11-11-2020, 12:16 | ÜST: Dünyada sutkada 427 mindən çox insan koronavirusa yoluxub

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 50,67 milyon nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 50 676 072 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 261 075 nəfəri vəfat edib.
Sutka ərzində koronavirusa yoluxan insanların sayı 427 551 nəfər, ölənlərin sayı isə 6 214 nəfər artıb.
11-11-2020, 12:14 | "Brent" markalı neftin qiyməti bahalaşıb

"Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 3,82 faiz artaraq 44,02 dollar/barrel təşkil edib.
Bu barədə məlumat ticarət platformasında qeydə alınıb.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 02:05 üçün "Brent" markalı neftin qiymətinin artımı yavaşlayıb və artıq 43,99 dollar/barel (+ 3,75%) ilə satılırdı. "WTI" markalı neftin qiyməti 3,64% artaraq 42,1 dollar/barrel təşkil edib.
Bildirilir ki, son dəfə "Brent" markalı neftin qiyməti sentyabrın 4-də 44 dollardan artıq olub.
8-11-2020, 14:19 | Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad edilməsi mübarək olsun! - Türkiyə səfirliyi

Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad edilməsi mübarək olsun!
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.
"Bu münasibetle bütün Azərbaycan xalqını təbrik edirik. Üç rəngli bayrağınla məsud yaşa, AZƏRBAYCAN!" deyə qeyd olunub.
8-11-2020, 13:26 | Ərdoğanın köməkçisindən Şuşa paylaşımı

"Şuşa erməni işğalından xilas oldu. Zəfərin, qəzan mübarək olsun, əziz qardaşım".
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay öz tvitter hesabında bildirib.
22-10-2020, 13:22 | Amerikada yaşayan türklərin tələbi: Nyu-Cersidə erməni plakatları yığışdırıldı

Amerikanın Nyu-Cersi şəhərində yaşayan ermənilər körpülərə Ermənistanı dəstəkləyən plakatlar yapışdırıblar. Nyu-Cersi şəhərinin sakinləri olan türklərin şikayəti ilə şüarlar hüquq-mühafizə orqanları tərəfindən yığışdırılıb.
Türk iş adamı Emrah Arslan ermənilərin asdığı şüarlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Əraziyə gələn polis əməkdaşları plakatları oradan yığışdırıb. Şəhərdə yaşayan türklər ermənilərin qızışdırıcı şüarları ilə bağlı çağırışlar ediblər. Bildiriblər ki, ermənilərin Ermənistanı dəstəkləyən aksiyalarına icazə verdikləri halda, onlar da aksiya keçirəcəklər və şəhərin bütün mərkəzlərinə Azərbaycanı dəstəkləyən şüarlar asacaqlar.
“Ermənilərin bu hərəkəti amerikalıları yanıltmaqdır. Yazılanlar həqiqəti əks etdirmir. Əksinə, haqq-ədalət Azərbaycanın tərəfindədir”- iş adamı polisə şikayətində deyib.
Ü.Xudiyeva(Virtualaz.org)
10-10-2020, 10:00 | Bolqarıstanda rekord ardınca rekord

Bolqarıstanda artıq dörd gündür koronavirusla bağlı vəziyyətdə rekord göstəricilər qeydə alınır.
qafqazinfo xəbər verir ki, son sutka ərzində ölkədə rekord sayda - 612 nəfərdə koronavirus aşkarlanıb ki, bu da ötəngünkü göstəricədən 96 nəfər çoxdur. Bolqarıstanda koronavirusa yoluxanların ümumi sayı 24 191-dir.
Son sutka ərzində koronaviruslu 7 pasiyent dünyasını dəyişib, ölüm hallarının ümumi sayı 887-yə yüksəlib.
Hazırda xəstəxanalarda 1 131 pasiyentin müalicəsi davam etdirilir, onlardan 58-i intentiv terapiya şöbələrindədir. Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 15 713 nəfər sağalıb.
10-10-2020, 09:04 | Dünyada koronavirusa yoluxanların sayı 350 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 350 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 350 766 nəfər yeni koronavirusa yoluxub,6 339 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 36 361 054, ölənlərin isə 1 056 186 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
10-10-2020, 09:01 | Kanadada rekord sayda yeni yoluxma halı qeydə alınıb

Kanadada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.
Son sutka ərzində ölkədə koronavirusa 2 558 nəfər yoluxub, yoluxanların ümumi sayı 178 117 nəfərə çatıb.
Məlumata əsasən, son 24 saatda Kanadada koronavirusdan 28 nəfər ölüb, ölənlərin ümumi sayı 9 585 nəfər təşkil edir.
Qeyd edək ki, Kanadada yeni növ koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb.
18-09-2020, 15:18 | Tramp gileyləndi: “Prezident olandan sonra dostlarımla oturub içə bilmirəm”

ABŞ Prezidenti Donald Tramp prezident seçiləndən sonra bütün dostlarını itirdiyini deyib.
Bu barədə o, Viskonsində seçiciləri ilə görüş zamanı açıqlayıb.
Tramp bildirib ki, artıq dostlarını konqres üzvləri əvəz edir.
Onun sözlərinə görə, səmimi münasibəti olan dostları, prezident seçiləndən sonra ona "cənab prezident" deyə xitab edirlər.
O qeyd edib ki, artıq dostları ilə "oturub içə bilmir". ABŞ lideri həmçinin spirtli içki qəbul etmədiyini də deyib.
30-07-2020, 17:58 | İranda koronavirusa yoluxanların sayı 300 mini keçdi

Son 24 saat ərzində İranda daha 2621 nəfərin virusa yoluxduğu aşkar edilib, 226 nəfər həyatını itirib.
Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.
Bildirilir ki, bununla da ümumilikdə yoluxanların sayı 301 min 530 nəfərə, ölənlərin sayı isə 16 min 569-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 261 min 200 nəfər evə buraxılıb.


















