27-11-2021, 07:26 | Gəncədə qadın ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb

Gəncədə qadın ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb


Gəncədə qadın bıçaq xəsarəti alıb.

Hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Namazova Natalya qarnının kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadının yarası tikilib, vəziyyətinin normal olduğu bildirilir. Yaralının dediyinə görə, yaşadığı evdə iş görən zaman yıxılıb. Bu zaman əlində olan bıçaq qarnına batıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

APA

24-11-2021, 08:52 | Bakıda qadın sürücülər qəza törədib, xəsarət alan var

Bakıda qadın sürücülər qəza törədib, xəsarət alan var


Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA-ya istinadən bildirir ki, avtoqəza paytaxtın Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Yol ayrıcında "Nissan" markalı avtomobili idarə edən xanım sürücü digər eyni markalı avtomobili idarə edən xanıma yol verməyib.

Toqquşma zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, sözügedən ərazidə gün ərzində üçüncü dəfədir yol qəzası baş verir.

24-11-2021, 08:50 | Polis xidmət zamanı qəzaya düşüb öldü

Polis xidmət zamanı qəzaya düşüb öldü


Gəncədə polis əməkdaşı xidmət zamanı qəzaya düşərək həlak olub.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları "Fiat" markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis serjantı Renat Əliyev xəstəxanaya çatdırılanda dünyasını dəyişib.

24-11-2021, 08:48 | Salyan rayon sakini ürəyindən bıçaqlanıb

Salyan rayon sakini ürəyindən bıçaqlanıb



Salyanda 29 yaşlı kişi qətlə yetirilib.
APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Babazanlı kəndində qeydə alınıb. Münaqişə zəminində Salyan rayon sakini, 1991-ci il təvəllüdlü Nəzirov Tural Əsgərağa oğlu həmyerlisi 1992-ci il təvəllüdlü Səbuhi Sərdar oğlu Qasımovu ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

22-11-2021, 09:01 | Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusunun generalı vəfat edib



Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən vəfat edib.

Bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Xatırladaq ki, general A.Vasyak birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib. O, həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. A.Vasyak birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

Bir müddət əvvəl A.Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi. O, bu gün ağır xəstəlikdən dünyasını dəyişib. A.Vasyakın həyat yoldaşı onun vəfatı xəbərini təsdiqləyib.

Qeyd edək ki, A.Vasyak 26 noyabr 1954-cu ildə anadan olub.



Əldə etdiyimiz məlumata görə, sabah generalın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi noyabrın 23-ə planlaşdırılıb.

Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb.

17-11-2021, 08:16 | 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO

3 avtomobil toqquşub, xəsarət alan var - FOTO


Abşeron rayonunun Xırdalan şəhərində yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hələlik sürücüsü məlum olmayan şəxs idarə etdiyi "Hyundai" markalı avtomobillə əvvəlcə yol kənarında dayanan "Toyota", daha sonra "Peguet" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin gücündən "Toyota" ağaca çırpılıb. Qəza nəticəsində "Hyundai"da olan bir sərnişin xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


APA

15-11-2021, 08:39 | 14 yaşlı qız özünü asdı

14 yaşlı qız özünü asdı


Cəlilabadda intihar hadisəsi baş verib.

"report" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 14 yaşlı qız özünü asaraq intihar edib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

15-11-2021, 08:29 | Yevlaxda baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Yevlaxda baş verən yol qəzasında bir nəfər xəsarət alıb


Yevlaxda yük maşını ilə minik avtomobili toqquşub.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlaxın Tanrıqulular kəndi yaxınlığından keçən hissəsində baş verib.

"OKA" markalı minik maşını "QAZel" markalı yük maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

15-11-2021, 08:27 | Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib


Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

15-11-2021, 08:24 | Ana və körpəsi doğuş zamanı ölüb

Ana və körpəsi doğuş zamanı ölüb


Saatlıda ana və körpəsi doğuş zamanı ölüb.
Saatlı Doğum Evində doğuş zamanı rayonun Nəsimi kənd sakini, 1991-ci il təvəllüdlü Bəkirova Səkinə Əziz qızı və körpəsi ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

APA

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.