Prezident “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciət edib

ƏBƏR LENTİÖLKƏSİYASƏTİQTİSADİYYATİDMANDÜNYAMARAQLISAĞLAMLIQNEWSTUBE
ƏLAQƏREKLAM12:56
İdman.bizAzernews.AzTrend.AzDay.AzHAVA PROQNOZUPULTrend TV
Milli.AZ
Geriİrəli
Payızda başından pul töküləcək BÜRCLƏR
ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu açıqladı - RƏSMİ
Elzadan sonra Yazıçılar Birliyinə daha bir qalmaqallı üzv seçildi - FOTO
Azərbaycanda daha bir universitet bağlanır?
850 qram çəki ilə doğuldu - 2335 qramla evə buraxıldı
Mikoyanın nəticəsi Moskvda öldürüldü
Nazilə Səfərliyə qarşı fırıldaq: “Dedi ki, kartımdan pul çəkilir...”
Xocavənddə həlak olan polisin məzarının görüntüsü - FOTO
Ramiz Mehdiyevə son zərbə: Bank niyə bağlandı?
“Onun-bunun ərini oğurlayırsan, sən artıq sırtılmısan...” - Afətdən Vəfaya sərt sözlər - VİDEO
Azərbaycanda SƏHƏR-SƏHƏR DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: 88 yaşlı qayınata gəlininə GÖRÜN NƏ ETDİ
54 yaşlı Cennifer Lopez alt paltarı reklamında - FOTOlar
Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı
Uşağımı doğmalarım, nəslim-köküm öldürdü - Yaqutun anası
“Bomba oğlan”ların zövqü və şövqü
Bu bürclər üçün xəyanət su içmək kimi birşeydir - Sadiq olmayan bürclər
aznAzərbaycanda ən yaxşı valyuta məzənnələri burada!
SİYASƏT
Prezident “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciət edib
19 Oktyabr 2023 11:48Baxış: 187
Share on WhatsApp
Share on Telegram
Share on Facebook
Share on Twitter
Prezident İlham Əliyev 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli Sərgi iştirakçıları!
Hörmətli xanımlar və cənablar!
Sizi 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Ötən illərin təcrübəsi göstərir ki, belə sərgilərin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır.
Bu Sərgi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf edir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında onun misilsiz xidmətləri vardır.
Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı və həyat səviyyəsinin davamlı yaxşılaşması naminə xüsusi səy göstərmişdir.
Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.
Sərgi iştirakçılarını - qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm.
Əminəm ki, "Rebuild Karabakh" Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır.
Bir daha bütün Sərgi iştirakçılarına və ziyarətçilərə işlərində müvəffəqiyyətlər arzulayıram!
Qarabağ Azərbaycandır!"AZƏRTAC
Respublica.Az
Tarix: 19-10-2023, 12:59