4-12-2020, 13:21 | Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 068 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 152 704 nəfərə, ölənlərin sayı isə 1 425 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 126 904 nəfərin sağaldığı bildirilir.( APA)
3-12-2020, 12:39 | Gürcüstanda son sutkada 45 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 260 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 147 636 nəfərə, ölənlərin sayı isə 1 387 nəfərə çatıb.
Virusa yoluxanlardan 124 568 nəfərin sağaldığı bildirilir.
3-12-2020, 12:38 | Türkiyədə oteldə silahlı insident: 5 nəfər yaralandı

Türkiyənin Qəhrəmanmaraş vilayətində silahlı insident baş verib.
Polis əməkdaşları vilayətin Dulkadiroğlu rayonunda bir otelə silahlı hücum olması məlumatı əsasında hadisə yerinə gedib.
Oteldəki silahlı şəxslər polisin dayanmaq barədə əmrinə tabe olmayıb, onlara atəş açıblar. Nəticədə 2-si polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.
Otelə mühasirəyə alınıb, silahlı şəxslərin yaxalanması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam edir.
3-12-2020, 12:17 | Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,15% azalaraq 1 barelə görə 48,18 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin 0,24% azalaraq 45,17 dollar təşkil edib.
3-12-2020, 12:09 | Moskvada xəstəxanada yanğın: ölənlər var

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən xəstəxanalardan birində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə "TASS" agentliyinə təcili xidmətlərdəki mənbə xəbər verib.
Məlumata əsasən, yanğın xəstəxananın üçüncü mərtəbəsində başlayıb. Yanğın nəticəsində 2 nəfər həlak olub, 23 nəfər isə xilas edilib.
Yanğının səbəbi barədə məlumat verilmir.
30-11-2020, 12:03 | Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,2% azalaraq 1 barelə görə 47,67 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin 1,34% azalaraq 44,92 dollar təşkil edib.
30-11-2020, 12:02 | Ağ Evin yeni mətbuat katibi Cen Psaki ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin mətbuat katibi vəzifəsində Cen Psakini təyin etmək niyyətindədir.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə C.Baydenin press-puluna daxil olan bir sıra aparıcı ABŞ KİV-lərinin jurnalistləri məlumat veriblər.
Məlumata əsasən, C.Psaki daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda isə C.Baydenin keçid komandasının məsləhətçisidir.
Bildirilir ki, C.Bayden Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedinqfildi təyin etmək niyyətindədir.
30-11-2020, 11:58 | Moskvada koronavirusdan daha 74 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.
Bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 902 nəfərə çatıb.
30-11-2020, 11:56 | Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 155 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 617 327 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 215 nəfər ölüb, ölənlərin sayı 58 245 nəfər təşkil edir.
30-11-2020, 11:52 | Hindistan iqtisadiyyatı texniki tənəzzülə qədəm qoyub

Asiyanın üçüncü böyük iqtisadiyyata sahib ölkəsi olan Hindistanda ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə 7,5 faiz azalıb.
Hindistanın statistika ofisi bu barədə açıqlama yayıb. ÜDM-də iki ardıcıl rüb geriləmə qeydə alınan Hindistanda iqtisadiyyat texniki tənəzzülə qədəm qoyub. Əvvəlki rüb ÜDM 23,9 faiz geriləmişdi. Bu, Hindistan tarixində ən böyük, son 40 ildə isə ilk geriləmə olub.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən martın 25-də elan olunmuş karantin rejimi Hindistan iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bir müddət sonra karantin rejimində yumşalmalar olsa da, artıq iqtisadiyyatda geriləmə yaranıb, xeyli iş yeri bağlanıb.AZƏRTAC-


















