26-11-2020, 09:53 | Yaponiyada quş qripi yayılmaqda davam edir

Yaponiya hökuməti ölkənin sayca üçüncü prefekturasında quş qripinin yayılmasını qeydə alıb.
Xəstəliyin növbəti ocağı Yaponiyanın qərbindəki Hyoqo prefekturasının Avadzi şəhərində aşkarlanıb. Sanitar tədbirlər çərçivəsində prefektura rəhbərliyi yerli quşçuluq təsərrüfatındakı 146 minə yaxın toyuğu məhv etmək niyyətindədir.
Daha əvvəl Kaqava və Fukuoka prefekturalarında quş qripinin yayılmasını qeydə alınmışdı. Bununla əlaqədar olaraq, regionda ümumilikdə 1,2 milyondan çox toyuq məhv edilib.
25-11-2020, 14:27 | Rusiyada son sutkada 23 675 nəfər koronavirusa yoluxub, 507 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 23 675 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Rusiyada COVID-19-a yoluxanların 2 162 503 nəfərə çatıb.
Son sutka ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 538 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.(APA)
25-11-2020, 13:02 | Türkiyədə peyvəndlənmə tarixi açıqlandı

Öz peyvəndimizlə bağlı vacib bir mərhələyə gəlmişik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən iclasında açıqlama verib.
"Peyvəndimizi ən gec aprel ayına qədər tətbiqetmə səviyyəsinə gətirməyi planlaşdırırıq. İnkişaf etdirdiyimiz peyvəndi bütün bəşəriyyətin xidmətinə təqdim etməyi düşünürük", - Ərdoğan qeyd edib.(qafqazinfo)
25-11-2020, 12:15 | Xanım nazir uşaqların GÜDAZINA GETDİ

Estoniyanın təhsil naziri Mailis Reps istefa verib.
Buna səbəb xidməti avtomobilini bir neçə dəfə uşaqlarını məktəbə aparmaq üçün istifadə etməsi olub.
Məlumata görə, nazir 6 uşaq anasıdır.
O səhvini etiraf edib, üzr istəyib və istefa ərizəsini imzalayıb. (publika.az)
25-11-2020, 12:06 | Gürcüstanda daha 3071 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 071 yoluxma faktı qeydə alınıb, 34 nəfər ölüb.
Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 114 889 nəfərə, ölənlərin sayı isə 1085 nəfərə çatıb.
Virusa yoluxanlardan 95 581 nəfərin sağaldığı bildirilir.
25-11-2020, 11:36 | Bayden administrasiya heyətinin bir qismini açıqladı

Üç noyabrda ABŞ-da keçirilən prezident seçkilərində qalib olan Co Bayden administrasiya heyətini açıqlayıb.
Evril Heyns Milli Təhlükəsizlik Mərkəzinin (CİA) rəhbəri, Aleksandr Mayorkas Amerika Daxili Təhlükəsizlik Mərkəzinin (DHS) rəhbəri, Ceyk Sallivan Milli təhlükəsizlik məsləhətçisi, Barak Obamanın dövründə xarici işlər naziri olmuş Con Kerri ətraf mühit nümayəndəsi, Entoni Blinken isə Dövlət katibi olacaq.
Bu barədə yeni prezident keçirdiyi mətbuat konfransında qeyd edib. O, həmçinin bildirib ki, Mayorkas bu vəzifədə olacaq ilk miqrantdır və Latın Amerikasındandır.(qafqazinfo)
12-11-2020, 08:35 | “Onlar Ermənistanın başına bəla gətirdi” - Ter-Petrosyan Paşinyanı ittiham etdi “Onlar Ermənistanın başına bəla gətirdi”

Hakim “Mənim addımım” blokunun parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hakimiyyət bütün erməni xalqına qarşı bağışlanmaz cinayətə gedərək Ermənistanın başına hansı bəla gətirdiyini hələ dərk etməyib.
“Qafqazinfo” “ilur.am”a istinadən bildirir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.
“Eyni zamanda, bəyanat hökumətin daxili siyasi böhranın aradan qaldırılması üçün Konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və faktiki olaraq, qarşıdurmanın kəskinləşməsi kursunu götürdüyünü göstərir. Bu, onların guya sadiq olduqları demokratiya və parlamentarizmin kobud ayaqlar altına düşməsindən başqa bir şey deyil”, - bəyanatda qeyd olunur.
12-11-2020, 08:11 | Koronavirusa görə işsiz qalan kişi övladını satmaq istədi

Çinin Tszyanan vilayətinin İbin şəhərində ata körpəsini naməlum qadın satıb.
Bununla bağlı "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, Lyu adlı şəxs buna səbəb kimi koronavirus pandemiyası ilə əlaqədar işsiz qalmasını göstərib.
Onun sözlərinə görə, işsiz qaldığı üçün ipotekasını və avtomobilinin xərclərini qarşılaya bilməyib. O, hamilə olan arvadı Çjanı körpəni onlayn formada satmağa razı salıb.
Kişi övladını Ona adlı qadına 100 min yuana (24,4 min AZN) satıb. Ancaq qadın uşağı övladlığa götürə bilməyib. Polis aparılan araşdırmalar zamanı körpənin qanunsuz yolla qadına verildiyini aşkarlayıb.
Körpənin valideynləri insan alveri maddəsi ilə həbs olunub. Onları 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
12-11-2020, 08:09 | ABŞ-da prezident seçkisində qələbə üçün kritik əhəmiyyətli ştatda səslər yenidən sayılacaq

ABŞ-da keçirilən prezident seçkilərində qələbə üçün əsas ştatlardan hesab olunan Corciyada səslər yenidən sayılacaq.
Bu barədə CNBC məlumat yayıb.
Sözügedən qərar namizədlər arasında səs fərqinin çox kiçik olması səbəbi ilə qəbul edilib.
Səslərin yenidən sayılması noyabrın 20-də başa çatacaq.
Qeyd edək ki, "Fox News"un məlumatına əsasən, Corciyada səslərin 99 faizi hesablanıb. Co Bayden 49.5, Donald Tramp isə 49.2 faiz səs toplayıb. Corciya ştatında qələbə namizədə 16 səs qazandırır.
12-11-2020, 07:59 | Moskva hava limanlarında 20 təyyarə reysi təxirə salınıb

Moskvanın hava limanlarında 20 təyyarə uçuşu təxirə salınıb və bir neçəsi ləğv edilib.
Hava limanlarında reyslərin təxirə salınması və ləğv edilməsi Moskva vaxtı ilə 00:25-ə qədər uçuş qrafikində əks olunub.
"Domodedovo"da 8 uçuş ləğv edilib, 1 uçuş təxirə salınıb. Eyni zamanda, "Vnukovo"da 5 uçuş təxirə salınıb, 1-i ləğv edilib. Bundan əlavə, "Şeremetyevo"da 5 reys təxirə salınıb.
"Zukovski"də isə uçuşların təxirə salınması və ləğv edilməsi barədə məlumat verilməyib.


















