10-11-2021, 08:08 | Sumqayıtda şadlıq sarayında gənc oğlan faciəvi şəkildə öldü

Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb.
Hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.
Şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb. Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı gənc təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da yolda keçinib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA
10-11-2021, 08:00 | Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda avtoqəza zamanı iki nəfər xəsarət alıb.
Yol qəzası Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1976-ci il təvəllüdlü Əlizadə Əli İsmayıl oğlu idarəetməsində olan "Hyundai" markalı nəqliyyat vasitəsi ilə manevr etmək istəyən zaman Qasımov Ədalət Hidayət oğlunun sükanı arxasında olduğu "Mercedes" ona çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
10-11-2021, 07:58 | Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Avtoqəza Nardaran qəsəbəsində qeydə alınıb.
Dəniz kənarında yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Axundov Mirsaleh Eldar oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
APA
10-11-2021, 06:56 | Hamiləliyindən xəbərsiz 2 uşaq anası: “Doğduğumu biləndə şoka düşdüm...”

Tətilə çıxan isveçli qadın hamilə olmasından xəbəri olmayıb və gözləmədiyi halda uşaq dünyaya gətirib.
Qeyri-adi hadisə 2018-ci ildə Mayorkada baş verib.
44 yaşlı Anneli Rizberq 46 yaşlı sevgilisi Mets Qustavssonla istirahət üçün Mayorkanı seçirlər.
Tətilin ikinci günündə Rizberq hovuzda çimdikdən sonra kokteyl üçün bara gedir. Birdən o, səhhətində qəribə bir şey hiss edir. Paltarını dəyişmək üçün otağına qalxır. Liftdə olarkən mədəsində şiddətli ağrılar başlayır.
Rizberq yatağa uzanır və ağrının keçəcəyini düşünür.
Bu vaxtı Metsin başı içkiyə qarışmışdı. Sevgilisinin qayıtmadığını görüncə otağa qalxır və hər şey bundan sonra başlayır...
Əvvəlcə gözlərinə inanmır - Rizberq doğuş ərəfəsində idi. Kişi kömək çağırmaq üçün aşağı enir. Otel işçiləri də çaşqınlıq içərisində idi. Nəhayət təcili yardım çağırılır.
Rizberq xəstəxanaya aparılarkən yolda - təcili yardım maşınında doğuş keçirir.
Həkimlər ananı və uşağı müayinə edirlər. Səhhətlərində heç bir problem olmur.
"Gözlənilməz qonaq" - Uilyam artıq 4 yaşına keçib.
Rizberqin 2 oğlu var, deyir ki, hamilə qalmağın nə olduğunu çox yaxşı bilir, lakin bu hadisə ona hələ də təəccüblü gəlir.
Özünün də vurğuladığı kimi, onda heç bir hamiləlik əlaməti olmayıb, hətta qarnının böyüdüyünü belə hiss etməyib: "Doğrusu, doğduğumu bilincə şoka düşdüm. Ən çətini isə qohumlarımı bunun zarafat olmadığına inandırmaq idi"
8-11-2021, 08:50 | Bakıda kişi döyülərək sınıq xəsarətləri alıb

Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə 62 nömrəli marşrut xəttinin sonuncu dayanacağında yerləşən kafedə baş verib.
1993-cü il təvəllüdlü Poladlı Nurulla Mübariz oğlu üç nəfər tərəfindən döyülüb. Nəticədə onun döş qəfəsinin sümükləri sınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
APA
8-11-2021, 08:44 | Bakıda qadını avtomobil vurub

Sabunçu rayonunda piyadanı maşın vurub.
Hadisə Zabrat qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Ziyadova Səmidə Umbay qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
APA
8-11-2021, 08:40 | 68 yaşlı kişi sevgilisini öldürüb, intihar etdi - FOTO

Türkiyənin Antalya şəhərində iki sevgili arasında yaranan mübahisə sonda qətlin baş verməsi ilə nəticələnib.
45 yaşlı sevgilisi Ayşegül Serti tapança ilə öldürdükdən sonra 68 yaşlı Sadullah Gültürk başından atəş açaraq özünə də qəsd edib.
Son gülləni özünə atan Gültürkü xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
baku.ws
7-11-2021, 10:14 | Bakıda "Chevrolet" və "Toyota" toqquşdu - Birinin mühərriki alışdı

Bakı şəhərinin Nizami rayonunda "Chevrolet" və "Toyota" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
5-11-2021, 05:55 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu

Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatında deyilir.
Məlumata görə, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Milli.Az
5-11-2021, 05:48 | Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının evində qətl törədilib.
Hadisə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib.
F.Möhbalıyev 2018-ci il mart ayında vəfat etdiyindən həmin ev hazırda onun oğlu Suliddin Möhbalıyevin adınadır. Suliddin Möhbalıyev babasının adını daşıyır.
Qətl hadisəsi isə sentyabrın 29-u gecə saatlarında baş verib. Hələlik adı istintaqla rəsmi təsdiqlənməyən şəxs Suliddin Möhbalıyevin villasına oğurluğa girib. Həmin vaxt gözətçi Ramin Əlixanov külünglə onu başından vuraraq öldürüb. Daha sonra meyiti qonşunun yaşayış olmayan evinin həyətində basdırıb.
Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.
Qeyd edək ki, Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.
"qafqazinfo"