridə rəqs edənlər yoldan keçən müştəriləri daha çox cəlb etsin deyə.
Amma gecənin yazılmamış qanunları da var. Bəzi məkanlara kişilər yanlarında qadın olmadan daxil ola bilmirlər. Yox, əgər tək əylənmək istəyirsizsə, mütləq lüks maşınınız olmalıdır. Çünki gecə klubunun qarşısında lüks maşından düşmək avtomatik bütün bağlı qapıları insanın üzünə açır.
Əsrarəngiz Bakının əməkçiləri, zəhmətkeşlərini də unutmaq olmaz. Gecənin dönərçisi, süpürgəçisi, salfetka satan uşağı.. Və bir də olmazsa olmaz dilənçiləri.
Gecəsi, qaranlığı, sirləri ilə Bakı bir başqa aləmdir. Bu dünyanın qaranlığında boğulmaq da olar, o zülmətdən aydınlığa çıxmaq da. Seçim sizindir...








18-06-2022, 07:30 | Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?

İşəgötürənin işçi qarşısında öhdəliklərindən biri də müəssisənin ləğv edildiyi halda işçiyə qanunla müəyyən olunmuş müavinətin verilməsidir.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Nüsrət Xəlilovun sözlərinə görə, hüquqi şəxs ləğv edilərsə və ya hüquqi şəxs olmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar fəaliyyətini dayandırarsa, işçilərin işinə qanunda nəzərdə tutulan əsasla xitam verilə bilər: "Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatır, hüquqi şəxsin isə mövcudluğuna son qoyulur. Hüquqi şəxsin ləğvi haqqında qərarı onun təsisçiləri qəbul edir. Fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi dedikdə isə sahibkarın öz fəaliyyətinə faktiki xitam verməsi başa düşülməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə əmək müqaviləsinə xitam verilərkən müəssisədə işləyən bütün işçilərlə, hamilə qadınlarla, yaşı 18-dən az olanlarla, əmək qabiliyyətini müvəqqəti itirənlərlə, həmçinin məzuniyyətdə olan işçilərlə əmək müqaviləsi ləğv edilir".
Ekspert qeyd edib ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsi¬nin "a" bəndi ilə ləğv edildikdə isə işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.
Belə ki, bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında və on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.


















