15-06-2021, 08:46 | ABŞ-da tibbi maska üstündə atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub.
Hadisə Corciya ştatında, marketdə baş verib.
Belə ki, naməlum şəxslə kassir arasında tibbi maska üstündə mübahisə yaranıb. Naməlum şəxs silaha əl ataraq, kassirə atəş açıb, nəticədə mağazanın işçisi ölüb.
Bundan sonra mağazanın mühafizəçisi - keçmiş polis əməkdaşı ilə naməlum şəxs arasında atışma olub. Atışma zamanı onların hər ikisi xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
15-06-2021, 08:43 | Bennet İsrailin Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

İsrailin yeni Baş naziri Naftali Bennet bazar ertəsindən etibarən öz vəzifəsinin icrasına başlayıb, Qüdsdəki dəftərxanasına baş çəkib, işçiləri ilə görüşüb və təhlükəsizlik məsələləri ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının rəhbəri və hərbi müşaviri tərəfindən məlumatlandırılıb.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Bennet 14 iyun 2021-ci ildə baş nazirin Qüdsdəki dəftərxanasında vəzifəsinin icrasına başlayıb. O, dəftərxananın müxtəlif guşələrini ziyarət edib, işçilərlə görüşüb, həyat şəraitləri ilə maraqlanıb və hər kəsə gələcək fəaliyyətində məhsuldarlıq arzulayıb. Baş nazirin hərbi katibi və Milli Təhlükəsizlik Şurasının rəhbəri təhlükəsizlik məsələləri ilə bağlı Baş nazir Bennetə məlumat veriblər", - deyə məlumatda qeyd olunub.
4-06-2021, 08:27 | Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiq etdi

ABŞ Prezidenti Cozef Bayden iyunun 14-ü NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, tərəflər görüş zamanı ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Bildirilir ki, C.Bayden növbəti həftə Böyük Britaniya, Belçika və İsveçrəyə baş tutacaq səfəri çərçivəsində bir sıra dövlət və hökumət başçısı ilə də görüşəcək.
4-06-2021, 08:25 | İranda sutka ərzində koronavirusdan 170 nəfər ölüb

İranda ötən sutka ərzində 170 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 80 658 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 9 657 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 945 100 nəfərə çatıb. Virus daşıyıcılarından 4 005 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 508 907 nəfər koronavirusdan sağalıb, 20,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 4,56 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,03 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 532 min təşkil edir.
Koronavirusa yoluxma üzrə 16 rayon qırmızı və 201 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 231 rayon sarı zona hesab olunur.
Trend
3-06-2021, 09:20 | ABŞ bu şəxs haqda məlumata görə 7 milyon dollar təklif edir

ABŞ Dövlət departamenti "İslam məğribi ölkələrində Əl Qaidə" terror qruplaşmasının rəhbəri Əbu Ubeyda Yusuf əl-Anabinin harada olduğunun müəyyənləşdirilməsi ilə bağlı informasiyaya görə 7 milyon dollar mükafat təklif edib.
Bu barədə Dövlət Depatamentinin press-relizində bildirilib.
"Dövlət departamentinin proqramı "İslam Məğribi ölkələrindəki Əl-Qaidə" terror təşkilatının lideri Əbu Ubeyda Yusuf əl-Anabinin yerini və ya identifikasiyasını təyin edən məlumatlara görə 7 milyon dollar mükafat təklif edir", - məlumatda deyilir.
Müvafiq sənəddə qeyd olunur ki, 2020-ci ilin noyabrında qruplaşma Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən əvvəlki başçı Əbdülmalik Drukdelin 2020-ci ilin iyun ayında zərərizləşdirilməsindən sonra əl-Anabini yeni lider elan edib.
Trend
3-06-2021, 06:45 | 156 nəfər insanları qəsdən koronavirusa yoluxdurmaqda ittiham edilir

Çexiyada koronavirus pandemiyası dövründə polis 156 nəfər barəsində qəsdən xəstəliyə yoluxdurma ittihamı irəli sürüb.
Bu barədə ölkə Baş Prokurorluğunun hesabatında deyilir.
Həmin şəxslərin təqsiri sübut olunacağı təqdirdə 12 ilədək həbs cəzası verilə bilər.
Hesabata əsasən, 2020-ci ilin mart-may aylarında, pandemiyanın birinci dalğasında 14 nəfər insanları qəsdən yoluxdurmaqda şübhəli bilinib. 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinədək isə bu əməldə 142 nəfər ittiham olunub.
Çexiya qanunvericiliyinə əsasən, qəsdən yoluxdurma əməlinə görə 3 il həbs, fövqəladə rejim zamanı 8 il həbs cəzası verilir. Yoluxdurma nəticəsində 2 və daha artıq şəxsin ölməsi təqdirində 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Trend
2-06-2021, 08:40 | ABŞ-da yanğın stansiyasında atışma olub, ölən var

ABŞ-ın Aqua-Dulse (Kaliforniya ştatı) şəhərində yanğın stansiyasında atışma baş verib.
Trend-in məlumatına görə, bu barədə ABC televiziya şirkəti bildirib.
Məlumata əsasən, atışma nəticəsində ən azı bir nəfər həlak olub.
Yanğınsöndürmə bölməsinin binasında atışma əməkdaşlarından biri tərəfindən açıldığını ehtimal edilir.
Atışma nəticəsində ən azı bir yanğınsöndürən həlak olub. Daha bir əməkdaş isə yaralanaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.
2-06-2021, 08:32 | Ağ Evin bütün əməkdaşları işlərini iyul ayında ofisdə davam etdirəcəklər

Koronavirus pandemiyası səbəbindən məsafədən işləyən Ağ Evin əməkdaşları iyul ayında işlərini ofisdə davam etdirəcəklər.
Işçilər 6-23 iyul tarixləri arasında mərhələli şəkildə tam iş gününə qayıdacaqlar.
Eyni zamanda, işçilərin ofisdə işləməsinə mane olacaq hər hansı səbəb olarsa, rəhbərliyin razılığı əsasında məsafədən işləməyə icazə veriləcək.
"Forbes" jurnalının məlumatına görə, Ağ Ev işçilərinin 80-90 faizi bu il yanvar ayında - ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimindən bəri məsafədən çalışırlar.
Federal binalarda yalnız əməkdaşların 25 faizinə ofisdə işləmək imkanı verilib.
APA
2-06-2021, 08:29 | ABŞ-ın BMT-dəki daimi nümayəndəsi 2-4 iyun tarixlərində Türkiyəyə səfər edəcək

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Türkiyədə 2-4 iyun tarixlərində Suriyaya sərhədyanı yardım mexanizminin uzadılması perspektivlərini müzakirə edəcək.
Bu barədə BMT-nin Amerika missiyası bildirib.
Məlumatda qeyd olunub: "Səfir ABŞ-Türkiyə münasibətlərinin möhkəmləndirilməsini müzakirə etmək üçün Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcəkdir; qlobal problemlərin həlli üçün NATO müttəfiqlərimizlə işləmək; qaçqın böhranı da daxil olmaqla Suriya mövzusunda əməkdaşlığın yaxşılaşdırılması, habelə sərhədyanı yardımın göstərilməsində və Suriyalı qaçqınlara kömək edilməsində Türkiyənin vacib rolu".
Trend
2-06-2021, 08:20 | BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyətlə əlaqədar yüksək səviyyəli görüş keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) 22 iyun tarixində Əfqanıstandakı vəziyyət və bəynəlxalq təşkilatının bu ölkədəki missiyası ilə əlaqədar yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.
Bunu Estoniyanın BMT-dəki Daimi Nümayəndəsi Sven Yurqenson iyun ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Estoniyanın sədrliyinin başlaması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirdi.
O qeyd edib: "UNAMA, Əfqanıstan üzrə yüksək səviyyəli görüş keçirməyi planlaşdırırıq, bu mütəmadi bir görüş olacaq".
BMT Təhlükəsizlik Şurasının iyun ayı iclaslarının cədvəlində bu tədbirin 22 iyun tarixində keçirilməsi planlaşdırılır.
Trend


















