8-11-2023, 09:36 | İsrail ordusu Qəzzanın mərkəzinə daxil oldu

İsrail ordusu Qəzza şəhərinin mərkəzinə daxil olub.
Bu barədə məlumatı İsrailin müdafiə naziri Yoav Gallant açıqlayıb.
Gallant həmçinin bildirib ki, müharibədən sonra nə İsrail, nə də HƏMAS Qəzzaya hakim olacaq.//musavat.com//
8-11-2023, 09:24 | Azərbaycan UNESCO-nun Baş Konfransının vitse-prezidenti seçildi

UNESCO-nun Baş Konfransının 42-ci sessiyası işə başlayıb.
Sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib.
Sessiya çərçivəsində Baş Konfransın gündəliyi qəbul ediləcək. Qurumun 2018-2021-ci illər üzrə fəaliyyətinə dair Baş direktorun hesabatı, eləcə də İcraiyyə Şurasının fəaliyyəti və proqramının icrasına dair hesabatı dinləniləcək.
42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.
Baş Konfransın 42-ci sessiyası noyabrın 22-dək davam edəcək.
Trend
23-10-2023, 09:12 | Makron İsrailə səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 24 oktyabr tarixində İsrailə səfər etməyi planlaşdırır.
Bu barədə Yelisey Sarayının məlumatında deyilir.
Qeyd edək ki, bundan öncə E.Makron İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmışdı.
23-10-2023, 09:10 | İran savaşa girə bilər - ABŞ hədələdi

ABŞ İsrail və HƏMAS müharibəsinin İranın iştirakı ilə eskalasiyası ehtimalından narahatdır.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Biz İranın "etibarlı adamları"nın şəxsi heyətimizə, xalqımıza qarşı hücumlarını artırması ehtimalından narahatıq. Mümkün eskalasiyanı gözləyirik. Heç kim bu məqamdan istifadə edərək İsrailə və ya buna görə bizə, şəxsi heyətimizə hücumları artırmamalıdır. Hər cür tədbir görürük, lazım gələrsə, həlledici cavab verəcəyik", - deyə amerikalı rəsmi bildirib.
23-10-2023, 08:42 | Qədim Misir məbədində yeni il rəsmi tapıldı

Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.
Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.
Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.
Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.
Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir.
20-10-2023, 09:21 | ABŞ HDQ esminesi Yəməndən atılan raketləri və PUA-ları vurdu

ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Yəməndən atılan üç raket və bir neçə pilotsuz uçuş aparatını vurub.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" idarə olunan raket ilə təchiz olunan esminesi Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) potensial olaraq İsraildəki hədəflərə hücum edə biləcəyi üç raket və bir neçə pilotsuz uçuş aparatını vurub.
P.Rayder qeyd edib ki, ABŞ hərbçiləri və mülki şəxslər arasında itki yoxdur.
"Bu raketlərin və dronların nəyi hədəf aldığını dəqiq deyə bilmərik, lakin onlar Yəməndən, Qırmızı dəniz boyunca şimala doğru, potensial olaraq İsraildəki hədəflərə doğru atılıb", - deyə o əlavə edib.
Respublica.Az
15-10-2023, 22:49 | BMT-nin Livandakı mənzil-qərargahına raket düşdü

BMT-nin Livandakı mənzil-qərargahına raket düşüb.
Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın saytı xəbər verib.
Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
Respublica.Az
15-10-2023, 20:58 | İsrail “Hizbullah”ın infrastrukturuna zərbələr endirir

İsrail təyyarələri "Hizbullah"ın Livandakı infrastrukturuna zərbələr endirir.
Respublica.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) mətbuat xidməti məlumat yayıb.
"İMO qırıcıları hazırda "Hizbullah"ın Livandakı hərbi infrastrukturuna zərbələr endirir", - açıqlamada deyilib.
Mətbuat xidməti nəql edib ki, Livanla sərhəddə İsrail hərbçilərinə atəş açılması ilə əlaqədar həmin bölgədəki Müdafiə Ordusunun əsgərləri cavab atəşi açırlar.
Respublica.Az
15-10-2023, 20:56 | “Hizbullah” İsraili raket atəşinə tutdu: 8 nəfər yaralandı

Livan "Hizbullah"ının İsrailin şimalını raket atəşinə tutması sonucunda 8 nəfər yaralanıb.
Respublica.Az report-a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin "Haaretz" qəzeti yazıb.
Nəşrin məlumatına görə, zərərçəkmişlərdən iki nəfərin vəziyyəti ağırdır. Onlar qəlpə yaraları alıblar. Bir nəfərin vəziyyəti isə orta ağırdır. Qalan beş nəfər yüngül xəsarətlər alıblar. Zərərçəkmişlərin hamısı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, daha öncə İsrail Müdafiə Ordusu Livanın cənubuna faktiki olaraq nəzarət edən "Hizbullah" partiyasının hərbi qanadının ölkənin şimalını atəşə tutduğunu və bununla əlaqədar cavab tədbirlərinin görüldüyünü açıqlamışdı.
Qeyd edək ki, Livan hökuməti 2000-ci ildən ölkənin cənubunu İran dəstəkli "Hizbullah"a həvalə edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 2000-ci ilin mayında İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasından sonra Beyrut ölkənin sözügedən ərazisinə nəzarəti almalı olsa da, lakin bu baş verməyib. Livan hökuməti gizli şəkildə "Hizbullah"a Livanın cənubuna tam nəzarət etmək imkanı verib.
"Hizbullah" bir sıra Qərb ölkələrində terror təşkilatı kimi tanınır.
Respublica.Az
15-10-2023, 20:44 | İsrail tarixində ilk genişmiqyaslı təxliyə...

İsrailin cənubundakı təxminən 30 min əhalisi olan Sderot şəhərində əyalət tarixində ilk genişmiqyaslı təxliyə başlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,bu barədə şəhər merinin müavini Elad Kalimi "The Times of Israel" qəzetinə müsahibəsində bildirib.
Calimi bildirib ki, indiyədək əhalinin təxminən üçdə ikisi təxliyə edilib. Yaxın vaxtlarda daha bir neçə min insan təxliyə ediləcək.
Onun dediyinə görə, sakinlər Təl-Əviv, Qüds və Eylata köçürülür. Qurum rəsmisi sakinlərin 10 faizininmüxtəlif səbəblərdən evakuasiyadan imtina edə biləcəyini də istisna etməyib.
Deyilənlərə görə, Sderot 1950-ci illərin əvvəllərində Negev səhrasının inkişafı proqramının bir hissəsi kimi təsis edilib. Şəhər Qəzza zolağı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşir.
Xadırladaq ki, oktyabrın 7-də Sderot bir neçə saat HƏMAS və İslami Cihadınnəzarəti altında olub.
Respublica.Az


















