Tarix, Millət, Lider: Azərbaycanın zəfər memarı
Xalqların və millətlərin tarixi zamanın simvolu ilə yanaşı, millətin ruhunun təzahürünə çevrilmiş şəxsiyyətilərin adları ilə bağıldır. Şəxsiyyət və liderlik ölkənin taleyinin formalaşmasında önəmli yer tutur, millətn inkişaf yolunu bəlirləyir, tarixin gedişatına təsir edir.
Millətin liderinin şəxsiyyəti sadəcə, fərdi məziyyətlər və davranış modelinin məcmusu yox, həm də cəmiyyətdəki istəklərin, çağırışların, tələbatın aynasıdır. Xarizma, qətiyyət, dərin intellekt, iradə, siyasi uzaqgörənlik və müdriklik - bütün bunlar cəmiyyətin xislətinə təsir edir, onu dəyişikliklər, yeniliklər, uğurlar və qələbələr enerjisi ilə zənginləşdirir.
Lider tarix yazır, dəyişikliklərin təkanverici qüvvəsi olur və sonucda millətin çağdaş tarixindəki taleyini formalaşdırır.
Hər xalqın və millətin tarixində zamanın əsrarəngiz axarında olduğu kimi, lidelər olur. Liderin şəxsiyyəti zamanın ruhu ilə simbioz təşkil edir, millətin kollektiv yaddaşında silinməz iz qoyur.
Millətin lideri sadəcə, dövlət başçısı deyil: o, xalqının ideallarının, istəklərinin, arzularının, ruhunun özüdür. Dünyanın böyük siyasətçilərinin və dövlət başçılarının yaşamı bir məqamı aydın göstərir: onlar mənsub olduqların millətin tarici narrativinin tərkib hissəsinə çevrilirlər.
Millətin lideri gələcəyin əsasını qoyan memar, xalqın arzularını gerçəyə çevirən insandır.
Millətin lideri insanların qəlblərini atəşi alovlandıran, milyonlarla soydaşında qürur və vəhdət, birlik və rəhadət hissləri yaradan insandır. Onun çıxışları sadəcə sözlər deyil - milyonların qəlblərində nəbz kimi vuran mantradır.
Məhz lider milləti çətinlikləri dəf etməyə, qələbələrə ruhlandırır.
Hər millətin tarixi liderin şəxsiyyətinin cəmiyyətin və xalqın məhv olmaqdan qurtulmasında əsas amilə çevrildiyi ağır dönəmləri xatırlayır.
Çətinliklər zamanı liderin məziyyətləri millətin mənəvi durumuna təsir edin, onun ruhunu polada çevirir və fəaliyyətə səfərbər edir.
Azərbaycanın Ümümmilli Lideri Heydər Əliyev belə şəxsiyyət idi.
Onun oğlu, dövlət başçımız İlham Əliyev belə liderdir.
İlham Əliyev gerçək liderdir, çünki...
Onun idarəetmə strategiyası şəxsiyyətlə liderliyin üzvü sintezinin məsuliyyətlə zənginləşdirilməsidir. Milyonlarla insana təsir etmək imkanı qərarlara görə əlahiddə məsuliyyət tələb edir.
Azərbaycan Prezidenti hakimiyyətlə məsuliyyət arasında harmoniyaya nail olaraq gələcək nəsillərə nümunə yaradıb.
2003-cü ildə dövlət başçısı postuna seçiləndən sonra o, atası, Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirdi, mürəkkəb çağırışları dəf edən ölkəmiz üçün stabillik və inkişaf amili oldu.
Prezident, Müzəffər Ali Baş Komandan, Millətin Lideri.. İlham Əliyevin regional və qlobal siyasətdəki fəaliyyəti xalqın maraqlarını beynəlxalq səviyyədə ən yüksək səviyyədə qoruyan nüfuzlu dövlət başçısı olduğunu hər gün sübut edir.
Mürəkkəb qərarlar qəbul etmək, ən müasir inkişafa can atmaq, xalq qarşısında dərin məsuliyyət hissi - İlham Əliyevin siyasəti budur. Onun hakimiyyət stili Azərbaycanın çağdaş tarixini formalaşdırmaqla yanaşı, taleyüklü ideyaların reallaşmasını və qələbələrin əldə edilməsini təmin edir.
İlham Əliyevin liderliyi ölkədəki stabilliyi təmin etməklə bahəm, sosial-iqtisadi inkişafla bağlı genişmiqyaslı proqramların həyata keçirilməsinin birbaşa şərtidir.
Erməni işğalından azad olunmuş ərazilərimizin bərpası, həmin torpaqlara Böyük Qayıdış, ölkə iqtisadiyyatına və sosiuma ciddi diqqət gələcək nəsillərin əlverişli yaşamını, yüksək rifahının zəmanətidir.
İlham Əliyevin yürütdüyü iqtisadi strategiya nəticəsində Azərbaycan iqtisadiyyatına sərmayə cəlbolunmalarının miqyası baxımından region liderinə çevrilərək ən müxtəlif istiqamətlərdə və sektorlarda iqtisadi islahatları uğurla həyata keçirir.
Yüksək texnologiyalar və innovasiyaların tətbiqi isə ölkənin tərəqqi yolunun əsas istiqamətlərinə çevrilib.
Ölkə iqtisadiyyatının qeyri-neft sektoru inkişaf edir, infrastruktur layihələri həyata keçirilir, nəqliyyat magistralları, aeroportlar və limanlar inşa olunur. Nəqliyyat-loqistika kommunikasiyalarının artımı və şaxələnməsi iqtisadi inkişafı şərtləndirməklə yanaşı, Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqelərini gücləndirir.
Azərbaycanın nüfuzunu və çəkisini artıran İlham Əliyevin böyük diplomatik təşəbbüsləri nəticəsində ölkəmizin beynəlxalq təşkilatlarda və strukturlardakı rolu artır, qlobal siyasətə təsir imkanlarımız genişlənir.
Səhiyyə, təhsil və sosial təminat sahələrində reallaşan yeniliklər, əhalinin sosial müdafiəsi sahəsində görülən tədbirlər vətəndaşların yaşam səviyyəsini yüksəltməklə yanaşı, gələcəyinin çağırışlarına hazır cəmiyyətin formalaşmasında müstəsna rol oynayır.
İnnovasiyaaların stimullaşdırılması, startapların yaradılması üçün uyğun şərait, gənc istedadlar üçün təhsil proqramları və onların dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində oxumalarına şərait yaradılması - bütün bunlar sürətlə dəyişən dünyaya sürətlə adaptasiya olmaq imkanına malik dinamik cəmiyyətin formalaşmasına yönəlmiş tədbirlərdir.
İlham Əliyevin strateji düşüncə tərzi, liderlik məziyyətləri və qlobal çağırışların nizamlanmasınad oynadığı fəal rol onu qlobal siyasi arenada da ən önəmli şəxslərdən biri edib.
Strateji tərəfdaşlığın gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət verən İlham Əliyev inkişaf etməkdə olan dövlətlərdə yaşanan problemlərlə münaqişələrin çözüliməsində, qarşıdurmaların dinc danışıqlar yolu ilə nizamlanmasında və qlobal miqyasda stabilliyə nail olunmasında öz əməyini əsirgəməyən nadir dövlət başçılarından biridir.
Əsrlərdən bəri Azərbaycanın ən ciddi probleminə çevrilmiş Qarabağ müşkülünü həll edən, Xankəndindəki separatçı xuntanın varlığına son qoyan və Ermənistanı 2-ci Qarabağ Müharibəsində kapitulyasiyaya vadar edən Xalq, Ordu və Ali Baş Komandan vəhdəti idi.
Azərbaycanın siyasətinin məhz vətəndaşların maraqları və dövlətin mənafeyinin üzvi sintezindən yoğrulmuş simbioz halına gətirən də Liderdir.
Qlobal miqyasda neokolonializmlə mübarizənin ən önəmli simalarından biri, inkişaf etməkdə olan dövlətlərin gerçək suveren və müstəqil yaşama nail olmaları üçün Qoşulmama Hərəkatı çərçivəsində tərəfdaşlıqla əməkdaşlığı gücləndirən də məhz İlham Əliyevdir
Lider İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və cəmiyyətimiz dəyişir, inkişaf edir, irəliləyir.
Elçin Alıoğlu
Milli.Az
Tarix: 24-12-2023, 08:19