9-11-2021, 08:00 | Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Son illər vergiödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib. Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, belə əməliyyatların rəsmiləşdirilməsi ilə bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Onun sözlərinə görə, borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Borc müqavilələri ilə əlaqədar gələcəkdə mübahisələrin yaranmaması üçün notarial qaydada təsdiqlənməsi məqsədəuyğundur.

A.Cəfərov bildirib ki, qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı məhdudiyyətlər qoyulmayıb. Belə ki, məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə "Nağdsız hesablaşmalar haqqında" Qanunla tənzimlənir və faizsiz pul vəsaitlərinin (vergiödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir: "Deməli, borc məbləğlərini nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar".


8-11-2021, 06:24 | 44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edir.

- Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşanın şəhərinin işğaldan azad olunduğunu bildirib.

- Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik edib.

- Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə münasibətilə təbrik edib.

- Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin bir gündə darmadağın edilən texnikaları siyahısı açıqlanıb.

- Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Tərtər, Ağdam və Ağcabədini atəşə tutub.

- Qubadlının işğaldan azad olunan Balasoltanlı kəndinin videogörüntüsü yayılıb.

- Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır. Cəbhənin Xocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavəndin işğaldan azad olunan Tsakuri kəndinin videogörüntüsü yayılıb. Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

- Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.

- Zəngilan rayonunun işğaldan azad olunan Vejnəli kəndinin videogörüntüləri yayımlanıb.

- Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçmasının videogörüntüsü yayılıb.


8-11-2021, 06:22 | Azərbaycanda Zəfər Günü qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur


8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.


7-11-2021, 20:40 | Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı

Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı

Bu ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən müxtəlif zorakılıqlara məruz qalan 255 nəfər müraciət edib.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Dövlət Komitəsinin 860 qaynar xəttinə isə 369 müraciət olub: "Bunlardan yalnız 81-i kişi olub, qalanı qadınlardır. Xüsusən 18-35 yaşlı qadınlar daha çox iqtisadi və psixoloji təzyiqə məruz qaldıqlarını bildiriblər".

B. Muradova qeyd edib ki, problemlə üzləşəndə ən müxtəlif dövlət orqanlarına, məhkəmələrə müraciət edən insanlar ailələrində problemlər olanda da müvafiq qurumlara müraciət edə bilərlər:



"Burada qəbahət heç nə yoxdur. İnsanların əksəriyyəti düşünür ki, ailələrində baş verən bu və ya digər hadisə ilə bağlı müvafiq qurumlara müraciət etmək olmaz. Ancaq müvafiq dövlət qurumları məhz insanların problemlərini həll etmək üçün yaranmış orqanlardır. Məsələn, Dövlət Komitəsinin rayonlarda mərkəzləri var və həmin mərkəzlər bu məsələlərlə məşğul olurlar".


7-11-2021, 10:43 | Qalibiyyət formulu: Dahi sərkərdə, dəmir yumruq, əzmkar xalq

Qalibiyyət formulu: Dahi sərkərdə, dəmir yumruq, əzmkar xalq


8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarixi gündür. Böyük Qələbə Günüdür! Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistan rəhbəri Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.

Bəyanatda əsasən Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı şanlı tarix, 28 illik həsrətə 44 gün müddətində son qoydu. Bu müddət ərzində millətimiz daim Vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz öz hünərini döyüş meydanında da göstərdi.

Böyük qələbəni al-qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı.

44 günə sona çatan bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı - Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da.

27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyanatın imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı. Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi, "bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda. Düşmən diz çökdü". Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi. Ermənistan bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunu itirdi.

"Qarabağ Azərbaycandır!" şüarı ilə döyüşə girən, qəhrəmanlıq nümayiş etdirən xalqımızın mərd oğulları üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərdə sancaraq bütün dünyaya Azərbaycan ordusunun nə qədər güclü olduğunu göstərdilər. Bu tarix neçə illər keçsə də, yaddaşlardan silinməyəcək.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək, - onun ətrafında daha sıx birləşəcək və yeni zəfərlərə inamla addımlayacaq.


Həmid Pənahovun,
YAP Qazax rayon təşkilatının sədri.




4-11-2021, 06:03 | Uşağınız piylənmə təhlükəsindədir?

Uşağınız piylənmə təhlükəsindədir?

Son 20 ildə 5 yaşından kiçik olan uşaqlarda piylənmə riski 60% artması tendensiyası müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2013-cü ildə 5 yaşından kiçik dünya uşaqlarının 42 milyondan çoxu piylənməyə məruz qalıblar.

"Toppuş" uşaqlar əksər insanlarda "şirin" təəssüratı yaratdığından valideynlər və xüsusilə nənə-babalar uşağın kökəlməsi üçün canfəşanlıq edirlər. Uşağın körpəlikdən kök və ya arıq olması gələcəkdə piylənməyə məruz qalacağı və ya qalmayacağı haqda konkret fikirlər yürütməyə səhih əsas vermir. Lakin uşaqların ilk günlərdən qidalandırılma prosesinin nə cür olması onların piylənməyə məruz qalma riskinə birmənalı olaraq təsir edir.

Mədənin genişlənməsinə və nəticədə piylənməyə səbəb olan yedizdirmə üsulları:
- Təmiz boşqab üsulu - uşağı doyana kimi deyil, qabını tam boşaldana kimi yedizdirmək. Əslində kiçik yaşlarından uşaqları israf etməməyə və son loxmaya kimi yeyib bitirməyə alışdırmaqda heç bir qəbahət yoxdur. Sadəcə yemək çəkərkən uşağın yeyə biləcək miqdarı böyüklər düzgün təyin etməlidirlər. Ən dəqiq miqdarı təsəvvür etmək "uşaq yumruğu porsiyası" prinsipinə əsaslanmaq olar. Hər bir insanın mədəsi onun yumuruğu həcmindədir. Uşağınızın yumuruğu ölçüsündən daha az qoyulan yemək çox ehtimal ki, sona qədər bitiriləcəkdir. Unutmayaq ki, mədədə yeməkdən əlavə su və hava üçün də yer qalmalıdır.

- Cəza və ya mükafat üsulu. Uşaqlarda qida nə cəza ("yeməyi yeməsən ciblərinə tökəcəm", "bunu yeməsən gəzməyə getməyəcəyik", vurmaq, qışqırmaq və s.), nə də hədiyyə ilə asossiasiya edilməməlidir. Əks təqdirdə uşaqlarda yetkinlik yaşından başlayaraq qidalanma vərdişlərində bir sıra ciddi psixoloji problemlər yarana bilər.


- Dağınıq fikir üsulu. Adətən valideynlər uşağın fikrini yayındırmaq üçün hadisələr nağıllamaq, cizgi filmi göstərmək, dilə və söhbətə tutmaqla yedizdirirlər. Bu zaman uşaq nəyi və nə qədər yediyini bilmədən avtomatik olaraq ağzını açır və udur. Bəzi valideynlər isə işlərini daha da asanlaşdırmaq üçün bütün növ yeməkləri blenderlə püre halına salırlar. Axıcı və çeynəmədən asan udulan qida qəbul etməyə öyrəşən uşaqların gələcəkdə çeynəmə problemləri yaranır. Unutmayaq ki, çeynəmə prosesi özü-özülüyündə sağlam qidalanmanın əsaslarındadır, ağız-çənə orqanları üçün çox faydalı və vacibdir.

Müəllif: Səltənət Zülfüqarova

Milli.Az

3-11-2021, 16:58 | Azərbaycanda daha neçə doza vaksin vurulacağı AÇIQLANDI - 28 gün ara ilə ...

Azərbaycanda daha neçə doza vaksin vurulacağı AÇIQLANDI - 28 gün ara ilə ...

"Yoluxanların sayındakı artım belə stabil olaraq davam edəcək. Hələ ki, güclü artım gözlənilmir. Çünki əhalinin böyük əksəriyyəti vaksinasiya prosesindən keçib".

Bunu Milli.Az-a açıqlamasında həkim infeksionist Nigar Əliyeva deyib.

O bildirib ki, 3-cü, 4-cü doza bu günki günümüzdə mütləqdir:

"Vaksinasiya prosesinin uğurlu keçdiyinə və əhalinin böyük əksəriyyəti artıq COVİD-in DELTA ştamına yoluxduğuna görə, ölkə ərazisinə yeni ştam gəlməyincə yoluxanların sayındakı bu rəqəmlər stabil olaraq davam edəcək, yuxarı-aşağı çox da fərq olmayacaq. Epidemiloji vəziyyətin daha da kritikləşəcəyi hələ ki, gözlənilmir.

Yoluxanların sayının 500-nin altına düşməyi hələ ki, gözlənilmir. Çünki təhsil müəssisələrinin açılması buna mane olan amildir. Çünki hər məktəb üzrə ortaq statistik göstəricilərə görə hələ uşaqların yarısı xəstələnib, digər yarısı da xəstələnəndən, kütləvi immunitet yaranandan sonra, - bu da hardasa növbəti 2-3 ayı əhatə edər, - yeni ştam olmadığı halda, DELTA ştamından qorunan kütlə də yoluxandan sonra yoluxanların sayında böyük azalma mümkün olacaq.

Üçüncü doza vaksinasiya məsləhətdir, mütləqdir. Çünki tədqiqatlara görə birinci, ikinci doza 6 aydan çox qalmır. Sadəcə bizim qarşımızdakı məqsəd əvvəl əhalinin böyük əksəriyyətini vaksinasiya etmək idi. Antitellərin ömrü 1 ilə gedib çatmır, faktiki olaraq antitellər 6 aydan sonra qalmır. Bu baxımdan 3-cü doza məsləhətdir və mütləqdir.

Ən azından 3-cü, 4-cü doza bu günki günümüzdə mütləqdir. Məcburi deyil, könüllü deyirik, amma məsləhətdir, 3-cü doza vaksinasiya olunmaq lazımdır. Artıq 3-cü doza vaksinasiyaya müəyyən qism iş yerlərində kütləvi sürətdə cəlb olunma var, məsələn müəllimlər cəlb olunub. 3-cü, 4-cü doza 28 gün ara ilə vurulanlara hələ ki, ÜST-ün məlumatına görə onlar 5-ci, 6-cı dozadan azad olacaqlar. Hələ ki, belə deyilir. Amma mən şəxsən elə düşünmürəm. Çünki SİNOVAC-da o qoruyuculuğun 4-cü dozadan sonra daimi olacağını düşünmürəm. Çünki qoruyuculuğu o qədər yüksək deyil, "PFİZER" olsa bəlkə düşünmək olar. SİNOVAC-da qoruyuculuq 60%-dir, "PFİZER"də 95%. Bu o deməkdir ki, 10 nəfərdən 6-sında antitel əmələ gəlir, 4-də yox. Bu 4 nəfər 4 doza vaksin vurduranda həmin 4 nəfərin də 2-ində sonradan əmələ gəlmək ehtimalı var. Yenə də 2 nəfər antitelsiz qalır. Amma "PFİZER"də belə deyil".

Təhməz Əsədov

3-11-2021, 07:52 | TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ

TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ

Azərbaycan ötən il sentyabrın 27-də başlanmış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi və böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Xalq öz liderinin -- müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya öz gücünü, mətinliyini, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin qürurunu, sevincini yaşadı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, məhz ərazi bütövlüyünü bərpa edərək çıxdı.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Hamımız üçün 44 günün hər biri şərəf, ləyaqət və qürur günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edərək birləşdirdi.

Müharibə başlanan andan hər gün xalqa xoş müjdələr verən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsini bildirdi. Qarabağın tacı olan bu şəhərin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında da sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir.

8 noyabr 2020-ci il Ali Baş Komandanın və şanlı Azərbaycan əsgərinin yazdığı unudulmayan bir tarixdir. Bu müddət ərzində millətimiz daim vətən həsrətini, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı bizim üçün əzizdir. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığından, ordumuza və xalqımıza güc verdiyindən iftixar duyuruq.

Bu gün Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif ediliblər. Bu qəbildən olan hərbçilərimizin bütün maddi və mənəvi ehtiyacları dövlət tərəfindən həll edilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirirlər.

8 Noyabr - Zəfər Günü Azərbaycanın minillik tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində də daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq.

Vətən uğrunda canlarını fəda edən mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi tariximizə qızıl hərflərlə əbədi yazıldı. Zəfərin mübarək, Azərbaycan!

Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri.





3-11-2021, 06:43 | Metroda maskadan istifadə etməyən 705 nəfər cərimələnib

Metroda maskadan istifadə etməyən 705 nəfər cərimələnib

Ötən həftə Bakıda metro stansiyalarında tibbi maskadan istifadə etməyən 705 sərnişin barəsində tədbir görülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Şöbə rəisi bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib:

"Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Stansiyalarda, platformalarda və vaqonlarda ötən bir həftədə 705 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdirilir".

Xatırladaq ki, karantin rejiminin tələblərinə görə metroda maskadan istifadə məcburidir. Bu qaydanı pozan şəxslər fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.


3-11-2021, 06:36 | COVID-19 hansı psixoloji problemlərə səbəb olur?

COVID-19 hansı psixoloji problemlərə səbəb olur?

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert Gülnarə Musabəyovanın müsahibəsin təqdim edir.

- COVID-19-un insan psixologiyasına təsirləri nələrdir?

Koronavirusa yoluxma hallarının artması ilə insanlarda fizioloji təsirlərlə yanaşı, psixoloji təsirlər də artdı. Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan yollar gündəlik həyatımızı dəyişdi. Müvəqqəti də olsa bir çox müəssisələr və məktəblər bağlandı, idman tədbirləri təxirə salındı, kinoteatrlar və teatrlar bağlandı. Elə vəziyyət yaranmışdı ki, məcburiyyət olmasa çölə çıxa bilmirdik. COVID-19 infeksiyasınin psixoloji təsiri insanlarda iki cür yanaşma yaratdı: bir qrup insanlar bunu həddindən artıq təhlükəli qəbul edərək qorxu keçirir, digər qrup insanlar isə COVID-19-u inkar edərək bunun adi "soyuqdəymə" olduğunu zənn edir. Qeyd edək ki, ikinci qrup insanların yanaşması daha təhlükəlidir, çünki onlar özlərini qorumur və epidemiyanın yayılmasını sürətləndirirlər.

- COVID-19 epidemiyasında hansı psixoloji problemlərin yaranma ehtimalı daha yüksəkdir?

COVID-19 epidemiyası zamanı yuxarıda qeyd olunan səbəblərdən yaranan narahatlıq və stress, epidemiyadan əvvəlki dövrdə psixi sağlamlıq problemləri olan insanlarda bu problemləri daha da gücləndirə, sağlam fərdlərdə psixoloji problemlərin yaranmasına zəmin yarada bilər. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.

Əvvəllər psixoloji xəstəlik diaqnozu qoyulmuş və ona qarşı dərman qəbul edən şəxslərdə bu müddət ərzində dərmanlar fasiləsiz istifadə edilməlidir.

Digər şəxslər isə yaranan psixoloji narahatçılığın qarşısını almaq üçün tədbirlər görərkən ciddi problemlər yaşamağa başlayarsa, peşəkar mütəxəsisə müraciət etməlidirlər.

- Pandemiya dövründə yaranan psixoloji problemlər epidemiyadan sonra da davam edə bilərmi?

Pandemiya prosesinin uzanması bu dövrdə yaranan psixoloji problemləri də kəskinləşdirə bilər. Psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə məhəl qoymamaq daimi psixoloji problemlərə səbəb ola bilər. Bundan əlavə, prosesin uzanması insanlarda pessimist düşüncələrin güclənməsinə gətirib çıxara bilər ki bu da psixoloji problemləri daha da artırır. Bu səbəbdən xəstələnib sağalan adam bu prosesin müvəqqəti olduğunu anlamalıdır. Ailə üzvlərimizin və davamlı ünsiyyətdə olduğumuz insanların üzərinə də müəyyən məsuliyyət düşür. Davamlı olaraq bədbin fikirlər səsləndirmək, söhbətləri tamamilə pandemiya və onun yaratdığı neqativlər əsasında aparmaq psixi sağlamlığa mənfi təsir göstərir. Əhəmiyyətli olan bütün lazımi tədbirləri görüb bu prosesi sağlam şəkildə uğurla keçməkdir.

- Psixoloji problemlərin yarandığını hiss etsək nə etməliyik?

Evdə keyfiyyətli vaxt keçirmək, qidalanmağa diqqət etmək, idmana vaxt ayırmaq, sosial media, televiziya xəbərlərinə ayrılan vaxtı isə məhdudlaşdırmaq lazımdır. Bu tədbirlərə baxmayaraq narahatlığını, stresslə bağlı mənfiliklərini və pessimist düşüncələrini aşa bilməyən insanların peşəkar mütəxəsisdəndəstək alması çox vacibdir. Psixi sağlamlıq problemləri nə qədər gecikirsə, müalicə prosesi bir o qədər ağırlaşır. Bilməliyik ki, bu prosesdə biz tək deyilik.


Trend


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.