Pakistanlı jurnalist: "Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənib"
Pakistanlı jurnalist: "Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənib"

Azərbaycan xalqı böyük həvəslə öz ölkəsinin və demokratiyanın möhkəmlənməsinə köklənib.

Bunu Trend-ə Pakistanın "Daily National Herald Tribune" informasiya agentliyinin baş redaktoru Riaz Malik deyib.

Bakıya jurnalistlərdən ibarət nümayəndə heyətinin tərkibində gələn R.Malik parlament seçkilərini işıqlandıracaq.

O, seçkilərin Azərbaycanın gələcək inkişafına və çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib:

"Ölkədə seçkilərin maksimum azad və ədalətli keçirilməsi üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan xalqı ölkəsində demokratiyanın möhkəmlənməsi üçün öz vətəndaş borcunun icrasına böyük həvəslə köklənib".
Tarix: 7-02-2020, 13:21