11-11-2020, 14:04 | Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək

Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək

Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Beləliklə 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar. Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə ölkənin hər yerində davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə vətəndaş Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.
Heç şübhə yoxdur ki, Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunan 10 noyabr günü, sözün əsl mənasında, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyət tarixidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləməklə gələcəyimizə olan böyük inamı bu gün onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən ərazi bütövlüyümüzün təmin edilməsində gerçəkliyə çevrilib.

Bu il 27 sentyabr tarixindən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.
Xüsusi qeyd etməyə dəyər ki, Şuşanın azad olunması müharibənin gedişində həlledici amil oldu. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən isterik vəziyyətə düşdü.
Başlıca qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətlə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladılar.

Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatları davam etdirdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdan həmin sənədlər bizə əlavə güc verdi.

Ulu Öndərimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
Gerçəkdən də cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı: “Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.

Nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, cənnətməkan ruhu qarşısında baş əydi. Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, xalqımıza zəfər müşdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Böyük çətinliklər bahasına başa gələn bu şanlı qələbənin dəyəri bizim üçün misilsizdir. Müharibədən çıxardığımız tarixi dərsləri heç zaman unutmamalıyıq. Bu müharibədə, bir tərəfdən müasir dünyanın haqsızlıqlara, ədalətsizliklərə və aşkar terror cinayətlərinə göz yummasına, düşmənin bəzi “fake” xəbərlərinə isə dərhal reaksiya göstərərək münaqişənin həllinin öz maraqlarına uyğun dəyişməyə çalışmasına, digər tərəfdən isə qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, etibarlılığına və ən başlıcası, yüksək vətənpərvərlik və qələbə ruhuna köklənən xalq-dövlət-ordu birliyinin sarsılmazlığına şahid olduq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Elxan Əsgərov,
Tovuz Subartezian Quyularının İstismarı İdarəsi rəisi.

11-11-2020, 12:48 | "Təhsilalanların 50-60 faizi distant tədris prosesində iştirak edir"

"Təhsilalanların 50-60 faizi distant tədris prosesində iştirak edir"

Müşahidələrimizə əsasən, əksər universitetlərdə və orta məktəblərdə təhsil verənlərin böyük hissəsi və təhsilalanların 50-60 faizi distant tədris prosesində iştirak edir.

Bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan ərazisində də COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesi distant olaraq davam etdirilir:

"Təhsil Nazirliyinin müraciətinə əsasən müharibə şəraiti ilə əlaqədar internet məhdudlaşdırılmalarının distant təhsil platformlarına tətbiqi aradan qaldırılıb. Eyni zamanda, paytaxt və rayonlarda təhsilalanların onlayn təhsildə iştirak edə biləcəyi mərkəzlər müəyyənləşdirilib və bu resurslara əlçatanlığında problem yaşayanların bu mərkəzlərin xidmətindən yararlanma imkanları var. Buna görə təhsil müəsisələrinin əhəmiyyətli bir hissəsində təhsil prosesini distant olaraq davam etdirmək mümkün oldu. Eyni zamanda virtual məktəb layihəsi və teledərslərlə prosesə dəstək verilir".

E.Süleymanov qeyd edib ki, bu prosesdə tələbə və şağirdlərdən gələn iradlar daha çox internetin sürəti və texniki avadanlıqların yetərsizliyi ilə bağlı idi. Bu problemin başadüşülən olduğunu söyləyən ekspert qeyd edib ki, COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün həyata keçirilən mübarizə tədbirləri çərçivəsində təbiq edilən karantin müddətində telekommunikasiya xidmətlərinə tələbat dəfərlərlə artdığından online dərslər, seminarlar, iclaslar və s. ötürülən trafikin 40%-dan çox artmasına səbəb olub.

Ekspert əlavə edib ki, dərsin təşkilatçısı, birbaşa icraçisı müəllim olduğu üçün onların İKT bacarıqları, veb- platformların imkanlarından istifadə bilikləri də əhəmiyyət kəsb edir:

"Müasir tədris formalarından istifadə edərək, həmçinin texnolji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi zamanın tələblərindən biridir. Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi, həmçinin emosiya və duyğuların nisbətən az ötürülməsinin təhsilin mənimsənilməsində müəyyən qədər təsiri var".

E.Süleymanov bildirib ki, onlayn dərs prosesi bilvasitə şagirdlərin ev mühitində keçirildiyindən valideynlərin də bu prosesdə iştirakını zəruri edib. Belə ki, valideynlər dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə köməklik göstərməli, dərslərin effektiv keçməsi üçün şərait yaratmalıdırlar:

"Müəllim 35-45 dəqiqə ərzində hər hansı mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənməsini təmin edir. Bu zaman yaranan istər internet problemləri, istər texniki problemlər, istər şagirdlərin, həm də müəllimlərin özlərinin də bu prosesə adaptasiyası kimi zaman tələb edən problemlərə baxmayaraq, bu qarışıq dönəm şəraitində bütün ölkə məktəbləri və müəllimləri əldə olan mövcüd vasitə və üsullardan istifadə edərək dəsrlərini keçməyə cəhd edirlər. Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafı da təmin edilməsi vacib bir komponentdir".

11-11-2020, 12:34 | Qarabağ ulu əcdadlarımızın məskəni olub - Arxeoloji faktlar

Qarabağ ulu əcdadlarımızın məskəni olub - Arxeoloji faktlar

Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleontoloji və paleoantropoloji elmi tədqiqatlar ən qədim zamanlardan - yəni Quruçay mədəniyyətindən başlamış Azərbaycan xalqının ulu əcdadının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını elmi əsaslarla sübuta yetirib.

Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov deyib.

Onun sözlərinə görə, bu tədqiqatlar tarixi saxtalaşdırmağa cəhd edən erməni alimlərinin iddialarının tamamilə əsassız olduğunu göstərir.

Ə.Cəfərov qeyd edib ki, Qarabağ ərazisində müəyyən olunmuş quruçay, aşel, mustye, üst paleolit, mezolit, neolit və tunc dövrünün arxeoloji mədəniyyətləri bu diyarın qədim sivilizasiya mərkəzi olduğunu söyləməyə əsas verir.

Alim əlavə edib ki, 1990-cı illərdən Azıx, Tağlar, Şuşa və Qarabağın digər arxeoloji, memarlıq və tarixi abidələri erməni terrorçuların əsarəti altında idi:

"Qarabağın terrorçulardan azad olunması bəşəriyyətə ən böyük töhfədir. Çünki Qarabağ ərazisində bəşəriyyətin inkişaf tarixini öyrənmək üçün zəngin və dünya şöhrətli Azıx, Tağar və digər abidələr mövcuddur. Arxeoloji tədqiqatlar zamanı Azıx mağarasının III, V-X təbəqələrindən 10 mindən artıq daş məmulatı və 500 mindən çox ovlanmış heyvanların sümük məmulatı tapılıb. Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunub".

Ə.Cəfərov bildirib ki, qədim Aşel təbəqəsindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində qədim insanların Aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.

Onun bildirdiyinə görə, Azıx qədim insan düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta Aşel mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılıb. Bu Azıxda qədim Aşel dövrünün sonralar orta Aşel mədəniyyəti ilə əvəz olunduğunu göstərir.

Azıx mağarasının III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 500 mindən çox fauna qalıqları aşkar olunub.

Ə.Cəfərov deyib ki, hazırda Azərbaycan ərazisində Mustye dövrünə aid ən zəngin abidə Tağlar düşərgəsi hesab olunur.

Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 700 mindən artıq sümük məmulatları aşkar olunub. Çoxtəbəqəli Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 mindən artıq daş məmulatı tapılıb:

"Hazırda Qarabağ silsiləsinin cənub-şərq ətəklərində yuxarıda qeyd etdiyimiz qədim insan düşərgələri ilə yanaşı neolit, eneolit və tunc dövrlərinin Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Tuğtəpə, Kültəpə, Leylatəpə kimi bir sıra nadir və çoxtəbəqəli yaşayış düşərgələri aşkar olunub. Bu bir daha göstərir ki, hələ ən qədim zamanlardan bu vaxta kimi qeyd olunan ərazidə insanların yaşaması üçün əlverişli təbii coğrafi şərait olub və xalqımızın ulu əcdadları Qarabağda yaşayıb".(Trend)

8-11-2020, 13:45 | Lalə Şövkət: “İlham Əliyev məğlub Xalqı qalib Millətə çevirdi!”

Lalə Şövkət: “İlham Əliyev məğlub Xalqı qalib Millətə çevirdi!”

Azərbaycan müxalifətinin liderlərindən biri, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət xüsusi açıqlama verib.

Müraciət virtualaz.org saytının redaksiyasına göndərilib.

Açıqlamada deyilir: “Əziz Millətim!

Bu gün bizim ən xoşbəxt günümüzdür.

Şuşa - Azərbaycanın tacı öz taxtına qayıtdı. Şuşa, Qarabağ varsa, Azərbaycan var!

Millətimizin zəfər və qürur hissi ilə ən şanlı günümüzü yaşayırıq.

Müzəffər, rəşadətli, qüdrətli Ordumuz, casur və qəhrəman əsgər və zabit igidlərimiz öz məharətini bütün dünyaya nümayiş etdilər.

Bu günü bizə qismət edən, qürurumuzu bizə qaytaran, şanlı tariximizi yazan qəhrəman Azərbaycan əsgərinə, torpağın hər qarışını qanları ilə suvaran mərd şəhidlərimizə millət olaraq, dövlət olaraq həmişəlik borcluyuq.

Özümün və əqidədaşlarımın adından bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu şad olsun. Nur içində yatsınlar Ana Torpağın qoynunda.

Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Siz məğlub Xalqı qalib Millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz. Bir siyasətçi kimi bilirəm, hansı çətinliklərdən keçmisiniz və böyük maneələri dəf etmisiniz. Bu çətin iş həmişə pərdə arxasında qalır, amma onun nəticələri göz qabağındadır. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız, və bununla birmənalı özünüz tariximizdə qəhrəman kimi həkk olunduz.

Heç vaxt Vətənimizdə bugünkü kimi Milli Birlik olmamışdı. Artıq dərəcədə Sizdən xahiş edirəm, bu Milli Birliyi qoruyub saxlayasınız. Onda bizi heç kim, heç vaxt sarsıtmaz. Bu, Millət üçün ən ülvü dəyərdir.

Xüsusi olaraq, bizim bu ağır günlərimizdə bizə siyasi mənəvi dayaq duran Türkiyəmizə dərin təşəkkürümü bildirirəm.

Şükür olsun Allaha ki, Millətin qüruru qalib gəldi. Qaməti düzəldi. Qeyrət simvolumuz Şuşa öz Vətəninə qayıtdı!

Ulu Tanrımız yeni qələbələri bizə nəsib etsin!”.

8-11-2020, 13:09 | Prezident İlham Əliyev: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

Prezident İlham Əliyev: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"


Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!

Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.

"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!" - Prezident bildirib.

8-11-2020, 12:57 | Prezident İlham Əliyev: "Biz bu Qələbəni döyüş meydanında qazandıq"

Prezident İlham Əliyev: "Biz bu Qələbəni döyüş meydanında qazandıq"


Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik.

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə deyib.

"Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!" - dövlətimizin başçısı qeyd edib.

22-10-2020, 15:02 | "Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər" - Nazirlikdən XƏBƏRDARLIQ

"Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər" - Nazirlikdən XƏBƏRDARLIQ

Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Trend bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər:

"Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".


22-10-2020, 14:42 | Oleq Krapiv Azərbaycan ordusuna 20 min dollar yardım etdi

Oleq Krapiv Azərbaycan ordusuna 20 min dollar yardım etdi

Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapiv Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub.

Trend bildirir ki, o, ordumuz üçün yaradılmış fonda 20 min dollar köçürüb.

Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi "Şirvan" idman klubunu tikdirib.

Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə "Veten" vokal və rəqs ansamblı yaradılıb, Kiyevin "Bakineç" idman klubu açılıb.

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə "Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adını verib.


22-10-2020, 13:57 | Prezident İlham Əliyev: "İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır"

Prezident İlham Əliyev: "İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır"

İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır.

AZƏRTAC bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı:

"Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə, bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır".

22-10-2020, 12:51 | Düşmənin Zəngilanda atıb qaçdığı onlarla tank, BMP və digər hərbi texnika

Düşmənin Zəngilanda atıb qaçdığı onlarla tank, BMP və digər hərbi texnika

Azərbaycan Müdafiə Nazirliyi düşmənin oktyabrın 20-də Zəngilanda atıb qaçdığı və ordumuzun hərbi qənimət olaraq götürdüyü çoxsaylı döyüş tanklarının, digər hərbi texnikasının yeni görüntülərini yayıb. Bu görüntülərə əsasən düşmən ordusu onlarla T-72 tankını, bir neçə BMP-1 döyüş maşınını və digər hərbi texnikanı heç döyüş meydanına çıxarmağa imkan tapmadan tərk edərək qaçıb.

Belə ki, ordumuz cənub cəbhəsində uğurlu və sürətli hücum əməliyyatlarını davam etdirərək tarixi Xudafərin körpüsünü azad etdikdən sonra Xudafərin su anbarını da keçib. Cəbrayılın kəndlərini bir-birinin ardınca azad edən ordumuz Zəngilan rayonunun inzibati sərhədinə çataraq Qubadlı istiqamətində irəliləyib. Həkəri çayının sahili boyu bir neçə kəndi işğaldan azad edərək sürətlə, demək olar ki, cəmi bir sutkaya Zəngilana gedən yeganə yolu bağlayaraq orada möhkəmlənib. Nəticədə düşmənin Zəngilandakı qruplaşması, o cümlədən zirehli tank və motoatıcı batalyonları mühasirə vəziyyətinə düşüb.


Texnika ilə geri çəkilmək mümkün olmadığından düşmən bütün tanklarını və digər hərbi texnikanı elə hərbi hissədəcə ataraq dağlarla Ermənistan istiqamətində qaçıb. Ötən gün ordumuz Zəngilanın düşməndən təmizlənməsi əməliyyatını davam etdirərək Mincivan qəsəbəsini və daha bir neçə yaşayış məntəqəsini azad edib.

Xatırladaq ki, Zəngilan döyüşlərinə qədər ordumuz düşmənin 40-a yaxın T-72 tankını qənimət olaraq götürmüşdü.(Virtualaz.org)


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.