30-11-2020, 11:56 | Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 155 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 617 327 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 215 nəfər ölüb, ölənlərin sayı 58 245 nəfər təşkil edir.
30-11-2020, 11:52 | Hindistan iqtisadiyyatı texniki tənəzzülə qədəm qoyub

Asiyanın üçüncü böyük iqtisadiyyata sahib ölkəsi olan Hindistanda ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə 7,5 faiz azalıb.
Hindistanın statistika ofisi bu barədə açıqlama yayıb. ÜDM-də iki ardıcıl rüb geriləmə qeydə alınan Hindistanda iqtisadiyyat texniki tənəzzülə qədəm qoyub. Əvvəlki rüb ÜDM 23,9 faiz geriləmişdi. Bu, Hindistan tarixində ən böyük, son 40 ildə isə ilk geriləmə olub.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən martın 25-də elan olunmuş karantin rejimi Hindistan iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bir müddət sonra karantin rejimində yumşalmalar olsa da, artıq iqtisadiyyatda geriləmə yaranıb, xeyli iş yeri bağlanıb.AZƏRTAC-
30-11-2020, 11:50 | Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 185 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 558 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 439 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 494 351 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 4 015 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 400 242 nəfər təşkil edir. Trend
27-11-2020, 09:42 | Çində koronavirusla bağlı son vəziyyət

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 495-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 558 xəstə sağalıb.
Ölkədə 303 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.
27-11-2020, 09:38 | Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 813 nəfər yoluxub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 129 213 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 115 384 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.
27-11-2020, 09:32 | Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyon nəfəri ötüb.
Trend-in TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Robert Kox İnstitutunun hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində koronavirusa 22 806 yoluxma halı qeydə alınıb, yoluxanların sayı 1 006 394 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 15 586 nəfər vəfat edib.
27-11-2020, 09:28 | Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqlayıb.
D.Tramp jurnalistlərə bildirib ki, seçicilər kollegiyası demokrat Cozef Baydenə səs versələr, o, Ağ Evi tərk edəcək.
ABŞ-ın hazırkı prezidenti bildirib: "Kütləvi saxtakarlıq olduğunu bildiyimiz üçün təslim olmaq çox çətindir. Zaman bizim tərəfimizdə, hər şey, faktlar bizim tərəfimizdə. Kütləvi saxtakarlıq var idi, ölkəmizdə belə bir şey olmamalı idi, biz sanki üçüncü dünya ölkəsiyik. Maşınlarımız var (səslərin sayılması üçün - red.), amma heç kim onların necə sayıldığını bilmir".
D.Tramp qeyd edib ki, seçicilər kollegiyası C.Baydenə səs verməklə səhvə yol verəcəklər, çünki seçkilərdə saxtakarlıqlar baş verib.
27-11-2020, 09:26 | Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib

İsveçli futbolçu Zlatan İbrahimoviç baş məşqçi Yanne Andersson ilə yığmanın heyətinə dönməsini müzakirə edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.
YşAndersson bildirib: "Zlatan milli komandaya qayıtması barədə düşünürdü və mənim üçün onunla ən qısa müddətdə görüşüb hər şeyi müzakirə etmək vacib idi. Görüşün bu qədər tez bir zamanda təşkil olunmasından məmnunam. Görüş çox məhsuldar keçdi, biz dialoqu davam etdirmək barədə razılığa gəldik".
Qeyd edək ki, Z.İbrahimoviç 2016-cı ildə milli komandada karyerasını başa vurmuşdu.
27-11-2020, 09:23 | S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq

Yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin deyib.
A.Yudin bildirib: "Qeyd etmək lazımdır ki,S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır".
Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi.
26-11-2020, 09:55 | Bu ölkənin keçmiş baş naziri koronavirusa yoluxaraq vəfat edib

Sudanın keçmiş baş naziri, müxalifət "Ümmət" partiyasının lideri Sadik əl-Mehdi koronavirusdan vəfat edib.
Bu il noyabrın əvvəlində Sadik əl-Mehdidə koronavirus aşkarlanıb.
84 yaşlı partiya sədrinin çərşənbə günü səhhəti pisləşib. Al-Arabiya telekanalının məlumatına görə, keçmiş baş nazir BƏƏ-də dünyasını dəyişib.
Xatırladaq ki, Sadiq əl-Mehdi iki dəfə Sudanın Baş naziri (1966-1967 və 1986-1989) olub. O, Ömər əl-Bəşirin hakimiyyətdə olduğu illərdə Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri idi.


















