16-12-2020, 06:29 | Yeni koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Kanadanın baş naziri

Yeni koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Kanadanın baş naziri


Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.

Bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.

C.Trüdo deyib: "Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük".

Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.(Trend)

16-12-2020, 06:26 | 2020-ci ildə ən çox satılan ağıllı saatlar hansılardı?

2020-ci ildə ən çox satılan ağıllı saatlar hansılardı?


2020-ci ilin üçüncü rübündə ağıllı saat satışlarında əhəmiyyətli artım müşahidə olunub. Çin smart saat tədarükündə 6% artıma nail olsa da, Apple onu qabaqlayıb.

Counterpoint Research şirkətinin araşdırmasına görə, bu sektorda keçən ilin eyni dövrü ilə müqayisədə 6% artım müşahidə olunub.

Apple Watch vasitəsilə liderliyini yeniləyən Apple şirkətinin bazar payı 28% olub. Mütəxəssislərin fikrincə, buna səbəb bu il Apple Watch SE-nin təqdim edilməsidir.

Araşdırmaya görə, Huawei ən çox satılan ağıllı saat markasıdır. Keçən ilin eyni dövrü ilə müqayisədə istehsalını artırıb. İstehsal göstəriciləri 10%-dən 15%-ə yüksəlib. Şirkət məhsulları arasında uşaqlar üçün modellərə xüsusi tələbat müşahidə edilib.

Samsung, Galaxy Watch 3 ilə satışlarını 10%-ə qədər artıraraq bazarda əhəmiyyətli yeri tutub.(techland.az-)

16-12-2020, 06:22 | Tramp vaksinasiya olunmağa hazırdır

Tramp vaksinasiya olunmağa hazırdır


ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunmağa hazırdır.

Bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Keyli Makineni bildirib.

Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyasının rəhbərinin həkimləri vaksinasiyanı lazım bildikdə D.Tramp vaksinasiya olunacaq: "Hazırda prezident vaksinasiya olunmağa tam açıqdır, <...> ancaq bu yaxınlarda o, COVID-19 xəstəliyini keçirib".

16-12-2020, 06:19 | “Google” şirkəti “Android” sistemini əvəz edəcək “Fuchsia”nı əlçatan edəcək

“Google” şirkəti “Android” sistemini əvəz edəcək “Fuchsia”nı əlçatan edəcək


"Google" şirkəti yeni nəsil "Fuchsia" əməliyyat sisteminin mənbə kodunu açıq elan edib. Korporasiyanın hazırlamaları layihənin rəsmi saytında əlçatandır.

"Google" şirkətinin rəsmiləri entuziast və kənar tərtibatçıların 4 ildir hazırlanmaqda olan əməliyyat sisteminin inkişafına kömək edəcəklərinə ümid edirlər. Həm də şirkət "Fuchsia"nın hələ ki son məhsul kimi hazır olmadığını etiraf edib.

Korporasiya ƏS-nin hazırlanmasının dəqiq məqsədini açıqlamayıb. Entuziast və tərtibatçılar hesab edirlər ki, "Fuchsia" sistemi kompüter və "ağıllı" məişət texnikası daxil olmaqla istənilən qurğular üçün universal proqram platforması olacaq.
(ictnews.az-)

16-12-2020, 06:03 | 32 nüvəli “Apple” prosessoru buraxılacaq

32 nüvəli “Apple” prosessoru buraxılacaq


2021-ci ildə "Apple" kompüterləri üçün bir neçə yeni prosessor buraxılacaq. Bu barədə "Bloomberg" agentliyinin məlumatında deyilir.

Agentliyin hesabatına görə, 2022-ci ilin əvvəlində "Apple" istehsalı olan 32 nüvəli yeni prosessor əsasında "Mac Pro" kompüteri buraxılacaq. Müvafiq çipin 2021-ci ilin sonunda nümayişi planlaşdırılır. Həmçinin "Apple" mühəndisləri "MacBook Pro" üçün nəzərdə tutulacaq 16 və 32 nüvəli prosessorların yaradılması üzərində çalışırlar. Noyabrda təqdim edilən kompüterlər dörd yüksək məhsuldarlıqlı və dörd yüksək effektivli nüvə ilə təchiz edilən "M1" çipinə malikdir.

Bildirilir ki, hazırda 16 və 32 nüvəli prosessorların sınaqları keçirilir. Çiplərin yaxşılaşdırılması ilə yanaşı, "Apple" çoxlu - 16, 32 və 128 nüvə sayına malik qrafik prosessor buraxmaq niyyətindədir. İstehsalın qurulma sürətindən asılı olaraq qrafik prosessorların inteqrasiya olunduğu yeni çiplərin 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində nümayişi planlaşdırılır. Aktual kompüterlərdə istifadə edilən "M1" qrafik prosessoru 8 nüvəyə malikdir.

Xatırladaq ki, "Apple" şirkətinin "M1" prosessoru əsasında kompüterlər noyabrın 10-da təqdim edilib. ABŞ korporasiyası tərəfindən "MacBook Air", "MacBook Pro" və "Mac mini" kompakt kompüteri nümayiş olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, "Apple" istehsalı olan çiplərə tam keçid iki il ərzində başa çatacaq.

15-12-2020, 04:29 | Almaniya öz tarixinin ən sərt məhdudiyyət rejimini tətbiq edir

Almaniya öz tarixinin ən sərt məhdudiyyət rejimini tətbiq edir


Almaniyada koronavirusun yayılması ilə bağlı vəziyyətin son dərəcə mürəkkəbləşməsi səbəbindən dekabrın 16-dan başlayaraq ölkə tarixində ən sərt məhdudiyyətlər rejimi tətbiq ediləcək.

Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer televiziya müraciəti zamanı deyib.

"Əziz həmvətənlərim, irəliləyişə ümid edirdik. Lakin virus əvvəlki kimi bizi nəzarət altında saxlayır. Bu səbəbdən dekabrın 16-dan başlayaraq ictimai və şəxsi həyatımız Almaniya tarixində ən sərt məhdudiyyətlərə məruz qalacaq. Vəziyyət dəhşətlidir. Həftə ərzində mindən çox ölüm və virusun nəzarətdən çıxma təhdidi - radikal tədbirlərdən yayına bilmərik", - deyə dövlət başçısı bildirib.

Bir qədər əvvəl Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri ölkədə ümummilli məhdudiyyətlərin tətbiq olunması barədə razılığa gəliblər. Dekabrın 16-dan başlayaraq ölkədə ərzaq mağazalar və apteklər istisna olmaqla, bütün ticarət nöqtələri bağlanacaq. Pirotexniki avadanlıqların satışına qadağa qoyulacaq, spirtli içkilərin küçə satışları dayandırılacaq, insanların bir yerə beş nəfərdən çox yığışmasına icazə verilməyəcək. Həmçinin xəstəliyin sürətlə artacağı təqdirdə həmin tədbirlər bir qədər də sərtləşdiriləcək.

Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa 72 milyon 734 mindən çox yoluxma və 1 milyon 620 mindən çox ölüm faktı qeydə alınıb.

Almaniyada isə ötən sutka 17 min 891 nəfər koronavirusa yoluxub və bununla da yoluxanların ümumi sayı 1 milyon 338 min 483 nəfərə çatıb. Həmçinin COVID-19 infeksiyası səbəbindən 22 min 400-dən çox almaniyalı vəfat edib.

15-12-2020, 04:18 | Netanyahu üçüncü dəfə özünütəcrid rejiminə keçdi


Netanyahu üçüncü dəfə özünütəcrid rejiminə keçdi


İsrailin Baş Naziri Binyamin Netanyahu koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün dekabrın 18-dək özünütəcrid rejimində olacaq.

Bu barədə İsrail hökumətinin mətbuat katibi Anna Yonatan-Leus bildirib. Onun sözlərinə görə, Netanyahu iki dəfə test verib və nəticələr neqativ çıxsa da, özünütəcrid rejimində olacaq.

Qeyd edək ki, bu, Netanyahunun artıq üçüncü özünütəcrid rejimidir.Qafqazinfo

14-12-2020, 07:45 | Bu ölkədə dekabrın 15-dən karantin yumşaldılacaq

Bu ölkədə dekabrın 15-dən karantin yumşaldılacaq


Sloveniya hökuməti ölkədə tətbiq olunan karantin tədbirlərini 15-23 dekabr tarixlərində əhəmiyyətli dərəcədə yumşaltmaq qərarına gəldi.

Bu barədə ölkənin Baş naziri Yaneza Yanşı öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, bu müddət ərzində ictimai nəqliyyat, gözəllik salonları, çiçək dükanları, avtomobil yuma və kimyəvi təmizləmə məntəqələri "məhdud bir ölçüdə" ölkə daxilində fəaliyyətini bərpa edəcəklər. Bundan əlavə, ən yaxşı epidemioloji vəziyyətə malik olan 12 statistik bölgədən 4-ünün sakinlərinə COVID-19 daşıyıcılarına nəzarət etmək üçün quraşdırılmış tətbiq ilə yaşayış bələdiyyəsi hüdudlarından kənarda səyahət etməyə icazə veriləcəkdir.

14-12-2020, 07:42 | FTB ABŞ-da kompüter şəbəkələrinin sındırılması ilə bağlı araşdırma aparır

FTB ABŞ-da kompüter şəbəkələrinin sındırılması ilə bağlı araşdırma aparır


ABŞ Ticarət Nazirliyi tabeliyində olan Milli Telekommunikasiya və İnformasiya İdarəsinin kompüter şəbəkəsinin sındırılmasını təsdiq edib. Federal Təhqiqat Bürosu araşdırma aparır.

Bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik qeyd edib: "İdarələrimizdən birinin [kompüter şəbəkəsinin] sındırıldığını təsdiqləyə bilərik. CISA və FTB-нa araşdırma aparılması üçün müraciət etmişik, hal-hazırda [gedişatını] şərh edə bilmərik".Trend

14-12-2020, 06:55 | Dünyanın ƏN GÜCLÜ AVİASİYASINA sahib ölkələr - SİYAHI

Dünyanın ƏN GÜCLÜ AVİASİYASINA sahib ölkələr - SİYAHI


İngiltərənin "Flight International" jurnalının analitikləri dünyanın ən güclü Hərbi Hava Qüvvələrinin siyahısını hazırlayıb.

Qlobal Həri Hava Qüvvələrinin 25%-ni təşkil edən ABŞ Hərbi Hava Qüvvələri 13 min 232 texnikadan ibarət arsenalı ilə siyahıya rəhbərlik edir.

4 min 143 hərbi təyyarə və helikopteri olan Rusiya (qlobal hərbi təyyarə arsenalının 8% -i) ikinci yerdədir. Sıralamada üçüncü yeri 3 min 260 təyyarəyə (dünya donanmasının 6% -i) sahib olan Çin alıb.

Reytinqdə Hindistan dördüncü yerdədir: 2 min 119 təyyarə və helikopter (qlobal hərbi hava qüvvələrinin 4% -i). Beşinci yerdə isə Cənubi Koreyadır (qlobal arsrenalın 3% -i). Bu ölkənin hava qüvvələrinə 1 581 texnika daxildir.

Yaponiya, Pakistan, Fransa, Türkiyə və Misir dünyanın ən güclü hava qüvvələrinin ilk onluğunda yer alıb.

Texnologiyanın modelinə gəlincə, "Flight International" dünyanın ən çox tələb görən on hərbi təyyarəsini açıqlayıb. Burada müxtəlif ölkələrdə xidmətdə olan ABŞ istehsalı F-16 qırıcısını görmək olar. Rus silahları reytinqdə 4 mövqe tutub - ikinci (Su-27/30), beşinci (MiG-29), yeddinci (Su-25 hücum təyyarəsi) və onuncu (taktiki ön-bombardmançı Su-25).

İlk onluğa, Avropanın çoxfunksiyalı qırıcı "Eurofighter" və Çinin döyüş təyyarəsi J-7 daxildir. (publika.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.