8-11-2023, 09:30 | Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər

Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər



Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.

Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. //report//


15-10-2023, 20:49 | Qubada AĞIR QƏZA: xəsarət alanlar var

Qubada AĞIR QƏZA: xəsarət alanlar var


Bu gün axşam saatlarında Quba-Nügədi yolunda avtomobil qəzası baş verib.

"VAZ-2106" və "Qazel" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın mətbuat xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.//APA//

Respublica.Az



15-10-2023, 10:16 | Bakıda avtomobilinə yanacaq tökən sürücünün başına dəhşətli hadisə gəldi

Bakıda avtomobilinə yanacaq tökən sürücünün başına dəhşətli hadisə gəldi


Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Hadisə aeroport şossesində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Teymurov Ezim Rizvan oğlu avtomobilinə yanacaq tökmək üçün dayanıb.

Bu zaman digər avtomobil onu vurub.

Ağır zərbə nəticəsində E.Teymurov hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.//APA//


15-10-2023, 06:45 | Bakıda dörd maşın toqquşub, biri polis olmaqla üç nəfər ölüb

Bakıda dörd maşın toqquşub, biri polis olmaqla üç nəfər ölüb


Bakıda dörd maşının iştirakı ilə baş verən qəzada ölənlərin sayı artıb.

Hadisə zaman üç nəfər ölüb.

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən 1980-ci il təvəllüdlü Məmmədtağıyev Teymur Mirzəağa oğlu həkimlərin səyinə baxmayaraq ölüb.

***

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb, 2 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, dörd maşının toqquşması nəticəsində Saidov Cavanşir Məhəmməd oğlu və sürücü hadisə yerində ölüb.

Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Muradova Könül Murad qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ölən Saidov Cavanşir Xətai Rayon Polis İdarəsinin əməkdaşıdır.//APA

Respublica.Az




13-10-2023, 10:01 | Bakıda itkin düşən ana və uşaqları tapılıb

Bakıda itkin düşən ana və uşaqları tapılıb


Bakıda itkin düşən ana və uşaqları tapılıb.

Qızxanım Salamzadə və övladları - 2010-cu il təvəllüdlü Səadət Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə və 2004-cü il təvəllüdlü Əbil Salamzadə tapılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Q.Salamzadə və övladları oktyabrın 10-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadıqları evdən çıxaraq itkin düşmüşdülər.




Report

12-10-2023, 20:01 | 14 yaşlı qızın qatil "əri": "Sadəcə onu..."

14 yaşlı qızın qatil "əri": "Sadəcə onu..."


28 yaşlı Alim Sadiqov qaçırdığı Aytac Şahmarovanı qəsdən öldürmədiyini deyib.

News24.az-a istinadən xəbər verir ki, Rustavi şəhər məhkəməsində baş verənləri danışan Sadiqov, iddia edib ki, qeydiyyatda olan silahın pnevmatik olduğunu düşünüb.

O həmçinin, qızın anasının onu aldatığını da iddia edib:


"Hadisədən çox təssüflənirəm, amma qəsdən olmayıb, qəsdən adam öldürməyi qəbul etmirəm.

Sadəcə onu yaralayacağımı düşündüm və qanı görəndə qorxdum və qaçdım. Düşündüm ki, silah pnevmatikdir və yalnız səs verir. Mən heç silah gəzdirməyi də bilmirəm, heç vaxt silahım olmayıb. Həyat yoldaşımın azyaşlı olduğunu da bilmirdim, anası mənə dedi ki, onun on səkkiz yaşı var", - deyə Alim Sadiqov bildirib.

Qeyd edək ki, qızı zorla ərə vermə və cinayət hadisəsi barədə polisə məlumat verməmək ittihamı ilə Aytac Şahmarovanın anası və dayısı da, Rustavi şəhər məhkəməsinin qərarı ilə həbs olunublar.

Məlumat üçün bildirək ki, Alim Sadiqova qarşı Cinayət Məcəlləsinin 11 prima 109, 143 və 236-cı maddələri ilə istintaq aparılır. 28 yaşlı A.S yetkinlik yaşına çatmayan şəxsi qaçırmaqda, ailə üzvünü qəsdən öldürməkdə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham edilir. Təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

12-10-2023, 19:58 | Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO


Vətən müharibəsi iştirakçısı Zülfüqarov Asim Abdul oğlu vəfat edib.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilib.

A.Zülfüqarov Siyəzəndə torpağa tapşırılıb.//qafqazinfo//



12-10-2023, 19:47 | Hacıqabulda beş nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Hacıqabulda beş nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb - YENİLƏNİB



Hacıqabulda beş nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə milli.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

-------

06:49

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

report-a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


26-08-2022, 10:41 | Salyanda maskalı şəxslər evlərə basqın edib

Salyanda maskalı şəxslər evlərə basqın edib


Salyanda maskalı şəxslər evlərə basqın edib.

report-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edilib ki, rayonun Yenikənd kənd sakinləri qarətçilərin hücumuna məruz qalıblar: "Məktəb direktoru, market sahibi, mal-qarasını yenicə satmış kənd sakini və daha bir neçə şəxs çağırılmamış "qonaqlar"ın hədəfinə çevriliblər".

Məlumatda iki nəfərin xəsarət aldığı da bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisələrlə bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb: "Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".


27-06-2022, 10:58 | Avtomobillər toqquşub, xəsarət alanlar var

Avtomobillər toqquşub, xəsarət alanlar var


Bakı-Qazax magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"report"a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində, 1962-ci il təvəllüdlü M.Nəbiyeva, 1990-cı il təvəllüdlü M.Əliyeva və 1989-cu il təvəllüdlü G.Nəbiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.