18-06-2022, 07:55 | Consonun Zelenskiyə hədiyyəsi maraq yaratdı
Böyük Britaniya Baş naziri Boris Conson Kiyevdəki görüşdə Ukrayna lideri Vladimir Zelenskiyə kraliça II Yelizaveta haqda kitab hədiyyə edib.
axar.az-a istinadən bildirir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Bildirilib ki, Consonun hədiyyə etdiyi kitab "Dövrümüzün kraliçası: II Yelizavetanın həyatı" adlanır.
Conson kitabı Zelenski üçün özü imzalayıb.
Consonun bu hədiyyəsinin hansı rəmzi məna daşıdığı bilinmir.
18-06-2022, 07:42 | Ukraynanın AB üzvlüyünə Putindən reaksiya
Rusiya Ukraynanın Avropa Birliyinə qoşulmasına qarşı deyil.
axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, Ukraynanın AB-yə üzv olması Rusiyanın əleyhinə deyil: "Əleyhimizə heç nə yoxdur, bu, hərbi blok deyil".
Putin bununla yanaşı vurğulayıb ki, Ukraynanın AB-yə üzv olması onlar üçün faydalı olacaq: "Bu, ukraynalıların və hakimiyyətinin işidir".
Rusiya lideri Ukraynanın AB-yə üzv olmasının Kiyevi asılı vəziyyətə gətirəcəyini də qeyd edib:
"AB-yə üzv olduğu təqdirdə böyük subsidiyalar tələb edəcək və yarımmüstəmləkəyə çevriləcək".
Qeyd edək ki, bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya AB-yə namizəd statusu verilməsi barədə müsbət rəy qəbul edib.
18-06-2022, 07:39 | Ukrayna bu ərazini geri qaytarıb
Ukrayna ordusu Xarkov vilayətinin İzyum rayonunun Dmitrovka kəndini Rusiya hərbçilərindən geri alıb.
"report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.
Həmçinin müxtəlif istiqamətlərdə bir neçə hücum cəhdi də dəf edilib.
Xatırladaq ki, iyunun 16-da Rusiya hərbçiləri Xarkov vilayətini yenidən atəşə tutub, iki nəfər yaralanıb. Ümumilikdə, son sutka ərzində rayonda azı 10 fərdi evə ziyan dəyib, məktəb və yaşayış binası dağılıb.
18-06-2022, 07:35 | Rusiya-Ukrayna danışıqlarının bərpası gözlənilir
"Rusiya və Ukrayna arasında danışıqlar yaxın vaxtlarda bərpa oluna bilər".
"qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, danışıqlar qrupunun üzvü Leonid Slutski bildirib.
Ətraflı
"Mən istisna etmirəm ki, biz danışıqları yaxın gələcəkdə də davam etdirəcəyik", - deyə o qeyd edib.
O, həmçinin bildirib ki, "danışıqlar yalnız Rusiya Federasiyası Prezidentinin gündəliyi əsasında bərpa oluna bilər".
18-06-2022, 07:26 | Tokayev:"Qazaxıstan qondarma "DXR" və "LXR"-i tanımayacaq"
Qazaxıstan qondarma Donetsk ("DXR") və Luqansk ("LXR") "xalq respublikaları"nı tanımayacaq.
"report"a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.
"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib", - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplərini rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda olacaq.
"Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Və görünür, bu prinsip kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir", - Tokayev əlavə edib.
Lakin o, millətlərin müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirlərini dəqiqləşdirməyib.
18-06-2022, 07:13 | Bu ölkədə həftədə 3 gün istirahət olacaq
Belçikada koalisiya hökumətini təşkil edən partiyalar gündəlik iş saatlarının artırılması, həftədə 4 gün işləmək, iş saatları xaricində mesaj və e-poçtları yoxlamamaq hüququ kimi məsələlərdə razılığa gəliblər.
Bu gün Belçikada hökumətin razılaşdığı "əmək islahatı" işçilərin hüquqları ilə bağlı müxtəlif mövzularda yeniliklərə qərar verib.
Belə ki, daha əvvəl qəbul edilmiş və işçilərin iş vaxtını gündə 10 saata çatdıraraq həftədə 4 gün işləməyə imkan verən təkliflə bağlı yekun razılıq əldə edilib.
Razılığa gəlinən digər məsələ isə işçilərin iş saatları xaricində iş yerindən onlara göndərilən elektron poçt və internet mesajları kimi bildirişlərə cavab verməmək hüququ olub.
Hökumətin əmək islahatları paketində 2030-cu ilə qədər məşğulluğun 80 faizə çatdırılmasına yönəlmiş bəzi qaydalar da var.
Bu çərçivədə internet satış tətbiqləri üçün işçilərin hüquqlarının artırılması, işçilərin əlavə təhsil hüququ, e-ticarət işçilərinin gecə işləməsi kimi çevik iş hüquqları da islahatlar paketinə daxildir.
18-06-2022, 07:09 | Britaniyadan Ukraynaya TƏKLİF
Böyük Britaniyanın Baş naziri Boris Consin Kiyevə səfəri zamanı ukraynalı hərbçilərin kütləvi hazırlıq proqramını təklif edib.
APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə bildirib.
Proqram hər 120 gündə 10 000 hərbçinin təlim keçib hazırlanmasını nəzərdə tutur.
17-06-2022, 07:47 | “Rusiya heç kimə hücum etməyib” - Lavrov
"Rusiya Ukraynada heç kimə hücum etməyib".
"qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
O qeyd edib ki, Ukrayna rejimi mülki əhaliyə və şəhərlərə hücum edir:
"Biz heç kimə hücum etməmişik. Ukraynalılar ruslara hücum etdilər. Başqa seçimimiz yox idi. Ölkə hakimiyyəti bunları dəfələrlə izah edib".
Lavrov onu da bildirib ki, Ukrayna özü Rusiya ilə danışıqlar aparmaq istəmədiyinə imza atıb.
17-06-2022, 07:46 | Zelenski komandanlığa tapşırıq verib
Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan yeni mümkün hücum təhlükəsi ilə bağlı iclas çağırıb.
APA-ya istinadən bildirir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov "Talk Great Lviv" proqramının efirində açıqlama verib.
Bildirilib ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının komandanına dörd ərazidə yoxlama barədə tapşırıq verib.
"Belarus istiqamətinə gəlincə, nəzərinizə çatdırmaq istəyirəm ki, burada Milli Təhlükəsizlik və Müdafiə Şurasından əlavə, ali baş komandanın qərargahı
Dünən prezident qərargaha zəng vurdu və konkret olaraq Belarus məsələsi müzakirə olundu. Bütün orqanlar Belarus ordusunun hansı vəziyyətdə olması barədə qiymətləndirmə aparıb. Bütün prosseslər isə prezidentin nəzarətindədir.
Nəticə etibarı ilə indi dörd istiqamətdə yoxlamalara başlanılıb. Əgər hər hansı bir çağırış olarsa buna hazır olmalıyıq",- deyə Aleksiy Danilov bildirib.
Danilov yoxlamanın hansı ərazilərdə aparılacağını açıqlamayıb.
Qeyd edək ki, Belarusiya Ukraynanın 5 regionu ilə Çerniqov, Kiyev, Jitomir, Rivne və Volın ilə həmsərhəddir.
17-06-2022, 07:37 | Britaniya Ukraynanı GÜCLƏNDİRİR: tezliklə ölkənin şərqində..
Böyük Britaniya Ukraynaya 20-dən çox M109 özüyeriyən artilleriya qurğusu təhvil verməyi planlaşdırır.
Bunu Britaniyanın müdafiə naziri Ben Uolles NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasının yekunları üzrə deyib.
Onun sözlərinə görə, Belçikadan alınan 155 millimetrlik ACS təmirdən sonra Ukraynaya gətiriləcək.
Uolles həmçinin qeyd edib ki, Ukrayna tezliklə ölkənin şərqində mühüm irəliləyiş əldə edə biləcək. Nazir vurğulayıb ki, ukraynalı hərbçilərə yeni silahlardan istifadə üzrə təlim keçmək bu səylərin əsas elementi olub.
Nazir qeyd edib ki, cəbhənin bəzi bölgələrində Rusiya artilleriyasını cəmləşdirib ki, bu da Ukrayna qüvvələrini onlarla dəfə üstələyir.
Uolles əmindir ki, müttəfiqlər müharibədə qalib gəlmək üçün Ukraynaya kifayət qədər silah verirlər.
"Düşünürəm ki, ukraynalıların yaxın bir neçə həftə ərzində ölkənin şərqində əhəmiyyətli irəliləyiş əldə etmək və ya hətta Odessa kimi yerləri müdafiə etmək imkanı var və olacaq", - Uolles bildirib.