Bakıda kişi kürəyindən bıçaqlanıb

Bakının Suraxanı rayonunun Bülbülə kənd sakini yanvarın 29-da baş verən münaqişə nəticəsində ciddi bədən xəsarəti alıb.
Bu barədə rayon Polis Şöbəsindən məlumat daxil olub. Saat 21:00 radələrində Bəydəmirov küçəsində 37 yaşlı Nəcəfov Vüqar Rafiq oğlunun kürəyinə üç bıçaq zərbəsi vurulub.O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 31-ci Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. Onun zərərçəkənin dostu olduğu məlum olub. Hələ tutulmadığı üçün həmin şəxsin adı açıqlanmır. Faktla bağlı araşdırma davam edir.
Tarix: 30-01-2020, 18:39