23-12-2020, 07:20 | Zahid İbrahimov “Biz, Ali Baş Komandanın əmrinə hər zaman hazırıq!”

"Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib."
Bu sözləri saytımıza açıqlamasında Tərtər Suvarma Sistemlər İdarəsinin rəisi Zahid İbrahimov deyib.
O qeyd edib ki, İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb.
"Bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib.Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir.
Bununla bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən Dövlət Başçısı dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilidiyinin birinci dəfə olmadığını və son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimizin, eyni zamanda, mülki şəxslərin həlak olduğunu diqqətə çatdırdı.Deyildi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınaraq, düşmənə adekvat cavab verilmiş şəhid olmuş hərbçilərimizin qisası alınmışdır.
Törədilmiş təxribatın bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyən Prezident İlham Əliyevbelə çirkin vasitələrdən istifadə etməyin onların təcavüzkar siyasətinin təzahürü olduğunu və bu siyasətin Ermənistan üçün böyük təhlükə mənbəyinə çavrildiyini qeyd etdi. Qətiyyətlə bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilməsi, operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyi və hər şeyin onlara əyani surətdə göstəriləcəyi də çıxışda öz əksini tapdı.
Ermənistanın ictimai-siyasi və sosial-iqtisadi vəziyətinin analitik tərzdə təhlil edən dövlətimizin rəhbəri Ermənistandakı daxili vəziyyətin artıq böhranlı həddə çatdığını,daxili çaxnaşmaların geniş vüsət aldığını xüsusilə qeyd etdi. Eyni zamanda nəzərə çatdırıldı ki, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi onları çox narahat edir.
Cənab İlham Əliyev xüsusilə vurğuladı ki, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, ermənilərin təbliğatını alt-üst edir.Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələrin bu seçkiləri pislədiyindən də söhbət açıldı.Ermənistanda hökm sürən hərc-mərclikdən və mövcud böhrandan ictimaiyyətin fikrini yayındırmaq və onu cəbhə bölgəsinə yönəltmək məqsədilə belə bir təxribatın törədildiyi, lakin uğursuz sonluqla nəticələndiyi diqqətə çatdırıldı.Bu təxribatın digər səbəbinin son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atdığı olduğu da qeyd olundu. Deyildi ki, təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Beynəlxalq arenada Ermənistanın demək olar ki, bütün dayaqlarının itirildiyi, daxili vəziyyətin kifayət qədər gərgin olduğu və Ermənistan iqtidarının çıxılmaz vəziyyətə düşdüyü Prezidentimiz tərəfindən tutarlı dəlillərlə göstərildi.Çıxışına yekun vuraraq ermənilərin təxribatına tutarlı cavab verildiyi,hərbçilərimizin qisasının alındığı və bundan sonra da alınacaqğı, şəhidlərimizin qanının yerdə qalmayacağı Ali Baş Komandan tərəfindən qətiyyətlə və yüksək vətənpərvərlik ruhu ilə səsləndi."
21-12-2020, 07:09 | Təsisçi ilə yaratdığı hüquqi şəxsin vergi öhdəlikləri nədən ibarətdir?

Təsisçi yaratdığı hüquqi şəxsə - MMC-yə verdiyi borcu müəyyən müddətdən sonra geri aldıqda, təsisçi və müəssisənin ayrı-ayrılıqda vergi öhdəlikləri nədən ibarətdir?
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, vergilərin hesablanması zamanı bazar qiymətləri nəzərə alınır.
Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda, müəssisə tərəfindən vergiödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Hər iki tərəf vergiödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə mümkündür.
21-12-2020, 07:07 | Sadələşdirilmiş vergi üzrə ödəniş haqqında qəbzi kimlər almalıdırlar?

Vergiödəyicilərini maraqlandıran məsələlərdən biri də "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"lə bağlıdır.
Mövzuya aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov vergiödəyicisinin vəzifələrindən birinin də Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"i almaqla həyata keçirmək olduğunu bildirib: "Bəzi vergiödəyicilərinin bu məsələ ilə bağlı fərqli yanaşmaları var. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq, bəzi fəaliyyət növləri ilə və muzdlu işçi cəlb etmədən fərdi məşğul olan şəxslər (dərzi, ofisiant, çəkməçi, bərbər və sair) "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla fəaliyyət göstərməlidir".
Ekspertin sözlərinə görə, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fərdi sahibkar "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almadan fəaliyyət göstərir və dövri olaraq sadələşdirilmiş vergisini bəyan edir.
O qeyd edib ki, həmin fərdi sahibkarın qəbz almadan fəaliyyət göstərməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergiödəyicisinə maliyyə sanksiyası hesablanır.(milli.az)
21-12-2020, 07:00 | Hadrutda şok anlar: Dəbdəbəli evdə gizlənən erməni polkovnik hərbçimizlə üz-üzə gəldi...

"Milli Qəhrəman Şükür Həmidov yaralananda ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən onun nəşini ermənilər aparar, tez gedib onu oradan götürün". Vətən müharibəsində canından keçən Azərbaycan igidlərindən biri Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyevdir. O, göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif olunub.
azvision.az-ın əməkdaşı şəhidin ailəsinə baş çəkərək, onun anası və həyat yoldaşı ilə həmsöhbət olub.
Şəhid anası Xalidə Quliyeva Ağdamdan məcburi köçkün düşdüklərini deyib: "Şəhriyar iki oğul övladımdan biri idi. Ağdamdan çıxanda iki yaşı var idi. Köçkünlüyün ilk illərində Sabirabadda, Yevlaxda yaşadıq. Sonra Sumqayıta köçdük. O, ermənilərin bizə yaşatdığı bütün bu zülmləri görə-görə böyüdü. Ona görə də həmişə hərbçi olmaq və qisas almaq istəyirdi. 2007-ci ildə əsgərliyə gedəndən sonra dedi ki, kursa yazılacaq. Nə qədər çəkindirsək də, bu işin ağırlığını anlatsaq da, vaz keçmədi. 13 il ərzində bir dəfə şikayət etmədi ki, mənim işim ağırdır. Xüsusi Təyinatlı Qüvvələrdə 10 işləyəndən sonra qüsursuz xidmətinə görə ona medal verdilər. Gürcüstana dağçılıq təliminə getdi, Türkiyədə təlimlərə qatıldı. Oradan medalla qayıtdı. Həmişə deyirdim ki, bu iş çətindir, çıx. Deyirdi, nə danışırsan, ana, mən sona qədər bu işdə olacağam və axırda torpaqlarımızı alacağam.
Müharibə başlamamışdan 3-4 gün öncə dedim: "Şəhriyar müharibə olsa, siz bu torpaqları geri qaytara biləcəksiniz?". Üzümə baxıb dedi, "əlbəttə, erməni kimdir ki". Sonra da iki uşağını göstərib əlavə etdi ki, Qarabağ probleminin həllini uşaqlarına saxlaya bilməz. Qoy dərdimiz bir dəfəlik qurtarsın.
Müharibəyə gedəndə də demədi. Bircə kəlmə təlimə qatılacağını bildirdi. O, 27 gün Horadizdə, Füzulidə, Cəbrayılda, Qubadlıda döyüşdü. Füzulidə, Cəbrayılda bayraq asdı.
Zəng edib deyirdi ki, "ana, bura gələndən döyüş həvəsimiz daha da artıb. Bizə qüvvət gəlib. Xocalıda nə qədər qırğın olmuşdusa, bizə qarşı vəhşilik edilmişdisə, hamısının qanını aldıq. Allah qoysa, qələbə ilə gələcəyik".
Qubadlıda oktyabrın 20-si çox ağır döyüş olub. Yaralı əsgərin birini çıxarıb, ikincini aparanda snayperlə Şəhriyarı vurublar, elə ordaca keçinib. İki gündən sonra onun nəşi gəldi. Mənə demişdilər ki, yaralanıb, qapını açanda tabut gördüm...Vətən sağ olsun".
Pərvin Quliyeva ilə Şəhriyar 5 il idi ki, ailə qurmuşdular. Onların iki oğul övladı var. Şəhidin xanımı deyir ki, həyat yoldaşı ailəcanlı, vətənpərvər ruhlu insan olub.
Azvision.az-ın əməkdaşı şəhidin ailəsinə baş çəkərək, onun anası və həyat yoldaşı ilə həmsöhbət olub.
Mən qürur duyuram ki, igid bir oğlanın həyat yoldaşıyam. Vətənini canından üstün tutdu. Arada zarafat da edirdi. Deyirdi, erməni silahının lüləyi əyridir, heç biri bizə dəymir.
Şəhriyar Aprel döyüşlərində də iştirak etmişdi. Mən onda hamilə idim. Aprelin 6-sı oğlum dünyaya gəldi. Haradansa həkimin nömrəsi tapıb mənimlə əlaqə saxladı. Dedi, güclü ol, sən mənim yoldaşımsan. Evə gəlib uşağı qucağına alanda əli əsirdi. Şükür edirdi ki, balamı görə bildim. Döyüş yoldaşları danışır ki, Şəhriyar bizi qabağa çəkirdi ki, irəli gedək".
Şəhidin anası Xalidə Quliyeva oğlunun tək hərbçi kimi deyil, eyni zamanda bir qarabağlı kimi vətənin müdafiəsində durduğunu bildirib.
"Deyirdi, qoy deməsinlər ki, sən qarabağlısan, amma arxada qalırsan. Mən ağdamlı kimi döyüşürəm. Döyüşçü yoldaşları danışır ki, haradasa 150-dən çox erməni hərbçisini, xeyli texnikalarını məhv edib .
Hadrutda su axtarmağa gediblər, 3 gün ac qalıblar. Orada qəşəng bir ev və oradan çıxan erməni polkovniki görüblər. Şəhriyar onun arxasınca düşüb, polkovniki də, yanındakı iki hərbçini də öldürüb. Sonra əlində bir yekə bağlama yeməklə geri dönüb. Yoldaşlarına verib ki, yeyin, güclənin irəli gedək. O, bölüyün komandiri yox, atası idi.
Şükür Həmidov yaralananda xəstəxanaya aparıblar. Orada ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən Şəhriyarın nəşini ermənilər aparar, onu tez gedib ərazidən götürün. Nəşi neytral zonada qalmışdı, ona görə götürə bilmirdilər. Həmin hissəyə iki əsgər qoyublar ki, gecə onun meyitini qorusunlar, ermənilər götürməsin. Üç gündən sonra bir müsibətlə meyitini tapıb gətirdilər. Oğlum ölümündən sonra "Qarabağ" ordeni ilə təltif olundu. Bu, bizə qürur verir. İnanırıq ki, belə bir qəhrəman unudulmayacaq. Özündən 4-5 yaşlı balaları nişanə qaldı. Bir dəfə dedim, Şəhriyar, uşaqlara hər şeyi alıb ərköyün öyrətmə. Dedi, ana, biz qaçqın olmuşuq, birini tapanda, digərini tapmamışıq. Zülümlə böyümüşük. Qoy uşaqlar yaxşı böyüsünlər.
Şəhriyar şəhid olan yerə gedib, orada demək istəyirəm ki, can bala, qanın yerdə qalmadı, sənin gəzdiyin yerdə indi balaların gəzir.
Cəbrayıl işğaldan azad olunanda çəkdiyi bir video var. Həmin kadrlara baxanda görəcəksiniz ki, Şəhriyar necə döyüşüb və necə sevinib. Uşaq kimi sevinirdi.
Füzulidə bayrağı sancıb Qədir Rüstəmovun "Sona bülbüllər" mahnısının fonunda çəkiliş etmişdi. Deyirdi, 50 mərmi atdılar, onun biri bayrağımıza dəymədi. Heyif ki, bu günü görə bilmədi".
Daha sonra xanımı Şəhriyarın döyüş yoldaşlarına sadiqliyindən söz açıb: "Yaralı döyüş yoldaşları deyir ki, bu gün biz ayaqdayıqsa, Şəhriyara borcluyuq. Deyib ki, çörək kəsdiyim yoldaşlarımı yaralı qoyub gedə bilmərəm. Şəhriyar ali zirvədədir".
21-12-2020, 06:32 | İki həftə evdən çıxmaq qadağası - AÇIQLAMA

Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi sonluqdan qaçmaq üçün mübarizə tədbirlərinin daha da sərtləşdirilməsini məsləhət görürlər.
Pandemiya ilə əlaqədar preventiv tədbirlər görülsə də, vətəndaşların qaydalara əməl etməsində müəyyən çatışmazlıqlar hələ də qalır.
Nəticədə virusun sirkulyasiyası yüksək olmaqda davam edir. Pulmonoloq Elzamin Sadıqov AZTV-yə deyib ki, hər hansı respirator xəstəliyin simptomu olan şəxs evi tərk etməməlidir: "Fərqi yoxdur ki, bu, COVID-19-dur, yoxsa yox. Gigiyena qaydalarına əməl edilməlidir. Xəstə ola-ola kollektivlərə getmək düzgün deyil".
COVID-19-un bizə hələ də qalib gəlməsinin digər səbəbi isə özümüzü izolyasiya etməməyimizdir. Belə ki, evdə ailə üzvlərindən biri virusa yoluxubsa, deməli digər ailə üzvləri də izloyasiya edilməli və ətraf aləmlə təması sıfıra endirməlidir.
E.Sadıqovun sözlərinə görə, heç bir simptomu olmayan COVID-19 xəstəsi 50-60 faiz hallarda virusu yaya bilir.
Bəs çıxış yolu nədir? Mütəxəssislər əks-epidemik tədbirlərin gücləndirilməsini təklif edirlər.
Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, karantin qaydaları sərtləşdirilməlidir: "İş yerlərində sürüşkən qrafikə keçilmə, yaxud məhdud sayda işçinin işə çıxması, onlayn iş rejiminə keçilməsi lazımdır.
18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın".
Yoluxma statistikası hər gün dəyişir. Mənfi tendensiya davam edir. Canımızı, bizə canımız qədər dəyərli olanları qoruyaq. Virusa elə özü kimi - düşmən kimi davranaq.(azerforum.com)
18-12-2020, 06:58 | Buna yol vermək olmaz - Tanınmış həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI

"Yüngül koronavirusa yoluxan insanların çıxış imkanlarından yararlanaraq xəstəxanalarda müalicə almasını düz addım hesab etmirəm. Yüngül formalı xəstələr ev şəraitində də müalicə ala bilərlər".
Bunu "ölkə.az"a açıqlamasında millət vəkili, tanınmış kordioloq Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, koronavirusun yüngül formasına yoluxan insanlar öz imkanlarından və ya çıxış imkanlarından istifadə etməklə xəstəxanlarda yerləri məşğul etməklə ağır formalı xəstələrin qəbuluna imkan vermirlər.
"İndiki ağır şəraitdə belə insanların hərəkəti xəyanətdir. Xəstəxanalar ağır formalı koronavirus xəstələrini qəbul etmədiyindən sonda acı nəticələrlə üzləşirik. Buna yol vermək olmaz. Xəstəxanalara ilk növbədə ağır formalı xəstələr yerləşdirilməlidir", - deyə millət vəkili bildirib.
18-12-2020, 06:42 | Elçin Əsədov : Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Neftçala Suvarma Sistemləri İdarəsinin mudiri Elçin Əsədov
rəhbərliyin etimadını daim doğruldub - Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun əmrinə tabe olaraq Şanlı Ordumuz, şücaətli, qorxmaz əsgərlərimizin canı bahasına torpaqlarımız azad etdilər və bayrağımız Qarabağda dalğalandırılır. Xalq Sizinlədir, Ali Baş Komandan ! ALLAH Sizi və Şanlı Azərbaycan Ordusunu qorusun ! Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirdi ki, yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir,
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
18-12-2020, 06:09 | Toy və yas mərasimləri gələn yaya qaldı? - AÇIQLAMA

Tanınmış kardioloq və millət vəkili Rəşad Mahmudov Azərbaycanda yas mərasimləri və toylara nə zaman icazə verilməsinin vaxtını açıqlayıb.
Bu barədə "ölkə.az"a açıqlama verən millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.
"Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz. Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar. Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər", - deyə Rəşad Mahmudov bildirib.
Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R.Mahmudov deyib ki, istər koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan şəxsin ikinci dəfə yoluxma ehtimalı var: "Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs xəstəliyi birinci dəfədəkindən yüngül keçirir".
18-12-2020, 05:32 | Həmişə döyüşə gedəndə çalışırdım irəlidə olum. Dostlarıma da deyirdim ki, evlilər arxaya, subaylar irəli! - FOTO

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Orxan Namazova həsr edilmişdir...
Evlilər arxaya, subaylar irəli!
- Salam, Orxan.
- Salam.
- Sənin gəlməyini gözləyirdim.
- Doğrudan? Niyə?
- Çünki sənin haqqında o qədər eşitmişəm ki.
- Məsələn, nə?
- Məsələn sənin qəhrəmanlığından, yüzdən çox erməni işğalçısını məhv etmisən.
- Mən saymamışam (gülür).
- İnanıram, amma həqiqət budur. Orxan, hərbçiliyi niyə seçdin?
- Arzum idi, keşfiyyatçı olmaq istəyirdim və istəyimə nail oldum.
- Amma sən deyəsən idmanla məşqul olmusan?
- Bəli gaydasız döyüş.
- Sonra da bu döyüş səni Sugovuşana kimi apardı...
- Bəli, ondan irəli gedə bilmədim...
- Evdəkilərlə əlaqə saxlayırdın?
- Təbii, oktyabrın altısı zənq etdim evə.
- Nə dedin?
- Heç, mən o qədər də danışan deyiləm, bəzi məlumatlar sirr kimi galmalıdır, inciməyin.
- Əlbəttə, başa düşürəm... Danışmağı xoşlamırsan?
- Yox (gülümsəyir). Bizim işimiz belədir, az danışmaq, hər şeyi görmək, nəzərdə saxlamaq.
- Əsl keşfiyyatçı! Orxanın arzusu var idi?
- Var idi. Qəşənq bir toy istəyirdim, alınmadı...
- Deməli sevdiyin xanım var idi?
- Bəli... İndi də təki xoşbəxt olsun, ağlayıb eləməsin.
- Darıxmırsan?
- Təbii darıxıram, anam üçün çox darıxıram... Bütün ailəm üçün... Sevgilimi də ürəyimdə saxlayıram. Elə bilirsiniz şəhidlik hamıya nəsib olur?
- Yox, o çox yüksək bir zirvədir... Orxanın deyiləcək sözləri var mı?
İstəməzdim ki Qarabağda müharibə olsun... Qoy torpaqlarımız işıq üzü görsünlər. Müharibə hamı üçün dəhşətdir, amma orada olanlar üçün dünyanın axırı. Həmişə döyüşə gedəndə çalışırdım irəlidə olum. Dostlarıma da deyirdim ki, evlilər arxaya, subaylar irəli! Qarabağ - Azərbaycandır!




18-12-2020, 05:17 | Məsafədən işləyənlər arasında SORĞU - Bəziləri paltarsız, digərləri isə...

Kaspersky şirkəti kiçik kompaniyaların məsafədən işləyən işçiləri arasında sorğu keçirib və "home-office" şəraitinin onlar üçün niyə rahat olduğunu müəyyən edib. Məsələn, respondentlər iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyanmağı, təmiz havada işləməyi və hətta paltarsız işləməyi sevirlər. Kiçik və orta şirkətlərdə daxil olmaqla, qarşılıqlı əlaqənin məsafəli formatına keçid texniki çətinliklər və təhlükə mənzərəsindəki dəyişikliklərlə müşayiət olundu: kölgə İT-nin artımı, uzaqdan giriş protokolu (RDP) vasitəsilə hücumlar və s. Dünya İqtisadi Forumunun məlumatına görə, bir-birindən məsafədə olmaq nəticəsində, insanlar bəzi psixoloji problemlərlə, o cümlədən iş və şəxsi həyat arasında yaranmış disbalansla qarşılaşıblar. Buna baxmayaraq, bir çoxları bu yeni təcrübədə gələcəkdə də qoruyub saxlamaq istədikləri müsbət məqamlar tapıblar.
Evdən işləyən işçilərin 48%-i rahat paltar geyinməyə üstünlük verir və 11%-i ümumiyyətlə paltarsız işləyir.
Üçdə birindən çoxu (36%) ofisə getmək qayğısı ilə vidalaşdıqlarına, iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyana bildiklərinə və fasilələr zamanı uzanıb dincələ bildiklərinə görə sevinirlər. Respondentlərin 27%-i eyvanda və ya təmiz havada işləmək fürsətini qiymətləndirir, 16%-i isə yeməkxanadan kənarda nahar etməyi sevir. Bundan əlavə, işdən uzaqlaşmaq işçilərə daha çox istirahət və əyləncə imkanı tanıyıb: onlayn kinoteatrlarda daha çox film izləməyə (23%) və daha çox video oyun oynamağa başlayıblar (18%). Respondentlərin 8%-i isə uzaqdan işləməyin üstünlüyünü daha az duş almağa görə dəyərləndirir.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, uzaqdan işləmək bacarığı özü ilə həm mənfi, həm də mənfi tərəflərini gətirib: "İnsanlar uşaqları ilə daha çox ünsiyyət qurmağa və pul qazanmağa başlayıblar, lakin məhsuldarlığı itirməmək üçün iş proseslərini yenidən təşkil etməli olublar. Təəssüf ki, bu il, işçilərin evdə nə qədər texniki səhvə yol verə biləcəyini gördük və bu səbəbdən həm fərdi, həm də korporativ məlumatlar risk altındadır. Cihazlarınızın təhlükəsizliyi və öz məxfiliyinizə diqqət yetirməyinizi və etibarlı təhlükəsizlik həllərindən istifadə etməyinizi tövsiyə edirik. Uzaqdan işləyərkən bütün bu tövsiyələr xüsusilə aktual olur".(ted.az)


















