15-06-2022, 12:17 | Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR: PZR test tələbi LƏĞV EDİLDİ

Gürcüstan hökuməti xarici ziyarətçilər üçün tam vaksinasiya haqqında sənəd və PZR testinin mənfi cavabının təqdim edilməsi öhdəliklərini ləğv edib.
APA-ya istinadən bildirir ki, müvafiq qərarı ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb. Qərara əsasən, bu gündən etibarən vətəndaşlığından asılı olmayaraq xaricdən gələn hər bir şəxs COVİD-19 virusu əleyhinə tam vaksinasiya pasportunu və son 72 saat ərzində əldə edilmiş PZR testinin mənfi cavabını təqdim etmək öhdəliyindən azad edilib.
15-06-2022, 10:47 | Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib - Britaniya kəşfiyyatı

Bir aydan çox davam edən şiddətli döyüşlərdən sonra Rusiya qüvvələri Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib.
APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın şəhər döyüşləri taktikası artilleriyadan güclü istifadəyə əsaslanır ki, bu da bütün şəhər boyunca genişmiqyaslı ölümlərə və dağıntılara səbəb olur.
Məlumatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin elementləri yüzlərlə mülki şəxslə birlikdə Severodonetskin sənaye zonasında yerləşən "Azot" zavodunun bunkerlərinə sığınıblar.
Əlavə olunub ki, Rusiya qüvvələri "Azot" zavodunun daxilində və ətrafında qalmalı olacaqlar ki, bu da həmin bölmələrin yeni tapşırıqların icrası üçün digər yerlərə göndərilməsinin qarşısını müvəqqəti alacaq.
Məlumatda vurğulanıb ki, Rusiya ehtimal ki, işğalın orijinal planlaşdırılması zamanı bu cür güclü müqavimət və ya yavaş, aşındırıcı münaqişə gözləməyib.
15-06-2022, 10:21 | Siyasətçilərin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb

Hindistanın hakim partiyasından olan siyasətçilərin Məhəmməd peyğəmbərlə bağlı təxribat xarakterli açıqlamaları Fars körfəzi ölkələri ilə Hindistan arasında münasibətlərin soyuqlaşmasına səbəb ola bilər.
oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Ətraflı
Qətərin peyğəmbərlə bağlı qəbuledilməz ifadələri pisləməsindən sonra bu barədə söhbətlər daha da şiddətlənib.
Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi hökumətin mövqeyinə aydınlıq gətirib və ölkədə bütün dinlərə hörmət edildiyini və alçaldıcı ifadələrin "marjinal elementlər tərəfindən" səsləndirildiyini bildirib.
15-06-2022, 09:57 | ÜST yeni xəstəliyin yayılmasına görə fövqəladə iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin dünyaya yayılma təhlükəsini qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb.
oxu.az-a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O, qeyd edib ki, iclas cümə axşamı, iyunun 23-də baş tutacaq.
Məlumata görə, bu il 39 ölkədə 1600 təsdiqlənən və 1500 şübhəli meymunçiçəyinə yoluxma hadisəsi və 72 ölüm qeydə alınıb.
15-06-2022, 09:50 | Zelenski Baydenə CAVAB VERDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin Rusiyanın müharibəyə hazırlaşması ilə bağlı ABŞ kəşfiyyatının əldə etdiyi məlumatları eşitmək istəmədiyi və Ukraynanın tələblərinin yerinə yetirilmədiyi barədə sözlərinə cavab verib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Zelenski bu haqda Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.
"Ukrayna tərəfi sual verməlidir və bu sual həm Avropanın bir çox dövlət başçılarına, həm də ABŞ Prezidentinə ünvanlanmalıdır. Ukrayna Prezidenti kimi məni əvvəlcədən dinləsəydilər, ədalətli olardı. Kaş ki, xəbərdarlıq etdiyimizi eşitsəydilər", - o ABŞ Prezidenti Co Baydenin sözlərini xatırladaraq deyib.
"Qara dənizlə bağlı strategiyamızın təqdimatı, tərəfdaş ölkə ilə Qara dəniz donanmasının yaradılmasıdır. Biz bunu təklif etmişdik. Rusiyanın Qara dənizi bağlayacağını söylədik", Prezident vurğulayıb.
Zelenski raket proqramı haqqında da danışdıqlarını qeyd edib:
"Mən bunu bir il əvvəl dilə gətirdim və özümüzü qorumaq üçün hansı hava hücumundan müdafiəyə ehtiyacımız olduğu ilə bağlı proqramı təqdim etdim. Sualınıza düzgün cavab budur".
15-06-2022, 09:45 | Pentaqon: ABŞ Ukraynaya daha çox raket sistemi göndərəcək

ABŞ hökuməti Ukraynaya əlavə çoxlu raket qurğuları göndərəcək.
"report"a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin müavini Kolin Koul bildirib.
"Biz ukraynalıları Ukrayna ərazisində öz məqsədlərinə çatmaq üçün lazım olan hər şeyi təmin edəcəyik", - Koul deyib.
Məlumata görə, Ukrayna rəsmiləri onlara azı 60 reaktiv yaylım atəşi sistemi lazım olduğu barədə müraciət edib.
Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib ki, sözügedən məsələ Brüsseldə 50-yə yaxın ölkənin iştirakı ilə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasında müzakirəyə çıxaracaq.
15-06-2022, 09:36 | Bu ölkədə inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb

İsveçdə inflyasiya apreldə 6,4 faizdən may ayında 7,2 faizə yüksəlib.
Trend yerli KİV-ə istinadla xəbər verir ki, bu İsveç Statistika İdarəsinin (SCB) məlumatlarında öz əksini tapıb.
Qeyd olunur ki, bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir. Beləliklə, İsveçdə inflyasiya 31 illik rekordu təzələyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, bahalaşma əsasən ət, süd, pendir və yumurta kimi ərzaq məhsullarını əhatə edib.
Rekord qiymət artımı bütün Avropada müşahidə olunur. Avrozonada illik inflyasiya may ayında 8,1 faizə qədər sürətlənib. Bu, ardıcıl yeddinci rekorddur - apreldə bu göstərici 7,4 faizə çatmışdır. Yaranan vəziyyət əsasən enerji daşıyıcılarının qiymətinin qalxması ilə əlaqələndirilir.
15-06-2022, 09:35 | Zelenskidən Qərbə ÇAĞIRIŞ

Ukraynanın indi ən çox müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bu, hərbçilərə Rusiyanın Ukrayna yaşayış məntəqələrinə hücum etmək üçün istifadə etdiyi raketlərin əksəriyyətini vurmağa imkan verəcək.
Bu barədə "report" Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir.
"Tərəfdaşlarımıza dönə-dönə təkrar edirik ki, Ukraynanın müasir raket əleyhinə silahlara ehtiyacı var. Bizim dövlətimiz onlara hələ kifayət qədər malik deyil, lakin Avropada belə silahlara ən çox ehtiyacı olan məhz bizim dövlətimizdir", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bəzi ölkələrin hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını gecikdirməsi heç bir bəhanə ola bilməz. Axı, Ukrayna genişmiqyaslı zəbtdən çox əvvəl müvafiq silahları istəyib.
Eyni zamanda Prezident əlavə edib ki, bu həftə Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edə biləcək ölkələrin nümayəndələri ilə çoxlu danışıqlar aparıb.
15-06-2022, 09:14 | Erməni mediasında sensasiya: “Azərbaycan nə pislik edib, biz quldurluq etdik”

Ermənistan vətəndaşı ermənilərin Milli Qəhrəman hesab etdiyi Leonid Azqaldiyanın abidəsini murdarlayaraq heykəlin burnunu sındırıb.
"Ölkə.az"a istinadən xəbər verir ki, heykəli murdarlayıb, sındıran İrəvan sakini Karen Xaçatryan "Hraparak"ın redaksiyasına gedərək, niyə belə bir addım atdığının səbəbini açıqlayıb:
"Bir daha deyirəm, Leonid Azqaldiyanın heykəlini murdarladım və zədələdim. Çünki xalqımız onun və onun kimilərin ucbatından bu günə düşüb. İstər 2020-ci ildə, istərsə də ondan əvvəl, 30 ildə çox şeyləri qurban vermişik..."
Xaçatryan daha sonra deyib ki, baş nazir Nikol Paşinyana hörmət edir. O iddia edir ki, bu gün Ermənistanda baş verənlərin, Nikol Paşinyanın günahı yoxdur, günahkarlar 1988-ci ildə Leonid Azqaldiyan başda olmaqla meydana çıxan insanlardır.
"90-cı illərdə qonşu dövlətimizə qarşı mənasız quldur hücumu təşkil olundu. 30 ildir onların torpaqlarını işğal etmişik, indi cavabını veririk. Mən ədalətin tərəfdarıyam, ədalətli olanları müdafiə edirəm. Üstəlik, demək istəyirəm ki, erməni millətimiz hələ də o vətənin xaini Azqaldiyanın ucbatından əziyyət çəkir. Biz niyə Azərbaycanın düşməniyik, axı, bizə nə pislik edib? Torpağı işğal etdilər, nə etdilər, qətllər etdilər, bizə nə etdilər? Nəhayət ki, torpaqlarını azad etdilər, bizim torpaqlarımızı işğal edə bilərlərmi? Erməni millətinin satqınları Azərbaycanın torpaqlarını işğal edib, bizi yandırıblar. Onu da qeyd edim ki, itkin düşən fizik Azqaldiyanın heykəlinin burnunu sındırdığım üçün polis idarəsində iki polis əməkdaşı tərəfindən işgəncələrə məruz qaldım. Vazgen Sarkisyan daha bir satqın idi...", - Xaçatryan qeyd edib.
O daha sonra Azərbaycanın istintaq orqanlarına üz tutaraq müraciət edib: "Məsələyə Azərbaycanın istintaq orqanlarının diqqətini cəlb etmək istəyirəm. Bütün şikayətlərimə baxsınlar. Əminəm ki, onlar doğru olanı edəcəklər. Azərbaycanın hüquq-mühafizə orqanlarını Ermənistana dəvət etmək pis olmazdı. Azərbaycan hüquq-mühafizə orqanları ancaq Ermənistanda nizam-intizam yarada, Fransa meydanını o müxalifətdən təmizləyə bilər. Paşinyan ədalətli insandır, onun əməllərində, hər şeydə ədalət görürəm. İnsana doğru işini görməyə icazə verilmir. Hüquq mühafizəçiləri mənim Nikol Paşinyanla bağlı fikirlərimi bölüşmürlər. Mən deyəndə ki, Qarabağ Azərbaycana məxsusdur, dərhal qəzəbləndilər. Ölkəmizin rəhbərinin fikirləri bir çox polislərin xoşuna gəlmir".
10-05-2022, 09:04 | ABŞ KXDR ilə bağlı BMT TŞ-nın çağırılmasını tələb edib

ABŞ mayın 11-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqları ilə bağlı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı sorğu göndərib.
"ABŞ çərşənbə günü (11 may - Red) günortadan sonra görüş tələb edib", - mənbə bildirib.
KXDR nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb. "Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir", - KXDR bildirib.
Cənubi Koreya ordusu şimalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.
Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von isə bildirib ki, Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.


















