22-11-2021, 09:21 | Türkiyə Yunanıstan tərəfini sağlam düşüncəyə və dürüstlüyə çağırıb
Rəsmi Afina bir tərəfdən dialoqdan danışarkən, digər tərəfdən də Türkiyə ilə bağlı hər gün düşmənçilik, təxribat xarakterli açıqlamalar verir.
Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Tanju Bilgiç Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendiasın 19 Noyabr 2021-ci il tarixli bəyanatına cavab olaraq bildirib.
Türkiyə XİN təmsilçisi bəyanatında Yunanıstanı sağlam düşüncəyə, dürüstlüyə və səmimiyyətə dəvət edib.
"Türkiyənin öz bölgəsində və yaxın ətrafında sülh və sabitliyin təmin edilməsində oynadığı əsas rolu həzm edə bilməyən Yunanıstanın hər mövzuda Türkiyə ilə rəqabət aparmaq, əməkdaşlığ əvəzinə gərginliyə üstünlük vermək, Türkiyəyə qarşı süni ittifaqlar yaratmaq cəhdləri əbəsdir", - deyə Tanju Bilgiç vurğulayıb.
22-11-2021, 09:19 | Fransada COVID-19 5-ci dalğasının sürətlə yayılması barədə xəbərdarlıq edilib
Fransa hakimiyyəti COVID-19 koronavirusun növbəti dalğasının çox sürətli yayılmasının əlamətlərini görür.
Trend-ə istinadən bildirir ki, bunu hökumət sözçüsü Qabriel Attal bildirib
O pandemiyanın beşinci dalğasının ildırım sürəti ilə başladığını deyib. Attal vurğulayıb ki, ölkədə son həftə ərzində yoluxanların sayında 80%-dək artım qeydə alınıb.
Hökümət sözçüsü qeyd edib ki, belə vəziyyətdə dövlət müvafiq sanitar pasportların istifadəsini daha da gücləndirmək niyyətindədir.
Ötən gün Fransa Səhiyyə Nazirliyi koronavirusa daha 22,6 min nəfərin yoluxduğunu və xəstələrdən 23 nəfərin həyatını itirdiyini bildirmişdir.
22-11-2021, 09:17 | ABŞ-da 10 minədək dəniz piyadası ordudan qovula bilər
ABŞ Dəniz Piyadaları Korpusunun 10 000-ə yaxın hərbi qulluqçusu hələ də koronavirusa qarşı peyvənd olunmaq tələbini yerinə yetirmədiyi üçün Silahlı Qüvvələrdən qovula bilər, baxmayaraq ki, bunun üçün son tarix noyabrın 28-də başa çatır.
Trend-ə istinadən bildirir ki, bu günə qədər dəniz piyadalarının təxminən 94% -i peyvənd olunub, lakin bu, digər qoşun növləri ilə müqayisədə hələ də ən aşağı göstəricilərdən biridir.
Quru Qoşunlarında qulluqçuların 95%-i azı bir doza peyvənd alıb, tam peyvənd üçün son tarix dekabrın 15 gözstərilir. Eyni zamanda, Hərbi Dəniz Qüvvələrində hərbçilərin 99,7%-i ən azı bir doza qəbul edib, burada da noyabrın 28-dək tam peyvənd olunmaq lazımdır.
22-11-2021, 09:16 | Rumen Radev Bolqarıstanda prezident seçkilərinin ikinci turunda qalib gəlir
Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərində qalib gəlir. Səsvermənin ikinci turunda, exit-polların nəticələrinə görə, o, təxminən 64% səs toplayıb. Onun rəqibi Anastas Gerdjikov 34% səs toplayıb, seçicilərin təxminən 2% -i hamının əleyhinə səs verib.
Trend-ə istinadən bildirir ki, "Gallup International" sosioloji agentliyinin məlumatına görə, seçicilərin 65,7%-i Radevə səs verib, "Alpha Research"in məlumatına görə, 63,7%-i onun namizədliyini dəstəkləyib. Gerdjikova seçicilərin müvafiq olaraq 31,4% və 33,1% səs verib.
Seçki fəallığının rekord dərəcədə aşağı olduğunu qeyd edilir. İkinci turda seçicilərin cəmi 33,7%-i iştirak edib.
22-11-2021, 08:43 | SİYASƏTİQTİSADİYYATŞOU-BİZNESKRİMİNALİDMANDÜNYAMARAQLITREND TVDAYTUBEHAVA Peskovdan Ərdoğanın gündəm olan şəkli ilə bağlı - Açıqlama
Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP sədri Dövlət Baxçalı ilə görüşündə "Türk dünyası" xəritəsi ilə çəkdirdiyi şəkli şərh edib.
"qafqazinfo"-ya istinadən xəbər verir ki, Peskov bu barədə "Rossiya 1"ə danışıb.
"Rusiyanın türk tərəfdaşlarının "Türk birliyi" ideyasını inkişaf etdirməsi normaldır. Ancaq Kreml tarixi olaraq Rusiya Federasiyasına aid olan Altayın olduğu qızıl ulduzun əskikliyinə görə məyusdur", - Peskov bildirib.
"Bu şəkildə qızıl ulduz əskikdir. Türk dünyasının mərkəzi olaraq qəbul edilən bu ulduz Türkiyədə deyil, Rusiya torpaqlarındadır və hər türkün gəldiyi müqəddəs yer olan Altayda yerləşir", - Peskov bunu türkologiya mütəxəssisi kimi ediyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini hədiyyə edib. Xəritədə türk dövlətləri və türklərin yaşadıqları ərazilər, eləcə də, Azərbaycan qeyd edilib. Ərdoğanın şəkli sosial şəbəkələrdə gündəm olub.
17-11-2021, 08:23 | Türkiyə və Ukrayna prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə PA İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Qeyd olunur ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.
Dövlət başçıları həmçinin regional gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
17-11-2021, 08:21 | Peyvəndlərə qeyri-bərabər çıxış səbəbindən pandemiya uzanır - ÜST
Peyvəndlərə qeyri-bərabər çıxış və səhiyyə xidmətlərindəki uyğunsuzluq qlobal pandemiyanın uzanmasına gətirib çıxarır.
Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhlükəsizlik məsələlərinə həsr olunmuş forumda videoformatda çıxışı zamanı deyib.
O xatırladıb ki, rəsmi statistikaya görə, dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb, ancaq real rəqəm bundan xeyli artıqdır.
Ümumdünya Səhiyyə Təşkilatının noyabrın 16-na olan məlumatına görə, pandemiya başlayandan dünyada 253 640 693 nəfər bu virusa yoluxub və 5 104 899 ölüm faktı qeydə alınıb.
17-11-2021, 07:25 | Qırğızıstanda yeniyetmələr və hamilə qadınlar vaksinasiya olunacaq
]Qırğızıstan Səhiyyə Nazirliyi əhalinin COVID-19-a qarşı vaksinasiya tədbirləriylə maksimum əhatə olunmasına nail olmaq üçün 16-18 yaşlı yeniyetmələr, hamilə və laktasiya dövründə olan qadınları peyvənd edilməsi ilə bağlı qərar verib.
Qurumun yaydığı məlumatda bildirilir ki, 16 noyabr 2021-ci il tarixinə ölkə əhalisinin 46%-i COVID-19 peyvəndi ilə peyvəndin birinci dozasını, 37%-i isə ikinci dozanı qəbul edib.
Qeyd olunur ki, paytaxt Bişkek yoluxanların sayına görə qırmızı zonadan sarı zonaya keçib, bütün digər rayonlar və bütövlükdə respublika yaşıl zonadadır, qırmızı zonaya aid olunası bölgə yoxdur. da bir dənə də olsun rayon yoxdur. Davam edən peyvənd kampaniyası epidemioloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərir.
Trend
11-11-2021, 10:45 | ABŞ-dan ŞOK PLAN: Türkiyəni təkləmək üçün 8 ölkəyə təzyiq göstərib... - AKAR AÇIQLADI
Türkiyəyə "Patriot"ları satmayan və Rusiyadan "S400" aldığı üçün CAATSA-nı işə alan ABŞ-ın şok planı üzə çıxıb.
Bu barədə "Hürriyətə" Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.
Nazir deyib ki, ABŞ Ankaranı "F-35" programından kənarlaşdırmaq üçün "F-35" konsorsiyumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxardıb:
"9 ölkənin birləşərək qurduğu F-35 konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə F-35 ortaqlığı Türkiyəsiz yenidən quruldu".
"ABŞ rəsmiləri ilə təmaslarımız davam edir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər etdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir, - Akar qeyd edib.
11-11-2021, 10:36 | Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyi tarix bilindi
ABŞ prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin arasında virtual sammitin keçirilməsi noyabrın 15-nə planlaşdırılıb.
Trend bildirir ki, bu barədə ABŞ adminsitrasiyasındakı mənbəyə istinadən "Politico" xəbər verib.
Mənbənin sözlərinə görə, sammit noyabrın 15-i Vaşinqton vaxtı ilə axşam saatlarında keçiriləcək.
Xatırladaq ki, daha əvvəl C.Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyini tərəflər təsdiqləyib. Lakin sammitin keçiriləcəyi tarix barədə rəsmi açıqlama verilməyib.